Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-15/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs Həsənov Vüsal Mehman oğlunun iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 330.3.2 və 330.3.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs Həsənov Vüsal Mehman oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim X7) 07 may 2021-ci il tarixli hökmü ilə 21 aprel 1997-ci il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2 və 330.3.5-ci maddələri ilə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla aylıq pul təminatından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, hökmün icrasının Məhkum xidmət yeri üzrə komandanlığa həvalə edilməsi, hökmün icrasının başlanğıcının Məhkum aylıq pul təminatından dövlət nəfinə tutulmalar edildiyi vaxtdan hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2 və 330.3.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Tərtər Hərbi Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2 və 330.3.5-ci maddələri ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbsə alınmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən, Məhkum rəisin hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı ona təkrarən zor tət biq etməklə sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, o, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsinin Bərdə şəhəri ərazisində yerləşən Xilasetmə taborunun qəza-xilasetmə bölüyünün suçəkmə taqımının suçəkmə manqasının baş mühərrikçisi vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 26 dekabr 2020-ci il tarixdə saat 11:40 radələrində taborun sinif otağında həmin taborun xilasetmə bölüyünün xilasetmə taqımının axtarış-xilasetmə manqasının komandiri vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan Həsənov Vüsal Mehman oğlu ilə nalayiq ifadələr işlətməklə müşayiət olunan zarafatlar edən vaxt sonuncu onunla nalayiq ifadələrlə zarafatlar etməsinə etirazını bildirmiş, daha sonra Məhk um V.Həsənovun bu etirazına baxmayaraq eyni formada zarafatlarını davam etdirərkən sonuncunun ona daha ağır nalayiq ifadələr işlətməklə cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin “hərbi nəzakət qaydalarına riayət etmək, bir-biri ilə münasibətdə nəzakətli və təmkinli olmaq, yüksək mədənilik nümunəsi göstərmək, özünü ictimai yerdə ləyaqətli aparmaq, nalayiq hərəkətlər etməmək” kimi tələblərini kobud surətdə pozmaqla rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı saat 12:00 radələrində taborun əsgər yataqxanasının sol tərəfində sağ əli ilə V.M.Həsənovun sol sifət nahiyəsinə bir sillə zərbəsi vurmaqla hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı ona zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 26 dekabr 2020-ci il tarixdə saat 11:40 radələrində V.Həsənovun etirazına baxmayaraq onunla nalayiq ifadələr işlətməklə müşayiət olunan zarafatlarını davam etdirərkən sonuncunun ona daha ağır nalayiq ifadələr işlətməklə cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin “hərbi nəzakət qaydalarına riayət etmək, bir-biri ilə münasibətdə nəzakətli və təmkinli olmaq, yüksək mədənilik nümunəsi göstərmək, özünü ictimai yerdə ləyaqətli aparmaq, nalayiq hərəkətlər etməmək" kimi tələblərini kobud surətdə pozmaqla rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı həmin gün saat 12:10 radələrində taborun idman şəhərciyi ərazisində yerləşən siqaret çəkmək üçün nəzərdə tutulmuş yerdə sağ əli ilə V.M.Həsənovun sol sifət nahiyəsinə bir yumruq zərbəsi vurub sonuncuya “sol alın cibinin batmış (çökmüş) sınığı, sol əng cibinin ön, arxa, yan divarlarının qəlpəli sınıqları, sol gözətrafı nahiyənin hematoması, sol göz almasına qansızma, sol yanağın içəri səthi-selikli qişada əzilmiş-çapılmış yara, sol yanaq nahiyəsinin yumuşaq toxumalarının əziyi, sol dodaq-yanaq büküşünün qançırı” diaqnozu ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə səhhətin uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa qəsdən az ağır zərər vurmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müd afiəçi və zərərçəkmiş şəxs Həsənov Vüsal Mehman oğlu kassasiya şikayəti vermişlər. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsini tədbiq edərkən işin hallarını, o cümlədən zərərçəkmiş şəxslə barışmasını, onun zərəçəkmiş şəxsin müalicəsində yaxında iştirak etməsini, müalicə xərclərini ödəməsini, Bərdə rayonuna raket zərbələri edilərkən köməklik işlərində yaxından iştirak etməsini, müsbət xarakterizə olmasını, ağır ailə vəziyyətini nəzərə almış və bunları müstəsna hallar hesab etmişdir. Məhkum törətdiyi cinayət əməlini etiraf edir və əməlinə görə səmimi peşimandır, zərərçəkmiş şəxslə barışıb, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, ağır ailə vəziyyəti var. Apellyasiya instansiyası məhkəməsi q anunun tələblərinə formal yanaşmış, məhkumun şəxsiyyətini xarakterizə edən məlumatları lazımınca qiymətləndirmədən, onun barəsində məsuliyyəti yüngülləşdirən halların kifayət qədər artıq olmasını nəzərə almadan ona azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd edir ki, apelyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya protestinə etiraz edarak apellyasiya protestin təmin edilməməsini və Tərtər Hərbi Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Müdafiəçi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının dəyişdirilərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla Tərtər Hərbi Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs Həsənov Vüsal Mehman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin iclasında da apellyasiya protestinə etiraz etmiş, protest əsassız olduğundan apellyasiya protestinin təmin edilməməsini və Tərtər Hərbi Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmədə həmçinin göstərmişdir ki, məhkumla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdu. Məhkum və onun yaxın qohumları onu şəxsi hesablarına müalicə etmiş və hazırda da səhiyyətində heç bir problem yoxdur. Aralarında olan dava da zarafat əsasında düşmüş, sonradan başa düşdür ki, dava düşməmişdən qısa müddət əvvəl Məcidin atası dünyasını dəyişdiyi üçün o zarafatı qəbul etməmiş v ə narazılıq olmuşdur. İndi hər ikisi peşmandır. Barışmışlar, bir yerdə xidmət və dostluq edirlər. Amma məhkəmənin buna görə 2 il real cəza verməsini heç cürə anlamaq mümkün deyil. Bu səbəbdən də hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir. Zərərçəkmiş şəxs Həsənov X8 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci tarixli qərarını dəyişdirib, Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə zərərçəkmiş şəxs Həsənov Vüsal Mehman oğlunun, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyi b, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxsləri n də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məh kəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərində mübahisələndirilən məsələ Məhkum təyin olunmuş cəzanın ağır olması, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinci instansiyası məhkəməsi Məhkum şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyib onunla barışmasını, xidmət yerindən müsbət xarakte rizə olunmasını, 27.09.2020-ci il tarixdən 10.10.2020-ci il tarixədək İİ Qarabağ müharibəsi zamanı mülki əhalinin yerləşdirilməsi və onların ərzaqla təmin olunmasında, düşmənin Bərdə şəhərinə atdığı raket zərbəsi zamanı yaralı insanların və cəsədlərinin çıxarılmasında xilasedici kimi iştirak etməsini, hadisənin zərərçəkmişin təqsirləndirilən şəxsə ağır söyüşlər söyməsi səbəbindən baş verməsini, cinayətdən sonrakı dövrdə başqa hüquq pozuntusuna yol verməməsini, anasının onun himayəsində olmasını cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib CM-nin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddədə nəzərdə tutulmamış daha yüngül cəza təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə məhkumun əvvəllər cinayət m əsuliyyətinə cəlb olunmamasını, xidmət yerindən müsbət xarakterizə olunmasını, hadisənin zərərçəkmişin təqsirləndirilən şəxsə ağır söyüşlər söyməsi səbəbindən baş verməsini, cinayətdən sonrakı dövrdə başqa hüquq pozuntusuna yol verməməsini, anasının onun himayəsində olmasını cəzanı yüngülləşdirən hallar hesab etməklə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Göstərilən mövqeyini apellyasiya məhkəməsi aşağıdakı hallarla əsaslandırmışdır: - CM-nin 59.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Lakin iş materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslə aralarında ilk dəfə baş vermiş münaqişədən sonra azca da olsa peşm ançılıq hissi keçirməmiş, ictimai-təhlükəli əməllərinə davam etmiş, V.Həsənovu sanki alçaltmaqdan həzz alaraq onu mübahisəyə çəkmiş və nəticədə ona xəsarət yetmişdir. Göründüyü kimi Məhkum qeyd olunan cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində törətməmişdir. - İş materiallarından göründüyü kimi, məhkəmə Məhkum hansı cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətinin əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməmişdir. Qanunvericiliyin tələbinə əsasən hər bir hərbi qulluqçunun nizamnamə tələblərinə vicdanla yanaşaraq dönmədən əməl etməsi onun vəzifə borcudur, bu tələblərin pozulması qanunve iricikdə nəzərdə tutulmuş intizam və ya cinayət məsuliyyətinin yaranmasına səbəb olur. - Hadisənin zərərçəkmiş şəxsin məhkuma ağır söyüşlər söyməsi səbəbindən baş verməsi ilə bağlı qeyd olunmuşdur ki, hadisə heç də zərərçəkmiş şəxsin məhkuma ağır söyüşlər söyməsi səbəbindən baş verməmiş, hadisə məhz məhkumun qanunsuz hərəkətləri - nalayiq ifadələr işlətməklə müşayiət olunan zarafatlar etməsi, zərərçəkmiş şəxsin onunla nalayiq ifadələrlə zarafatlar etməsinə etirazını bildirməsinə baxmayaraq eyni formada zarafatlarını davam etdirməsi nəticəsində davam edərək baş verən nəticəyə gətirib çıxarmışdır. - Cəza təyini zamanı anasının onun himayəsində olmasını məhkumun cəzasını yüngülləşdirən hal kimi qymətləndirilmişdir. Məhkumun anası hər hansı xəstəlikdən əziyyət çəkməyən, gündəlik baxıma ehtiyac ı olmayan, təqaüd yaşına çatmayan, fiziki və ya psixi qüsurları olmayan əmək qabiliyyətli şəxsdir. - Məhkum cinayətdən sonrakı dövrdə başqa hüquq pozuntusuna yol verməməsini onun cəzasını yüngülləşdirən hal kimi qəbul edərkən də yanlış nəticəyə gəlmişdir. Belə ki, şəxsin cəmiyyətdə normal davranışı məhz onun cinayət əməlləri törətməməsinə dəlalət edir. Belə bir halın cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. - Birinci instansiya məhkəməsi CM-nin 62-ci maddəsini tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə almamışdır. Məhkumun idmançı və idmanın kick boxing növü ilə məşğul olduğu halda bu idman növü ilə məşğul olmayan şəxsə qarşı öz fiziki üstünlüyündən istifadə etməsi də onun şəxs iyyətinin mənfi təzahürü kimi meydana çıxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırmamış, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini düzgün nəzərə almamışdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin ed ilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Məhkum cəza tətbiqi ilə bağlı (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməsi) mövqeyini əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi də yuxarıda şərh olunan hallara əsasən hökmün CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaların çıxarılmaqla məhkuma Cinayə t Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməsi barədə nəticəyə gəlməklə haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükə lilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələ r cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud olmaması, buna görə də hökmdən qeyd edilən maddənin müddəalarının çıxarılması barədə düzgün nəticəyə gəlmiş və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şəxsin islah olunmasına və onun ailəsinin həyat şə raitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58ci maddələrinin tələblərinə riayət etməklə ona ittiham olunduğu maddələrin sanksiyasının həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterl i tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayətləri təmin olunmadan və qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs Həsənov Vüsal Mehman oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2 və 330.3.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-15/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-15/2022
02.03.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver