Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-18/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 332.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gənc ə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 iyun tarixli, 11(102)-76/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən Əhməd Sarıyev) 2024-cü il 29 aprel tarixli, 1-1(098)-76/2024 nömrəli hökmü ilə, xx xxxxxx 2003-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, O.Eynullayev küçəsi, ev 60-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi ev 13-də yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 332.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini, qalan vaxtlarda isə Bakı şəhərinin hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulması, ona məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin həvalə olunması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, cəzasının başlanğıcının icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində hökmün icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə olunması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyevdən ibarət tərkibdə) 2024-cü il 27 iyun tarixli, 1-1(102)-76/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökm dəyişdirilmiş, hökmdən CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum təqsirli bilindiyi CM-in 332.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə Məhkum istintaq müddətində 2 dekabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək saxlandığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkk iz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınmış, Məhkum cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi vaxtdan yəni, 27 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 3-cü artilleriya batareyasının 1-ci artilleriya tağımının 1-ci topunun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 2023-cü ilin fevral, mart, aprel və may ayı ərzində, 6 epizod üzrə N nömrəli hərbi hissənin artilleriya divizionunun idarəe tmə tağımının atəş dəstək qrupunun baş kəşfiyyatçısı, əsgər Zərərçəkmiş şəxs münasibətdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsə zor və hədəqorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını tələb edib ələ keçirmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkum zərərçəkmiş şəxsə qarşı etdiyi cinayət əmə lini etiraf etmiş, özünü tam təqsirli bilmiş, əməlindən son dərəcədə peşmandır. Zərərçəkmiş şəxs də öz növbəsində məhkumu bağışladığını bildirmiş, onunla barışmış, şikayətçi olmadığını qeyd etmiş, hətta bu barədə notarial qaydada ərizə də yazmışdır. Müdafiəçi bildirmişdir ki, məhkumun şəxsiyyətini araşdırarkən məlum olur ki, o,uşaqlıqdan demək olar ki atasız böyümüşdür. O, hələ uşaq ikən atası həbs olunmuş, daha sonra anası ilə atası arasındakı nikah məhkəmə qaydasında pozulmuş, o bacısı ilə birlikdə anasının himayəsində kirayələrdə yaşayaraq böyümüşdür. Uşaq yaşlarından yaşadığı maddi, mənəvi, psixoloji sıxıntı onun hərbi xidmət dövründə aqressiv olmasına, cinayət törətməsinə sözsüz ki təsir edən amillərdəndir. O, çox ağır həyat şəraitində böyümüşdür. Ali təhsili olmayan, rəsmi dövlət qur umunda işləməyən, iki balasını saxlamaq üçün min bir əziyyətə qatlaşan anasının maddi köməyindən başqa hər hansı diqqət qayğı görməmişdir. Hər hansı bir şəxsin cinayəti törətməsinin səbəbini araşdırarkən həmin şəxsin şəxsiyyətini, nələr yaşadığını araşdırmaq, ədalətli qərar qəbul edilməsi üçün çox vacibdir. Güman edilə bilər ki, evindən, ailəsindən hər hansı maddi təminat görə bilməyən Kənan, zərərçəkmiş şəxsə hədə-qorxu gələrək pul əldə etməklə kirayədə yaşayan anasına, bacısına maddi yük olmaq istəməyib. Sözsüz ki, bütün bu hallar Məhkum cinayət törətməyə əsas vermir. Ancaq onzuz da körpəlikdən çox çətin vəziyyətdə yaşayan bir gəncin gənclik ömrünün iki ilini də cəzaçəkmə müəssisəsində keçirməsi ədalətli hesab edilmir. O, etdiyi əməldən çox peşmandır. Müdafiəçi kassasiya şikayətində gö stərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməsi və məhkəmə zalından həbsdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi V.Cəfərova kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 332.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların ma hiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkuma azadlıdan məhrum etmə ilə bağlı olamayan cəza təyin eidlməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərar ının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmi yyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirməsə də, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübut lara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə ko llegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin 2024-cü il 29 aprel tarixli, 1-1(098)-76/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 iyun tarixli, 1-1(102)-76/2024 nömrəli qərarı məhkumun mü dafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-18/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-18/2025
12.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver