Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-16/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 333.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Vüqar Kamal oğlu) Məhkum, xx xxxxxxxx il tarixdə Qazax rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 3-cü taborunun m inaatan batareyasının 2-ci tağım, 1-ci minaatan komandiri vəzifəsində, “kiçik çavuş” hərbi rütbəsindən müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, əvvəllər Gəncə Hərbi Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü ilə CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat miqdarında cərimə cəzasına, Gəncə Hərbi Məhkəməsinin 02 aprel 2015-ci il tarixli hökmü ilə CM-nin 333.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.5-ci maddəsinə əsasən isə Gəncə Hərbi Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 300 (üç yüz) manat miqdarında cərimə cəzası sonuncu hökml ə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə tam toplanılmaqla qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 300 (üç) manat cərimə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, cərimə cəzasını icra etmiş, ünvan 1-də daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, 12 aprel 2010-cu il tarixdə yaşayan, CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə Qazax rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qəra rı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasının 2-ci taqımının 1-ci minaatan komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 25 yanvar 2020-ci il tarixdə növbəti məzuniyyətə getmiş, 09 fevral 2020-ci il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda 24 aprel 2020-ci il tarixədək xidmət yerinə qayıtmamış, 24 aprel 2020-ci il tarixdə saat 10:46-da Gəncə hərbi prokurorluğuna gələrək istintaqa könüllü təqdim ol unmaqla bir aydan artıq, lakin üç aydan çox olmamaqla üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, o, 28 aprel 2020-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Kardiologiya bölməsində “Neyrosirkulyatoasteniya kardial tip. Hər iki gözün miopiyası. Hər iki gözdə M1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuş, 09 may 2020-ci il tarixdə müalicəsi başa çatdığından xidmət yerinə qayıtmalı olduğu halda 04 iyul 2020-ci il tarixdə saat 08:00-dək xidmət yerinə qayıtmamış, 04 iyul 2020-ci il tarixdə saat) 8:44-də Gəncə hərbi prokurorluğuna gələrək istintaqa könüllü təqdim olunmaqla bir iydan artıq, lakin üç aydan çox olmamaqla üzürlü səbəblər olmadan xidmət yerinə vaxt ında qayıtmamışdır. Hökmdən dövlət ittihamçısı Quliyev Tahir Ramiz oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 31 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini onu nla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsininin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gələrkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, bu cinayətin nəticəsini, törədilməsi halını, şəraitini, məqsədini və motivini, məhkumun şəxsiyyətinə aid olan halları, cinayətin törədilməsi zamanı davranışını düzgün qiymətləndirməmiş və ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cinayət cəzalarının təyin edilməsi prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, cəzanı yüngülləşdirən hallan düzgün müəyyən etməmiş, nəticədə məhkum edilmiş şəxs Məhkum barəsində əsassız olaraq CM-nin 62- ci maddəsi tətbiq edilməklə ona həddindən artıq yüngül cəza təyin edilmişdir. Həm birinci instansiya məhkəməsi, həm də onun gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış və nəzərə almamışlar ki, Məhkum əvvəllər də Gəncə Hərbi Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü ilə CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat miqdarında cərimə cəzasına, Gəncə Hərbi Məhkəməsinin 02 aprel 2015-ci il tarixli hökmü ilə CM-nin 333.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.5-ci maddəsinə əsasən isə Gəncə Hərbi Məh kəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 300 (üç yüz) manat miqdarında cərimə cəzası sonuncu hökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə tam toplanılmaqla qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 300 (üç) manat cərimə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Göründüyü kimi, məhkəmlər Məhkum CM-nin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsinin həmin Məcəllənin 61.1.1 -ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməsini, əvvələr də eyni xarakterli cinayətlər törətməklə barəsində CM-nin 62 və 70-ci maddələrin tətbiq edilməsini, həmin cəzalardan nəticə çıxarmayaraq yen ə eyni xarakterli cinayət törətməsini və xidmət müddətini başa vurduğuna görə deyil, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən «xidmətə uyğunsuzluğa görə» ehtiyata buraxılmasını nəzərlərindən qaçırmışlar. Qeyd olunanlara əsaslanan dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməm işdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM- nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protesti nin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı Q.A.Rizvanov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasi ya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübut ların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instan siyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit ed ilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına, onların şəxsiyyətinə, o cümlədən ailə və sağlamlıq vəziyyətinə uyğun olan bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərə zli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də m üvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün k ifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xaraktkerli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, fa ktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, cinayətprosessual qanunvericiliyinin tələblərindən və Konstitusiya Məhkəməsi Plenumunun aşağıda göstərilən qərarlarında əksini tapmış hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanun vericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən həm bu əmələ münasibətdə, həm də cinayət hüquqi xarakterli tədbirin seçilməsi zamanı maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini, habelə iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında cinayət təqibinin və cinayət mühakimə icraatının prinsiplərinə, şərtlərinə və qaydalarına əməl olunub-olunmamasını yoxlamaq vəzifəsi düşür. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum ona ittiham olunmuş cinayəti törətməsi ilə bağlı iş üzrə bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən, hökmdən verilmiş apellyasiya protestində isə bununla bağlı tələb irəli sürülmədiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac ol mamış və məhkəmə tərəfindən adı çəkilən məhkumun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması kifayət etmişdir. Kassasiya protestinin də məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun cinayət əməllərinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və həmin məhkəmənin nəticələri ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarında) həmin sübutlar əraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya protestinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun qərarların əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən, Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhk əmələri onun törətdiyi həmin əməlləri, yəni müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzürlü səbəblər olmadan məzuniyyətdən və təkrarən müalicə müəssisəsindən xidmət yerinə vaxtında bir aydan artıq, lakin üç aydan çox olmayaraq müddətlərə qayıtmamasını CM-nin 333.4-cü maddəsi ilə düzgün tövsif etmişlər. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə məhkumun şəxsiyyətinə uyğun olmaması barədə kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 333.4-cü maddəsin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki il dən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun bir çox qərarlarında ifadə etdiyi hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun cəza təyini ilə bağlı məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələb və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarət dir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edil ərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM -nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəy yən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edil ən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. C əza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Q anunvericiliyin tələblərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən, Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası törədilmiş cinayətin halları ilə yanaşı Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı məhkəmələrinin (xüsusən birinci instansiyası məhkəməsinin) əsaslandıqları hallara da müraciət etməyi zəruri bilir. Məhkəmə aktlarından görünür ki, Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə uyğun hesab edən birinci instansiyası məhkəməsi hökmdə məhkum olunmuş şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı sonuncunun əməlini səmimi etiraf etməsini, xidmət yeri üzrə hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunma sını, cinayəti törətdikdən sonra hərbi xidmətdən tərxis olunmasını, ordu sıralarında 12 il müddətdən artıq xidmət etməsini CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin halları cəzanı yüngülləşdirən hallar, onun ittiham olunduğu cinayətləri təkrarən törətməsini isə CM-nin 61.1.1-ci maddəsinə əsasən iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini qeyd etmişdir. İş materiallarının təhlili göstərir ki, bu halların hamısı iş üzrə ibtidai araşdırma zamanı qanun üsullarla toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilir. Məhkum barəsində əsassız olaraq CM-nin 62-ci maddəsinin tətbiqi barədə kassasiya protestinin əsas dəlilnə gəldikdə, məhkəmə kollegiyası əvvəla vurğulamağı lazım bilir ki, CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, t əqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yün gül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yaln ız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin mə qsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğ unsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri, mənası və yuxarıda göstərilən qaydada təfsiri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş üzrə sübutlar əsasın da müəyyən edilmiş halları, habelə Məhkum ordu sıralarından tərxis olunduqdan sonra barəsindəki hökm qanuni qüvvəyə minənədək hər hansı başqa qeyri-qanuni əməllər törətməməsini, törətdiyi cinayət əməli nəticəsində heç bir ağır, qarşısı alınmaz nəticənin baş verməməsini, əvvəlki məhkumluqlarının ödənilməsini cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirib, həm bu halları və eyni zamanda onun özünün də ictimai təhlükəli şəxs olmamasını nəzərə alaraq məhkum olunmuş şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın (azadlığın - məhdudlaşdırılması növündə) təyin edilməsi haqqında qanuni və əsaslı nəticəyə gəlmişlər. Bu cəzanı açıq-aşkar yüngül hesa b etməyən məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarına əsasən, Məhkum həm məzunyyətdən, həm də müalicə müəssisəsindən ona elan olunmuş ittihamla müəyyən edilmiş müddətlərdə xidmət yerinə vaxtında qaytmasa da, o, sonradan – 24 aprel 2020-ci il və 04 iyul 2020-ci il tarixlərdə könüllü olaraq barəsindəki cinayət işi üzrə ibtidai araşdırma aparılan Gəncə Hərbi Prokurorluğuna gəlib özünü təqdim etmiş, ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında törətdiyi əməlləri səmimi etiraf edərək peşmançılıq çəkdiyini bildirmiş, özü isə “Neyrosirkulyatoasteniya kardial tip. Hər iki gözün miopiyası. Hər iki gözdə M1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, correksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəlikdən əzab çəkmişdir. Bununla yanaşı, məhkəmə kolleg iyasının fikrincə Məhkum təyin olunmuş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası açıq-aşkar yüngül hesab edilə bilməz həm də ona görə ki, onun təqsirli bilindiyi CM-nin 333.4-cü maddəsində bu cəzadan da yüngül növdə - hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza nəzərdə tutulmuş, yəni qanunverici göstərilən maddə ilə təqsirli bilinərək məhkum olunmuş şəxsə (hərbi qulluqçuya) hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini mümkün bilmiş, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmələr isə həmin cəzanın təyin edilməsini ona görə müzakirə etməmişlər ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkum artıq ordu sıralarından tərxis olunaraq hərbi qulluqçu statusunu itirmişdir. Eyni zamanda məhkəmə kollegyiası nəzərə alır ki, barəsində ki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarından verilmiş kassasiya protestinə etiraz etdiyini bildirərək bu haqda ərizəsini Ali Məhkəmənin Cinayət Kollegiyasına göndərən Məhkum həmin ərizəsinə Qazax rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 tərəfindən verilmiş təqdimatın təmin edilməsi və məhkumun “8 Noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 Noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Gəncə Hərbi Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1-1(095)- 016/2021 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 (beş) ay 14 (on dörd) gün hissəsini çəkməkdən azad edilməsi, məhkumluğunun isə götürülməsi haqqında Q azax Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarının surətini əlavə etmişdir. Həmin qərardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müəyyən edilmədiyindən məhkəmə kollegiyası onun qüvvəyə minməsini istisna etmir və həm bütün yuxarıda şərh olunanlara, həm də kassasiya protestinə məhkəmə baxışı iclasında müəyyən edilmiş bu hala görə Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarınnın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını əhəmiyyətsiz hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq və onları qəbul edilməz sayaraq, digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində göstərilən pozuntuya yol verilməməsini qeyd edərək həmin protestin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının isə ləğv edilməsi üçün əsaslar görmür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini bir daha nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 333.4-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkə mə kollegiyası QƏRARA Kassasiya protesti təmin edilməsin. A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-16/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-16/2022
22.02.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver