Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-16/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi XN, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili MüdafiəçiN iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 333.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral N0N4-cü il tarixli, 11(104)-N/N0N4 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1996-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Bərdə rayonunun Yerli Ağalı kəndində qeydiyyatda olmaqla yaşamışdır, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş itti ham aktına əsasən, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Əliağalılar kəndində yerləşən 1-ci taborunun 1-ci bölüyünün N-ci taqım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən xidmət etdiyi hərbi hissə komandirinin N fevral N0NN-ci il tarixli, 46 nömrəli əmri ilə N fevral N0NN-ci il tarixdə 15 gün müddətinə növbəti məzuniyyətə buraxılmış, N5 fevral N0NN-ci il tarixdə məzuniyyətdən hərbi hissəyə qayıtmalı olduğu halda qayıtmamış, 0N sentyabr N0NN-ci il tarixdə saat 08:00-da Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmiş, bununla da, o, gizir olmaqla üç aydan artıq müddətdə üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında qayıtmamışdır.
3. Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim: X10 ) N fevral N0N3-cü il tarixli, 1(098)17/N0N3 nömrəli hökmü ilə Məhkum CM-in 333.4- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın dörd gününə azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla, Məhkum Tərtər Hərbi Məhkəməsinin N9 mart N0NN-ci il tarixli 1(098)-91/N0NN nömrəli hökmü ilə CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinməklə təyin edilmiş aylıq pul təminatından 05 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 05 (beş) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş qalan 04 (dörd) ayı CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlı qdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.N və 158.6-cı maddələrinə əsasən, Məhkum 0N sentyabr N0NN-ci il tarixdən 03 sentyabr N0NN-ci il tarixədək tutulduğu 01 (bir) gün və 13 yanvar N0N3-cü il tarixdən 0N fevral N0N3-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı N0 (iyirmi) gün, cəmi N1 (iyirmi bir) gün müddətin təyin edilmiş cəza müddətinə daxil edilməklə, həmin müddətin Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq təyin edilmiş 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və onun üzərində 03 (üç) il 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məh kum barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, onun üzərində saxlanılmış 03 (üç) il 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, Məhkum barəsində müəyyən edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması və onun üzərinə sınaq müddəti ərzində nümunəvi hərbi xidmət keçmək, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində Məhkum oglunun davranışına nəzarət etməyin hazırda hərbi qulluq keçdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə qeydiyyat və yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, Məhkum oglunun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə zalından dərhal həbsdən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti verərək Tərtər Hərbi Məhkəməsinin 0N fevral N0N3-cü il tarixli hökmünün dəyişdirilmsəini və Məhkum CM-in 333.4-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə CM-in 70-ci maddəsinin xaric edilməklə ona CM-in 333.4-1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməsini xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X7 və X6 ibarət məhkəmə tərkibində) 5 fevral N0N4-cü il tarixli, 1-1(104)N/N0N4 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Məhkum CM-in 333.4-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 0N fevral N0N3-cü il tarixli, 1(098)-17/N0N3 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, həmin hökmlə Məhkum qəti olaraq təyin edilmiş 3 (üç) il 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının icraya yönəldilməsi, Məhkum ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu xx.xx.N0N4-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm və qərar icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, hökm qalan hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması, qərarın icrasının Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin N saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır.
6. X9 Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral N0N4-cü il tarixli, 1-1(104)-N/N0N4 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar:
7. Kassasiya şikayətinin dəlilləri qismində bir sıra hallara (əməlindən səmimi peşman olması, xidmətdən yayınma niyyətinin olmaması, anasının xəstə olması və bir sıra ailədaxili problemlərin olma sı) istinadlar edilərək, barəində verilmiş apellyasiya protestinin apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməsinin qanunsuz və əsassız olması qeyd edilərək, məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral N0N4-cü il tarixli, 1-1(104)-N/N0N4 nömrəli qərarını dəyişdirərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi hissəsində ləğv edilməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi kassasiya şikayətini müdafiə e dərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq y alnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanı mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsin də nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral N0N4-cü il tarixli, 1-1(104)-N/N0N4 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallar ına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
18. Cəzanın məqsədini təsbit edən CM-in 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. CM-in 46.N-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təy in edə bilər.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.N).
22. Cəzanı ağırlaşdıra n halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.N-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
23. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.N-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsb it olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
25. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəz anın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
26. Belə ki, Məhkum barəsində daha ağır cəza təyin edilməsi ilə bağlı apellyasiya protestinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşaraq, Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmü ilə tətbiq edilmiş CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi və məhkum üzərində həmin hökmlə qəti olaraq təyin edilmiş 3 il 9 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın icraya yönəldilməsi qənaətinə gəlmişdir.
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı icraya yönəldib, CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi qənaətinə gələrkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən kifayət qədər nəzərə almamış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
28. Göründüyü kimi, Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının ağırlaşdırılmasına dair apellyasiya protestində irəli sürülmüş məhkum barəsində tətbiq edilmiş CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi barədə tələblərlə razılaşaraq, hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kass asiya şikayətinin dəlilləri qismində sadaladığı hallara qiymət verərək, həmin halların məhkum barəsində təyin edimiş cəzanın şərti tətbiq edilməsinə əsas olmaması qənaətinə gəlmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
31. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.N1-ci maddəsində təsbit olunmuş hal ların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin və təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral N0N4-cü il tarixli, 1-1(104)-N/N0N4 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci ma ddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 fevral N0N4-cü il tarixli, 1-1(104)-N/N0N4 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.