Məhkəmə qərarları › İş №1-1(102)-17/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-17/2025

05.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-17/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, əvvəllər məhkum olunmuş X3 və Müdafiəçi2 iştirakları ilə, X3 Azərbaycan Respublikası CM-in 32.5,302.2, 228.1 və 234.1-ci maddələri ilə məh kum edilməsinə dair kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin bərpa edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 avqust tarixli, 1-1(103)-20/2008 nömrəli qərarından Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin (Hakim M.Əliyev (sədrlik edən və məruzəçi), R.Cəfərov və Ə.Mirzəlidən ibarət tərkibdə)2008-ci il 13 iyun tarixli, 1-1(191)-32/2008 nömrəli hökmü ilə xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, “Azərbaycan Hava Yolları” X8 Təhl ükəsizliyi İdarəsinin Texniki-təchizat və Video-müşahidə xidmətinin rəisi vəzifəsində işləmiş, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 4+, mənzil 130-da pasport qeydiyyatında olan və faktiki yaşamış, hazırda cəzasını çəkib qurtarmış Məhkum3 Azərbaycan Respublikası CM-in 32.5,302.2, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in 32.5,302.2-ci maddəsi ilə 2 il müddətinə dövlət orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 2 il müddətinə dövlət orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X11 apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının (Hakimlər S.Mirzəyev (sədrlik edən və məruzəçi), F.Qasımov və C.Ramazanovdan ibarət tərkibdə) xx.xx.2008-ci il tarixli, 1-1(103)-20/2008 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2008-ci il tarixli, 1-1(103)-20/2008 nömrəli qərarın dan məhkumun müdafiəçisi kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimovdan ibarət tərkibdə) 2024-cü il 13 avqust tarixli, 1-1(103)-20/2008 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməmiş, vəsatət təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə göstərilənlər buraxılmış prosessual müddətin bərpası üçün üzürlü sə bəb kimi qəbul edilə bilməz. Halbuki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 1-1(191)-32/2008 nömrəli, xx.xx.2008-ci il tarixli hökmündən, Bakı Apellyasiya Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2008-ci il tarixli 1-1(103)-20/2008-ci il tarixli qərarından həmin iş üzrə əsas ittiham üzrə eyni maddə ilə qanunsuz olaraq Məhkum3 ilə birgə məhkum edilmiş və barəsində qanunsuz hərəkətlər edilmiş keçmiş MTN-nin yüksək rütbəli əməkdaşı Məhkum1 müddətin bərpası ilə əlaqədar ərizəsi hazırki şikayətində şərh etdiyi hallar nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bərpa edilmişdir. Birgə məhkum edilmiş Məhkum1 barəsində 1-1(102)-42/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarla (Azərbaycan Respublikası Ali Məhkəməs inin hakimləri X2 (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və X13), məhkumun müdafiəçisi Müdafiəçi1 ilə birlikdə verdiyi kassasiya şikayəti təmin edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 13 iyun 2008-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri izrə Məhkəmə Kollegiyasının 07 oktyabr 2008-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən məhkuma aid hissədə ləğv edilmiş, Məhkum1 Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1 və 302.2-ci maddələri ilə əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərarla Məhkum3 barəsində çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 1-1(103)-20/2008 saylı 13 avqust 2024-cü il tarixli qərarı vahid məhkəmə təcrübəsinə uyğun olmamaqla biri digəri ilə uzlaşmır və vahid məhkəmə təcrübəsinin mövqeyi ilə ziddiyyət təşkil edir. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən iş materialları ilə təsdiq olunmuş Məhkum1 barəsində Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 1-1(191)-32/2008 nömrəli, xx.xx.2008-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2008-ci il tarixli 1-1(103)-20/2008-ci il tarixli Qərarından verilmiş müddətin bərpası ilə əlaqədar ərizə təmin olunduğu halda, eyin hökm və qərar üzrə Məhkum3 tərəfindən müddətin bərpası ilə əlaqədar verilmiş şikayətin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-20/2008 saylı 13 avqust 2024-cü il tarixli Qərarı ilə müddətin bərpa edilməsindən imtina edilmidir. Halbuki, Məhkum3 müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə bəraət almış Məhkum1 tərəfindən məhkəməyə verilmiş müddətin bərpası ilə bağlı ərizə ilə təxminən eyni müddət keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, bu qanunsuz hərəkətlər keçmiş MTN rəhbərliyinin, o cümlədən ona qarşı istintaqı aparan keçmiş MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev, habelə İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov və qeyrilərinin əsas iş stili olmuşdur. Keçmiş MTN-nin aparıcı güc strukturu olmasını nəzərə alaraq özünə və ailəsinə qarşı qanunsuz hərəkətlərin təkrar edilməsindən ehtiyatlanmış və indiyə qədər kassasiya şikayəti verməmişdir. Hətt a hazırda belə, ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən X5 Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən göstərilənlər nəzərə alınmadan vəsatətə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən baxıldı və Məhkum3 tərəfindən kassasiya şikay əti vermək üçün müəyyən edilmiş müddət ötürülməklə, yəni qərarın çıxarıldığı vaxtdan 15 ildən çox müddət keçirilməklə verildiyindən və həmin müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2008-ci il tarixli 1-1(103)-20/2008ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin təmin edilməməsi, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmamasına dair 13 avqust 2024-cü il tarixli 1-1(103)20/2008 nömrəli qərar qəbul etdi. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 1-1(103)-20/2008 nömrəli qərarının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum3 CM-in 32.5,302.2, 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət iş üzrə qərardan verilmiş kassasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsindən imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 avqust tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə əvvəllər məhkum olunmuş şəxsin və onun müdafiəçisinin, kassasiya şikayət inin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməmlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqı nda qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilə bilər. CPM-yə həmin dəyişiklik edilənə kimi isə, yəni hazırkı iş üzrə mübahisləndirilən qərar çıxarıldığı vaxt, həmin müddət 18 ay müəyyən edilmişdir. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: -411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə t utulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; -411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. İş materiallarında kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü sayılaraq bərpa olunması üçün yuxarıda qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir. Hazırki işin hallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətini, mübahisələndirilən məhkəmə qərarı çıxarıldıqdan 15 il müddət keçdikdən sonra vermişdir. Müdafiə tərəfi öz mövqeyini əsaslandıraraq Ali Məhkəmədə xx.xx.2021-ci il tarixdə baxılmış başqa bir ci nayət işinə istinad etmişdir. Lakin həmin işə baxılmasından da 4 ilə yaxın bir müddət keçmişdir. CPM-in 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Müdafiə tərəfi vəsatətində onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən hansısa bir fövqəladə hadisənin baş verməsinə və yaxud apellyasiya məhkəməsinin qərarının çıxarılmasından sonrakı dövrdə hansısa xəstəlik keçirməsinə, yəni cinayət-prosessual qanunun 411.2-ci maddəsinin nəzərdə tutduğu halların heç birinə istinad etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 411.2-ci maddəsində təsbit olunan halların və yaxud CPM-in 203-cü maddəsinin işığında üzrlü səbəblər kimi qiymətləndirilə biləcək (məhkumu obyektiv olaraq məhkəmə qərarından vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən) digər halların müəyyən edilməməsi isə müddətin bərpasına dair vəsatətin təmin edilməsi üçün əsasların mövcud olmadığını göstərir. Məhkəmə kollegiyası müddətin bərpa edilməsi barədə məhkumun vəsat ətini təmin etməyən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçi yə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsas landırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X12rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış m üddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Əvvəllər məhkum olunmuş Məhkum3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum3 barəsində olan kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin bə rpa edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 avqust tarixli, 1-1(103)-20/2008 nömrəli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar