Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-16/2018 11.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR 11 yanvar 2018-ci il 1-1 (102) -16/2018 Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X13, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İlkin Yusifov, Məhkum müdafiəçisi-Bakı şəhəri 13 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qə rarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilən kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən R.Q.Abbasov, hakimlər S.H.Hacıyev və M.Q.Əliyevdən ibarət tərkibdə) RzayevQasidMirzəmmədoğlu- (xx.xx.1960-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,üçuşaqatası, orta-texniki təhsilli, əvvəllər məhkum olunmamış, HərbiDənizQüvvələrinin (N saylıhərbihissənin) HərbiDənizBazasınınmühafizəvətəchizattaborununmadditexniki təminatbölüyününbaştexnikivəzifəsindəbaşmiçman rütbəsində xidmət etmiş, N №-li hərbi hissənin təchizat taborunun madditexniki təminat bölüyünün 3-cü avtomobil tağımının avtomobil sürücüsü vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan) Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdətutulmuşcinayətəməlinitörətməkdətəqsirli bilinib 7(yeddi) ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xx 2016-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi İ.M.Murquzov, hakimlər M.Ə.Abbasov və Q.X.Babayevdən ibarət tərkib) Bakı Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü dəyişdirilmədən,apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kolleg iyasının xx xx2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (N saylı hərbi hissənin) Hərbi Dəniz Bazasının mühafizə və təchizat taborunun maddi texniki təminat bölüyünün baş texniki vəzifəsində, baş miçman rütbəsində hərbi xidmətdə olarkən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 31 may 2011-ci il tarixli 243 saylı sərəncamı əsasında Bakı şəhəri Səbail rayonu X1 7, 9, x2 i 2, X3 küçəsi 9,X4 küçəsi 3 və 10/12 saylı ünvanlarda yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürülərkən, orada yaşayan vətəndaşlara pul kompensasiyalarının ödənilməsi işləri aparıldığı zaman, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələ ri Hərbi X16 İdarəsinin balansında olan Bakı şəhəri Səbail rayonu Bayıl-2 hərbi şəhərciyiX4 küçəsindəki 10/12 saylı binanın qeyri-yaşayış sahəsi sayılan yarızirzəmi hissəsində yerləşən və N saylı hərbi hissənin mənzil komissiyasının iclasının 05.01.2010cu il tarixli 2 №-li protokol-qərarı ilə 70 saylı mənzil kimi rəsmiləşdirilərək müvəqqəti istifadəsinə verilmiş üç otaqlı mənzilə görə saxta sənədlərdən istifadə etməklə pul kompensasiyası alıb, aldatma yolu ilə külli miqdarda dövlət əmlakını ələ keçirmək barədə 2011-ci ilin iyul ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin komandanı (600 №-li hərbi hissənin komandiri), vitse-admiral X11, həmin hərbi hissəsinin LV-056 gəmisində baş texnik vəzifəsində işləyən X14 və Müdafiə Nazirliyinin Mənzil-İsti smar İdarəsinin mənzil şöbəsinin mühəndis-müfəttişi vəzifəsində işləyən X5 ilə qabaqcadan əlbir olub razılığa gəlmişlər. Məhkum sökülən mənzillərə görə pul kompensasiyasının alınması üçün daimi yaşayış hüququnu təsdiq edən orderin zəruri olduğunu, lakin 27.08.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, mənzillərə order verilmədiyini nəzərə alaraq, 2011-ci ilin iyul ayının əvvəllərində bu məsələdə köməklik göstərməsi üçün X6a yaxınlığı ilə seçilən X5 müraciət edib, sonuncu tərəfindən 6000 manat müqabilində müvəqqəti yaşadığı mənzilə daimi yaşayış hüququnu təsdiq edən order təşkil edilməsinə razılaşmışdır.X5 xahişi ilə X6 mənzil komissiyası iclasının saxta protokolunu tərtib etmək barədə hərbi hissənin mənzil komissiyasının sədri X7 göstəriş verib,X4 küçəsindəki 10/12 saylı binanın yarızirzəmi hissəsində yerləşmiş və 70 saylı mənzil kimi rəsmiləşdirilmiş qeyri yaşayış sahəsinin guya 2006-cı ildən Məhkum verilməsinə dair saxta qeydlər edilmiş həmin protokol-qərarı öz imzası və hərbi hissənin möhürü ilə təsdiqləyərək X5 vermişdir. X5 öz növbəsində qeyd olunan məsələnin həlli ilə bağlı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil şöbəsinin mühəndis-müfəttişi vəzifəsində işləyən X4 ilə görüşüb 6000 manat müqabilində daimi yaşayış hüququnu təsdiq edən saxta order tərtib etmək barədə onunla razılığa gəldikdən sonra, xx xx 2011-ci il tarixdə günorta vaxtı hərbi hissənin ərazisində Məhkumlə görüşüb, X4ə çatdırması üçün ondan 6000 manat pulu götürmüşdür. Həmin gün saat 17:00 radələrindəX5 N saylı hərbi hissənin dəniz piyada taborun un komandiri, 2-ci dərəcəli kapitan X8 həmin hərbi hissənin kazarmasının 4-cü mərtəbəsində yerləşən xidməti otağında Məhkum aldığı 6000 manat pulu və mənzil komissiyasının saxta protokol-qərarını X4ə çatdırmışdır. X4 həmin orderi Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil şöbəsinin mühəndis-müfəttişi vəzifəsində işləyən tanışı X3 vasitəsilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın aparıcı mütəxəssisi vəzifəsində işləyən Əhmədov X1 aldıqdan sonra, daimi yaşayış hüququnu təsdiq edən Məhkum adına üç otaqlı mənzilə dair 02.08.2006-cı il tarixli 038946 №-li saxta orderi əldə edərək,X5 vasitəsilə ona çatdırmışdır. xx xx 2011-ci il tarixdə X6 pul kompensasiyasının alınması üçün zəruri olan və məzmun una Məhkum 2006-cı ildə verilmiş order əsasında həmin mənzilə sahiblik hüququndan istifadə etməsi barədə yalan məlumat daxil edilmiş 15.08.2011-ci il tarixli 1099 №-li saxta “Forma № 2” arayışının verilməsinə dair Hərbi Dəniz Qüvvələri Hərbi X16 İdarəsinin rəisi X10 göstəriş vermişdir. Məhkum Bakı şəhər İcra Hakimiyyətinə təqdim edib həmin saxta sənədlərdən istifadə etməklə dələduzluq edərək, aldatma yolu ilə müvəqqəti istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinə görə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22.08.2011-ci il tarixli 390 №-li sərəncamına əsasən xx xx 2011-ci il tarixdə X17 filialından 76 950 (yetmiş altı min doqquz yüz əlli) manat məbləğində pul şəklində qanunsuz olaraq kompensasiya almaqla özgə əmlakını ələ keçirib, dövlətə külli miqdarda ziyan vurmuşdur. Kassasiya şikayətin in dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual normalarının tələbləri pozulmuş, sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum yaşadığı mənzilə verilən orderin saxta olmasından xəbəri, beləliklə də həmin orderdən, yəni aldatmadan istifadə etməklə mənzilə görə ödənilən pul kompensasiyasını (76.950 manat pulu) ələ keçirmək niyyəti (əməlində dələduzluq cinayətinin tərkibi) olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsini və yaxud cinayə t işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkə məsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əməlində dələduzluq cinayətinin tərkibinin əlamətləri olmadığı halda onun barəsində ittiham hökmünün çıxarıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi və yaxud işin yeni apellyasiy a baxışına təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətindən görünür ki, müdafiəçi Məhkum kimisə aldatmaq və bu yolla mənzilə görə ödənilən pul kompensasiyas ını ələ keçirmək niyyətinin olmadığını və onun belə hərəkətlərə yol vermədiyini iddia etməklə, Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olmamasına dair qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraətin verilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunla rın tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində irəli sürdüyü tələbin (o cümlədən, əməlində cinayət tərkibinin əlamətlərinin olmamasına baxmayaraq barəsində ittiham hökmünün çıxarmasına dair iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb istər sübutlar və sübutetmə, istərsə də işin faktiki hallarının müəyyən edilməsi və onlara cinayət qanunu normasının tətbiqi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş hərəkətlərindən (aldatma saxta sənədlərdən istifadə etmə yolu ilə özgənin əmlakını – mənzilə görə ödənilən 76.950 manat mməbləğində pul kompensasiyasını ələ keçirib dövlətə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsindən), eyni zamanda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiy asından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun əməllərinin düzgün tövsif edilməsi, Rzayevin əsaslı və qanuni olaraq CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi, yəni baxılan işdə cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya məhkəməsinin qərarında sübutlar təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvi r edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Apellyasiya məhkəməsi Məhkum təyin olunmuş cəzanı yoxlayarkən də hər hansı pozuntuya yol verməmiş, ona təqsirli bilindiyi maddə ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları müdafiəçinin kassasiya şikayəti ilə ehtiva olunan - məhkəmələrin cina yət-prosessual qanunun 416.0.2 və 416.0.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə iddianı təkzib edir və mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız və qanunsuz hesab edilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Odur ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilə, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilə və yaxud ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-16/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-16/2018
11.01.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver