Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-17/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan2 evində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4, 32.4, 312.1 və 333.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim K.N.Muxtarov) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 32.4, 312.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CMnin 32, 312.1-ci maddələri ilə 5000 (beş min) manat miqdarda cərimə cəzasına, CM-nin 333.3-cü maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 500 (beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci madd əsinə əsasən təyin edilmiş cərimə cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək və cərimə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması və 5000 (beş min) manat miqdarda cərimə cəzasının təyin edilməsi, CM-nin 68.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaların müstəqil icra olunması, həmçinin CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının müstəqil icra olunması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Q.Rzaquliyev (sədrlik edən), S.B.Hüseynov və Ç.B.Məmmədov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası artırılmış və ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Məhkum xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 60 (altmış) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanılmaqla üzərində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. “Məhkum Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş 02 il azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmasına dair Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1-1(104)-36/2019 saylı qərarının müstəqil icra olunmasına” dair müddəa hökmdən xaric edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank əleyhinə bölüyünün 1-ci tank əleyhinə taqımının tank əleyhinə idarə olunan raketlər manqasında baş operator vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq hərbi xidmətdə olan hər bi qulluqçu kimi xidmətdə olarkən, xx xxxxxx 2018-ci il tarixdə saat 04:10-da hərbi hissəni özbaşına tərk etmiş və xx xxxxxx 2018-ci il tarixdə saat 20:55-də geri qayıtmış, bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa, o, yuxarıda qeyd olunan vəzifə və rütbədə xidmətdə olarkən N nömrəli hərbi hissənin sabiq müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçusu, eyni zamanda tanışı olan X3 ona hərbi xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması barədə məlumat verərək onun yenidən hərbi xidmətə bərpasına köməklik etməsi barədə müraciət etdikdə, o, aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək bu məqsədlə X vəzifəsini, rütbəsini və adını demədiyi vəzifəli şəxsin vasitəsi ilə 2500 manat pul müqa bilində onu işinə bərpa etdirəcəyini vəd verməklə sonuncunu ələ alaraq rüşvət verməyə təhrik etmişdir. Bundan sonra aralarında olan razılığa əsasən Məhkum xx xxxxxx 2018-ci il tarixdə, Gəncə şəhərində ümumilikdə 1700 (bir min yeddi yüz) manat pulu Xdən alaraq sonuncunun xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş və rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, Məhkum yuxarıda qeyd olunan vəzifə və rütbədə xidmətdə olarkən, tanışı və eyni hərbi hissədə xidmət etdiyi Zərərçəkmiş şəxs 20.000 manata «Toyota Prado» markalı avtomaşın olması barədə məlumat verərək sonuncuya həmin avtomaşını almasını təklif etmiş və özünün bu işi həll edəcəyini vəd vermişdir. Aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs xx xxxx 2018-ci il tarixdə 14.000 manat, xx xxxx 201 8-ci il tarixdə isə 6000 manat olmaqla ümumilikdə 20.000 (iyirmi min) manat pulu Məhkum vermişdir. Lakin Məhkum vəd verdiyi avtomaşın markasının alınmasını təmin etməmiş, bunun əvəzində Zərərçəkmiş şəxs avtomaşın salonundan yeni avtomaşın alınmasını təklif etmiş, sonuncu isə bununla razılaşmışdır. Bu razılaşmadan sonra Məhkum xx xxxx 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən avtosalondan 6500 manat pul ilkin ödəniş etdikdən sonra Zərərçəkmiş şəxs adına rəsmişləşdirilməklə lizinq yolu ilə ümumi dəyəri 35.000 manat olan GAC GS 4 markalı avtomaşın alınmasını təşkil etmiş, eyni zamanda 750 manat təşkil edən aylıq ödənişi özünün ödəyəcəyi barədə Zərərçəkmiş şəxs vəd vermişdir. Lakin iki ay ödəniş etdikdən sonra ödənişi dayandıraraq bundan sonra Zərərçəkmiş şəxs xeyrinə heç bir hərəkət etməyər ək, təkrarən, xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifə və rütbədə həqiqi hərbi xidmətdə olarkən, tanışı N nömrəli hərbi hissənin sabiq müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçusu X4 «Niva» markalı avtomaşın alınmasını təşkil edəcəyi barədə yalan vəd verib inandırdıqdan sonra aralarında olan razılaşmaya əsasən xx xxxx 2018-ci il tarixdə, Gəncə şəhərində 2700 (iki min yeddi yüz) manat pulu Ydan alaraq sonuncunun xeyrinə heç bir hərəkət etmədən təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələlduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifə və rütbədə həqiqi hərbi xidmətdə olarkən, tanışı N nömrəli hərbi hissənin sabiq giziri X6 «Mitsubishi İO» markalı avtomaşın alınmasını təşkil edəc əyi barədə yalan vəd verib inandırdıqdan sonra aralarında olan razılaşmaya əsasən 2018-ci ilin iyul ayı ərzində 3200 və 600 manat olmaqla ümumilikdə 3800 (üç min səkkiz yüz) manat pulu Gəncə şəhərində O.Ə.Ömərovdan alaraq sonuncunun xeyrinə heç bir hərəkət etmədən təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələlduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətsizdir. Belə ki, Məhkum ona vurduğu ziyanı tam ödəməmiş, həmçinin bir neçə şəxsə qarşı dələduzluq cinayəti törətmişdir. Lakin məhk əmə bunları nəzərə almayaraq ona yüngül cəza təyin etməklə nə sosial ədalətin bərpası, nə də yeni cinayətin törədilməsinin qarşısını almaq məqsədi daşımamışdır. Məhkum islah olunmayan şəxs olması həm də ondan görünür ki, o, məhkəmə iclasında iştirak etməkdən boyun qaçırdığına görə barəsində axtarış elan edilmiş, tutularaq məhkəməyə gətirilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi bunları nəzərə almayaraq ona yüngül cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdiri lmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Odur ki, məhkəmə kollegiyası məhkumun təqsirliliyinin sübutu ilə əlaqədar məsələlərin müzakirə edilməsini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəb ul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61 və 62-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla əda lətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alın dığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dö rd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulur. CM-in 312.1-ci maddəsinin sanksiyasında isə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulur. CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulur. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yü ngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Az ərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlük əlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın iki zərərçəkmiş şəxsə tam, bir zərərçəkmiş şəxsə qismən ödənilməsini, səmimi etirafını və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən təyin olunaca q cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha ağır cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd oluna n hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməklə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.1 və 333.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gən cə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-17/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-17/2021
17.03.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver