Məhkəmə qərarları › İş №1-1(102)-16/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-16/2021

10.02.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-16/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfi ndən verilmiş kassasiya şikayət və kassasiya şikayətin əlavə üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin (hakim Əli Süleymanov) 1(097)-62/18 nömrəli xx xxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Şəhriyar küçəsi, 85 nömrəli evdə daimi qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 29,178.2.3-cü maddəsi ilə 3000 (üç min) manat miqdarında cərimə cəzası, CM-in 32,4,312.1-ci maddəsi ilə 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə o, qəti ola raq 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə leytenantı rütbəsində xidmət edərkən, hərbi hissənin Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində yerləşən 2-ci taborunun minaatan batareyasının əsgərləri X5 və X3 xidmət etdikləri taborun yaxınlığında olan vətəndaş X7 məxsus mağazadan oğurluğa cəhd etmələrinə dair batareya komandiri, kapitan Şalbuz Sultanovun xx xxxx 2017-ci il tarixli, 8856 nömrəli raportu əsasında hərbi hissə komandiri tərəfindən təyin edilmiş xidməti araşdırmanın ona həvalə edilməsindən sonra icraatında olan həmin araşdırma ilə əlaqədar xx xxxx 20 17-ci il tarixdə saat N radələrində hərbi hissənin 2-ci taborunun sıra meydanında Ə.Bağırzadə və A.Ağamalıyevlə görüşərək öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmiş və bu məqsədlə Müdafiə Nazirinin xx xxx 2014-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması qaydaları”nın 2.26-cı maddəsinə əsasən araşdırmanın nəticəsinə dair qanuna müvafiq qərar qəbul etmək səlahiyyətinə malik olmadığı halda, A.Ağamaliyev və Ə.Bağırzadəni aldadıb törətdikləri əməllərin cinayət olduğunu, habelə heç bir əsas olmadan hadisə vaxtı batareya növbətçisi olmuş əsgər X1 da onların yataqxanadan çıxıb oğurluq etmələrinə şərait yaratmaqla onlarla əlbir olduğ unu bildirərək adını bildirmədiyi hansısa vəzifəli şəxsə rüşvət verməklə barələrində cinayət işi başlanmamasını təmin etmək imkanı olduğuna inandıraraq bunun müqabilində onlardan hər biri üçün 1500 manat olmaqla ümumilikdə 4500-5000 manat məbləğində pul istəyərək A.Ağamaliyev və Ə.Bağırzadəni vasitəçidən istifadə etməklə vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, A.Ağamaliyev və Ə.Bağırzadə S.Qurbanəliyevin onların oğurluq etmələrindən xəbəri olmadığını deyərək ondan pul istəməyəcəklərini bildirmişlər. Həmin gün saat 19 radələrində barələrində cinayət işi başlanmamasını təmin etmək üçün Ə.Bağırzadə 1500 manat, A.Ağamaliyev isə 1000 manat pul verməyə razılıq versələr də, Məhkum onların bu təklifi ilə razılaşmayaraq, 5000 manat verəcəkləri təqdirdə məsələni həll edə biləcəyini, əks halda ba rələrində cinayət işi başlanacağını demişdir. 2017-ci ilin avqust ayının əvvəllərində 2-ci taborun hərbi qulluqçusu, gizir Niftəliyev Elsevər Möhübbət oğlu həmin hadisə barədə məlumat alaraq Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətinin qaynar xəttinin “***-***-**-**” nömrəsinə zəng edib məlumat verdiyi üçün Məhkum iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etməyə cəhd etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Fuad Soltanovdan ibarət tərkibdə) 11(106)-12/19 nömrəli xx xxxx 2019-cu il tarixli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və onun barəsində cinayət işinin icraatına xitam verilməsi və ya bəraət verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavəni dəlilləri: Kassasiya şikayətini və kassasiya şikayətinə əlavənin dəlillərini kassator Məhkum onunla əsaslandırır ki, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2019-cu tarixli qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, o, ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilməmişəm, elan olunan hərəkətləri qəti olaraq etməmişdir. Lakin birinci instansiya məhkəməsinin hökmündə qeyd olunmuşdur ki, qismən özünü təqsirli bilir. Onlar vəzifə səlahətlərindən sui-istifadə edərək mötəbər və tam əsaslı olan subutları və şahidlərin verdiyi ifadələri təhrik etməklə Azərbaycan Respublikasının qanunlarına o, cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin Təqsirsizlik prezumpsiyasının İİ, İİİ, İV bəndlərini kobud səkildə pozmaqla cinayət törədiblər. Hər şey dəlillər üzərindədir, dəlillərlə məchul məlum olunur və sübuta yetirilir, ya qəti olaraq əməl edilib təqsirlidir, ya da ki, edilməyib. Heç-bir aydınlıq gətirmədən, sübuta yetirilmədən “Qismən özümü təqsirli bilmək"-lə qənaətlənmişlər və təqsirləndirilən şəxsi yuxarıda qeyd olunan maddələrlə məhkum edibl ər. Burada Füzuli Hərbi Prakurorluğun və Füzuli Hərbi Məhkəməsinin apardıqları istintaqın tələblərini kobud şəkildə pozmaqlarını və bununla da ona qarşı törətdikləri cinayəti sübuta etdirmək zəruri olduğunu düşünürəm, belə ki, mən 28-xx xxxx 2017-ci il tarixdə olan hadisəni təsbit etməyim baxmayaraq, hansı mövqedən olduğumdan asılı olmayaraq hadisənin olduğu kimi aydın şəkildə təsvir etmişəm, nəzərə almalıdılar. Həmçinin faktla bağlı hərbi hissə komandirinin və korpus komandirinin nümayəndələri gəlsələr də, heç bir rəsmi araşdırma aparılmamışdır. Halbuki, oğurluq edənlər məlum idilər, bu barədə hətta E.Səfərov, əsgər X8 və başqa şahidlərin prakurorluğda verilən ifadələridə qeyd ediblər, lakin prokurorluq əhəmiyyətsiz qoyub. Bundan başqa, Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliy evin, “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi happında“ xx xxxxx 2019-cu il tarixli Fərmanı, həmin məhkəmə hakimləri və kollegiyası, bu fərmandan irəli gələn bütün tələblərini kobud şəkildə pozmuşlar. Beləliklə, yuxarıda qeyd olunanları bir-bir təhlil edərək, müəyyən olunur ki, həqiqət bəlli olunaraq, saxtakarlığa məruz qalınaraq mənə qarşı zorla irəli sürülən ittihamda, təqsirim sübuta yetirilməmişdir, qanunun maddələrini sübuta yetirmək üçün tətbiq etməli. Lakin Məhkəmə və prokurorluq istintaqı yuxarıda qeyd olunan maddələrə qismən istinad edərək, alınan ifadələri saxtalaşdıraraq istintaqın gedişatı tam şəkildə təhrik edilmiş. Belə ki, bu iş üzrə 8 nəfər şahiddən yalniz 3 nəfərin yani əsgərlər Ə.Bağırzadə, A.Ağamalıyev və kombat E.Səfərovun ifadələrini rəhbər tutaraq əsa s bilinməklə məni məhkum etdilər. Hansı ki, E.Nİftəliyev, batareya komandiri, Sultanov Şalbuz və həmin batareyanın taqım komandiri leytenant Kəlbəliyev Şamil, Bakı şəhəri. Biləcəri Hərbi Qarnizonun hərbi polisin əməliyyat müvəkkili kapitan Zeynalov Elçini və onunla olan çavuş Eşən Ağalarov, Müdafiə Nazirliyi əsgərlər Ə.Bağırzadə, A.Ağamalıyev, və E.Səfərov daxil olmaqla ifadələrində Müdafiə Nazirliyinin qaynar xəttinə zəng edilib E.Səfərovun pul istəməsi haqqında şikayət olunub, əsgərlər Ə.Bağırzadə, A.Ağamalıyev doğruyla-yalanı, dolaşıq-qarışıq ifadələrinə baxmayaraq, əsgər Ə.Bağırzadə kombat E.Səfərova qohumları (xalası) oğlu tərəfindən 1500 manat pul gətirilməsi haqqında, E.Səfərovun, Biləcəri Hərbi Qarnizonun hərbi polisin əməliyyat müvəkkili kapitan Zeynalov Elçini və onunla olan çavu ş Eşən Ağalarov ona qarşı əməliyyat qurulması və Müdafiə Nazirliyi tərəfindən rütbə-vəzifəsindən aşağı çəkilməsini haqqında ifadələrində qeyd ediblər. Mənim pul istəməyim haqqında yalniz cinayətkarlar oğurluqla cinayətə cəlb olunan əsgərlər Ə.Bağırzadə, A.Ağamalıyev və rüşvət alan kombat E.Səfərov, maraqlı şəxslər kimi, özlərini müdafiə xarakterli yalan ifadə verməklə cinayət təqibindən yayınmaq məqsədi ilə, saxta istintaqın rəhbərliyi ilə onun üzünə durmuşlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və ona əlavə təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxl anılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin və ona əlavəsinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası məhkumun bu dəlilini əsassız sayır. Məhkum kassasiya şikayətinin və ona əlavəsinin digər dəlili Məhkum hazı rkı cinayət işində təqsirinin sübuta yetirilməməsi, təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının və icraata xitam verilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqında özünü qismən təqsirli bilsə də, onun qeyd edilən cinayət əməllərini törətməsi onun özünün verdiyi ifadələri ilə yanaşı, zərərç əkmiş şəxslərin, şahidlərin ifadələri ilə və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təq ibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Birinci və apellyasiya instansiya məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə olan digər dəlillər qarşılıqlı təhlil edilib qiymət verilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə Məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixi, 1 saylı qərarında göstərilmişdir ki, şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması haqda məlumatları gizlətməsi onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Bundan başq a həmin Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Eyni zamanda həmin Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, dələduzluq etibardan sui-istifadə yolu ilə törədildikdə təqsirləndirilən şəxsin özgə əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək niyyətinin, əmlakın və ya əmlaka olan hüququ n ona etibar edildiyi ana qədər yaranması sübuta yetirilməlidir. Hökm və qərardan görünür ki, Məhkum ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin 2-ci taborunun minaatan batareyasının əsgərləri X5 və X3 oğurluğa cəhd etməsinə dair batareya komandiri, kapitan Şalbuz Sultanovun xx xxxx 2017-ci il tarixli, 8856 nömrəli raportu əsasında hərbi hissə komandiri vəzifələrini icra edən, polkovnik-leytenant Elnur Tarverdiyev tərəfindən təyin edilmiş xidməti araşdırmanın ona həvalə edilməsindən sonra icraatında olan həmin araşdırma üzrə 28 və xx xxxx 2017-ci il tarixlərdə hərbi hissənin 2-ci taboruna gedib orada əsgərlər A.Ağamaliyev və Ə.Bağırza də ilə görüşərək onları qeyd olunan oğurluq əməllərinə görə sorğu-sual etmiş, onlardan və ya digər şəxslərdən barələrində cinayət işi başlanmaması üçün və ya digər səbəblərlə şəxsən və ya vasitəçidən istifadə etməklə pul və sair maddi nemətlər istəməmişdir. Sadəcə xx xxxx 2017-ci il tarixdə saat 15 radələrində yenidən 2-ci tabora gələrək təhqiqat orqanına hörmət etməklə barələrində cinayət işi başlanmamasını təmin etmək imkanı olduğunu söyləyərək bunun müqabilində onlardan hər biri üçün 1500 manat olmaqla ümumilikdə 4500-5000 manat məbləğində pul istəmiş və həmin pulun özünə deyil təhqiqat orqanına verərək onlara kömək etmək məqsədi olmuşdur. Məhkum edilmiş şəxs Məhkum özünü təqsirli bilməməsi, əməlində cinayət tərkibinin olmaması kimi ifadəsinə məhkəmə kollegiyası tənqidi yanaşaraq bu ifa dələri iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi daşıyan, həqiqətə uygun olmayan və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsini inandırıcı hesab etmir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, ta m və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Məhkum barəsindəki xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar