Məhkəmə qərarları › İş №1-1(102)-16/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-16/2019

28.02.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-16/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X3 və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, HəsənliMəmmədova Nailə Əli qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mahmudov Kamran Fikrət oğlu, Məhkum müdafiəçisi Müdafiəçi Xançoban oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 338.1-ci mad dələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxx 2017-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə (hakimlər A.D.Abbasov (sədrlik edən), K.V.Əliyev və İ.F.Nəbiyevdən ibarət tərkibdə) xx xxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 14, mənzil 20-də daimi qeydiyyatda olan, N saylı hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 1-ci tağımının 1-ci manqasında baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuş, barəsində Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 338.1-ci maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 12 (on iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 338.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxx 2012-ci il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 3-cü taborunun Ağdam rayonu ərazisində yerləşdirilmiş 9-cu bölüyünün 1-ci tağımının 1-ci manqasında baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən xx xxxx 2012-ci il tarixdə, saat 19.00-dan 21.00-dək olan müddətdə həmin bölüyün 1-ci tağımının 1-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər X5 ilə birlikdə Ağdam rayonunun Mərzili kəndi ərazisində düşmənlə üzbə-üz yerləşən 19 saylı döyüş postunda döyüş növbəsi (döyüş xidməti) çəkməyə təyin olunub Azərbaycan Respublikasına qəfil hücu mun vaxtında aşkara çıxarılması və dəf olunması, onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsini apararkən Azərbaycan Respublikası Quru X1 2-ci hissəsinin 9-cu fəslinin 1-ci bəndində (ərazidə yerləşmə) və 10-cu fəslinin 2-ci bəndində (mühafizə), həmçinin Azərbaycan Respublikası Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin 167-182-ci maddələrində nəzərdə tutulmuş döyüş növbəsi çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcək dərəcədə pozaraq saat 20.30 radələrində əsgər N.Y.Abbasovun zirehli hərbi gödəkçəni bir qədər ləng, mahnı oxuya-oxuya tikməsini irad tutaraq müşahidəni dayandırıb onunla mübahisə etmiş, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə N.Y.Abbasovdan zirehli hərbi gödəkçəni tez tikməsini və mahnı oxumamasını tələb edib əks təqdirdə avtomat silahla onu öldürəcəyini bildirmiş, sonuncunun onun sözlərinə əhəmiyyət verməyib mahnı oxumağa davam etməklə tələbini yerinə yetirmədiyinə görə «qəzəblənmiş» və bu cüzi səbəbdən N.Y.Abbasovu öldürmək qərarına gəlmiş, bu məqsədlə xidməti istifadə üçün ona verilmiş AK-74 markalı ******* saylı avtomat silahın qoruyucusunu açıb avtomatik rejimə qoymaqla döyüşə hazır vəziyyətə gətirib silahın lüləsini əsgər N.Y.Abbasovun baş nahiyəsinə doğru yönəldib təxminən iki metr məsafədən qəsdən iki atəş açmış, güllələrdən biri sonuncunun baş nahiyəsinə dəyərək ona «sol boyun kökü nahiyəsində, arxa səthdə bir ədəd yara, sağ üz nahiyəsində bir ədəd yara, sol ümumi yuxu arteriyası (tam qopması) və sol daxili vidaci venanın zədələnməsi, kəskin qanitirmə, boyunun və sağ yanağın yumşaq toxumalarının, dilin zəd ələnməsi, dilatı, alt çənə və əng sümüklərinin açıq çoxqəlpəli, yerdəyişən sınıqları» ilə müşayiət olunan, yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə əsgər N.Y.Abbasovu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər F.H.Əliyev (sədrlik edən və məruzəçi), B.C.Əliyev və E.A.Bayramovdan ibarət tərkibdə) xx xxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, Tərtər Hərbi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxx 2017-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi kassasiya şikayətləri vermişlər. KASSASİY A ŞİKAYƏTLƏRİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi kassasiya şikayətində əməlin ibtidai istintaq orqanı tərəfindən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-in 338.1 və 120.2.2-ci maddələri ilə tövsif edilməsini, Tərtər Hərbi Məhkəməsinin işə baxarkən bütün halları araşdırmamasını, toplanmış sübutlara düzgün hüquqi qiymət verməməsini, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamasını, istintaq orqanının istinad etdiyi sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməməsini, sübutları mənsubiyyəti, mümükünlüyü, mötəbərliyi üzrə qiymətləndirməməsini, toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verməməsini, ibtidai istintaq və məhkəmə zamanı toplanmış sübutların məhkuma elan olunmuş i ttihamda təqsirliliyini sübuta yetirilməsinə kifayət etməməsini qeyd etmiş, hökmün ibtidai istintaq orqanının mülahizələri əsasında tərtib olunmuş ittiham aktının surətindən ibarət olmasını və apellyasiya instansiyası məhkəməsinin işə səthi yanaşaraq ibtidai istintaq və birinci instansiya məhkəməsinin səhvlərini təkrar etməsini göstərərək Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarının dəyişdirilməsini, məhkumun əməlinin CM-in 350.2ci maddəsi ilə tövsif edilməsini və həmin maddənin sanskiyası həddində cəza təyin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Belə ki, ibtidai istintaq və məhkəmə baxışları zamanı Məhkum qarşı verilən şahid ifadələrinin heç bir mənbəyi, istinadı, hüquqi və qanuni əsası olmamışdır. Bundan başqa kassasiya şikayətində ekspert rəyində n və Məhkum əvvəldən sona qədər cinayəti ehtiyatsızlıqdan törətdiyiniu əks etdirən ifadəsindən başqa heç bir sübutun olmaması, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq bu ziddiyyətlərin aradan qaldırılmaması, üzləşmə istintaq hərəkətinin aparılmaması və bu istiqamətdə verilmiş vəsatətlərin əsassız olaraq təmin edilməməsi sadalanmış, Məhkum pilləkənlərlə düşən zaman ayağının büdrəməsi və barmağının tətiyə dəyərək silahın avtomatik rejimdə olduğu üçün iki atəş açılması nəticəsində əsgər N.Y.Abbasovu silahla davranış qaydalarını pozmaqla ehtiyatsızlıqdan öldürməsi qeyd edilmiş, Məhkum əməlinin həm ibtidai istintaq orqanı, həm də məhkəmələr tərəfindən CM-in 120.2.2 və 338.1-ci maddələri ilə yalnış tövsif edilməsi və onun əməlində sada lanan maddələrin əlamət və tərkibinin olmaması göstərilmiş və bu səbəblərdən onun barəsində qanunsuz, ədalətsiz və əsassız qərar qəbul edilmişdir. Məhkum kassasiya şikayətində ibtidai istintaq zamanı Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 61 və 71-ci maddələrinin müddəalarının pozularaq hüquqlarının izah edilmədiyini, ifadə verərkən müdafiəçinin iştirak etmədiyini, sonradan dövlət büdcəsi hesabına təyin olunmuş vəkilin Konvensiyanın 6-cı maddəsinin şərtlərini pozaraq onun müdafiəsi üçün heç bir addım atmadığını, birinci instansiya məhkəməsinin işə baxarkən verilmiş vəsatətləri nəzərə almadan ziddiyyətli şahid ifadələrinə əsaslanaraq əməli Cinayət Məcəlləsinin 350.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 338.1-ci maddələri ilə tövs if etməsini, apellyasiya instansiyası məhkəməsinin isə sadalanan pozuntulara və tərəfimizdən verilmiş vəsatətlərə baxmayaraq qanunsuz və əsassız qərar çıxarmasını göstərərək, şərh olunanlara və İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6, 8, 10 və 13cü maddələrinə, CPM-in 408.1.1, 408.2.7, 409.1.1, 412.2, 412.3,413 və 419.7-ci maddələrinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarının dəyişdirilməsini, əməlin Cinayət Məcəlləsinin 120.2.2 və 338.1-ci maddələrindən həmin Məcəllənin 350.2 və 338.1-ci maddələri ilə tövsif edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Müdaf iəçi, kassasiya şikayətlərinin təmin edilməməsi barədə zərər çəkmiş şəxsin hüquqi varisi Y.A.Abbasovun və dövlət ittihamçısı K.F.Mahmudovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası m əhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edil məklə Tərtər Hərbi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.2 və 338.1-ci maddələri ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətlərində əməlin tövsifi mübahisələndirilmiş, Məhkum əməlinin Cinayət Məcəlləsinin 120.2.2 və 338.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 350.2 və 338.1-ci maddələri ilə tövsif edilməli olduğu və maddənin sanksiya sı həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətinin əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin dispozisiyasından, eləcə də “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqey dlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Bundan başqa xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Baxılan işin hallarını Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin dispozisiyası və adları çəkilən qərarlarla müqayisə etdikdə Məhkum əməlində xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətinin tərkibinin olmasına dair nəticənin həmin cinayət-hüquqi norma və qərarlarla uzlaşdığı müəyyən olunur. Belə ki, sözügedən norma və qərarlarda xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətinin tərkibinin zəruri şərtləri kimi göstərilmiş əlamətlər, yəni öz şəxsiyyətini digər şəxsin fövqündə qoyaraq, heç bir əsaslı səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etməklə müşayiət olunan hallar məhkumun hərəkətlərində müəyyən edilmişdir. Qeyd olunan halların müəyyən edilməsinə əsas olmuş sübutların tədqiqi zamanı sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin pozuntularına yol verilmədiyindən məhkəmə kollegiyası həmin halları və Məhkum əməlində xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətinin tərkibinin olması barədə nəticəni şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, sadalanan xüsusatlar məhkumun özü və müdafiəçisi tərəfindən birinci və apellyasiya instansiyası məhkəmələri qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb istər sübutlar və sübutetmə, istərsə də işin faktiki hallarının müəyyən edilməsi və onlara cinayət qanunu normasının tətbiqi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də m üəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına verilən hüquqi qiymətdir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi, Məhkum Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən iş üzrə şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri, yazılı sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası 120.2.2-ci maddəsi ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətlərində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən əməlin Cinayət Məcəlləsinin 350.2ci maddəsi ilə tövsif edilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 120.2.2 və 338.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını, o cümlədən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları və həmin Məcəl lənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xar akteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşd irici halları habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin də lilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi Xançoban oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 338.1-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar