Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-19/2018 19.04.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu və zərər çəkmiş şəxs X1 iştirakları ilə, Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.3, 182.2.1, 182.2.2, 182.2.3, 228.2.1, 2 28.2.2, 232.2.1, 232.2.3, 328.4 və 338.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2-Məmməd Sərdar oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Osmanov Elxan Osman oğlu və məhkum xxxin müdafiəçisi Əbdurəhmanov Kənan Səfər oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1(097)62/2017 saylı hökmü ilə (sədrlik edən hakim X3) xx xxxxxx 1996-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Bala-Bağman küçəsi, ev 10-da qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq əsgəri Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.3, 182.2.1-ci, 182.2.2, 182.2.3, 228.2.1, 228.2.2, 232.2.1, 232.2.2, 328.4 və 338.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 332.2.1, 332.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.2.1 və 228.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.2.1 və 232.2.2-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 328.4-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 338.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə barəsində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu gündən, yəni xx xxxxxx 2016-cı il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması; xx xxxxxxx 1991-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kəngərli küçəsi, 2-ci dalan, ev 4, mənzil 6-da qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq əsgəri Məhkum2-Məmməd Sərdar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.3, 182.2.1-ci, 182.2.2, 182.2.3, 228.2.1, 228.2.2, 232.2.1, 232.2.2, 328.4 və 338.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 332.2.1, 332.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.2.1 və 228.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.2.1 və 232.2.2-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 328.4-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 338.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə barəsində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu gündən, yəni xx xxxxxx 2016-cı il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmü ilə Məhkum1 və xxx ona görə təqsirli bilinib məhkum edilmişlər ki: Məhkum1 Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının 2-ci manq asında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, xx xxx 2016cı il tarixdə, xidmət etdiyi taborun ərazisində əsgər Zərərçəkmiş şəxs1r oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni hərbi qulluqçuların bir-birinə qarşı münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmələrinə dair Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə pozaraq, məzuniyyətdən qayıtdıqda ona 100 (bir yüz) manat pul gətirməyi hədə-qorxu ilə t ələb etmiş, pulu məzuniyyətdən qayıdarkən gətirməyəcəyi halda, ona qarşı zor tətbiq edəcəyi, onun ünvanına söyüşlər söyəcəyi, xidmət yoldaşları arasında nüfuzdan salacağı, habelə xidmət müddətində ona sair problemlər yaradacağı ilə hədələmişdir. Bundan başqa, Məhkum1 həmin vəzifədə xidmətdə olarkən, 2016-cı ilin sentyabr ayının əvvəllərində, xidmət etdiyi bölüyün 2-ci tağımının 3-cü manqasının ərazisində əsgər Zərərçəkmiş şəxs5 əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, xidmət etdiyi taborun, 4-cü bölüyünün 2-ci tağımının 2-ci manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş xxxlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azə rbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozaraq, Zərərçəkmiş şəxs5 ünvanına söyüşlər söyüb, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döymüş, incitmiş, zərbələrin təsirindən yerə yıxılmış Zərərçəkmiş şəxs5 hədə-qorxu ilə pul tələb etmişlər. Bundan əlavə, Məhkum1 həmin vəzifədə xidmətdə olarkən, xx xxxxxxxx 2016-cı il tarixdə, xidmət etdiyi bölüyün 2-ci tağımının 3-cü manqasının ərazisində əsgər Zərərçəkmiş şəxs1r oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, təkrarən, əsgər xxxlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı müna sibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozaraq, Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edərək onun ünvanına söyüşlər söyüb, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döymüş, incitmiş, yerə oturmasını tələb etmiş, bu vəziyyətdə Məhkum1 əlini şalvarının qabağındakı düymələrə ataraq onu təhqir etmək istəmiş və ondan hədə-qorxu ilə 1000 (bir min) manat pul tələb etmiş, 5 (beş) gün müddətində tələb olunan pulu verməyəcəyi halda, ona qarşı yenidən zor tətbiq etməklə döyüb-incidəcəklərini, şərəf və ləyaqətini alçaldacaqlarını deyib qorxutmuş, bütün bu qanunsuzluqları özlərində olan mobil telefonla videoya çəkmişlər. Bundan əlavə, Məhkum1 həmin vəzifədə xidmətdə olarkən, 2016-cı ilin oktyabr ayının ortalarında, xidmət etdiyi bölüyün 2-ci tağımının 3-cü manqasının ərazisində əsgər Zərərçəkmiş şəxs7 əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, təkrarən, əsgər xxxlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozaraq, əvvəllər istədikləri 50 manat pulu vermədiyi üçün Zərərçəkmiş şəxs7 qarşı zor tətbiq edərək onun ünvanına söyüşlər söyüb bədəninin müxtəlif nahiyələr inə yumruq və təpik zərbələri vuraraq onu döymüş, incitmiş, zərbələrin təsirindən yerə yıxmış, ondan hədə-qorxu ilə 50 (əlli) manat pul tələb etmiş, bütün bu qanunsuzluqları özlərində olan mobil telefonla videoya çəkmişlər. Eləcə də, Məhkum1 həmin vəzifədə xidmətdə olarkən, xx xxxxxxx 2016-cı il tarixdə, xidmət etdiyi taborun ərazisində, əsgər Zərərçəkmiş şəxs2 əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, təkrarən, əsgər xxxlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozar aq, Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək onun ünvanına söyüşlər söyüb bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq onu döymüş, incitmiş və ondan hədə-qorxu ilə 100 (bir yüz) manat pul tələb etmiş, əks halda ona qarşı yenidən zor tətbiq etməklə döyüb-incidəcəklərini, şərəf və ləyaqətini alçaldacaqlarını deyib onu qorxutmuşlar. Bundan başqa, Məhkum1 həmin vəzifədə xidmətdə olarkən, 2016-cı ilin noyabr ayının ortalarında, xidmət etdiyi taborun ərazisində, taborun maddi texniki təminat tağımında xidmət edən əsgər Zərərçəkmiş şəxs4 üzərində öz üstünlüyünü nümayiş etdirməklə qorxudub təsir altında saxlamaq üçün, həmçinin ona taborun ərzaq anbarından qanunsuz olaraq gizlin formada əlavə ərzaq payı gətirməsini hədə-qorxu ilə tələb edərək, təkrarən, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozaraq, Zərərçəkmiş şəxs4 qarşı zor tətbiq edərək onun ünvanına söyüşlər söyüb bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq onu döyüb-incitmiş, istədiyi vaxt qanunsuz olaraq əlavə ərzaq payı gətirməsini hədə-qorxu ilə ondan tələb etmiş, Zərərçəkmiş şəxs4 qorxusundan 3-4 dəfə taborun ərzaq anbarından Məhkum1 qatılaşdırılmış süd məhsulu gətirmişdir. Habelə, Məhkum1 həmin vəzifədə xidmətdə olarkən, xx xxxxxx 2016-cı il tarixdə, xidmət etdiyi taborun ərazisində əsgər Zərərçəkmiş şəxs6 əmlakını əvəzsiz və qanunsuz ol araq ələ keçirmək məqsədilə, təkrarən əsgər xxxlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozaraq, Zərərçəkmiş şəxs6 qarşı zor tətbiq edərək onun ünvanına söyüşlər söyüb bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq onu döymüş, incitmiş və ondan hədə-qorxu ilə 200 (iki yüz) manat pul tələb etmiş, əks halda, ona qarşı yenidən zor tətbiq etməklə döyüb-incidəcəklərini, şərəf və ləyaqətini alçaldacaqlarını deyib onu qorxutmuşlar. Zərərçəkmiş şəxs6 fiziki cəhətdən ondan güclü olan M əhkum1 və xxxin xidmət müddətində ona problemlər yaradacaqlarından, onu döyüb-incidəcəklərindən qorxaraq, onların tələbi ilə razılaşaraq, əsgər yoldaşlarından 200 (iki yüz) manat pul toplayaraq 2-3 gün sonra təklikdə Məhkum1 vermişdir. Bundan başqa, Məhkum1 həmin vəzifədə xidmətdə olarkən, xxxin xx xxxxxxx 2016-cı il tarixdə doğum gününü öz aralarında qeyd etmək məqsədilə, onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən, 2016-cı ilin sentyabr ayının əvvəllərində, hərbi hissədən 2-ci tabora təlim atışları üçün gətirilmiş döyüş sursatlarından içərisində 25 ədəd 5.45 mm çaplı patron olan bağlamanı gizlin formada talamış və qanunsuz olaraq əldə etdikləri döyüş sursatını daşıyaraq xidmət etdikləri 2-ci tağımın 2-ci manqasının səngər əlaqə yolunda gizlətmişlər. xx xxxxxxx 2016-cı il tarixdə günorta saatlarında xxxin doğum günündə Məhkum1 xxxlə birlikdə əsgər Zərərçəkmiş şəxs3 təhkim olunmuş RPK markalı PT1859 №-li pulemyot silahını və həmin silaha məxsus, içərisində 45 ədəd 5.45 mm çaplı patron olan patron darağını xidmət etdikləri 2-ci tağımın 2-ci manqasının sığınacağındakı silah saxlama yerindən açıqcasına talayaraq, qanunsuz əldə etdikləri silah, onun komplekt hissələrini və döyüş sursatını gəzdirərək, 2-ci tağımın 3-cü manqasının ərazisinə gətirib düşmən istiqamətində atəş atmış, boş patron darağı və silahı gətirib Zərərçəkmiş şəxs3 qaytarmışlar. 2-3 gün sonra Zərərçəkmiş şəxs3 yoxlama olacağı üçün xxxdən ona təhkim olunmuş silahdan atılmış 45 ədəd 5.45 mm çaplı patronları qaytarmağı tələb etdikdə, Məhkum1 xxxlə 2016-cı ilin sentyabr ayının əvvəllərində, 2-ci taborun dayaq məntəqəsindən gizli surətdə talayaraq qanunsuz saxladıqları 25 ədəd 5.45 mm çaplı patronları, habelə, xidmət müddətində, lakin istintaqa məlum olmayan müddətlərdə və vaxtlarda 2-ci taborun ərazisində keçirilmiş təlim atışları zamanı taladıqları və qanunsuz olaraq saxladıqları döyüş sursatı hesab olunan 20 ədəd 5.45 mm çaplı patronları, cəmi 45 ədəd patronu Zərərçəkmiş şəxs3 qaytarmışlar. Bundan əlavə, Məhkum1 həmin vəzifədə xidmətdə olarkən, 2016-cı ilin avqust-oktyabr aylarında dəfələrlə hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 2-ci tağımının 2-ci manqasında, düşmənlə üzbəüz mövqelərdə xidmətdə olarkən, adı döyüş növbətçiliyinin aparılması kitabına və post cədvəllərinə yazılsa da, gündüz vaxtları və xüsusi ilə də gecələr döyüş növbətçiliyinə çıxmamış, yatmış, onunla bəra bər döyüş xidmətinə yazılmış əsgərlər təklikdə xidmət aparmış, bununla da Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını, dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcəyi şəraitdə pozmuşdur. Eləcə də, Məhkum1 həmin vəzifədə xidmətdə olarkən, xxxlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, döyüş şəraitində, hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 2-ci tağımının 2-ci manqasında, düşmənlə üzbəüz mövqelərdə xidmətdə olarkən post başçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X2 2016-cı ilin oktyabr ayının ortalarında rəis kimi qanunla müəyyən edilmiş qaydada, döyüş növbətçiliyinə çıxmaqla bağlı verdiyi əmri yerinə y etirməkdən açıqcasına imtina etmiş, döyüş növbətçiliyinə çıxmamış, xxx onların bu qanunsuz hərəkətləri barədə yuxarı komandanlığa məlumat verdikdən sonra onlar postdan bölüyün dayaq məntəqəsinə düşürdülmüşlər; xxx Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 2-ci tağımının 2-ci manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2016-cı ilin sentyabr ayının əvvəllərində, xidmət etdiyi bölüyün 2-ci tağımının 3-cü manqasının ərazisində əsgər Zərərçəkmiş şəxs5 əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, xidmət etdiyi taborun, 4-cü bölüyünün 1-ci tağımının 2-ci manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tabelik münasibətləri ndə olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni hərbi qulluqçuların bir-birinə qarşı münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmələrinə dair Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə pozaraq, Zərərçəkmiş şəxs5 qarşı zor tətbiq edərək onun ünvanına söyüşlər söyüb, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döymüş, incitmiş, zərbələrin təsirindən yerə yıxılmış Zərərçəkmiş şəxs5 hədə-qorxu ilə pul tələb etmişlər. Bundan başqa, xxx həmin vəzifədə xidmətdə olarkən, xx xxxxxxxx 2016-cı il tarixdə, xidmət et diyi bölüyün 2ci tağımının 3-cü manqasının ərazisində əsgər Zərərçəkmiş şəxs1r oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, təkrarən əsgər Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozaraq, onun yanında, köməkliyi və bilavasitə iştirakı ilə Məhkum1 Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edərək onun ünvanına söyüşlər söyüb, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döymüş, incitmiş, yerə oturmasını tələb etmiş, bu vəziyyətdə Məhkum1 əl ini şalvarının qabağındakı düymələrə ataraq onu təhqir etmək istəmiş və ondan hədə-qorxu ilə 1000 (bir min) manat pul tələb etmiş, 5 gün müddətində tələb olunan pulu verməyəcəyi halda, ona qarşı yenidən zor tətbiq etməklə döyübincidəcəklərini, şərəf və ləyaqətini alçaldacaqlarını deyib qorxutmuş, Məhkum1 əgər tutularsa, bu işi xxxin başa çatdıracağını deyib onu hədələmiş, bütün bu qanunsuzluqları özlərində olan mobil telefonla videoya çəkmişlər. Bundan əlavə, xxx həmin vəzifədə xidmətdə olarkən, 2016-cı ilin oktyabr ayının ortalarında, xidmət etdiyi bölüyün 2-ci tağımının 3-cü manqasının ərazisində əsgər X1 əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, təkrarən, əsgər Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tabelik münasibətlərində olmayan hərbi qulluqçular ara sında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozaraq, əvvəllər istədikləri 50 (əlli) manat pulu vermədiyi üçün Tafdıq Tağıyevə qarşı zor tətbiq edərək onun ünvanına söyüşlər söyüb bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döymüş, incitmiş, zərbələrin təsirindən yerə yıxmış, ondan hədə-qorxu ilə 50 (əlli) manat pulu tələb etmiş, bütün bu qanunsuzluqları özlərində olan mobil telefonla videoya çəkmişlər. Bundan başqa, xxx həmin vəzifədə xidmətdə olarkən, xx xxxxxxx 2016-cı il tarixdə, xidmət etdiyi taborun ərazisində, əsgər Zərərçəkmiş şəxs2 əmlakını əvəzsiz və qanu nsuz olaraq ələ keçirmək məqsədilə, təkrarən, əsgər Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozaraq, Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək onun ünvanına söyüşlər söyüb bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq onu döymüş, incitmiş və ondan hədə-qorxu ilə 100 (bir yüz) manat pul tələb etmiş, əks halda, ona qarşı yenidən zor tətbiq etməklə döyüb-incidəcəklərini, şərəf və ləyaqətini alçaldacaqlarını deyib onu qorxutmuşlar. Həmçinin, xxx həmin vəzifədə xidmətdə olarkən, 2016-cı ilin noyabr ayının ortalarında, xidmət etdiyi taborun 4-cü bölüyünün ərazisində, əsgər Zərərçəkmiş şəxs3 üzərində öz üstünlüyünü nümayiş etdirməklə qorxudub təsir altında saxlamaq üçün, həmçinin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozaraq, Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə 100 (bir yüz) manat pul verməsini tələb etmiş, pulu verməyəcəyi halda, ona qarşı zor tətbiq edəcəyi, onun ünvanına söyüşlər söyəcəyi, xidmət yoldaşları arasında nüfuzdan salacağı, habelə xidmət müddətində ona sair problemlər yaradacağı ilə hədələmiş, Zərərçəkmiş şəxs3 pulu verməyəcəyini dedikdə xxx onun sinəsindən və qolundan bir neçə yumruq zərbələri vurmuşdur. Bundan başqa, xxx həmin vəzifədə xidmətdə olarkən, xx xxxxxx 2016-cı il tarixdə, xidmət etdiyi taborun ərazisində, əsgər Zərərçəkmiş şəxs6 əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, təkrarən əsgər Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci və 42-ci maddələrinin tələblərini zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və zor tətbiq etməklə pozaraq, Zərərçəkmiş şəxs6 qarşı zor tətbi q edərək onun ünvanına söyüşlər söyüb bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq onu döymüş, incitmiş və ondan hədə-qorxu ilə 200 (iki yüz) manat pul tələb etmiş, əks halda, ona qarşı yenidən zor tətbiq etməklə döyüb-incidəcəklərini, şərəf və ləyaqətini alçaldacaqlarını deyib onu qorxutmuşlar. Zərərçəkmiş şəxs6 fiziki cəhətdən ondan güclü olan Məhkum1 və xxxin xidmət müddətində ona problemlər yaradacaqlarından, onu döyüb-incidəcəklərindən qorxaraq, onların tələbi ilə razılaşaraq əsgər yoldaşlarından 200 (iki yüz) manat pul toplayaraq 2-3 gün sonra təklikdə Məhkum1 vermişdir. Bundan başqa, xxx həmin vəzifədə xidmətdə olarkən, xx xxxxxxx 2016-cı il tarixdə Məhkum1lə birlikdə özünün doğum gününü öz aralarında qeyd etmək məqsədilə, onunla qabaqcadan əlbir olan bir qrup şəxs halın da və təkrarən, 2016-cı ilin sentyabr ayının əvvəllərində, hərbi hissədən 2-ci tabora təlim atışları üçün gətirilmiş döyüş sursatlarından içərisində 25 ədəd 5.45 mm çaplı patron olan bağlamanı gizlin formada talamış və qanunsuz olaraq əldə etdikləri döyüş sursatını daşıyaraq xidmət etdikləri 2-ci tağımın 2-ci manqasının səngər əlaqə yolunda gizlətmişlər. xx xxxxxxx 2016-cı il tarixdə, günorta saatlarında, NəzirMəmməd Ağayevin doğum günündə, Məhkum1 xxxlə birlikdə, əsgər Zərərçəkmiş şəxs3 təhkim olunmuş RPK markalı PT1859 №-li pulemyot silahını və həmin silaha məxsus, içərisində 45 ədəd 5.45 mm çaplı patron olan patron darağını xidmət etdikləri 2-ci tağımın 2-ci manqasının sığınacağındakı silahsaxlama yerindən açıqcasına talayaraq, qanunsuz əldə etdikləri silah, onun komplekt hissələrini və döyüş sursatını gəzdirərək 2-ci tağımın 3-cü manqasının ərazisinə gətirib düşmən istiqamətində atmış, boş patron darağı və silahı gətirib Zərərçəkmiş şəxs3 qaytarmışlar. 2-3 gün sonra Zərərçəkmiş şəxs3 yoxlama olacağı üçün xxxdən ona təhkim olunmuş silahdan atılmış 45 ədəd 5.45 mm çaplı patronları qaytarmağı tələb etdikdə, Məhkum1 xxxlə 2016-cı ilin sentyabr ayının əvvəllərində, 2-ci taborun dayaq məntəqəsindən gizli surətdə talayaraq qanunsuz saxladıqları 25 ədəd 5.45 mm çaplı patronları, habelə, xidmət müddətində, lakin istintaqa məlum olmayan müddətlərdə və vaxtlarda 2-ci taborun ərazisində keçirilmiş təlim atışları zamanı taladıqları və qanunsuz olaraq saxladıqları döyüş sursatı hesab olunan 20 ədəd 5.45 mm çaplı patronları, cəmi 45 ədəd patronu Zərərçəkmiş şəxs3 qaytarmışlar. Bundan əlavə, xxx həmin vəzifədə xidmətdə olarkən, 2016-cı ilin avqust-oktyabr aylarında, dəfələrlə, hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 2-ci tağımının 2-ci manqasında, düşmənlə üzbəüz mövqelərdə xidmətdə olarkən, adı döyüş növbətçiliyinin aparılması kitabına və post cədvəllərinə yazılsa da, gündüz vaxtları və xüsusi ilə də gecələr döyüş növbətçiliyinə çıxmamış, yatmış, onunla bərabər döyüş xidmətinə yazılmış əsgərlər təklikdə xidmət aparmış, bununla da Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını, dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcəyi şəraitdə pozmuşdur. Eləcə də, xxx həmin vəzifədə xidmətdə olarkən, əsgər Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında, döyüş şəraitində, hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 2-ci tağımının 2-ci manqasında, düşmənlə üzbəüz mövqelərdə xidmətdə olarkən post başçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X2 2016-cı ilin oktyabr ayının ortalarında rəis kimi qanunla müəyyən edilmiş qaydada döyüş növbətçiliyinə çıxmaqla bağlı verdiyi əmri yerinə yetirməkdən açıqcasına imtina etmiş, döyüş növbətçiliyinə çıxmamış, xxx onların bu qanunsuz hərəkətləri barədə yuxarı komandanlığa məlumat verdikdən sonra onlar postdan bölüyün dayaq məntəqəsinə düşürdülmüşlər. Hökmdən Məhkum1 müdafiəçisi Quliyev Vəkil Yelmar oğlu və məhkum xxxin müdafiəçiləri X4 və Əbdurəhmanov Kənan Səfər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Ş irvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: R.M.Cəfərov (sədrlik edən və məruzəçi), Ə.Ə.Novruzov və E.Ə.Camalovdan ibarət tərkibdə) xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi E.O.Osmanov və məhkum xxxin müdafiəçisi K.S.Əbdurəhmanov ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN D Ə L İ L L Ə R İ: Məhkum1 müdafiəçisi E.O.Osmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddəsinin tələblərini nəzərə almadan, yəni mə hkumun ilk dəfə cinayət törətməsini, hərbi xidməti başa vurduğuna görə şəraitin dəyişməsini, əvvəllər məhkum olunmamasını, atasının birinci qrup əlil olmasını, təqsirini etiraf etməklə səmimi peşmançılığı və istintaqa yaxından köməklik göstərməsi kimi yüngülləşdirici hallara qiymət verməyərək nisbətən ağır cəza təyin etmişdir. Ona görə də qeyd olunan halları nəzərə almaqla Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxx 2017ci il tarixli qərarının dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70 və yaxud 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Məhkum xxxin müdafiəçisi K.S.Əbdurəhmanov isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası xxxin törətdiyi əməli etiraf etməklə səmimi pe şmançılığını, zərər çəkmiş şəxslə barışmasını və zərər çəkmiş şəxs tərəfindən hər hansı şikayət və tələbin olmamasını, himayəsində anasının ikinci qrup şəkər xəstəsi olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlin ictimai təhlükəlilik dərəcəsini, habelə təyin edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə almamış, verilmiş cəzanın zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının dəyişdirilərək məhkum xxx barəsində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı məhkumlar Məhkum1 və xxxə cəza təyini hissəsində dəyişdirilməlidir. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkumlar Məhkum1 və xxx məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, müdafiəçilər E.O.Osmanov, K.S.Əbdurəhmanov, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və zərər çəkmiş şəxsin nümayəndəsi V.M.Səmədov isə məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, məhkumlar Məhkum1 və xxxin cinayət əməlləri Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.2.1, 332.2.3, 182.2.1, 182.2.2, 182.2.3, 228.2.1, 228.2.2, 232.2.1, 232.2.3, 328.4 və 338.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində isə hər iki məhkumun müdafiəçilərinin apellyasiya şikayətləri əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya mə hkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətlərində məhkumlar Məhkum1 və xxxin müdafiəçiləri əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməmiş, Məhkum1 müdafiəçisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70 və yaxud 62-ci maddəsinin tətbiq edilməsini, məhkum xxxin müdafiəçisi isə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişlər. Cinayət işinin materiallarından və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, Məhkum1 və xxxin ittiham olunduqları cinayət əməlini törətməsi hall arı, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmiş, hökm və apellyasiya şikayətinə məhkəmə baxışının yekun qərarı isə adı çəkilən məhkumların barəsində qanunun tələblərinə uyğun qaydada tərtib edilmişdir. Məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi E.O.Osmanov və xxxin müdafiəçisi K.S.Əbdurəhmanov tərəfindən verilmiş kassasiya şikayətlərinin, yəni hər iki məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair dəlillərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hər iki məhkuma istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.3 və 328.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin həmin məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər qrupuna aid olunmasını, məhkumların şəxsiyyətini, habelə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, bütovlükdə cinayət işinin materiallarını nəzərdən keçirib məhkumlar Məhkum1 və xxx barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 70-ci maddəsinin tətbiq edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə şərti məhkum etmə təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Buradan belə nəticə çıxarmaq olar ki, şərti məhkum etmə bir qayda olaraq ağır və xüsusilə ağır cinayətlərə tətbiq olunmur. Belə cinayət etmiş şəxslərə məhkəmə şərti məhkum etməni müstəsna hallarda – məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edə bilər. Bundan başqa, məhkumlar Məhkum1 və xxxin törətdikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü maddələrində nəzərdə tutulan əməl tabelik münasibətlərind ə olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmasına görə məsuliyyətə səbəb olur. Bu əməl xidmət keçmənin müəyyən edilmiş qaydalarına qarşı yönələn təhlükəli hərbi xidmət əleyhinə olan cinayətlərə aiddir və onu törədən hərbi qulluqçu eyni zamanda andın tələblərinə ciddi zərər vurur və Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş vətəni müdafiə etmək borcunu yerinə yetirməkdən qəsdən yayınmış olur. Məhz bu hallar təhlil edilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artır. Məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi E.O.Osmanov tərəfindən verilmiş kassasiya şikayətinin Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair dəlilinə gəldikdə isə qeyd edir ki, Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar və.s. nəzərə alınmaqla məhkum barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər. Qanunverici Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq edilməsinin ağağıdakı əsaslarını nəzərdə tutur; 1.Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu və onun davranışı ilə bağlı müstəsna halların olmasını. 2.Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların mövcudluğunu. 3.İştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsini. Qanun işin müsətna halla rı anlayışını müəyyən etmir. Ona görə də, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, Məhkum1 barəsində 62.1-ci maddəsinin tətbiqini nəzərdə tutan əsaslar mövcud olmadığından, onun barəsində qeyd olunan maddənin tətbiqi məqsədəmüvafiq deyil. Bununla yanaşı məhkumlar Məhkum1 və xxxə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri hər birinə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipləri baxımından həmin maddələrin sanksiyası həddində azaldılmalıdır. Belə ki, AR CM-in 8.1-ci maddəsinə əsasən cinayət törə tmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-in 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məhkumların ailə vəziyyətlərini, törətdikləri əməli etiraf etmə klə səmimi peşmançılıqlarını, əvvəllər məhkum olunmamalarını, zərər çəkmiş şəxslərlə barışmalarını, zərər çəkmiş şəxslər tərəfindən hər hansı şikayət və tələblərin olmamasını və digər yüngülləşdirici halları nəzərə almaqla, cinayət qanunvericiliyinin cəza təyininə dair yuxarıda qeyd edilən normalarının məzmunu baxımından Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının cəza təyini hissəsində dəyişdirilməsini, Məhkum1 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 il müddətinə və məhkum xxxə Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 il müddətinə endirilməsini mümkün və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in “Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar” adlanan 416-cı maddəsinin tələblərinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından biridir (maddə 416.0.21). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı məhkum lar Məhkum1 və Məhkum2-Məmməd Sərdar oğluna cəza təyininə dair hissədə dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum1 hazırki qərarla Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, habelə ona birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 228.2.1 və 228.2.2-ci maddələri ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1 və 232.2.2-ci maddələri ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 328.4-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və həmin məcəllənin 338.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, Məhkum1 cinayətlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2-Məmməd Sərdar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il müddətinə endir ilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum2-Məmməd Sərdar oğluna hazırki qərarla Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, habelə ona birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 228.2.1 və 228.2.2-ci maddələri ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1 və 232.2.2-ci maddələri ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 328.4-cü maddəsi ilə təyin edilmiş 5 (beş ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və həmin məcəllənin 338.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, Məhkum2-Məmməd Sərdar oğluna cinayətlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-19/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-19/2018
19.04.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver