Məhkəmə qərarları › İş №1-1(102)-17/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-17/2024

13.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-17/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Vüqar Kamal oğlu (sədrlik edən), Hüseynli Nurəddin Nizami oğlu (məruzəçi) və Muxtarov Kamran Nüsrət oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1990-cı il tarixdə Tərtər rayonunun Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası M üdafiə Nazirliyinin N saylı hərbi hissəsində “çavuş” hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, Tərtər rayonunun Mamırlı kəndində qeydiyyatda olan, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 31 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək tutulduğu müddət, yəni 01 (bir) gün ona təyin edilmiş cəza müddətinə hesablanaraq üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmənin eyni tarixli qərarı ilə dövlət ittihamçısı Məhkum və Təqsirləndirilən şəxs qarşı CM-nin 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan imtina etdiyinə görə həmin ittiham üzrə cinayət təqibinə xitam verilmiş və məhkum olunmuş şəxslər göstərilən maddə ilə cinayət məsuliyyətindən azad edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişlər. Belə ki, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının atəşin idarəetmə tağımının kəşfiyyat manqası nın komandiri vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, aralarında 2018-ci ildən tanışlıq münasibətlərinin olduğu Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının nevrologiya bölməsinin tibb bacısı vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan Təqsirləndirilən şəxs ilə 2019-cu ilin yay aylarında aralarındakı söhbət zamanı sonuncuya, heç biri tutduqları vəzifəyə və ya tanışlıq əhatəsinə görə hər hansı hərbi qulluqçunun xəstəliklə ordu sıralarından tərxis olunmasını və gələcəkdə onlara xəstəliyə (əlilliyə) görə təqaüd təyin edilməsini təşkil və ya təmin etməyə heç bir səlahiyyətə və ya real imkanlara malik olmadıqları halda, ayrı-ayrı hərbi qulluqçulara həmin imkanlara malik olmaları barədə qaba qcadan yalan məlumatlar verib inandıraraq, bundan sonra bununla bağlı onlara müraciət edəcək şəxslərə onların yüksək vəzifəli şəxslərin vasitəsi ilə xəstəliklə ordudan tərxis olunmaları və onlara xəstəliyə görə təqaüd təyin edilməsini təşkil və təmin edəcəklərinə dair yalan vədlər verməklə bunun müqabilində həmin şəxslərdən etibardan sui-istifadə və ya aldatma yolu ilə pul alıb həmin pulu ələ keçirməklə qanunsuz qazanc əldə etmələri barədə təklif vermiş və baş çavuş Təqsirləndirilən şəxs qanunsuz qazanc əldə etmək məqsədi ilə həmin təklifi qəbul edərək, bu məqsədlə çavuş Məhkumlə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Daha sonra Məhkum, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin oktyabr ayının əvvəllərində b aş çavuş Təqsirləndirilən şəxs ilə aralarında qohumluq əlaqəsinin olduğu Tovuz şəhər sakini X11 yaxın tanışı olan Müdafiə Nazirliyinin Tovuz rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün avtomobil tağmının 2-ci avtomobil manqasının baş sürücüsü, kiçik çavuş X17 və sonuncunun qohumu X8 ilə birlikdə baş çavuş Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanında yerləşən evinə gələrək, kiçik çavuş X17un ailə şəraiti ilə əlaqədar olaraq artıq xidmətini davam etdirə bilmədiyinə görə xəstəliklə əlaqədar ordu sıralarından ehtiyata buraxılmasını və tərxis olunaraq xəstəliyə görə təqaüd almaq istədiyini deyərək, bununla bağlı ona hər hansı köməklik göstərə bilibbilməyəcəyini soruşmuşdur. Bu zaman baş çavuş Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi çavuş Məhkumlə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, qanunsuz qazanc əldə edib varlanmaq məqsədi ilə kiçik çavuş X17a özünü Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən həkim kimi təqdim etmiş və onu keçirdiyi xəstəliklər barədə sorğu-sual edib sonuncunun hər hansı ciddi xəstəlikdən əziyyət çəkmədiyini müəyyən etdikdən sonra aralarında yaxın münasibətləri olan həmin hospitalın adını demədiyi polkovnik hərbi rütbəli və Tibbi Sosial Ekspert komissiyasında işləyən adını demədiyi yüksək vəzifəli şəxslərin köməkliyi ilə 13000 (on üç min) manat məbləğində pul verilməsi müqabilində onun səhhətində ciddi şikayətləri olmasa belə, bir neçə dəfə Baş Klinik Hospitalda hər hansı xəstəliklə əlaqədar stasionar müalicədə olduqdan sonra xəstəli klə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsini, daha sonra isə tərxis olunaraq 6000 (altı min) manat məbləğində sığorta pulunu almasını və xəstəliyə görə ona təqaüd təyin edilməsini təşkil və təmin edə biləcəyini deyib və kiçik çavuş X17a maddi imkanı çatmadığı halda həmin məbləği hissə-hissə də verə biləcəyini bildirmişdir. Kiçik çavuş X17 onun dediklərinə inanıb təklifini qəbul etdikdən sonra, baş çavuş Təqsirləndirilən şəxs ona ilkin mərhələdə 500 (beş yüz) manat məbləğində pul və müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsi və hərbi qulluqçunun şəxsi vəsiqəsinin) surətini verməli olduğunu bildirmiş və kiçik çavuş X17 həmin şərti qəbul edib razılaşaraq, növbəti gün günorta saatlarında vətəndaş X11la birlikdə baş çavuş Təqsirləndirilən şəxs evinə gəlmişdir. Orada baş çavuş Təqsirləndiril ən şəxs ilk öncə vətəndaş X11un yanında kiçik çavuş X17dan 500 (beş yüz) manat məbləğində pul, eləcə də tapşırığı ilə gətirdiyi müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsi və hərbi qulluqçunun şəxsi vəsiqəsinin) surətini almış və bir qədər sonra oraya gəlmiş, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi çavuş Məhkum kiçik çavuş X17a Baş Klinik Hospitalda özünün tabeliyində işləyən işçi kimi təqdim edərək, gələcəkdə ordudan tərxis olunması ilə bağlı ona verməli olduğu pulun qalan hissəsini Məhkum verməsini tapşırıb sonuncunun həmin pulu sonradan ona çatdıracağını, özünün isə öz növbəsində həmin pulları aidiyyəti vəzifəli şəxslərə verəcəyini bildirmişdir. Öz növbəsində çavuş Məhkum baş çavuş Təqsirləndirilən şəxs ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, həm in görüş zamanı Baş Klinik Hospitalda müvafiq vəzifədə işlədiyini təsdiq edib kiçik çavuş X17a özünün istifadəsində olan ***-*****-** mobil danışıq nömrəsini vermiş və ona özü ilə həmin nömrə vasitəsi ilə əlaqə saxlayıb işinin həlli ilə bağlı göndərəcəyi qalan pulu deyəcəyi hesablara göndərməsini tapşırmışdır. Bundan sonra kiçik çavuş X17 2019-cu ilin oktyabr ayından 2020-ci ilin noyabr ayınadək olan müddət ərizində ayrı-ayrı vaxtlarda hər dəfə qabaqcadan çavuş Məhkumlə mobil telefonla əlaqə saxlayaraq Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən «Malik Market»də və «Auro Market»də, Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən «Ailəm Market»də, Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən «Əsədoğlu Market»də, Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən «Ailəm Market»də, Tovuz rayonunun Qovla r şəhərinin Şəhriyar küçəsində yerləşən «Qovlar Market»də və Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Gəncə Dövlət Universitetinin qarşısında quraşdırılmış «MilliÖn» və «E-Manat» ödəmə aparatları vasitəsi ilə Məhkum, eləcə də sonuncunun nənəsi X4 və babası X1 adlarına rəsmiləşdirilmiş «Kapital Bank»a məxsus kart hesablarına ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul köçürmüş, habelə Məhkum tapşırığı ilə sonuncuya Qazax-Tərtər avtobus marşrut xətti üzrə hərəkət edən sürücü X5 vasitəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində pul göndərmiş, yəni ümumilikdə Məhkum 11500 (on bir min beş yüz) manat məbləğində pul vermişdir. Bundan sonra çavuş Məhkum baş çavuş Təqsirləndirilən şəxs ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, verdikləri vəd üzrə xeyrinə müvafiq tədbirləri n görülməsi görüntüsünü yaratmaq məqsədi ilə, kiçik çavuş X17a ürək ağrısı, tənginəfəslik və ayaqlarının tutulması şikayətləri ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etməsini tapşıraraq, bununla bağlı ona xidmət yerinə yaxın olduğuna görə Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəyə (hərbi hospitala) göndəriş veriləcəyini və həmin şikayətlərlə hospitalda stasionar müalicəyə qəbul olunacağını, bir neçə dəfə bu şəkildə stasionar müalicədə olduqdan sonra isə sənədlərinin Baş Klinik Hospitala təqdim olunacağını və bundan sonra onun xəstəliklə ordu sıralarından ehtiyata buracılacağını bildirmiş və onun vədlərinə inanmış kiçik çavuş X17 həmin qaydada xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə müraciət edərək,xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək «Neyrosirkulyator as teniya kardial tip. Anemiya yügü dəəə» diaqnozu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Neyrosirkulyator asteniya kardial tip» diaqnozu və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Neyrosirkulyator asteniya kardial tip. Kəskin bronxit orta dərəcədə. Öd bölmələrində stasionar müalicədə olsa da, sonrakı tarixlərdə çavuş Məhkum və onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş baş çavuş Təqsirləndirilən şəxs verdikləri vəd üzrə xeyrinə heç bir iş görməyib etibardan sui-istifadə və aldatma yolu ilə kiçik çavuş X17a məxsus ümumilikdə 12.000 (on iki min) manat məbləğində özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin oktyabr ayınının ortalarında baş çavuş Təqsirləndirilən şəxs ilə aralarında qohumluq əlaqəsinin olduğu Tovuz şəhər sakini X11 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən ona zəng edib telefonu səsucaldıcı rejimə qoyaraq kiçik çavuş X17un və sonuncu ilə N nömrəli hərbi hissədə eyni bölükdə, mühafizə manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X9 onun yanında olduqlarını, əsgər X9un da xəstəliklə ordu sıralarından ehtiyata buraxılmaq və tərxis olunaraq xəstəliyə görə təqaüd almaq istədiyini deyərək, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman baş çavuş Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi çavuş Məhkumlə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, qanunsuz qazanc əldə edib varlanmaq məqsədi ilə əsgər X9a da özünü Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən həkim kimi təqdim etmiş və aralarında yaxın münasibətləri olan həmin hospitalın adını demədiyi polkovnik hərbi rütbəli və Tibbi Sosial Ekspert komissiyasında işləyən adını demədiyi yüksək vəzifəli şəxslərin köməkliyi ilə 13000 (on üç min) manat məbləğində pul verilməsi müqabilində onun səhhətində ciddi şikayətləri olmasa belə, bir neçə dəfə Baş Klinik Hospitalda hər hansı xəstəliklə əlaqədar stasionar müalicədə olduqdan sonra xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsini, daha sonra isə tərxis olunaraq 6000 (altı min) manat məbləğində sığorta pulunu almasını və xəstəliyə görə ona təqaüd təyin edilməsini təşkil və təmin edə biləcəyini bildirmişdir. Həmçinin əsgər X9a maddi imkanı çatmadığı halda həmin məbləği hissə-hissə də verə biləcəyini bildirib ilkin olaraq 2000 (iki min) manat məbləbində pulu müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsi və hərbi qulluqçunun şəxsi vəsiqəsinin) surətləri ilə birlikdə ona çatdırması üçün X11a verməsini, yerdə qalan pulu isə Baş Klinik Hospitalda işləyən işçisi kimi təqdim etdiyi çavuş Məhkum verməsini tapşırmışdır. Əsgər X9 onun dediklərinə inanıb təklifini qəbul etdikdən sonra, vətəndaş X11la 15 oktyabr 2019cu il tarixdə günorta saatlarında Tovuz şəhərinin mərkəzində təklikdə görüşərək orada sonuncuya baş çavuş Təqsirləndirilən şəxs çatdırılması üçün 2000 (iki min) manat məbləğində pul, habelə özünə aid müvafiq sənədlərin surətlərini təqdim etmiş və X11dan qalan pulun göndə rilməsi üçün əlaqə saxlaması məqsədi ilə çavuş Məhkum istifadəsində olan mobil danışıq nömrəsini almış, öz növbəsində X11 tərəfindən elə həmin gün Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən «Ailəm Market»də quraşdırılmış «MilliÖn» ödəmə aparatı vasitəsi ilə çavuş Məhkum hesab nömrəsinə 700 (yeddi yüz) manat məbləğində pul göndərilmişdir. Bundan sonra əsgər X9 2019-cu ilin oktyabr ayından 2020-ci ilin noyabr ayınadək olan müddət ərizində ayrı-ayrı vaxtlarda baş çavuş Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş çavuş Məhkum istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib danışaraq özünü Baş Klinik Hospitalda baş çavuş Təqsirləndirilən şəxs tabeliyində işləyən işçi kimi təqdim etmiş sonuncunun tapşırığı ilə Tovuz şəhərinin ərazisindəki müxtəlif marketlərdə quraşdırılmış «MilliÖn» və «E-Manat» ödəmə aparatları vasitəsi ilə Məhkum, eləcə də sonuncunun nənəsi X4nın və babası X1in adlarına rəsmiləşdirilmiş «Kapital Bank»a məxsus kart hesablarına ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul köçürmüş, habelə Məhkum tapşırığı ilə sonuncuya Qazax-Tərtər avtobus marşrut xətti üzrə hərəkət edən sürücü X5un vasitəsi ilə 1700 (min yeddi yüz) manat məbləğində pul göndərmiş, yəni ümumilikdə Məhkum 4200 (dörd min iki yüz) manat məbləğində pul vermişdir. Bundan sonar çavuş Məhkum baş çavuş Təqsirləndirilən şəxs ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, verdikləri vəd üzrə xeyrinə müvafiq tədbirlərin görülməsi görüntüsünü yaratmaq məqsədi ilə, əsgər X9a ürək ağrısı və baş gicəllənməsi şikayətləri il ə hərbi hissənin tibb məntəqəsinə müraciət etməsini tapşıraraq, bununla bağlı ona xidmət yerinə yaxın olduğuna görə Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəyə (hərbi hospitala) göndəriş veriləcəyini və həmin şikayətlərlə hospitalda stasionar müalicəyə qəbul olunacağını, bir neçə dəfə bu şəkildə stasionar müalicədə olduqdan sonra isə sənədlərinin Baş Klinik Hospitala təqdim olunacağını və bundan sonra onun xəstəliklə ordu sıralarından ehtiyata buracılacağını bildirmiş və onun vədlərinə inanmış əsgər X9 həmin qaydada xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək «Neyrosirkulyator asteniya kardial tip. Qeyri-spesifik uretrit» diaqnozu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Neyrosirkulyator asteniya kar dial tip» diaqnozu və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Neyrosirkulyator asteniya kardial tip. Kəskin bronxit orta ağır dərəcədə» diaqnozu ilə N nömrəli hərbi hissənin kardiologiya və ümumi terapiya bölmələrində stasionar müalicədə olsa da, sonrakı tarixlərdə çavuş Məhkum və onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş baş çavuş Təqsirləndirilən şəxs verdikləri vəd üzrə xeyrinə heç bir iş görməyib təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə əsgər X9a məxsus ümumilikdə 4900 (dörd min doqquz yüz) manat məbləğində özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə Məhkum, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, kiçik çavuş X17 və əsgər X9la eyni bölükdə, avtomobil təmiri tağımının tex niki xidmət manqasının baş mexanik-akumulyatorçusu vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X6 2020-ci ilin yanvar ayının əvvəllərində günorta saatlarında N nömrəli hərbi hissənin ərazisində aralarındakı söhbət zamanı onların pul verməklə xəstəliklə ordu sıralarından ehtiyata buraxılacaqlarını və tərxis olunduqdan sonra təqaüd alacaqlarını eşidib, özünün də həmin yolla ordudan tərxis olunub təqaüd almaq istədiyini bildirmiş və kiçik çavuş X17dan çavuş Məhkum istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsini alaraq onların yanında sonuncuya zəng etmişdir. Aralarındakı həmin telefon danışığı zamanı çavuş Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi baş çavuş Təqsirləndirilən şəxs ilə aralarındakı ümumi c inayətkar niyyətə uyğun olaraq, qanunsuz qazanc əldə edib varlanmaq məqsədi ilə kiçik çavuş X6a özünü Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həkim işləyən Təqsirləndirilən şəxs işçisi kimi təqdim etmiş və sonuncunun yaxın münasibətləri olan həmin hospitalın adını demədiyi polkovnik hərbi rütbəli və Tibbi Sosial Ekspert komissiyasında işləyən adını demədiyi yüksək vəzifəli şəxslərin köməkliyi ilə 13000 (on üç min) manat məbləğində pul verilməsi müqabilində onun səhhətində ciddi şikayətləri olmasa belə, bir neçə dəfə Baş Klinik Hospitalda hər hansı xəstəliklə əlaqədar stasionar müalicədə olduqdan sonra xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsini və xəstəliyə görə ona təqaüd təyin edilməsini təşkil və təmin edə biləcəyini demişdir. Kiçik çavuş X6 onun dediklərinə inanıb təkliflərini qəbul etdikdən sonra, aralarındakı razılaşmaya əsasən, çavuş Məhkum istifadəsində olan ******-**-** mobil danışıq nömrəsinə zəng edib danışaraq sonuncunun tapşırığı ilə 2019-cu ilin yanvar ayından 2020-ci ilin noyabr ayınadək olan müddət ərizində ayrı-ayrı vaxtlarda ünvan 2 ünvanında yerləşən «Fresco Market»də və Tovuz şəhərinin ərazisindəki müxtəlif marketlərdə quraşdırılmış «MilliÖn» və «E-Manat» ödəmə aparatları vasitəsi ilə Məhkum, eləcə də sonuncunun nənəsi X4nın və babası X1in adlarına rəsmiləşdirilmiş «Kapital Bank»a məxsus kart hesablarına ümumilikdə 4000 (dörd min) manat məbləğində pul köçürmüş, habelə Məhkum tapşırığı ilə sonuncuya Qazax-Tərtər avtobus marşrut xətti üzrə hərəkət edən sürücü X5un vasitəsi ilə 2100 (iki min yüz) manat məbləğində pul göndərmiş, yəni ümu milikdə Məhkum 6100 (altı min yüz) manat məbləğində pul vermişdir. Bundan sonra çavuş Məhkum baş çavuş Təqsirləndirilən şəxs ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, verdikləri vəd üzrə xeyrinə müvafiq tədbirlərin görülməsi görüntüsünü yaratmaq məqsədi ilə, kiçik çavuş X6a ürək ağrısı şikayətləri ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etməsini tapşıraraq, bununla bağlı ona xidmət yerinə yaxın olduğuna görə Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəyə (hərbi hospitala) göndəriş veriləcəyini və həmin şikayətlərlə hospitalda stasionar müalicəyə qəbul olunacağını, bir neçə dəfə bu şəkildə stasionar müalicədə olduqdan sonra isə sənədlərinin Baş Klinik Hospitala təqdim olunacağını və bundan sonra onun xəstəliklə ordu sıralarından ehtiyata buracılacağını bildirmiş və on un vədlərinə inanmış kiçik çavuş X6 həmin qaydada xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Neyrosirkulyator asteniya kardial tip. Açıq dişləm birinci dərəcə» diaqnozu ilə N nömrəli hərbi hissənin kardiologiya bölməsində stasionar müalicədə olsa da, sonrakı tarixlərdə çavuş Məhkum və onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş baş çavuş Təqsirləndirilən şəxs verdikləri vəd üzrə xeyrinə heç bir iş görməyib təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə kiçik çavuş X6a məxsus ümumilikdə 6100 (altı min yüz) manat məbləğində özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Hökmdən dövlət ittihamçısı Cümşüdov Cavid Əbülfərz oğlu tərəfindən verilmiş apellyasiya protesti nə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 03 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilədək artırılmış, CM-nin 69.3-cü maddəsinə əsasən onun 31 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək tutulduğu müddət, yəni 01 (bir) gün ona təyin edilən cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmı şdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2023-cü il tarixli dəyişdirilərək ona təyin olumuş cəzanın yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi barəsində olan cinayət işinə baxarkən ədalət və humanizm prinsipinə əməl etsə də, ona cəza təyin ed ərkən cəza təyinetmənin prinsiplərinə əməl etməmiş, təyin olunan cəza onun şəxsiyyətinə uyğun olmamışdır. Həmçinin məhkəmə onun zərər çəkmiş şəxslərə vurulmuş ziyanın bir hissəsini ödəməsini və qalan ziyanı da hissə-hissə ödəməyə hazır olduğunu nəzərə almamışdır. Qeyd olunanlara əsaslanaraq, Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxslər X17, X9 və X6 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və Məhkum rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndəCPM-nin) 419.4-cü maddə sinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxslər X17un, X9un və X6un iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərarından verdiyi həmin şikayətində ona cə zanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin olunması üçün həmin qərarın dəyişdirilməli edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini b ildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-n in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadl ıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın qeyd olunan müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, sonuncuların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qanunvericiliyin tə svir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və apellyasiya instansiya məhkəməsi tərəfindən onun barəsində cəza təyininə münasibətdə qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı qeyd etməy i zəruri bilir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaq la təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza təd birini seçərkən və ya onun haqqında digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli t ədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ci ddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasından belə nəticə hasil olur ki, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, c əzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdı rıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar it tihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında ba xsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb e dir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərə fdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesa b edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının tə yin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsi rli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı k onkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslər X17un, X9un, X6un, şahidlərin ifadələrinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona istinad olunan cinayət əməlini törətməsi və onun həmin əməlinin CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri il ə tövsif edilməsi barədə düzgün nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların təkrarən araşdırılmasına ehtiyac görməyib haqlı olaraq məhkumun törətdiyi əməlin tövsifi ilə bağlı gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkum barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar ağır olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkum barəsindəki apellyasiya instansiya məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, həmin məhkəmə Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən məhkuma törətdiyi cinayətə görə yüngül cəza təyin edilməklə səhvə yol verildiyini hesab etmiş və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən cinayət qanunvericiliyinin normalarının pozulduğunun əsas götürərək Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 03 (üç) ilədək artırılması haqqında qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi bu qərarı qəbul edərkən həm işin bir sıra müəyyən edilmiş faktiki hallarını, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, qanunvericiliyin tələblərini, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstəri lən Qərarlarında əksini tapmış hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini kifayət qədər nəzərə almamış və Məhkum təqsirli bilindiyi maddələr əsasında birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanıın müddətini cəmisi 06 (altı) ay artırarkən, bununla da hökmdən verilmiş apellyasiya protestini təmin edərkən öz qənaətini kifayət qədər inandırıcı şəkildə əsaslandırmamışdır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət işinin materiallarında olan 30 mart 2022-ci il tarixli, 3843 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş “Travma haqqında” arayışdan görünür ki, Məhkum Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda ged ən döyüşlər zamanı düşmən tərəfindən atılmış mərmi nəticəsində “Döş qəfəsinin sağ yarısının yuxarı səthinin kor qəlpə yarası, zərbə dalğası”, həmçinin partlayış travması nəticəsində sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi xəsarətlərini almış, bununla yanaşı onun “Hepatit “B” virusu” diaqnozu ilə xəstəlikdən əzab çəkməsi müəyyən edilmiş, son nəticədə o, sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə isə hərbi xidmətə yararlı hesab olunmuş və buna görə də ordu sıralarından tərxis edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarından göründüyü kimi, məhkəmə qeyd olunan halları nəzərə almamış və Məhkum cəzanın təyin edilməsinə təsir edib-etməməsinə münasibə t bildirməmişdir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun ilk dəfə məhkum olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmalarını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal), cinayət əməlini qismən etiraf etməklə peşman olmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xasiyyətləndirilməsini, Vətən Müharibəsi zamanı döyüşlərdə fəal iştirak etdiyinə görə “Laçının azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, həmçinin “Hepatit “B” virusu” xəstəliyindən əziyyət çəkməsini, döyüşlər zamanı döş qəfəsindən qəlpə yarası alaraq sülh dövründə hərbi xidmətə yararsız hesab edilməsini, yəni CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət ləndirilə bilən bu halları, habelə iş üzrə CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb yuxarıda təsvir edilmiş qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək belə qənaətə gəlir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməklə ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə bir daha təhlil edib maddi hüquq normalarının yuxarıda təsvir edilmiş tələblərinə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, hə min şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən edilməklə Məhkum CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməli, bu əsasla da onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kasassiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirl i bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ayadək endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 31 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək tutulduğu müddət, yəni 01 (bir) gün ona təyin edilən cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar