Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-16/2023 09.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: X11 (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X5 ibarət tərkibdə; Aytac Səfa qızı Əhmedlinin katibliyi ilə, Dövlət ittihamçısı - Azerbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315, 328.4 və 330.5-ci maddələri ilə məhkum edil məsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim İlqar Quliyevin sədrliyi, hakimlər Vidadi Nəsirov və Əhməd Sarıyevdən ibarət tərkibdə) 06 iyul 2021-ci il tarixli, 1(098)-58/2021 nömrəli hökmü ilə xx.xx.2000-ci il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, 26 aprel 2019-cu il tarixdə SHXÇDX-nin Zaqatala rayonu tərəfindən müddətli həqiqi hərbi xidmətə cağırılmış, N №-li hərbi hissəsinin 1-ci minaatan batareyasının 2-ci tağımının 4-cü manqasının heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, ünvan 1 ünvanında daimi qeydiyyatd a olan və yaşayan, Məhkum CM-in 315-ci maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək, 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, CM-in 330.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinin tələbinə əsasən həbsdə saxlamanın müddəti intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla Məhkum xx.xx.2020-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək həbsdə sa xlandığı 9 (doqquz) ay 10 (on) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab olunmuş, Məhkum barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi hökm edilmişdir. İşin halları: Məhkum «sıradan kənar hərbi xidmətə yararlı» kimi müddətli həqiqi hərib xidmətə cağırılmış N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət kecdiyi zaman rəisin qanunla müəyyən qaydada verdiyi əmri yerinə yetirməkdən açıqcasına imtina edərək, hərbi xidmət mənafelərinə mühüm zərər vurmuşdur, həmçinin rəisə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zaman zor tədbiq etməklə müqavimət göstərmişdir. Qeyd edilən hərəkətlərin ibtidai istintaqı zamanı Məhkum hakimiyyət nümayəndəsinə xid məti vəzifəsini yerinə yetirərkən zor təlbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Məhkum 26 aprel 2019-cu il tarixdə «sıradan kənar hərbi xidmətə yararlı» kimi müddətli həqiqi hərib xidmətə cağırılmış və döyüş şəraitində yerləşən N saylı hərbi hissənin Tərtər rayonunun İsmayılbəyli kəndində dislokasiya olunmuş və bilavasitə düşmənə yarşı durmayan N nömrəli hərbi hissəsinin 1-ci minaatan batareyasının 2-ci tağımının 4-cü manqasında heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 30 avqust 2020-ci il tarixdə 08 radələrində səhər yeməyindən sonra həmin hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən 1-ci minaatan batareyasının döyüş məşğələsi cədvəlinə əsasən batareya tərkibində məşğələ keçirilən zamanı sıra düzülüşünə gəlmədiyindən kapitan X8 əsgər X6 onu ça ğırması üçün göndərmiş, lakin Kəramət Əliyev onun arxasınca gedib geri qayıdaraq əsgər Məhkum ona dərsdə iştirak etmək istəmədiyini deməsini bildirmişdir. Bundan sonra, kapitan Elvin Şərifov özü əsgər yataqxanasına gedərək əsgər Məhkum çarpayıda uzandığını görüb sonuncuya "yoldaş əsgər, məşğələyə gəl" əmrini vermiş, lakin, Məhkum əmri icra etməyərək kapitan Elvin Şərifova "mənə dərs lazım deyil, mən dərsdə iştirak etməyəcəm" deyə bildirdikdən sonra, kapitan Elvin Şərifov sıraya qayıtmış və sırada olan şəxsi heyət əsgər Məhkum kapitan Elvin Şərifovla birlikdə sıraya gəlmədiyindən Elvin Şərifov komandir kimi şəxsi heyyət qarşısında nüfuzuna xələl yetirlmişdir, bununla da, Məhkum Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 15-ci maddəsində göstərilən "hərbi qullu qçuya əmr verildikdə o, "oldu" cavabını verərək əmri yerinə yetirməlidir" tələbini pozaraq ona qanunla müəyyən edilmiş qaydada verilmiş əmri yerinə yetirməli olduğu halda əmri yerinə yetirməkdən açıqcasına imtina emişdir. Bundan başqa Məhkum yuxarıda göstərilən vəzifədə və rütbədə xidmət edərkən 08 sentyabr 2020-ci il tarixdə saat 08 radələrində N nömrəli hərbi hissənin 1-ci minaatan batareyasının komandiri, kapitan X8 tərəfindən həmin hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən 1-ci minaatan batareyasında növbətçilik cədvəlinə əsasən batareya üzrə gün növbətçisi naryadına təyin edilib sıranın qarşısına çıxarılaraq ona "yoldaş əsgər, əmr edirəm, batareyanın gün növbətçisi naryadını qəbul et" əmri verilsə də, o, şəxsi heyətin qarşısında batareyanın gün növbətçisi naryadını q əbul etməkdən imtina edib "mən gün növbətçisi naryadına getməyəcəm, kimsə məni naryada qoya bilməz" ifadəsini işlədib əmri icra etmədiyindən kapitan Elvin Şərifov əsgər X2 onun əvəzinə batareyanın gün növbətçisi naryadına təyin etmişdir. Həmin vaxt əsgər Seyfəddin Hüseynov onun naryadı qəbul etməməsinə görə öz etirazını bildirərək "komandir, Sizin sözünüzü yerə salmaq istəmirəm, ancaq mən nəyə görə başqasının yerinə növbəyə çıxmalıyam?" deyib naryadı qəbul etmiş, bununla da, Məhkum Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 15-ci maddəsində göstərilən "hərbi qulluqçuya əmr verildikdə o, "oldu" cavabını verərək əmri yerinə yetirməlidir" tələbini pozaraq ona qanunla müəyyən edilmiş qaydada verilmiş əmri yerinə yetirməli olduğu halda naryada çıxmayacağını bildir ib əmri yerinə yetirməkdən açıqcasına imtina edərək kapitan Elvin Şərifovun nüfuzunun tabelikdə olan hərbi qulluqçular arasında aşağı düşməsinə və digər hərbi qulluqçu, əsgər X1 istirahət etməli olduğu halda onun bu hüquqnun pozulmasına səbəb olaraq, məcburiyyət qarşısında qalıb onun əvəzinə naryadı qəbul etmişdir. Nəticədə Məhkum xx.xx.2020-ci il tarixdə və 08 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 15-ci maddəsinin təkrarən pozması kapitan Elvin Şərifova komandir kimi şəxsi heyyət qarşısında mənəvi istirablar keçirməklə, onun nüfuzunun tabelikdə olan hərbi qulluqçular arasında aşağı düşməsinə, tabelikdə olan şəxsi heyətin idarə olunması, hərbi qulluqçular arasında olan tabelik münasibətlərinin hərbi nizamnamələrdə müəyyən ed ilmiş qaydalarına zərər vurmaqla, şəxsi heyətin döyüş qabiliyyətində ruh düşkünlüyü yaradıb döyüş qabiliyyətini zəiflətməklə, həmçinin digər tabelikdə olan hərbi qulluqçular tərəfindən təkrarlana biləcək qanunsuz hərəkətlərə yol verilməsinə və şəxsi heyət arasında hərbi intizamın pozulmasına səbəb olmaqla hərbi xidmət mənafelərinə mühüm ziyan vurmuşdur. Həmçinin, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 25 sentyabr 2020-ci il tarixdə saat 06 radələrində N nömrəli hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində, döyüş tapşırığını yerinə yetirən, lakin bilavasitə düşmənlə qarşı durmayan 1-ci minaatan batareyasında batareya növbətçisi, aralarında tabelik münasibətləri olmaqla ona rəis hesab edilən, həmin batareyanının minaatan tağımının komandiri, kiçik-çavuş X9 batareyanın yataqx anasında şəxsi heyətə “qalx” komandası verdikdən sonra, şəxsi heyət qalxaraq hazırlaşmağa başlamış, lakin, o iki mərtəbəli yataq yerinin üstündə yerləşən çarpayısında yatmağa davam etməsi səbəbindən kiçik-çavuş İlkin Şirinov ona yaxınlaşaraq “qalx” komandası verildiyini deyib qalxmasını bildirdikdə, o, yerindən qalxmayacağını və onu narahat etməməsini bildirmişdir. Bundan sonra, İlkin Şirinov onun qalxmamasına görə onun üstünə örtdüyü örtüyü götürüb ona qalxmasını yenidən bildirməsi səbəbindən əsəbiləşərək çarpayıda oturub İlkin Şirinovun sinə nahiyəsinə bir təpik zərbəsi vurması nəticəsində İlkin Şirinovun kürəyi yataqxanada olan çarpayıya dəymiş, bununla da o, rəisə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı zor tətbiq etməklə müqavimət göstərmişdir. Qeyd edilən hərəkətlərin ibtidai istintaqı zamanı Məhkum 26 sentyabr 2020-ci il tarixdə saat 23:45 radələrində Tərtər hərbi prokurorluğunda CM-nin 328.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq ünvan 2 ünvanında yerləşən Tərtər rayon polis şöbəsinin müvəqqəti saxlanma yerinə gətirilib saat 23:50 radələrində Tərtər rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə qəbul edilən zaman polis əməkdaşları tərəfindən hər hansı qadağan edilmiş əşyanın keçirilməsinin qarşısını almaq məqsədilə onun paltarlarına və bədəninə baxış keçiriləcəyi ona izah edilmiş və müvəqqəti saxlama yerinin daxili intizam qaydaları ilə tanış edildikdən sonra, Tərtər rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin mühafizəçisi, polis baş serjantı X10 tərəfindən onun üst paltarlarına baxış keçirilərək üzərində hər hansı qadağan olunmuş əşya a şkar olunmamışdır. O, üst paltarlarını çıxartdıqdan sonra, Elçin Şahbazov “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun 12.1.1-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin qəbul edilməsi, onların qeydiyyatının və şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və kameralarda yerləşdirilməsi tələblərini rəhbər tutub öz xidməti vəzifəsini yerinə yetirərək, bədəninə baxış keçiriləcəyini deyib ona alt tuman və köynəyini çıxartmasını bildirsə də, o, etiraz edərək çıxartmayacağını bildirdikdə Elçin Şahbazov ona bədəninə baxış keçiriləcəyini deyib yenidən alt paltarlarını çıxartmasını bildirməsi səbəbindən əsəbləşərək Elçin Şahbazovun sol sifət nahiyəsinə bir yumruq zərbəs i vuraraq ona sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən “üst dodağın əzilmiş yarası” ilə müşayiət olunan bədən xəsarətini yetirməklə, hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Məhkumun müdafiəçisi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavədə Tərtər Hərbi Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 1(098)58/2021 nömrəli hökmünün ləğv edilməsini və məhkuma CM-in 315, 328.1 və 330.1-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsini, dövlət ittihamçısı isə apellyasiya protestində Tərtər Hə rbi Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 1(098)-58/2021 nömrəli hökmünün dəyişdirilərək məhkumun əməllərinin CM-in 315, 328.4 və 330.5-ci maddələrinə tövsif edilməsini və həmin maddələrlə ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X13 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə) 04 oktyabr 2022-ci il tarixli, 1-1(104)-05/2023 saylı hökmü ilə Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315, 328.1 və 330.1ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Tərtər Hərbi Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 1(098)-58/2021 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315, 328.4 və 330.5-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 315-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 328.4cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 330.5-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum barəsində Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 1-1(104)-05/2023 saylı qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini Dövlət ittihamçısı onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum apelyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkumşəxsiyyətinə əhəmiyyət verilməmiş, apelyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcə kdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya ap ellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəs inə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə hesab etmişdir ki, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu, yəni Məhkum əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, ailə üzvülərinin ağır şəraitdə yaşamasını, "hər iki gözdə mürəkkəb miopik astiqmatizm" və "burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi pozulması ilə" diaqnozlu xəstəliklərdən əziyyət çəkməsini, həqiqi hərbi xidmətini başa vurmasını, cinayətin məqsədi və motivini, Məhkum cinayətlərin törədilməsində rolunu, cinayətlərin törədilməsi zamanı və bundan sonra onun davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan R espublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Məhkum cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və CM-in 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum barəsində təyin edilmiş cəza şərti olaraq hesab edilməsi onun törətmiş olduğu cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsi ilə yanaşı məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və y a dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçü n möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktaybr 2022-ci il tarixli Məhkum haqqındakı hökmünün kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 1-1(104)-05/2022 saylı hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-16/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-16/2023
09.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver