Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-17/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci i l qərarından dövlət ittihamçısı məhkum Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim Vidadi Nəsirov) 1(098)-101/2021 nömrəli 22 aprel 2021-ci il tarixli qərarı ilə, 20 noyabr 1996-cı il tarixdə Qobustan rayonunun Xilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatda olan və yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq əsgəri X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 333.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə CM-in 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəli olmadığı müəyyən edildiyin dən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: İttihama əsasən X4 30 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinə könüllü olaraq hərbi xidmətə göndərilməsi ilə bağlı müraciəti əsasında qismən səfərbərliyə cəlb olunaraq həmin tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verilmiş, N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 283 nömrəli əmrinə əsasən həmin tarixdə hərbi hissə komandirinin sərəncamına verilməklə şəxsi heyətin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 308 nömrəli əmrinə əsasən həmin tarixdə əsgər hərbi rütbəsi ilə hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 3-cü tağımının 1-ci manqasının baş atıcısı vəzifəsinə təyin olunmuş, həmin vəzifədə və rütbədə xidmət etdiyi müddətdə şəxsi işlərini həll etmək istəməsi səbəbindən komandir heyətindən icazə istəmədən 19 noyabr 2020-ci il tarixdə saat 18 radələrində N nömrəli hərbi hissənin 1-ci taborunun xidmət etdiyi 3-cü bölüyünün müvəqqəti dislokasiya edildiyi, həmin bölüyün hərbi qulluqçularının hərbi xidmət üzrə vəzifələrinin faktiki olaraq yerinə yetirdikləri Naftalan şəhəri ərazisində yerləşən xidmət yerini özbaşına tərk edib Bakı şəhərinə getmiş, 23 noyabr 2020-cu il tarixdə saat 18 radələrində xidmət yerinə qayıtmış, bununla da o, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç gündən artıq, lakin on gündən çox olmayan müddətdə xidmət yerini özbaşına tərk etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov Çingiz, hakimlər Salman Hüseynov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1-1(104)-95/21 nömrəli, 15 sentyabr 2021-ci il qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırır ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərarı əsassızdır. Belə ki, Tərtər Hərbi Məhkəməsində həmin cinayət işi üzrə 08 aprel 2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 299-301, 306-cı maddələrinin tələblərinə əsasən X4 CM-in 333.1-ci maddəsi ilə məhkəməyə verilməklə, işin məhkəmə baxışı 22 aprel 2021-ci il tarixə təyin edilmişdir. Lakin 22 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı üzrə məhkəmə iclasında dövlət ittihamçısı tərəfindən ittiham aktının nəticəvi hissəsi elan edilmədən təqsirləndirilən şəxsin vəkili Hümbət Mərdanlı məhkəməyə vəsatət verərək Məhkum Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün könüllü olaraq hərbi xidmətə göndərilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinə müraciət etdiyini, onun müraciəti əsasında 30 sentyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb olunaraq 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyini və 31 dekabr 2020-ci ildə hərbi xidmətdən ehtiyata buraxıldığını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməklə, artıq onun şəxsiyyətinin ictimai təhlükəliliyinin aradan qalxdığını nəzərə alaraq, barəsində CM-nin 74-cü maddəsini tətbiq etməklə şəraitin dəyişməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi sübutları tədqiq etmədən (təqsirləndirilən şəxs və şahidlər dindirilmədən və ya ifadələri elan edilmədən, həmçinin məhkəməyədək icraatın materiallarına əlavə edilmiş, elan edilmiş ittihamın məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli olan sənədlər elan edilmədən, təqsirləndirilən şəxsə və dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanı yaradılmadan) Məhkum ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməklə vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə şəraitin dəyişməsi səbəbindən cəzadan azad olunmasına zərurət yaranması qənaətində olmuş, bunları əsas götürməklə, onun barəsində olan cinayət işi üzrə icraata CM-in 74-cü maddəsinə əsasən, yəni şəraitin dəyişməsi ilə bağlı xitam verib Məhkum cinayət məsuliyyətindən azad etmişdir. Göründüyü kimi, məhkəmə qərarı qəbul edərkən CPM-in 344, 346 və 347-ci maddələrinə istinad etmədən, sübutların tədqiq edilməsini təmin etmədən və bununla da, cinayət hadisəsinin olmasını, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasını, cinayətin törədilməsinə aidiyyətinin olmasını, cinayətin törədilməsində təqsirliliyini sübuta yetirilmədən təqsirsizlik prezumpsiyasını pozaraq, təqsirləndirilən şəxs Məhkum CM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilib barəsində olan cinayət işi üzrə icraata CM-in 74-cü maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul etməklə sonuncunu cinayət məsuliyyətindən azad etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenu munun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 sentyabr 2021-ci il tarixli qərarına əsasən, Cinayət Məcəlləsinin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. Göründüyü kimi, məhkəmə kollegiyası qərarda CPM-in 391-ci maddəsinin konkret hansı normasına istinad etməklə qərar qəbul etdiyini göstərməmiş, yalnız 391.2-ci maddəsinə istinad etməklə kifayətlənmiş, apellyasiya məhkəməsində ilkin bax ış mərhələsində isə hansı normaya əsasən apellyasiya protesti təmin edilmədən, Tərtər Hərbi Məhkəməsinin 22.04.2021-ci il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması isə aydın deyildir. Həmçinin, Şirvan Apellyasiya Məhkəməsində oxşar cinayət işi üzrə, yəni Baxışov Zülfi Amil oğlunun CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verilmiş apellyasiya protesti 18 iyun 2021-ci il tarixdə təmin edilərək Tərtər Hərbi Məhkəməsinin qərarı ləğv edilmiş, bu isə məhkəmələrdə fərqli məzmunda qərarlar qəbul edilməklə vahid məhkəmə təcrübəsi üzrə tələblərin pozulmasına gətirib çıxarmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Məhkum əməli 27 sentyabr 2020-ci il tarixdən, yəni hərbi əməliyyatların başlanmasından əvvəlki vax ta təsadüf etdiyi təqdirdə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı şəraitin dəyişməsi kimi qiymətləndirilə bilərdi. Lakin o, 10 noyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar başa çatdıqdan sonra, yəni 19 noyabr 2020-ci il tarixdə hərbi hissədən özbaşına getdiyinə görə barəsində olan cinayət işi üzrə icraata şəraitin dəyişməsinə görə xitam verilməsi əsassızdır və məntiqə uyğun deyildir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 sentyabr 2021-ci il tarixli qərarına əsasən, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişmə si dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və cinayət işi yeni ilkin apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin düzgün tətbiq edilməməsi və nəticədə iş üzrə təqsirləndirilən şəxs Hüseyin Məmmədov barəsində Azərbaycan Respublikası CM-in 74cü maddəsinin əsassız olaraq tətbiq etməklə sonuncunun cinayət məsuliyyətindən azad edilməsinin əsassız olmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 sentyabr 2021-ci il tarixli qərarına əsasən, Cinayət Məcəlləsinin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməli və yalnız bundan sonra şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33.1-ci maddəsindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125,143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 3 49.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi sübutları tədqiq etmədən (təqsirləndirilən şəxs və şahidlər dindirilmədən və ya ifadələri elan edilmədən, həmçinin məhkəməyədək icraatın materiallarına əlavə edilmiş, elan edilmiş ittihamın məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli olan sənədlər elan edilmədən, təqsirləndirilən şəxsə və dövlət itt ihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanı yaradılmadan) Məhkum ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməklə vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə şəraitin dəyişməsi səbəbindən cəzadan azad olunmasına zərurət yaranması qənaətində olmuş, bunları əsas götürməklə, onun barəsində olan cinayət işi üzrə icraata CM-in 74-cü maddəsinə əsasən, yəni şəraitin dəyişməsi ilə bağlı xitam verib Məhkum cinayət məsuliyyətindən azad etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edil məsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli qərarına əsasən, cinayət hüquq norması qəbul edilərkən qanunçuluğun prinsiplərindən olan qanunun aliliyi, vahidliyi, məqsədəuyğunluğu və qanunçuluğun reallığı prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması Konstitusiyada təsbit olunmuş bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərindən irəli gəlir. Cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplə rinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquqtətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini pozmuş olar. Bundan başqa qeyd olunanlarla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamağı vacib bilir ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Göründüyü kimi, məhkəmələr sübutları tədqiq etmədən və qanunla müəyyən edilmiş prosedur qaydaları riayət etməklə heç bir araşdırma aparmadan cinayət içinin icraatına xitam verərək cinayət-prosessual qanu nunun yuxarıda qeyd olunan maddələrin tələblərini pozmuşdur. Bu qanun pozuntuları ilə qəbul edilmiş qərar qanuni və əsaslı hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə apellyasiya protestinin dəlillərini araşdırmamış, onlara hüquqi qiymət verməmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Bundan başqa, Azərbaycan Respublikası 382.1-ci maddəsinin tələblərinə görə cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icra at materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 381-407-ci maddələrinin müddəalarına müvafiq olaraq aparılır. Azərbaycan Respublikası 391-ci maddəsinə əsasən apellyasiya şikayətləri və ya apellyasiya protestləri apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsi 15 (on beş) gün müddətində üç hakimdən ibarət tərkibdə və məhkəmə iclası katibinin iştirakı ilə məhkəmə iclasında apellyasiya şikayətinin və ya apellyasiya protestinin ilkin baxışını aparır. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: daxil olmuş apellyasiya şikayətin in və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381-390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olubolmadığını; cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini. İlkin baxılması zamanı apellyasiya instansiyası məhkəm əsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması haqqında; apellyasiya şikayətinin və ya apellyasiya protestinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında; apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında; apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında; apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılma sı haqqında; apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında; cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında; apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yekun qərarından verilmiş apellyasiya protestinə ilkin baxı lması zamanı həmin qərarın qüvvədə saxlanması barədə qərar qəbul edərkən Azərbaycan Respublikası 382 və 391-ci maddələrinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslı olduğundan, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya ilkin baxılmasına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya protestinə yeni apellyasiya ilkin baxılması zamanı işə Azərbaycan Respublikası 382 və 391-ci maddələrinin tələblərinə uyğun baxılması təmin edilməli və nəticəsindən asılı olaraq qanuna uyğun qər ar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: X3 Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 15 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində apellyasiya protestinə ilkin baxış iclası mərhələsində yenidən baxılması təyin olunsun. Kassasiya protesti təmin edilsin.
Məhkəmə qərarları › İş №1-1(102)-17/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-17/2022
08.02.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver