Məhkəmə qərarları › İş №1-1(102)-17/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-17/2018

08.02.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-17/2018 08.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Füzuli Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 332.2.3 və 332.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və X3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim K.S.Bəşirov) xx xxxxxx 1995-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Daşkəsən rayonunun Quşçu kəndində daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissənin hərbi qulluqçusu, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 332.2.3 və 332.2.4-cü maddələri il ə təqsirli bilinib, Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə 5 (beş) il müddətinə, həmin məcəllənin 332.2.3 və 332.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi gündən - xx xxxx 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X3 Azərbaycan Respublikası CM-in 150.2.1, 332.2.3 və 332.2.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə 5 (beş) il müddətinə, həmin məcəllənin 332.2.3 və 332.2.4-cü maddələr i ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, lakin hazırda onun barəsində kassasiya şikayəti və ya kassasiya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, N saylı hərbi hissənin əsgəri X1 xx xxxxx 2015-ci il tarixdə naryadda olarkən təxminən saat 03:15 radələrində əsgər Emil Məmmədovun yatılı vəziyyətdə, yəni köməksiz vəziyyətdə olmasından istifadə edərək ona qarşı seksual xarakterli zorakı hərəkətlər etdiyinə görə ondan qisas almaq məqsədi ilə həmin gün saat 13 radələrndə Emil Məmmə dov əsgər Məhkumla onun döyüş növbəsində olduğu müşahidə postunda qabaqcadan əlbir olan bir qrup şəxs halında silah tətbiq edib zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaq və zor təbiq etməklə tabelik münasibətlər olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, habelə zərərçəkmiş şəxsə zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə seksual xarakterli zorakı hərəkətlər etmişdir. Belə ki, o, N saylı hərbi hissənin 3-cü motoatıcı taborunun 9-cu bölüyünün 1-ci tağımının 1-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xx xxxxx 2015-ci il tarixdə saat 13 radələrində 1-ci manqanın müşahidə postunda döyüş növbətçiliyində xidmət aparan zaman, yaxın münasibəti olan, 9-cu bölüyün 2-ci tağımının 2-ci manqasının əsgəri X3 yanına gələrək onunla görüşüb həmin gün səhər saat 04 radələrində ərazi patrulu naryadında olarkən postda yatdığı zaman xidmət yoldaşı, 9-cu bölüyün 2-ci tağımının 1-ci manqasının əsgəri X1 cinsi orqanını onun ağzına sürtdüyü barədə məlumat vermiş və əsgər Məhkum təklifi ilə İbrahim Tağızadəyə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlmişlər. Bu məqsədlə o, manqanın yataqxanasının qarşısında dayanan əsgər İbrahim Tağızadəni müşahidə postuna çağırmış, orada əsgər Emil Məmmədovla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138, hab elə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, hərbi nəzakət, davranış qaydalarına ciddi riayət etməlidirlər» tələblərini kobud surətdə pozaraq, əvvəlcə o, əsgər İbrahim Tağızadəyə əsgər Emil Məmmədova qarşı etdiyi nalayiq hərəkətə görə irad tutub şərəf və ləyaqətini alçaltmaqla ondan E.Məmmədovun cinsi orqanından öpməsini tələb etmiş, əsgər İ.Tağızadə buna etiraz etdikdə, o, üzərində olan, özünə təhkim olunmuş AKMS markalı AN 5455 №-li avtomat silahın sürgü qolunu çəkib patronu patron yuvasına yeridərək silahı döyüşə hazır vəziyyətə gətirmiş və lüləsini əsgər İ.Tağızadənin başına dirəyib sonuncuya qarşı psixi z or tətbiq etməklə dizi üstə çökməyi tələb edərək, əsgər E.Məmmədovun cinsi orqanından öpməyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələməklə seksual xarakterli digər zorakılıq hərəkətləri edərək, əsgər İ.Tağızadənin dizi üstə durub əsgər E.Məmmədovun şalvarının qabağını açaraq çıxartdığı cinsi orqanını öpməsinə nail olmuşdur. Daha sonra o, əsgər E.Məmmədovla birlikdə əsgər İ.Tağızadənin ünvanına nalayiq sözlər demiş, ardınca əsgər E.Məmmədov əsgər İ.Tağızadənin sifətinə bir sillə zərbəsi vurmaqla ona qarşı fiziki zor tətbiq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Quliyev Vəkil Yelmar oğlu və məhkum E.Ş.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: A.Q.Dosiyev (sədrlik edən və məruzəçi), Z.B.Babayev və Ə.Ə.Novru zovdan ibarət tərkibdə) xx xxxx 2016-cı il il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və ona bəraət verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olmaqla bərabər, cinayət qanunvericiliyinin tələblərinə zidd olmaqla kobud prosessual pozuntulara yol verilərək qəbul edilmişdir. Belə ki, iş üzrə zərər çəkmiş şəxsxxx ilkin verdiyi ifadədən fərqli olaraq Məhkum tərəfindən ona qarşı hər hansı bir qanunsuz və zo rakı hərəkət edilmədiyini və Məhkum qarşı heç bir şikayət və tələbinin omadığını qeyd etmişdir. Lakin məhkəmələr qeyd olunan halı sübut kimi qiymətləndirməmiş və qanuna zidd olaraq ifadəni təhdid altında verdiyini və müdafiə xarakteri daşıması barədə absurd nəticəyə gəlmişlər. Bundan başqa Məhkum kassasiya şikayətində ona qarşı elan olunmuş ittiham üzrə əməli sübuta yetirən hər hansı başqa sübutun olmadığını və sadalalnan xüsusatların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində birbaşa təqsirləndirilən şəxsin xeyrinə həll olunan hal kimi göstərilməsinə baxmayaraq məhkəmələrin bu normanın tələblərini nəzərə almadığını qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövl ət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarı Məhkum barəsində cəza təyininə dair hissədə dəyişdirilməli, Azərbaycan Respublikası CM-in 150.2.1ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə, həmin Məcəllənin 332.2.3 və 332.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası isə həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə endirilməli, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə a zadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərər çəkmiş şəxsxxx isə məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddəd ən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməlləri AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Füzuli Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə AR CM-in 150.2.1, 332.2.3 və 332.2.4-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum müdafiəçisi V.Y.Quliyevin apel lyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək barəsində bəraət çıxarılmasını xahiş etmişdir. Məhkum ibtidai istintaq və məhkəmə baxışları zamanı özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə toplanmış şahid ifadələri, üzləşmə protokolları, maddi sübutlar və digər istintaq hərəkətləri ilə tam sübuta yetirilmiş, işin halları birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində hərtərəfli araşdırılaraq obyektiv hüquqi qiymət verilərək, onun əməli Azərbaycan Respublikası CM-in 150.2.1, 332.2.3 və 332.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xxx özünü təqsirli bilməməsi və kassasiya şikayətində gətirdiyi dəlillər özünümüdafiə xarakteri daşıyır və cinayət işi üzrə ona bəraət verilməsi üçün Azərbaycan Respublikası CPMin 42-ci maddəsində sadalanan əsaslardan heç biri mövcud deyil. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsində göstərilən yüngülləşdirici halı yəni cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, habelə o nun gəncliyini, əvvəllər məhkum olunmamasını, zərər çəkmiş şəxsin hər hansı tələb və şikayətinin olmamasını, hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən göründüyü kimi şəxsi heyət arasında hörmət qazanmasını, hər an vətənin keşiyində durmağı bacarmasını, Azərbaycan Respublikası qanunlarına sadiq olmasını yüngülləşdirici hallar kimi nəzərə almamış və ona nisbətən ağır cəza təyin etmişdir. Halbuki, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərə findən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini və yuxarıda qeyd olunan halları nəzərə alıb, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla Məhkum təqsirli bilindiyi maddələrin sanksiyası həddindən də aşağı həddə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsus i hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməl idirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Bundan başqa qeyd edilən xx xxxx 2003-cü il tarixli Plenum qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda, məhkəmə işin hallarını, təqsirka rın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Cəza törədilmiş cinayət görə yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası Məhkum tərəfindən törədilmiş cinayətin baş vermə şəraitini və motivini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın onun islah olunmasına təsirini, habelə zərər çəkmiş şəxsin ona qarşı heç bir tələbinin olmamasını nəzərə almaqla, qeyd edilən yüngülləşdirici halların mə cmusunu müstəsna hal hesab edərək, Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin endirilməsini mümkün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi ko llegiyasının xx xxxx 2016-cı il tarixli qərarı Məhkum barəsində cəza təyininə dair hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3 və 332.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti isə həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaç əkmənin əvvəli Məhkum həbs edildiyi gündən - xx xxxx 2015-ci il tarixdən hesablansın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar