Məhkəmə qərarları › İş №1-1(102)-18/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-18/2024

24.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-18/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Gəncə Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər İlqar Quliyev (sədrlik edən), Sevindik Əzizov( məruzəçi) və Əhməd Sarıyev) 19 yanvar 2023-cü il tarixli 1-1(098)-8/2023 nömrəli hökmü ilə, xx xxxxx 2000-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şəmkir şəhəri, R.Behbudov küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun Tərtər rayonunun Suqovuşan kəndinin ərazisində yerləşən 3-cü bölüyünün 2-ci tağımının 2-ci manqasında baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, tağımın «Döyüş növbətçiliyinin aparılması cədvəli»nə əsasən 26 may 2021-ci il tarixdə saat 20:00-dan saat 22:00-dək həmin tağımın 1-ci manqasının tuşlayıcısı, əsgər X3 ilə birlik də bölüyün Suqovuşan kəndi ərazisində, şərti olaraq «1047» adlanan yüksəklikdə yerləşən 27 №-li döyüş mövqeyində döyüş növbəsinə təyin olunmuşdur. Həmin döyüş növbətçiliyində xidmət apararkən əsgər Məhkum saat 20:30 radələrində döyüş mövqeyinin marşrut yolunda dayanıb ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş birgə yaşayış və əxlaq normalarına açıq etinasızlıq göstərərək və özünü ətrafdakılara qarşı qoyaraq, heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək məqsədi ilə xidməti istifadəsinə verilmiş, bölüyə məxsus «Kalaşnikov» konstruksiyalı, «AK-74» markalı, ******* nömrəli 5.45 mm kalibrli avtomat silahın qoyurucusunu açmış və silahın çaxmaq çərçivəsini çəkərək həmin vaxt silaha taxılmış, içərisində ilk patronu təlim patronu olmaqla 30 (otuz) ədəd patron olan dara qdakı təlim patronunu patron yuvasına yeridib silahı avtomatik atəş rejimində atəşə hazır vəziyyətə gətirmişdir. Daha sonra o, silahın qundaq hissəsini sağ qolunun altına dirəyib sağ əli ilə silahın tapança dəstəyindən, sol əli ilə isə silahın alt hissəsindən tutmuş və bu vəziyyətdə silahın lüləsini həmin vaxt onun bilavasitə qarşısında, 85 sm aşağıda və 2 metr məsafədə üzbəüz dayanıb xidmət aparan əsgər Qorxmaz Sadikovun üzərinə tuşlayıb bu vəziyyətdə sonuncuya «Mənə bax deyib» qəsdən silahın tətiyini çəkərək silahdan qəsdən bir atəş açmış, nəticədə güllə əsgər Qorxmaz Sadikova dəyərək o, səhhətin qısa müddət pozulmasına səbəb olan, ağırlıq dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid «boynun ön səthini və döş qəfəsinin sağ yarısını əhatə edən geniş sahədə qançır və tək-tək yerləşə n, səpələnmiş səthi xarakterli çoxsaylı kor yaralarla müşayət olunan plastik başlıqlı mərmi təsirindən törənmiş bir ədəd odlu silah yarası» xəsarətini almışdır. Daha sonra əsgər Məhkum, atəş təlim patronu ilə açıldığından silahın lüləsinin içərisində yaranmış təzyiq səbəbindən çaxmaq çərçivəsinin geriyə hərəkəti baş verməyib atılmış təlim patronunun gilizinin silahdan xaric olunmadığını və növbəti patronun patron yuvasına ötürülmədiyini görüb öz cinayətkar niyyətini başa çatdırmaq niyyəti ilə hərəkətlərini davam etdirərək, həmin vəziyyətdə yenidən silahın çaxmaq çərçivəsini çəkib döyüş patronunu patron yuvasına yeritmiş, silahı avtomatik atəş rejimində atəşə hazır vəziyyətə gətirib təxminən 2-3 saniyə ərzində qəsdən silahın tətiyini çəkərək silahdan qəsdən 9 (doqquz) atəş açmış və açılmış güllərdən 3 ədədinin əsgər Qorxmaz Sadikova dəyməsi nəticəsində Qorxmaz Sadikov səhhətin qısa müddət pozulmasına səbəb olan, ağırlıq dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid «sağ bazu oynağı nahiyəsinin ön səthinin toxunaraq keçən odlu silah güllə yaralanması» xəsarətini, həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid «giriş yarası boynun sol ön səthində boyun kökü nahiyəsində, çıxış yarası isə sağ bazu oynağının ön səthində olmaqla, yara kanalı boyunca sağ körpücük arteriyası və venasının, sağ ağciyərin yuxarı payının yaralanması, plevral boşluğun açılması, sağ körpücük sümüyünün açıq-qəlpəli sınığı və körpücük sümüyü proyeksiyasında yara kanalının açılması ilə əlavə yaranın əmələ gəlməsi ilə müşayiət olunan, yara kanalının istiqaməti soldan-sağa və nisbətən yux arıdan-aşağı olan, boyun nahiyəsini və döş qəfəsinin sağ yarısını müştərək bir ədəd dəlib keçən odlu silah güllə yaralanması» və «Giriş boynun sol yan səthində boyun kökü nahiyəsində, çıxış yarası isə sağ kürəküstü nahiyədə olmaqla yara kanalı boyunca V və Vİ boyun fəqələrinin sınığı, onurğa beynin və onurğa arteriyasının yaralanması ilə müşayiət olunan, yara kanalının istiqaməti soldansağa və nisbətən yuxarıdan-aşağı olan, boyun nahiyəsini bir ədəd dəlib keçən odlu silah güllə yaralanması» xəsarətlərini alaraq həmin xəsarətlərdən hadisə yerində ölmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyev) 19 sentyabr 2023-cü il tarixli 1-1(104)-23/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri tə min edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 11(098)-08/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nə Tərtər Hərbi Məhkəməsi, nə də Gəncə Apellyasiya Məhkəməsi işi tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamış, sübutlar düzgün qiymətləndirilməmiş, bir növ ittiham tərəfinin qanunsuz yollarla əldə etdiyi sübutl arı surət təsdiq edən notariuslar kimi təsdiq etmiş, nəticədə təqsirləndirilən Məhkum hüquqları ciddi şəkildə pozulmuşdur. Kassator hesab edir ki, Məhkum ittihamında göstərilən cinayətin törətməsi mexanizmi real deyildir, işin hallarına uyğun gəlmir və cinayət işi üzrə toplanmış sübutlarla uzlaşmır. İttihamı əsaslandıran sübutlar əsasında kəskin ziddiyyətlər var. Bu da onu sübut edir ki, X5 Cəfərov tərəfindən öldürülməmişdir. Zərərçəkmiş şəxsin meyitinin üzərində aşkar edilmiş güllə yaralarının istiqamətləri və onların giriş dəliklərinin müxtəlif ölçüləri də onu göstərir ki, həmin cinayət məhkum tərəfindən törədilməmişdir. İstintaq orqanı düşmən mövqeyinə qədər məsafəni 2 dəfə artıq uzaqlaşdırmağa cəhd etmiş, həmin məsafə maksimum məsafə 970 metr olduğu halda, istintaq bunu 3000-4000 m məs afə kimi qeyd etmişdir. Kassator həmçinin hesab edir ki, ibtidai istintaq orqanı Məhkum müdafiə hüququ pozmuşdur. Tutularkən müdafiə etdiyi şəxs müdafiəsiz olmuşdur. Həmin pozuntunun mövcudluğu kassator onunla əsaslandırır ki, Məhkum tutulması 27 may 2021-ci il tarixli 000531 saylı qərarla olmuş, müdafiəçinin dəvət olunması haqqında qərar isə 27 may 2021-ci il tarixdə 000532 sayla qeydiyyata alınmışdır. Göründüyü kimi müdafiəçi Məhkum tutulmasından sonra dəvət olunmuşdur. Ona görə də kassator hesab edir ki, müdafiəçi Məhkum tutulmasından sonra dəvət olunmuş, Məhkum şübhəli şəxs qismində müdafiəçinin iştirakı olmadan tutulmuş və dindirilmişdir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, istintaq orqanı ittihamı mümkün olmayan sübutlarla əsaslandırmış, məhkəmələr isə buna münasibət b ildirməyərək, həmin sübutlara qanunla müəyyən edilmiş qaydada qiymət verməyərək onları qəbul etmişlər. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittihama əsasən o, mərhum Qorxmaz Sadıqovla üzbəüz dayanmış və zərərçəkmişin meyitində olan güllə yaralarını yetirə bilməmişdir. O, tutularkən 27 may 2021-ci il tarixli 000531 saylı qərarla tutulmuşdur. Amma müdafiəçisi 000532 saylı qərarla ona təyin edilmişdir. CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən iş üzrə Kompleks-stasionar məhkəmə psixiatrik və psi xoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, onun fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, hadisə ilə bağlı özünü müdafiə etməmək məqsədi ilə baş verənləri fərqli şəkildə təsvir etməyə meyllilik müəyyən edilməyib. Onun azı 15 ilə yaxın iş təcrübəsi olan psixoloqları aldatması mümkünsüzdür. Ona görə işinə düzgün baxılmasını xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hü quqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərinin başlıca dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı q anunsuz və əsassızdır, məhkəmə tərəfindən müəyyən edilmiş cinayətin mexanizmi işin hallarına uyğun gəlmir ziddiyyətli sübutlara əsaslanır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1 maddəsində Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə hərəkətləri başa düşülür. Həmin hərəkətlərin xuliqanlıq niyyəti ilə törədilməsi ağırlaşdırıcı tövsifedici əlamətlər qismində çıxış edir və əməlin Azərbaycan Respublikası CM-in 1 20.2.2-ci maddəsi ilə tövsif edilməsinə səbəb olur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən toplanmış sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək müəyyən etmişlər ki, 26 may 2021-ci il tarixdə saat 20:30 radələrində N nömrəli hərbi hissəsini n əsgəri Məhkum həmin hərbi hissəsinin Tərtər rayonunun Suqovuşan kəndinin ərazisində yerləşən 1-ci taborunun 3-cü bölüyünün «1047» adlanan yüksəklikdə yerləşən 27 №-li postunda döyüş növbəsini apararkən heç bir səbəb olmadan onunla birlikdə döyüş növbəsində olan əsgər X1 qəsdən öldürmək məqsədi ilə xidməti istifadəsində olan «AK-74» markalı, ******* nömrəli avtomat silahından sonuncuya tərəf atəşlər açmış və açılmış güllərdən 3 ədədinin əsgər Qorxmaz Sadikova dəyməsi nəticəsində sonuncu bədən xəsarətləri alaraq, hadisə yerində ölmüşdür. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkumun cinayət işi üzrə ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin keçirilməsi barədə protokolları və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr məhkumun təqsiri müəyyən edilərkən sübutları Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etmiş və qiymətləndirmiş, iş ü zrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı işin hallarını müəyyən edərkən istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl etməklə keçirmişdir. Bu səbəbdən məhkəmələr əsaslı olaraq sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun istintaq orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları mümkün hesab etmişlər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” plenum qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunma lıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə kollegiyası Məhkum əməlinin tövsifinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib ini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. İş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 120.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki h alları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından həmçinin görünür ki, məhkum olunmuş şəxs Məhkum müdafiə hüququna riayət edilmiş, cinayət təqibinin bütün mərhələlərində onun müdafiəçinin xidmətlərində istifadə etmə hüququ qanunla müəyyən edilmiş qaydada təmin edilmişdir. Kassatorlar kassasiya şikayətlərində istintaq orq anının Məhkum tutulması barədə qərarının sıra qeydiyyat nömrəsinin ona müdafiəçi təyin edilməsi barədə qərarın sıra qeydiyyat nömrəsindən sonra olmasını əsas gətirərək, Məhkum şübhəli şəxs qismində tutulması və şübhəli şəxs qismində dindirilməsi zamanı müdafiəçi ilə təmin olunmaması və onun müdafiə hüququnun pozulması barədə qeyd etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlilini aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum müddətli hərbi xidmət qulluqçusu olmuş, ona xüsusi ağır cinayət törətməsi istinaq edilmiş, 27 may 2021-ci il tarixdə o şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-in 92.3-cü maddəsinə əsasən yuxarıda göstərilən hər üç halda (həmin maddənin 92.3.6; 92.3.7; 92.3.9 bən dləri) cinayət prosesində müdafiəçinin iştirakı təmin edilməlidir. Həmin Məcəllənin 92.4-cü maddəsinin tələblərinə görə cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı andan təmin olunur: CPM-in 92.3.6-cı maddəsi ilə (müddətli hərbi qulluqçu barəsində olan cinayət təqibi üzrə) nəzərdə tutulmuş halda şəxs barəsində təqsirləndirilən şəxs qismində qərar çıxararkən; CPM-in 92.3.7-ci maddəsi ilə (şəxsə xüsusi ağır cinayət törətməsi istinaq edildikdə) nəzərdə tutulmuş halda şəxs ilk dəfə dindirilərkən, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı, tutma haqqında protokol və ya qətimkan tədbiri seçilməsi haqqında qərar, yaxud ittiham elan edilərkən; CPM-in 92.3.9-cü maddəsi ilə (şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimk an tədbiri qismində həbs tətbiq edildikdə) nəzərdə tutulduğu halda şəxs tutularkən və ya onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə məhkəmədə baxılarkən. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutularkən və ilk olaraq şübhəli şəxs qismində dindirilərkən müdafiəçinin iştirakı təmin edilmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumun təqsirliyinin sübuta yetirməməsi, sübutların ziddiyyətli və mümkün olmaması və Məhkum müdafiə hüququnun pozulması barədə dəlillərini əsaslı hesab etmir. Bundan başqa məhkumun və onun müdafiəçinin kassasiya şikayətlərinin digər dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün q anuni əsaslar yoxdur. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 19 sentyabr 2023-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar