Məhkəmə qərarları › İş №1-1(102)-15/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-15/2025

12.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-15/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, bəraət almış şəxs X3 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikası CM-in 263 və 264-cü maddələri ilə bəraət veri lməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyun tarixli, 1-1(105)-1/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin (X13) 2021-ci il 19 aprel tarixli, 1-1(093)-7/2021 nömrəli hökmü ilə, 12 may 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi bağlar massivində yaşayan, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının (Hakimlər R.Əsgərova (sədrlik edən və məruzəçi), F.Məmmədov və V.Cəfərovdan ibarət tərkibdə) 2021-ci il 22 oktyabr tarixli, 1-1(105)-13/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər Tahir Kazımov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Ələsgər Novruzovdan ibarət tərkibdə) 2022-ci il 11 may tarixli, 1-1(102)- 28/2022 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, qərar ləğv edilmiş, cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və İlqar Dəmirovdan ibarət tərkibdə) 2022-ci il 17 noyabr tarixli, 1-1(105)-14/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X9 (sədrlik edən və məruzəçi), Şahin Yusifov və Nazim Mövsümovdan ibarət tərkibdə) 2023-cü il 16 iyun tarixli, 1-1(102)- 36/2023 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 17 noyabr tarixli, 1-1(105)14/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X10 (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Məhəmmədəli Rzayevdən ibarət tərkibdə) 2024-cü il 25 iyun tarixli, 1-1(105)-1/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Sahib Dadaşova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham verilmişdir ona görə ki o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin orkestr taqımının musiqiçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edərkən etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X8” markalı, **-BS*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində “STP” zavodunun yaxınlığından keçən 36-cı km-də 12 oktyabr 2019-cu il tarixdə saat 20 radələrində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələbini pozub yolu sağdan sola keçən piyada X2 ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ona “qarının küt travması, daxili qanitirmə, qara ciyərin, sağ böyrəyin, dalağın cırılmış yaraları, hər iki bud, sol baldır sümüklərinin sınığı, sağda V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınığı, bədən səthinin qançırı və yaraları” ilə müşayiət olunan həyat üçün təhlükə li olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib ölümünə səbəb olmuşdur. Sahib Dadaşov həmin vəzifədə və rütbədə xidmətdə olarkən nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs olmaqla, Azərbaycan Respublikası CM-in 263-cü maddəsində nəzərdə tutulmuş nəticələr baş verdikdən sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin “piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər verməli və xəsarət alana yardım göstərməlidir” kimi tələblərini pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MÜDAFİƏÇİNİN VƏ BƏRAƏT ALMİŞ ŞƏXSİN ÇİXİŞLARİ. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-in 143-146- cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Sahib Dadaşova əsassız və qanunsuz verilmiş bəraət hökmünü qüvvədə saxladığına görə həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı ləğv edilərkən iş üzrə istintaq eksperimentinin keçirilməsi zəruri hesab edilmiş, istintaq hərəkəti icra olunarkən mərhum zərərçəkmiş şəxslə eyni fiziki göstəricilərə, yəni eyni yaşa, boya və çəkiyə malik olmasının da nəzərə alınması xüsusi olaraq vurğulanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsində cinayət işinə məhkəmə istin taqı aparılmaqla baxılarkən Ali Məhkəmənin göstərişinə uyğun olaraq istintaq eksperimenti keçirilmiş, təhlükə yaranan andan piyadanın vurulması anına qədər 2,5 metr məsafəni keçərək sola 90 dərəcə dönməsinə iti yerişlə - 1, 25, 1,3, 1, 27 saniyə, orta yerişlə- 1,43, 1, 52, 1, 49 saniyə, asta yerişlə isə -1, 72, 1, 90, 1,85 saniyə olmaqla qeyd edilən müddətlərin keçməsi kimi nəticələr əldə edilmişdir. İstintaq hərəkəti aparıldıqdan sonra iş üzrə yol nəqliyyat ekspertizası təyin edilmiş, ekspertizanın 17 noyabr 2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, sərxoş vəziyyətdə olan piyadanın iti yerişlə hərəkət sürətinin maksimum həddinə uyğun 2.5 metr məsafəni qət etməsinə sərf olunan vaxt 1,4 saniyə, adi yerişlə hərəkət sürətinin maksimum həddinə uyğun 2,5 metr məsafəni qət etməsinə sərf olu nan vaxt, 1,87 saniyə, asta yerişlə hərəkət sürətinin maksimum həddinə uyğun 2,5 metr məsafəni qət etməsinə sərf olunan vaxt 2,5 saniyədir. Sərxoş vəziyyətdə olan piyadanın hərəkət templərinin (iti, adi və asta) digər həddlərində isə həmin vaxtlar böyük olacaqdır. Həmçinin qeyd edimişdir ki, piyada 2,5 metr məsafə qət etdikdən sonra sol tərəfdən avtomobilin gəlməsini hiss edib, yəni əvvəlcədən hazır olmadan gələn avtomobilə görə reaksiya verməsinə və sola doğru 90 dərəcə dönməsinə müəyyən vaxt sərf olunur. Həmin vaxt da nəzərə alındığı şəraitdə isə piyada yolu keçməyə başladığı andan avtomobil ilə vurulmasına kimi keçən vaxt, piyadanın iti, adi və asta yerişlərinin maksimum həddinə uyğun 2,5 metr məsafəni qət etməsinə sərf olunan vaxtlardan (1,4 san; 1,87 san; 2,5 san) böyük olacaqdır. Ümu miyyətlə, yolu keçən piyadanın dayanaraq çönməsi avtomobilin onun üzərinə gəlməsini görməsi-hiss etməsi ilə əlaqədar olur. Belə olan halda piyadanın yeni qərar qəbul etməsinə müəyyən vaxt sərf olunur ki, eksperiment zamanı bu hal nəzərə alınmalıdır. Rəydə daha sonra göstərilmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş təhlükə yaranan andan piyadanın hərəkət templərinə uyğun vurulan ana qədər keçən vaxtlar sərxoş vəziyyətdə olan piyadanın müvafiq templərinin hətta maksimum həddinə uyğun yalnız 2,5 metr məsafəni qət etməsinə sərf olunan vaxtlardan, yəni piyadanın dayanaraq çönməsinə sərf olunan vaxt nəzərə alınmadığı halda belə kiçik olması onu izah edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş təhlükə yaranan andan piyadanın hərəkət templərinə uyğun vurulan ana qədər keçən vaxtlar real hadis ə mexanizminə uyğun deyildir və reallıqda həmin vaxtlar daha da böyük olur. Ona görə də qeyd olunan vəziyyətdə Mitsubishi Pajero markalı avtomobilin sürücüsü S.Dadaşovun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Məhkəməyə dəvət edilən ekspertlər ifadə verərək təqdim etdikləri rəyi müdafiə etmişlər. Keçirilmiş istintaq eksperimenti zamanı əldə edilmiş nəticələrin real hadisə mexanizminə uyğun olmaması barədə ekspert rəyi olmasına baxmayaraq, məhkəmə yenə də müdafiə tərəfinin dəlillərindən çıxış edərək, ittiham tərəfinin topladığı sübutları isə əsassız hesab edərək təqsirləndirilən şəxs barəsində çıxarılmış bəraət hökmünün qüvvədə saxlanılması nəticəsinə gəlmişdir. Qeyd olunan ekspertiza rəyinin təhlilindən görünür ki, ibtidai istintaq zamanı keçirilərək əldə edilmiş eksperimentin nəticələri hadisə mexanizminə real olaraq uyğun olmuşdur. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı keçirilərək əldə edilmiş eksperiment nəticələrini və onun əsasında tərtib edilmiş yol nəqliyyat ekpertizasının rəyini mötəbər sübut kimi qəbul edib ittiham hökmü çıxarmaq əvəzinə, Ali Məhkəmənin qəbul etmədiyi əvvəlki apellyasiya baxışlarında qəbul edilmiş qərarların məzmununu təkrarlamışdır. Halbuki, Sahib Dadaşov məhkəmədə ona elan olunmuş ittiham üzrə təqsirini etiraf etməsə də, ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, habelə ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla sübuta yetirilmişdir. Məhkəmə ikinci ekspertiza rəyi ilə də bir nəticə əldə edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası ibtidai istintaq zamanı əldə edilmiş ekspert rəyini və digər sübutları mötəbər hesab edib ittiham hökmü çıxarmaq yerinə, yaranmış mövcud vəziyyəti aradan qaldırılması mümkün olmayan və təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olan şübhəli hallar kimi qəbul edib təqsirin sübuta yetməməsi əsası ilə bəraət nəticəsinə gəlmişdir. Burada aradan qaldırılması mümkün olmayan hər hansı şübhəli hal olmamış, əksinə şübhələrə son qoyularaq ekspert rəyləri ilə müəyyən edilmişdir ki, müdəfiə tərəfinin təqdim etdiyi göstəricilər real hadisə mexanizminə uyğun deyildir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 25 iyun tarixli, 1-1(105)-1/2024 nömrəl i qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və S.Dadaşova CM-in 263 və 264-cü maddələri ilə bəraət verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 25 iyun tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs və müdafiəçisi kassasiya protestinin dəlillərinin tam əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəs inə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində S.Dadaşova bəraət verilməsini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416. 1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, S.Dadaşova CM-in 263.2 və 264-cü maddələri ilə ittiham elan edilmiş və məhkəmə araşdırmaları zamanı S.Dadaşova hər iki maddə ilə bəraət verilmişdir. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, S.Dadaşova CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə birinci instansiyası məhkəməsi haqılı olmuş və sonuncu dəfə araşdırma apararaq CM-in 263.2-ci maddə ilə verilmiş bəraət hökmünü qüvvədə saxlamqda, apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixli qərarında ittiham tərəfinin bütün sübutlarını hərtərəfli, tam və obyektiv şəkildə təhlil edərək qiymətləndirmiş, bu istiqamət üzrə qiymətləndirmədən kənar qalan işin heç bir halı qalmamış və CM-in 263.2-ci maddəsi üzrə düzgün nəticəyə gəlmiş, həmin maddə ilə verilmiş bəraətin əsasları ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, S.Dadadova CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair məhkəmələrin mövqeyini mübahisələndirən kassasiya protestinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası, S.Dadaşova CM-in 263.2-ci maddəsi ilə bəraət verərkən istinad etdiyi sübutları hazırkı qərarda təkrarlamayaraq, həmin sübutlar və məhkəmələrin həmin sübutlara münasibətdə mövqeyi ilə razılaşır. Eyni zamanda, S.Dadaşovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublik ası Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərinə uyğunsuzluq olması müəyyən edilsə də, o, hadisə yerindən qaçıdığına görə ittiham olunduğu CM-nin 264-cü maddəsi ilə təqsirli bilinməmişdir ona görə ki, apellyasiya instansiyası məhkəmsinin də razılaşdığı birinci instansiya məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmü ilə Sahib Dadaşova CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmişdir. CM-nin 264-cü maddəsinin tələbinə və mənasına görə isə, nəqliyyat vasitəsini idarə edən və yol nəqliyyat hadisəsi yerindən qaçan şəxs həmin maddə ilə o, halda cinayət məsuliyyətinə cəlb edilərək təqsirli bilinə bilər ki, onun əməllərində yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulmasına görə CM-in 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi olsun və onun həmin cinayətlərin törədilməsinə aidiyyatı və təqsirliliyi müəyyən edilsin. Lakin işin hallarının tədqiqi nəticəsində yaranan ilkin mənzərə ondan ibarətdir ki, S.Dadaşov özü mərhum Ramin Hüseynovu, onun həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyub hadisə yerindən qaçmaqla ona heç bir köməklik göstərməmiş və ya başqaları tərəfindən zərərçəkmiş şəxsə köməklik göstərilməsi üçün də lazımi tədbirlər görməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, belə əməllərə görə CM-in 143-cü maddəsində cinayət məsuliyyəti nəzərədə tutulsa da, S.Dadaşova elan olunmuş hər iki ittiham üzrə bəraət verilməli olması barədə nəticəyə gələn məhkəmələr, digər tərəfdən, onun əməllərində CM-in 143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasını müzakirə belə etməmişlər. Halbuki, CM-in 143-cü maddəsinə əsa sən, şəxs həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyduqda, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə belə əməlləri törətmiş şəxs göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün digər əsaslarla yanaşı müəyyən edilməldir ki, o, zərər çəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə ehtiyatsızlıqdan törətdiyi əməl nəticəsində, yaxud da təqsirsiz olaraq salmışdır. Yəni şəxs hətta yol hərəkəti və nəqliyyat va sitələrini istismarı qaydalarını pozmaqda təqsirsiz olaraq zərər çəkmiş şəxsi onun həyatı və ya sağlamılığı üçün təhlükəli vəziyyətə saldıqda belə ona lazımi köməklik göstərmək öhdəliyini daşıyır, çünki belə öhdəlik “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV hissəsinn tələblərindən irəli gəlir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV-cü hissəsinn tələblərinə görə, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tə dbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyy əti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Məhkəmə kollegiyası vurğulayır ki, şərh olunan məsələyə, yəni yol nəqliyyat hadisəsinin iştirakçısı olmuş sürücünün, hətta bu hadisənin törədilməsində təqsiri müəyyən edilmədiyi halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək öhdəliyinin olması, bu vəzifələri hansı şəkildə yerinə ye tirib-yetirməməsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət verilməsi barədə hüquqi mövqe həmçinin Azərbaycan Respubblikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarında da əksini tapmışdır. X6 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, on u yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyy əti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31 -ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulamışdır ki, yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi, ilk növbədə, nəqliyyat vasitəsinin sürücülərinin yol-nəqliyyat hadisəsi yerində qalması ilə şərtləndirilir. Bu səbəbdən, in zibati və cinayət məsuliyyətini müəyyən edən qanunvericilik aktları məhz yol-nəqliyyat hadisəsi yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsünə qarşı müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutmuşdur. Digər tərəfdən, onu da vurğulamaq lazımdır ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 12 oktyabr 2019-cu il tarixli 95 nömrəli rəyinə əsasən, Ramin Hüseynovun ölümünün baş verdiyi dəqiq vaxt ekspertlər tərəfindən müəyyən edilməmiş (rəylə yalnız ölümün baş verdiyi tarix müəyyən olunmuşdur), eyni zamanda özünün sağlamlığını qorumaq və həyatını xilas etmək imkanından məhrum olmuş zərərçəkmişin aldığı xəsarətlərin xarakteri, dərəcəsi və lokalizasiyası onun həqiqətən də hadisədən dərhal sonra belə yardıma ehtiyacının olmasını istisna etməmişdir. Bu hallar isə S,Dadaşovun hətta CM-in 263.2 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirinin sübuta yetirilməməsi halında onun yuxarıda təhlil edilən əməllərində CM-in 143-cü maddəsində göstərilən cinayətin tərkib əlamətlərinin olubolmamasının müzakirə edilməsi üçün əsaslar yaratmışdır. Bu zaman nəzərə alınması zəruri olan məsələ ondan ibarətdir ki, CM-nin 264-cü maddəsi «Yol hərəkəti haqqında» Qanununa uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, «Təcili tibbi yardım» maşınını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda isə, öz nəqliyyat vasitəsində aparmaq ki mi vəzifələri yerinə yetirməyə vadar edir. Bu konteksdən görünür ki, qanunverici nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi zamanı iştirakçıları təhlükədə qoymağa görə də cinayət məsuliyyəti müəyyən edir. Yəni, CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayət norması CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş təhlükədə qoymağa dair ümumi normaya münasibətdə xüsusi norma kimi çıxış edir. Bu hal eyni əmələ görə iki cəzaya məhkum edilməyə gətirib çıxarmamalıdır. Çünki Konstitusiyanın 64-cü maddəsinə müvafiq olaraq heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz. Bu səbəbdən nəzərə almaq lazımdır ki, şəxsin əməlində həm CM-in 264-cü maddəsinin, həm də CM-in 143-cü maddəsinin tərkib əlamətləri olduqda, şəxs xüsusi norma olan CM-in 264-cü maddəsi ilə təqsirli bilnərək məhkum edilməli, əgər şəxsə CM-in 263-cü maddəsi ilə bəraət verildikdə və məhz bu səbəbdən həmin şəxsin əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlindikdə, bu zaman şəxsin əməlində hazırkı vəziyyət üzrə ümumi norma olan CM-in 143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsi müzakirə edilməlidir. CM-in 143-cü maddəsinin sanksiyası CM-in 264-cü maddəsinin sanksiyasından daha yüngül olduğundan, əməlin CM-in 264-cü maddəsindən CM-in 143-cü maddəsinə tövsif olunması irəli sürülmüş ittihamın məzmunu və cəzaya münasibətdə şəxsin vəziyyətinin ağırlaşdırılmasına səbəb olmayacaqdır. Nəzərə almaq lazımdır ki, CM-in 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ib arətdir ki, həmin əməlin törədilməsi nəticəsində təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı təhlükə altına alınmış olur. Belə əmələ görə cinayət məsuliyyətinin nəzərdə tutulması müxtəlif səbəblərdən öz təhlükəsizliyini təmin edə bilməyən şəxslərin labüd təhlükədən qorunmasına yönəlmişdir. CM-in 143-cü maddəsinin dispozisiyası təqsirkarın zərərçəkmişə kömək göstərmək vəzifəsinin mövcudluğunun iki əsasını nəzərdə tutmuşdur: 1) Təqsirkarın köməksiz vəziyyətdə qalan şəxsə qayğı göstərmək vəzifəsinin əvvəlcədən olması; 2) Təqsirkarın zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona qayğı göstərmək vəzifəsinin yaranması. İstintaq və ya məhkəmə təcrübəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zamanı CM-in 143-cü və 264-cü maddələri arasında rəqabət yarana bilər. Əgər nəqliyyat qəzası zamanı CM-in 263-cü maddəsində göstərilən nəticələr baş verərsə, hadisə yerindən qaçmış təqsirkarın əməli yalnız CM-in 264-cü maddəsi ilə tövsif ediləcəkdir. CM-in 263-cü maddəsində nəzərdə tutulmuş nəticələr baş vermədikdə, lakin qəzadan zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükə yarandıqda, habelə təqsirkarın əməlində CM-in 263-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığı halda, yol qəzasından zərərçəkmişin həyatı və sağlamlığı üçün təhlükəli vəziyyət yarandıqda, onun belə təhlükəli vəziyyətdə olduğunu bilərək hadisə yerindən qaçmış şəxsin əməli, işin hallarından və iş üzrə toplanmış sübutların qiymətləndirilməsindən asılı olaraq, yalnız C Min 143-cü maddəsi ilə tövsif edilə bilər. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də, hazırki iş üzrə qeyd edilən məsələ ilə bağlı həqiqətin müəyyən edilməsi məqsədilə mühüm əhəmiyyətə malik olan sübutların araşdırılmasından imtina edərək, həm də, araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələb etdiyi kimi, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verməmiş, S.Dadaşovun CM-in 264-cü maddəsi ilə də təqsirsiz olması barədə nəticəyə gələrkən, kifayət etməyən sübutlara əsaslanmışlar. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə qismən razılaşaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edir və hesab edir ki, bu pozuntular apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarının qismən, yəni CM-in 264-cü maddə ilə irəli sürülmüş ittiham üzrə ləğv edilməsini, cinayət işinin həmin hissədə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini şərtləndirir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat mat eriallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Bakı Hərbi Məhkəməsinin 2021-ci il 19 aprel tarixli, 1-1(093)-7/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 264-cü maddələri ilə bəraət verilmiş X3 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyun tarixli, 1-1(105)-1/2024 nömrəli qərarı X4 Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilsin, cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsində yenidən baxılması üçün təyin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyun tarixli, 1-1(105)-1/2024 nömrəli qərarı, kassasiya protestinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar