Məhkəmə qərarları › İş №1-1(102)-18/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-18/2023

22.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-18/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum və onun müdafiəçisi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə ba xaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1998-ci ildə Zərdab rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş əsgər, Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olmaqla yaşamışdır

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrar pozaraq zərərçəkmiş şəxsə zor və işgəncə tətbiq etməklə onun özünə qəsd edib ölməsi kimi ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin komendant bölüyünün 2-ci komendant tağımının 2-ci manqasında baş atıcı vəzifəsində, baş əsgər hərbi rütbəsində xidmətdə olarkən, 2020-ci ilin aprel ayının sonlarında digər xidmət yoldaşlarından üstün olan fiziki göstəricilərindən, daha çox xidmət etməsindən və yaşca böyük olmasından istifadə edib onlar qarşısında güclü və nüfuzlu əsgər kimi çıxış edərək üstünlüyünü nümayiş etdirmək, təsir altında saxlamaq və iradəsinə tabe etmək niyyəti ilə özünü “bölüyün rəhbər əsgəri” elan etdikdən sonra onun və “çavuş” rütbəli hərbi qulluqçuların tapşırıqlarını yerinə yetirməyən və ya qarşı çıxan bölüyün şəxsi heyətinin şərəf və ləyaqətinin alçaldılması, habelə üzərində zor tətbiq edilməsi yolu ilə xəbərdar etdiyi halda, əsgər X4 qeyd olunan tələblərə riayət etməməsini bahənə gətirməklə tabe lik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək kimi tələblərini kobud surətdə pozaraq sonuncu ilə amansız rəftar edib şərəf və ləyaqətini mütəmadi alçaltmaqla, fiziki və psixi zorakılıq göstərib iradəsini sındırmaqla nümunə kimi nümayiş etdirib onu və digərlərini qorxu və təsir altında saxlamaq qərarına gəlmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 12 iyun 2020-ci il tarixdə, saat 07 rad ələrində əsgər X4 bölüyün manqa komandiri, çavuş Şahid22 təmizlik işlərinin görülməsi barədə verdiyi tapşırığı icra etməməsini bilib Fərid Abdullayevin iradəsini sındırıb özünə tabe etmək üçün fürsət əldə etdiyini gördüyündən onunla amansız rəftar edib şərəf və ləyaqətini alçaltmaqla üzərində özünün əsassız üstünlüyünü təmin etmək, həmçinin Fərid Abdullayevin iradəsini müxtəlif bəhanələrlə sındırmaqla, fiziki və psixi zorakılıq göstərməklə daimi qorxu və təsir altında saxlamaq niyyəti ilə həmin gün saat 20 radələrində günün nizam qaydalarına uyğun olaraq bölüyün əsgər yataqxanasında televizora baxan əsgərlərin gözü qarşısında X15ə yaxınlaşaraq onu təhqir etmiş və sonuncunu cəzalandırmaq məqsədilə qollarında və belində kəskin fiziki ağrılar yaranacağını bildiyi halda tabelik münasibətlərind ə olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin yuxarıda sadalanan tələblərini kobud surətdə pozub ona və Fərid Abdullayevin qeyd olunan hərəkətinə görə orada olan digər əsgərlərə “əllər dizə” komandası verərək həmin vəziyyətdə 25-30 dəqiqə saxlamağa məcbur edib Fərid Abdullayevlə amansız rəftar etməklə onu əsgər yoldaşlarının yanında alçaldaraq nüfuzdan salmışdır. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 12 iyun 2020-ci il tarixdə, saat 21-22 radələrində xidmət etdiyi komendant bölüyünün əsgər yataqxanasında yat komandası verilməsinə baxmayaraq Fərid Abdullayevi və bölükdə 2019-cu ilin oktyabr, habelə 2020-ci ili n yanvar aylarında hərbi xidmətə çağırılmış bir neçə əsgəri bilərəkdən videomüşahidə kameralarının görüntüləmədiyi yataqxananın digər hissəsinə qanunsuz çağıraraq sıraya düzülmələrini bildirmiş, sıranın qarşısında olan zaman sərt şəkildə Fərid Abdullayevə sıranın qarşısına çıxması barədə göstəriş vermiş, sonuncu verilən göstərişi icra edərək sıranın qarşısına çıxan zaman Fərid Abdullayevin çavuşun təmizlik işlərinin görülməsi barədə verdiyi tapşırığını icra etməməsini bəhanə edib təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin yuxarıda sadalanan tələblərini kobud surətdə pozub sol əli ilə qəsdən sonun cunun sifətinin sağ tərəfinə bir sillə zərbəsi vuraraq onu söymüş, əsgər yoldaşlarının yanında mütəmadi olaraq ləyaqətini alçaltmaqla onunla amansız rəftar etmiş, bununla kifayətlənməyərək, öz qanunsuz hərəkətlərini davam etdirib sırada olan bütün əsgərlərə Fərid Abdullayevin çavuşun təmizlik işlərinin görülməsi barədə verdiyi tapşırığını icra etməməsi səbəbindən əziyyət çəkəcəklərini deyib Fərid Abdullayevi və orada olan əsgərləri cəzalandırmaq məqsədi ilə yataqxanada olan çarpayıların arasında dəmirlərdən hər iki əlləri ilə tutaraq “brus” idman hərəkətini 15-20 dəfə etmələrinə, habelə stullar əllərində, daban hissələri yerə dəyməmək şərti ilə yarım oturaq vəziyyətdə bir neçə dəqiqə dayanmalarına məcbur etməklə onlara işgəncə vermişdir. X11, baş əsgər Məhkum ona qarşı dözülməz söyüşlər sö yməsinə, həmçinin əsgər yoldaşlarının yanında ona sillə zərbəsi vurmasına görə psixoloji olaraq sarsılmasına, əhvalının pisləşməsinə, məyus olmasına, utanmasına önəm verməyən Məhkum təkrarən Fərid Abdullayevlə amansız rəftar edib onun etdiyi hərəkətə görə yenidən cəzalandırmaq qərarına gələrək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrində sadalanan tələblərini kobud surətdə pozaraq ona və orada olan əsgərlərə paltarlarını soyunmaları barədə göstəriş vermiş, Fərid Abdullayevə və sırada olan əsgərlər döyülüb dözülməz və nalayiq söyüşlərə məruz qalacaqlarından qorxub çəkindikləri üçün onun tapşırığını sözsüz ic ra edib əyinlərində olan hərbi geyim formalarını çıxartmışlar. Ardınca Məhkum 35-40 saniyə müddətində Fərid Abdullayev və orada olan əsgərlərə paltarlarını geyinmələri barədə 5-6 dəfə qanunsuz göstəriş verib gecə saat 00:00- dək çarpayılarında uzanıb yatmamağı tapşıraraq əsgər yoldaşlarının yanında Fərid Abdullayevi nəzərdə tutub üzünə qarşı söyüş söyməklə mütəmadi olaraq onun ləyaqətini alçaltmışdır. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olan zaman 13 iyun 2020-ci il tarixdə, saat 08 radələrində xidmət etdiyi komendant bölüyünün əsgər yataqxanasında Fərid Abdullayevi və bölükdə 2019-cu ilin oktyabr, habelə 2020-ci ilin yanvar aylarında hərbi xidmətə çağırılmış bir neçə əsgəri bilərəkdən videomüşahidə kameralarının görüntüləmədiyi yataqxananın içərisində yerləşən sinif otağ ına çağıraraq sıraya düzülmələrini bildirmişdir. X12 çavuşun təmizlik işlərinin görülməsi barədə verdiyi tapşırığını icra etməməsi səbəbindən əsgər yoldaşlarının gözü qarşısında ona növbəti dəfə söyüş söyərək mütəmadi olaraq ləyaqətini alçaltmış və sonuncunu cəzalandırmaq məqsədilə kəskin fiziki ağrılar hiss edəcəyini bildiyi halda təkrarən, qəsdən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrində sadalanan tələblərini kobud surətdə pozaraq ona və Fərid Abdullayevin qeyd olunan hərəkətinə görə orada olan digər əsgərlərə “qaz yerişi” komandası verib həmin vəziyyətdə sinif otağında 10-14 dairə olmaqla hərəkət etmə lərinə, həmçinin stullar əllərində, daban hissələri yerə dəyməmək şərti ilə yarım oturaq vəziyyətdə bir neçə dəqiqə dayanmalarına məcbur etmiş, bununla kifayətlənməyərək Fərid Abdullayevə və orada olan əsgərlərə paltarlarını soyunmaları barədə göstəriş vermiş, Fərid Abdullayev və sırada olan əsgərlər döyülüb dözülməz və nalayiq söyüşlərə məruz qalacaqlarından qorxub çəkindikləri üçün onun tapşırığını sözsüz icra edib əyinlərində olan hərbi geyim formalarını çıxartmışlar. Məhkum ardınca 30-45 saniyə müddətində Fərid Abdullayev və orada olan əsgərlərə paltarlarını geyinmələri barədə 5-6 dəfə qanunsuz göstəriş vermiş, ardınca isə göstərişi vaxtında icra edə bilməməsini bəhanə gətirərək X1 və sifət nahiyələrinə çoxsaylı yumruq və sillə zərbələri vurmaqla sonuncu ilə amansız rəftar etməklə onu əsgər yoldaşlarının yanında alçaldaraq nüfuzdan salmışdır. X15, əsgər Məhkum ona qarşı dözülməz söyüşlər söyüb mütəmadi ləyaqətini alçaltmasına və onunla amansız rəftar etməsinə görə özünü əsgər yoldaşlarının arasında alçalmış, nüfuzdan düşmüş, rüsvay olmuş kimi hiss edərək psixoloji olaraq sarsılmış, gün ərzində fikirli halda heç kimlə danışmayıb özünə qapanmış, əhvalruhiyyəsində və hərəkətlərində kəskin dəyişikliklər baş vermiş, həyatda yaşamağa davam etməyin mənası qalmamış, dəyərsizləşmiş, bu şəraitin nəticəsində onda yaranmış ekstremal psixi vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürmək barədə fikrini qətiləşdirərək 14 iyun 2020-ci il tarixdə, saat 03:25-də hərbi hissənin avtomobil parkında yerləşən 3 nömrəli postda qarovul xidmətinin tərkibində saatdar kimi xidmətdə olarkən, xidm əti istifadəsində olan AK-74 markalı, 555624 nömrəli avtomat silahı döyüşə hazır vəziyyətə gətirib çənəaltı nahiyəsinə dirəməklə tək-tək rejimdə bir atəş açaraq özünə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan “boyunun ön səthində orta xəttdən solda ayaqaltı səviyyədən 152 sm hündürlükdə yerləşməklə, yara kanalı boyunca sol yuxu arteriyasını qoparmaqla, sol döş-körpücük-məməyəbənzər əzələni, sol beyin yarımkürəsini, beyinciyi ağır dərəcədə yaralamaqla, ənsə sümüyünü və əsas sümüyün sol qanadını sındıraraq başın sol yan səthindən ayaqaltı səviyyədən 161 sm hündürlükdən xaric olmuş boyun və başın müştərək bir ədəd həyati dəlib-keçən odlu-silahla güllə yaralanması” xəsarətlərini yetirməklə özünü öldürmüşdür.

3. Bakı Hərbi Məhkəməsinin (sədrlik edən E.H.Alla hverdiyev, hakimlər A.K.Kalbalıyev və C.C.Ramazanovdan ibarət tərkibdə) 08 aprel 2021-ci il tarixli 1-1(093)-15/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

4. Hökmdən məhkumun müdafiəçisi X2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Hərbi Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünün ləğv edilərək məhkum barədə bəraət hökmünün çıxarılması məhkəmədən xahiş edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən İ.M.Murquzov, hakimlər H.Ç.Məmmədov və H.H.Əhmədovdan ibarət tərkibdə) 09 iyun 2021-ci il tarixli 11(103)-17/2021 saylı qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apell yasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, o, hərbi xidmətə çağırılmazdan əvvəl X9 Universitetində təhsil aldığı halda təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıtmaq məcburiyyətində qalmış, təsərrüfat işlərində kömək etməklə ailəsinə maddi baxımdan dəstək olmağa çalışmışdır. Məhkum kassasiya şikayətində ailəsinin maddi vəziyyətinin ağır olduğunu, özünün də törətdiyi əməldən peşman olaraq islah olunmasını bildirmiş, cəzasını çəkib qurtardıqdan sonra təhsilinə davam edəcəyini, nalayiq həyat tərzi sürməyəcəyini bildirmiş, bu əsasla ona təyin olunan cəzanın müddətinin azaldılmasını məhkəmədən xahiş etmişdir. III.Hüquqi məsələlər

8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhk əməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

10. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

11. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azər baycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

12. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha aşağı həddə cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

13. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlə rinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli 1-1(103)-17/2021 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

14. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə c əzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü m addəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

15. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

16. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

17. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

18. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və ya xud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmi n edə bilsin.

19. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələri cəza təyinində ona qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya insta nsiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

20. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli 1-1(103)-17/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır..

21. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 09 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar