Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-18/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Cəlilabad Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.4, 228.1, 234.4.1, 234.4.2, 234.4.3, 312.2, 318.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Cəlilabad Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakim X27 oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, N saylı hərbi hissənin dövlət sərhədinin mühafizəsi bölməsinin xidməti heyvanlar üzrə baş zabiti vəzifəsində xidmət etmiş, ünvan 1 ünv anında qeydiyyatda olan, CM-nin 206.4, 228.1, 234.4.1, 234.4.2, 234.4.3, 312.2, 318.2 və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə, CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə, CM-nin 312.2-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-nin 341.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 48-ci maddəsinin tələblərinə uyğun olaraq onun “mayor” hərbi rütbəsindən məhrum edilməsi qərara alınmışdır. Həmin hökmlə həmçinin X8 CM-nin 206.4, 228.1, 234.4.1, 234.4.2, 234.4.3, 318.2 və 341.2.3-cü maddələri ilə və X17 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum N saylı hərbi hissəsinin dövlət sərhədinin mühafizəsi bölməsinin xidməti heyvanlar üzrə baş zabiti vəzifəsində, mayor rütbəsində xidmət edərkən tamahkarlıq məqsədi ilə öz qulluq mövqeyindən sui-istifadə etməklə, yəni maddi mənfəət əldə etmək üçün hərbi intizamı ciddi formada pozmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmək üçün ibtidai istintaq orqanı tərəfindən ittiham irəli sürülmüş şəxs X14 (İ.Həsənovun və digər şəxslərin barəsində cinayət işinin materialları ayrı icraata ayrılmışdır), X17, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 3-cü zərhəd zastavasının rəisi, kapitan X8, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşları və qeyriləri ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib dəstə üzvlərinin külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qaçaqmalçılıq yolu ilə keçirilməsi niyyətini reallaşdırmaq üçün 2017-ci ilin may ayının əvvəllərindən etibarən mütəşəkkil dəstəyə rəhbərlik edən X22 və digər dəstə üzv ləri ilə vatsap mesajlaspasıproqramı vasitəsilə apardığı telefon danışıqları və görüşlərdə narkotik vasitələrin hər 10 kiloqramına görə 5000 manat məbləğində nağd pul müqabilində əvvəlcədən hazırİanmış plana uyğun aralarında aparılmış vəzifə bölgüsünə əsasən xx xxx 2017-ci il tarixdə Əsədli kəndində yerləşən N saylı hərbi hissənin 2-ci sərhəd komendantlı həyətində qaçaqmalçılıq yolu ilə keçirilərək 11-ci sərhəd zastavasının xidməti ərazisinə qoyulması planlaşdırılan külli miqdarda narkotik vasitəni götürüb saxlamaqla ona verilməsinin hər dəfəsinə görə tanışı olan həmin sərhəd zastavasının rəisi, baş leytenant X1 2500 manat məbləğində nağd pul təklif etmiş, bu barədə hərbi hissə rəhbərliyinə məruzəsindən sonra hazırlanmış əməliyyat eksperimenti əməliyyat-axtarış tədbirində könüllü iştirak e dən X23 onun bu təklifiilə razılaşmış, lakin X23un məzuniyyətə getməsi ilə əlaqədar planlarında dəyişiklik edərək mütəşəkkil dəstənin cinayətkar məqsədlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyətini davam etdirərək dəstənin ümumi niyyətinə nail olmaq üçün 2017-ci ilin iyun ayının əvvəllərində Cəlilabad rayonu, Dələli kəndində yerləşən N saylıhərbi hissənin 3-cü sərhəd zastavasının dislokasiya yerində olarkən həmin zastavanın rəisi, tanışı X4 zastavanın xidməti ərazisinə qoyulacaq külli miqdarda narkotik vasitənin xidməti ərazidən götürülməsinə şərait yaradılması və göz yumulması müqabilində pul verəcəyini vəd edərək onu dəstəyə üzv kimi cəlb etmişdir. xx xxxx 2017-ci il tarixdə saat 21:30 radələrində «Kaştan» ləqəbli xidmətiitin guya xəstələnməsi ilə əlaqədar 3-cü sərhəd zastavasında olarkən X22a «Vatsap» mesajlaşma proqramı vasitəsilə zəng edib narkotik vasitənin Dələli kəndi istiqamətində qoyulduğu konkret yeri bildirməsindən sonra Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qaçaqmalçılıq yolu ilə keçirilərək 3-cü sərhəd zastavasının dislokasiya yerinin arxa istiqamətində maneə çəpərindən 15 metr aralıda kolun dibinə qoyulmuş 1 ədəd idman bel çantasında (rüqzakda) olan 10 kiloqram çəkidə külli miqdarda narkotik vasitəni götürüb Məhkum2a zastavanın dislokasiya yerinin həyətində 2000 manat məbləğində nağd pul verərək saat 21:45-də zastavanı tərk edib narkotik vasitəniidarə etdiyi «Land-Rover» markalı, «**-LK-***» dövlət qeydiyyat nişanlı avtomobili ilə daşıyıb Cəlilabad şəhərinə gətirərək dəstə üzvlərinə verm iş, mütəşəkkil dəstənin külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsindən ibarət vahid və ümumi cinayətkar məqsədinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirərək xx xxxx 2017-ci il tarixdə axşam saat 2N radələrində X22un istifadə etdiyi ***-***-**-** nömrəsindən «Vatsap» mesajlaşma proqramı vasitəsilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib narkotik vasitənin Dələli kəndi istiqamətində qoyulduğu konkret yeri bildirməsindən sonra idarə etdiyi avtomobillə Dələli kəndi istiqamətində hərəkət edib həmin gün saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda təkrar qaçaqmalçılıq yolu ilə keçirilərək 3-cü sərhəd za stavasının xidməti ərazisinə qoyulmuş 2 ədəd idman bel çantasında (rüqzakda) olan 20 kiloqram çəkidə külli miqdarda narkotik vasitəni götürüb idarə etdiyi «Land-Rover» markalı, «**-LK-***» dövlət qeydiyyat nişanlı avtomobili ilə təkrar daşıyıb Cəlilabad şəhərinə gətirərək dəstə üzvlərinə vermiş, üzvü olduğu mütəşəkkil dəstənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsindən ibarət ümumi niyyətinin həyata keçirilməsi istiqamətində cinayətkar fəaliyyətini davam etdirərək xx xxxx 2017-ci il tarixdə X23la N saylı hərbi hissədə görüşmüşdür Daha sonra mütəmadi olaraq apardığı telefon danışıqları və vatsap mesajlaşma proqramı vasitəsilə qarşılıqlı olaraq göndərilmiş səsli mes aj və mesajlarda külli miqdarda narkotik vasitənin Cəlilabad rayonu, Burovar kəndində yerləşən 11-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi üçün əlverişli və zəif mühafizə olunan yerləri dəqiqləşdirmiş, həmçinin xx xxxx 2017-ci il tarixdə gecə saat 02 radələrində X24 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər mütəşəkkil dəstə üzvləri ilə Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən N saylı hərbi hissənin yaxınlığında görüşərək cinayətin plan və detallarını müzakirə etmiş, mütəşəkkil dəstənin rəhbəri X22 tərəfindən narkotik vasitənin xx xxxx 2017-ci il tarixdə 11-ci sərhəd zastavasınının xidməti ərazisindəki «89» nömrəli dövlə t sərhəd nişanının dibinə qoyulması məqsədə müvafiq hesab edildikdən sonra X23a həmin narkotik vasitəni götürüb özündə saxlamağı və xx xxxx 2017-ci il tarixdə zastavaya gəlib ondan götürəcəyini bildirmiş, şəxsiyyəti istintaqa məlum olmayan mütəşəkkil dəstənin üzvü olan şəxs və ya şəxslər tərəfindən xx xxxx 2017-ciil tarixdə saat 2N radələrində N saylı hərbi hissənin Cəlilabad rayonu, Burovar kəndində yerləşən 11-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda gömrük sərhədindən gömrük nəzarətindən kənar təkrar qaçaqmalçılıq yolu ilə keçirilərək zastavanın xidməti ərazisində olan «89» nömrəli sərhəd nişanının dibinə qoyulmuş 2 ədəd qara rəngli üzərinə «Adidas» sözü yazılmış polietilen torbada o lan və hazırlanmış əməliyyat eksperimenti əməliyyat-axtarış tədbirinə əsasən xx xxxx 2017-ci il tarixdə axşam saat 21:20 radələrində X23un götürərək özündə saxladığı təmiz halda 9976 qram (9 kq 976 qr) çəkidə külli miqdarda narkotik vasitə olan heroini götürmək məqsədi ilə idarə etdiyi «Land-Rover» markalı, «**-LK-***» dövlət qeydiyyat nişanlı avtomobili ilə xx xxxx 2017-ciil tarixdə saat 1N radələrində 11-ci sərhəd zastavasına gələrək sərhəd zastavasının rəisi X23a narkotik vasitəni zastavanın xidməti ərazisindən götürüb ona verilməsinə görə, yəni bilə-bilə qanunsuz hərəkətlər etməyə görə 990 manat məbləğində nağd pul vəsaitini rüşvət verməklə, qeyd olunan narkotik vasitəni görürüb, həmin tarixdə saat 12 radələrində sərhəd zastavasının dislokasiya yerindən narkotik vasitəniidarə etdiyi av tomobiliilə təkrar daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, idarə etdiyi avtomobilə baxış keçirilən zaman təmiz halda 9976 qram (9 kq 976 qr) çəkidə külli miqdarda narkotik vasitə olan heroin maşında aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Məhkum istintaqa məlum olmayan mənbədən yivli odlu idman-ov silahı olan 5,6 mm kalibrli, saz və atəşə yaralı vəziyyətdə 25262 №-li “TOZ 8” modelli tüfəngi qanunsuz olaraq əldə edərək Cəlilabad rayonu,Göytəpə şəhərində yerləşən N nömrəli hərbi hissənin hərbi şəhərciyindəki yaşadığı xidməti mənzildə saxlamış və xx xxxx 2017-ci il tarixdə xidməti mənzilə keçirilmiş baxış zamanı həmin tüfəng aşkar edilərək götürülmüşdür. Bundan başqa, X8 istintaqa məlum olmayan mənbədən döyüş sursatı olan atəşə yararlı 6 ədəd 5,45 mm kalibrli və 4 ədəd 7,62 mm kalibrli patronları qanunsuz olaraq əldə edərək Cəlilabad rayonu, Dələli kəndində yerləşən N nömrəli hərbi hissənin 3-cü sərhəd zastavasının hərbi şəhərciyindəki yaşadığı xidməti mənzildə saxlamış və xx xxxxxx 2017ci il tarixdə xidməti mənzildə aparılmış axtarış zamanı həmin patronlar aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Hacıyev Namiq Sərkar oğlu, X8 və vəkili İsayev Samir Nadir oğlu tərəfindən ayrı-ayrılıqda, X17 və müdafiəçisi X16 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Soltanov Fuad Kamil oğlundan ibarət tərk ibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə (anlaşılmazlığın aradan qaldırılması barədə həmin məhkəmənin xx xxx 2019-cu il tarixli qərarı ilə birlikdə) apellyasiya şikayətləri qismən təmin edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü aşağıdaki qaydada dəyişdirilmişdir: -Məhkum CM-nin 234.4.2-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar ittihamdan və hökmdən xaric edilmiş, CM-nin 206.4cü maddəsi ilə istinad edilən əməlinin tövsifi həmin maddədən CM-nin 32.5, 206.3.2-cü maddəsinə dəyişdirilmiş, Məhkum CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzaları, həmin cəzalar Məhkum CM-nin 341.2.3, 312.2-ci və 228.1-ci mad dələri ilə təyin edilmiş cəzalarla CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə qəti cəzası təyin edilmişdir; -X4 CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-ci maddələri ilə bəraət verilmiş, CM-nin 318.2-cimaddəsi ilə təqsirli bilinməsinə dair müddəalar ittihamdan və hökmdən xaric edilmiş,CM-nin 206.4-cü maddəsi ilə istinad edilən əməlinin tövsifi həmin maddədən CMnin 32.5,206.3.2-cü maddəsinə dəyişdirilmiş, Məhkum2a CM-nin 32.5, 206.3-cü maddəsi ilə 5 (beş) il müddətə, həmin cəza Məhkum2a CM-nin 341.2.3-cü və 228.1-ci maddələri ilə təyin edilmiş cəzalarla CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; -X12 CM-nin 234.4.2-ci maddəsi ilə bəra ət verilmiş, CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar ittihamdan və hökmdən xaric edilmiş, CM-nin 206.4-cü maddəsi ilə istinad edilən əməlinin tövsifi həmin maddədən CM-nin 32.4,206.3.2-cü maddəsinə dəyişdirilmiş, Məhkum3a CM-nin 32.4,206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə, həmin cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri onun barəsindəki cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmişlər. Belə ki, məhkəmələr cinayət işi üzrə yüngülləşdirici halları kifayət qədər nəzərə almamışlar və nəticədə ona həddindən artıq ağır cəza təyin olunmuşdur. Həmçinin məhkum öz kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünə əsasən “mayor” rütbəsindən məhrum edilməsini bildirərək qeyd eir ki, onun barəsindəki cinayət işi başlanmazdan əvvəl onun hərbi rütbəsi Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə “kapitan” rütbəsinədək endirilmiş və o, bundan sonra hərbi xidmətdən təxris edilmiş, həmin əmrə əsasən ona təqaüd təyin edilmiş, lakin 2020-ci ilin mart ayından təqaüdün verilməsi da yandırılmışdır. Qeyd olunanları nəzərə alaraq Məhkum apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Kasssiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirakının təmin edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətində barəsindəki hökmdən verilmiş apelly asiya şikayətinə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən təqdim olunmuş sübutların tədqiq edilməməsini və iş üzrə yüngülləşdirici hallar kifayət qədər nəzərə alınmadan qüvvədə saxlanılmasını iddia edərək apellasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə dair tələbini CPM-nin 416.1.2 və 4161.21-ci madlələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Be lə olan halda, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəli llərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Ape llyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadl ıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə əməl olunubolunmaması ilə bağlı bir sıra qərarla rında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, həmin sübutlar qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o demə kdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, cinayətprosessual qanunvericiliyinin tələblərindən, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normas ının düzgün tətbiq edilib-edilməməsini, habelə iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında cinayət təqibinin və cinayət mühakimə icraatının prinsiplərinə, şərtlərinə və qaydalarına əməl olunub-olunmamasını yoxlamaq vəzifəsi düşür. Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, Məhkum onun barəsindəki cinayət işi üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham oluduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələrin onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul etmələrini iddia edir. Ona görə də, məhkəmə kollegiyası Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir, lakin kassasiya şikayətinin dəlillərinə cavab olaraq cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına və bu materiallar əsasında müəyyən edilmiş hallara müraciət etməyi zəruri sayır. Əvvəla, ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış (bu məsələlər verilmiş kassasiya şikayətlərində mübahisələndirilmir), hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında qanuna müvafiq şəkildə qiymətləndirilmiş sübutlar kifayət etmişdir ki, məhkəmələr Məhkum hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş cinayət əməllərini törətməsi barədə mötəbər nəticəyə gəlsinlər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adları çəkilən məhkum olunmuş şəxslərin hökmdə təsvir edilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların bir qismini yenidən araşdıraraq həmin sübutların digər sübutlarla birgə məhkumun təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edib haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldik ləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum kassasiya şikayətində ilk olaraq onun barəsində cinayət işi başlanmazdan əvvəl Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin əmri ilə hərbi “kapitan” rütbəsinədək endirilməsini və həmin əmrə əsasən ona təqaüdün təyin edilməsini, lakin 2020-ci ilin mart ayından başlayaraq həmin təqaüdün verilməsinin dayandırılmasını iddia edir. Cinayət işinin materiallarına istinad edən məhkəmə kollegiyası qeyd edir ki, həmin materiallar öyrənilərkən Dövlət Sərhəd Xidməti rəisinin Məhkum rütbəsinin “kapitan” rütbəsinə endirməsi haqqında hər hansı bir əmri aşkar edilməmişdir. Kassasiya şikayətinin dəlillərinin əksinə olaraq iş materialları ilə müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx xxxxx 2011-ci il tarixli 475 s/h nömrəli əmri ilə N nömrəli hərbi hissə qərargahının baş zabiti vəzifəsindən azad olunmaqla 3-cü sərhəd dəstəsinə dövlət sərhədinin mühafizəsi bölməsinin xidməti heyvanlar üzrə baş zabiti vəzifəsinə təyin edilmişdir (cild 2, iş vərəqəsi 247). Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş çox saylı sənədlərin surətlərindən (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Maşın Başçısının Vəsiqəsi) görünür ki Məhkum hərbi rütbəsi “mayor” olmuşdur. (cild 3, iş vərəqəsi 291). Beləliklə Məhkum kassasiya şikayətində qeyd olunan dəlillər - rütbəsinin “kapitan” rütbəsinədək endirilməsi, ona təqaüdün təyin olunması və 2020-ci ilin mart ayınadək ödənilməsi, lakin bundan sonra həmin təqaüdün ödənilməsinin d ayandırılması iş materialları ilə öz təsdiqini tapmır. Qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməmiş halları müəyyən etmək, yeni sübutları tələb edərək araşdırmaq və onları qiymətləndirmək səlahiyyətində deyil. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulamağı lazım blir ki, Məhkum “mayor” və ya “kapitan” hərbi rütbəsindən məhrum edilməsi onun törətdiyi cinayətlərin faktiki hallarının müəyyən edilməsinə, bu hallara dair sübutların toplanmasına və araşdırılmasına, məhkumun əməlinin hüquqi tövsifinə heç bir təsir göstərmir, ona təyin olunmuş təqaüdün verilməsinin dayandırılması məsələsi isə ümumiyyətlə cinayət mühakimə icraatının istənilən mərhələdə həyata keçirlməsinə aid olan məsələ deyil. Buna görə məhkəmə kollegiyası iş üzrə sübutlara düzgün qiymət verilməməsinə dair kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq bu hissədə həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür. Məhkum barəsində seçilmiş cəza tədbirinin həddindən artıq ağır olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, təqsirkarın şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və bu məsələdə məhkəmələrin üzərinə düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsi qoyulur. Belə tələb qanunvericiliyin aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi möqeyindən v ə Ali Məhkəmənin izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həd lərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 28.4.1 və 28.4.2-ci maddələinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: - cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədq iq edilməsi üçün zəruri şəraiti təmin etmək; - şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsi nə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın ş əxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi halların a yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə Cəlilabad Hərbi Məhkəməsinin hökmünü dəyişdirməklə (CM-nin 234.4.2ci maddəsi ilə bəraət verilməsi, CM-nin 318.2-ci maddəsinin hökmdən xaric edilməsi, CMnin 206.4-cü maddəsindən CM-nin 32.5, 206.3.2-cü maddəsinə tövsif edilməsi barədə nəticəyə gəlməklə), həmçinin həmin məhkəmədən fərql i olaraq Məhkum uzun müddət qüsursuz xidmət etməsini, onun Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə almış, bununla da iş üzrə yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan digər məsələlərin həllində olduğu kimi, məhkumun barəsində cəza tədbirinin seçilməsi məsələsində də qanunun tələblərinə tam əməl etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə də razılaşaraq eyni zamanda qeyd edir ki, məhkəmənin cəza təyini ilə bağlı məsələnin həlli zamanı hər hansı halı nəzərə almaması, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin mat eriallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum 32.5, 206.3.2-cü, 234.4.1, 234.4.3, 312.2, 228.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-cü, 234.4.1, 234.4.3, 312.2 228.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-18/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-18/2021
09.03.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver