Məhkəmə qərarları › İş №1-1(102)-17/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-17/2023

07.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-17/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci mad dəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 1(098)—73/2022 nömrəli (hakim Sevindik Əzizov) hökmü ilə xx xxxxxxx 1996-cı il tarixdə Yevlax rayonunun Varvara kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətə azadlıqdan məh rum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 29 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 01 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət, həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrümetmə cəzasının saxlanılması, Məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə onun üzərində saxlanılmış 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, barəsində müəyyən edilmiş sınaq müddətinin əvvəlini n hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, onun üzərinə sınaq müddəti ərzində nümunəvi hərbi xidmət keçmək, hərbi xidmətdən tərxis olunduqda isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində Məhkum davranışına nəzarət etmək hərbi qulluq müddəti başa çatdıqdan sonra isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, hərbi xidmət müddəti başa çatdıqdan sonra isə yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şəbəsinə həvalə olunması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 26 sentyabr 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARİ: Tərtər Hərbi Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Yevlax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü tank bölüyünün 3-cü tank tağımının 1-ci tankının baş mexaniksürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla əsgər hərbi rütbəsində xidmətdə olarkən, təxminən 30 oktyabr-01 noyabr 2020-ci il tarixlərdə xidmət etdiyi N nömrəli hərbi hissəsinin tank sürücü-mexanikləri ilə birlikdə Tərtər rayonunun Talış kəndində onlar üçün ayrılmış əraziyə gəlib növbəti döyüş əmrinin verilməsini orada gözləyən zaman Talış kəndi ərazisində gəzərkən müharibə nəticəsində zədələnmiş evin sol tərəfində olan ikinci otağın sol küncündə yerdə ağ sellofanın içərisində dörd ədəd kibrit qutusunu görüb həmin qutuları açdıqda, qutunun içərisində marixuana olduğunu bildiyi narkotik vasitəni həm satış, həm də istifadə etmək məqsədi ilə götürüb özündə saxlayaraq bir hissəsini istifadə etm işdir. Bundan sonra, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci tank taborunun 3-cü tank bölüyünün 3-cü tank tağımının baş mexanik-sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Tərtər rayonunun Sarov kəndində əvvəldən tanıdığı Bərdə şəhəri ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 görüb onunla görüşmüş, söhbət əsnasında Ramin Ağaməmmədov ondan üzərində narkotik vasitə olub-olmadığını soruşduqda, o, Tərtər rayonunun Talış kəndində tapdığı və özündə saxladığı marixuananı satmaq üçün əlverişli imkan yarandığını görüb Ramin Ağaməmmədova üzərində 02 (iki) kibrit qutusunda narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmiş, Ramin Ağaməmmədov həm in kibrit qutusunda narkotik vasitə hesab olunan marixuananı hansı məbləğə satacağını soruşduqda, o, hər bir kibrit qutusunda narkotik vasitə hesab olunan marixuananı 45 (qırx beş) manata və ümumilikdə isə 90 (doxsan) manata sata biləcəyini bildirmiş, bu zaman Ramin Ağaməmmədov ona 01 ədəd 50 (əlli) manatlıq, 02 ədəd isə 20 (iyirmi) manatlıq pul əskinasları şəkilində ümumi məbləği 90 (doxsan) manat olan pulu vermiş, o, 90 (doxsan) manat məbləğində olan pulu götürərək Talış kəndi ərazisində evin otağında tapıb saxladığı narkotik vasitə hesab olunan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 4.15 qram olan marixuanadan 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 1.41 qram və 2.42 qram - ümumilikdə 3.83 qramını Ramin Ağaməmmədova verərək ona satmışdır. Həmin tarixdə Tərtər RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum və X1 18 radələrində Tərtər rayonunun Sarov kəndində saxlanılaraq Tərtər RPŞnə gətirilmiş və üzərlərində keçirilmiş şəxsi axtarış zamanı Ramin Ağaməmmədovun əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd kibrit qutusunda hər birinin çəksi 1,41 qram və 2,42 qram olmaqla 3,83 qram narkotik vasitə hesab olunan marixuana, Məhkum sağ qabaq yan cibindən 01 ədəd A86041228, 01 ədəd B34390394 nömrəli 20 (iyirmi) manatlıq, 01 ədəd A92565558 nömrəli 50 (əlli) manatlıq pul əskinasları aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı əsa ssız olduğundan ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Məhkum barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən hökmdə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, apellyasiya instansiya məhkəməsinin məhkəmə kollegiyası da həmin mövqe ilə razılaşaraq qərarda ona uyğun əsaslandırma aparmışdır. Məhkumun gənc olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Belə ki, cinayət qanunvericiliyi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddini 16 yaş müəyyən etmiş, ictimai təhiükəliliyinə görə fərqlənən bəzi cinayətləri törətməyə görə isə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddini 14 yaş müəyyən etmişdir. Bundan əlavə, cinayət canunvericiliyində 18 yaşdan 60 yaşadək olan kişilər üçün hər hansı bir imtiyaz və s. nəzərdə tutulmamışdır. Bundan başqa, Məhkum törətdiyi cinayəti qismən etiraf edərək əməlindən peşman olmasına dair gəldikdə isə bildirilməlidir ki, sadalanan hallar onun həqiqətən əməlindən peşman olduğunu təsdiq etmir. Belə ki, CM-nin 72.1-ci madəsində verilən açıqlamaya görə səmimi peşmançılıq dedikdə, cinayəti törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi başa düşülür. Məhkum hərəkətlərində isə bu əlamətlərin heç biri mövcud deyil. Çünki, iş materiallarından da göründüyü kimi, Məhkum polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, həmin vaxt təqsirini boynuna alsa da, məhkəmə istintaqında cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə ibtidai istintaqda verdiyi ifadələrini təkzib edərək CM-nin 234.2-ci maddəsində nəzərdə tutulduğu cinayəti törətmədiyini bildirmişdir. Belə olan halda, məhkəmənin Məhkum törətdiyi cinayəti qismən etiraf edərək əməlindən peşman olması qənaətinə gəlməsinin səbəbi anlaşılan deyil, çünki CM-nin 234.2-ci maddəsinin dispoziyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə məsuliyyət nəzərdə tutulmuş, Məhkum isə qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitəni satmaq niyyətində olmadığını və satmadığını göstərmişdir. Bundan əlavə, Məhkum hazırda hərbi xidmətini düşmənlə üzbəüz, strateji mövqelərdə davam etdirməsinə dair qeyd edilməlidir ki, Məhkum N nömrəli hərbi hissədə xidmət etməklə, onun hazırda hərbi xidmətini düşmənlə üzbəüz, strateji mövqelərdə davam etdirməsinə dair hər hansı bir sübut göstərilməmişdir. Apellyasiya məhkəməsində faktiki olaraq Mingəçevir şəhərində xidmət etdiyini, aylıq növbəlik qaydasında ön xəttə xidmətə getdiklərini bldirmişdir. Bundan başqa, Məhkum hərbi xidmətini davam etdirmək arzusunda olmasına dair qeyd edilməlidir ki, Məhkum hərbi xidmətini davam etdirmək arzusunda olmasını deyib yalnız istəyini nümayiş etdirmiş, hər hansı bir şəxsin istəyinin yüngülləşdirici hal kimi nəzərə alınması isə cinayət qanunvericilində qəbuledilməzdir. Bundan əlavə, Məhkum ailəni n tək oğlan övladı olmaqla ailədə gəlir gətirən yeganə şəxs olmasına dair qeyd edilməlidir ki, ailədə hər hansı bir şəxsin tək oğlan övladı olması qanunvericilikdə ona hər hansı bir üstünlük nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə Məhkum ailədə gəlir gətirən yeganə şəxs olmasını araşdırmadan və buna dair hər hansı bir təsdiqedici sənəd göstərmədən həmin halı əsassız olaraq yüngülləşdirici hal kimi nəzərə almışdır. Məhkəmənin yuxarıda qeyd etdiyi yüngülləşdirici halların təhlilindən görünür ki, həmin hallar araşdırılmadan əsassız olaraq yüngülləşdirici hallar kimi nəzərə alınmış, bu da onu göstərir ki, məhkəmə yüngülləşdirici halların sayını süni şəkildə çoxaltmaqla məqsədyönlü şəkildə Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə nail olmaq istəmişdir. Qeyd etmək lazımdir ki, CPM -in 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar da sübut edilməli halların siyahısına daxil edildiyindən məhkəmənin istinad edərək CM-in 70-ci maddəsini tətbiq etdiyi həmin hallar sübuta əsasən müəyyən edilməlidir. Bu baxımdan məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğu barədə gəldiyi nəticələri kifayət qədər əsaslandırmamışdır. Ona görə də, həmin hallar sübuta əsasən müəyyən edilmədiyinə və mötəbər və yekun nəticəyə gəlməyə imkan verə biləcək həcmdə olmadığına görə məhkuma CM-in 70ci maddəsinin tətbiq edilməsi üçün kifayət hesab edilə bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayə t işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq protestin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dö vlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğunu, Məhkum təyin edilmiş cəzanı şərti hesab etməyin əsassız olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən c əzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən və cəzanı şərti hesab edərkən bu məsələnin həllinə tə sir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə az ağır cinayət törətməsi, təqsirini qismən etiraf etməsi, əməlindən peşman olması, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi və.s), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Sevil Əliyevanın islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, onun gənc olmaqla ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti qismən etiraf edərək əməlindən peşman olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini, hazırda da hərbi xidmətini düşmənlə üzbəüz strateji mövqelərdə davam etdirməsini, hərbi xidmətini davam etdirmək arzusunda olmasını, ailənin tək oğlan övladı olmaqla ailədə gəlir gətirən yeganə şəxs olmasını, həmçinin onun əməlinin ictimai təhlükəliliyinin azalmasını göstərən halların olmasını və onun artıq islah yolunda olmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məhkum əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, Məhkum N nömrəli hərbi hissənin tərkibində N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və süverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında Talış kəndi və Suqovuşan kəndi istiqamətində döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan 1-10573 nömrəli vəsiqənin surətindən görünür ki, Məhkum «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngü lləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması, cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaması, məhkum barəsində CM-nin 70-ci maddənin tətbiqinin qeyri-qanuni olmasına dair iddiasının əsassız olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edil miş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Lakin müəyyən olunur ki, qərarda (və ya hökmdə) cəza təyini institutlarına istinad olunarkən formalaşmış səhv yanaşmalar nəticəsində məhkəmələr yalnız yüngül cəza təyin etdikdə niyə məhz yüngül cəza təyin etməsini əsaslandırmağa çalışır, belə əsaslandırma dövlət ittihamçısı tərəfindən qənaətbəxş olmadıqda həmin qərardan (və ya hökmdən) protest verilir. Bunun əksinə olaraq əksər hallarda cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddində cəza təyin edilirkən qeyd edilən normanın tələblərinə zidd olaraq heç bir əsaslandırılma aparılmır. Halbuki bunun əksinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayətə görə nəzərd ə tutulmuş az ciddi cəza növü və ya həddində cəza təyin edilərkən əsaslandırılma aparılmasını tələb edən hər hansı bir norma yoxdur. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Bundan əlavə dövlət ittihamçısı nəzərdən qaçırmışdır ki, şərti məhkumetmə institu eyni zamanda şəxsin sınaq müddəti ərzində öz davranışı ilə islah olunmadığı təqdirdə şərti məhkum edilmənin ləğv edilməsini və hökmlə təyin olunmuş cəzanın icra olunmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum islah olunması üçün vaxt verilməli və sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut edə bilmədyi təqdirdə ona təyin olunmuş cəzanın real icrasından danışmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəzanın təyin edilməsi məqsədilə a zadlıqdan məhrumetmə cəza növünün şərti tətbiq edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar