Məhkəmə qərarları › İş №1-1(102)-19/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-19/2021

14.04.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-19/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə təqsirli b ilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər: İ.M.Quliyev (sədrlik edən), V.M.Nəsirov və S.Ə.Əzizovdan ibarət tərkibdə) 18 sentyabr 2019-cu il tarixli hökmü ilə 1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət etmiş, N nömrəli hərbi hissəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, kapitan Məhkum Azərbaycan Respublikası CM-nin 48.0.2-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilməsi, Məhkum azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin başlanğıcının 11 yanvar 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarix li hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Müdafiə Nazirliyinin Goranboy rayonunun ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində, kapitan hərbi rütbəsində hərbi xidmətdə olarkən, 2018-cı ilin iyun ayının sonlarında xidmət etdiyi hərbi hissənin minaatan batareyasının 1-ci tağımının hesablayıcı manqasında radiotelefonçu vəzifəsində xidmət edən əsgər X9 əsgərlər arasında Məhkum müddətli hərbi qulluqçuları hərbi hissənin istənilən bölməsinə müvafiq vəzifələrə təyin etdirməsi imkanının olması barədə eşidib atası, Bakı şəhərində yaşayan X4 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq özünün daha rahat xidmət şəraiti olan, hərbi hissənin 3-cü taborunun rabitə tağımına müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı Məhkumlə danışmasını xahiş etmiş və əlaqə saxlaması üçün Məhkum məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini ona demişdir. Bundan sonra T T T T 24 iyun 2018-ci il tarixdə saat 12:40-da özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Məhkum həmin mobil telefon nömrəsinə zəng edərək özünü N nömrəli hərbi hissənin əsgəri Mustafalının atası kimi təqdim edib, oğlunun xidmət yerinin hərbi hissənin daha rahat xidmət şəraiti olan bölmələrindən birinə dəyişilməsini istədiyini bildirmişdir. Həmin gün aralarında olan danışıqlar zamanı Məhkum özünün bunu edə biləcəyini, lakin belə məsələləri üzbəüz danışmaq lazım olduğunu bildirmişdir. Bu məqsədlə T T T T 29 iyun 2018-ci il tarixdə saat 16 radələrində N nömrəli hərbi hissənin qərargahına gəlib orada hərbi hissənin q ərargah binasının yaxınlığında Məhkumlə təklikdə görüşmüş və ondan oğlu Mustafalını hərbi hissənin rahat xidmət şəraiti olan bölmələrindən birinə müvafiq vəzifəyə təyin etdirməsini xahiş etmişdir. Məhkum özünün bunu edə biləcəyini bildirərək Mustafalının hərbi hissənin rabitə bölüyünə təyin edilməsi müqabilində ona 3000 (üç min), artilleriya divizionuna təyin edilməsi müqabilində 2000 (iki min) və 3-cü taborun rabitə tağımına təyin edilməsi müqabilində 1000 (min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. T T T T özünün 1000 (min) manat məbləğində pul verməyə imkanının çatacağını bildirərək oğlunu 3-cü taborun rabitə tağımına təyin etməsini xahiş etmiş, habelə həmin məbləğdə pulu yalnız Mustafalının həmin bölməyə təyin edilməsindən sonra verəcəyini demişdir. Məhkum onunla razılaşa raq, Mustafalı həmin bölməyə təyin edildikdən bir gün sonra vədləşdikləri pulu gətirməyəcəyi təqdirdə Mustafalının həmin tağımdan yerinin dəyişdiriləcəyini şərt kimi irəli sürmüş, yaxın vaxtlarda Mustafalını 3-cü taborun rabitə tağımına müvafiq vəzifəyə təyin edəcəyini vəd etmişdir. Daha sonra Məhkum vəzifəli şəxs kimi “çavuş və əsgərlərin ixtisasına uyğun, işgüzar və mənəvi keyfiyyətlərini nəzərə almaqla müvafiq vəzifələrə təyin olunması barədə təkliflər hazırlamaq və sair” kimi səlahiyyətindən sui-istifadə edərək 09 iyul 2018-ci il tarixdə Mustafalının “rabitəçi hazırlıq kursu”nu keçməməsinə baxmayaraq T T T Tdən alacağı 1000 (min) manat məbləğində rüşvətin müqabilində qanunsuz olaraq Mustafalının hərbi hissənin 3-cü taborun rabitə tağımının telefon manqasının telefonçusu vəzifəsinə təyi n edilməsi ilə bağlı hərbi hissə komandirinə təqrir yazmış və həmin təqrir əsasında hərbi hissə komandirinin eyni tarixli əmri ilə Mustafalı göstərilən bölməyə müvafiq vəzifəyə təyin edilmişdir. Həmin gün Mustafalı atası T T T T ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona özünün 3-cü taborun rabitə tağımına təyin edilməsi barədə məlumat vermiş, T T T T bundan sonra Məhkum mobil telefon nömrəsinə zəng vurmuşdur. Məhkum özünün verdiyi vədi yerinə yetirməsini bildirərək ondan razılaşdıqları 1000 (min) manat məbləğində pulu gətirməsini tələb etmişdir. T T T T bir gün sonra, 10 iyul 2018-ci il tarixdə günorta saatlarında hərbi hissəyə gəlmiş və hərbi hissənin qərargah binasının yaxınlığında Məhkum onunla görüşərək vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkət ə, yəni Mustafalının ixtasasına uyğun olmayan vəzifəyə təyin edilməsinə görə özü üçün istədiyi 1000 (min) manat məbləğində pulu ondan rüşvət olaraq almışdır. Kassasiya şikayətlərinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda kassasiya şikayətləri verərək məhkumun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Məhkumun müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, qərar cinayət prosessual qanunvericiliyinin və maddi hüquq normalarının tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş üçün əhəmiyyətli olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üçün əhəmiyyətlə olan hallar sübuta yetirilməmiş, nəticədə işin faktiki hallarına uyğun qərar qəbul edilməmişdir. Belə ki, iş materiallarında olan məhkumun və şahid ifadələrindən də görünür ki, Məhkum heç kimdən pul almamış, T T T Tin ona pul verməsini heç kim şahidi olmamışdır. Bu barədə şikayət uydurma olmaqla, tam əsassızdır. X1 özü belə dəqiqliklə ona pulu harda verməsini hansı əskinaslarla verməsini deyə bilməmişdir. T T T Tin məhkuma qarşı irəli sürdüyü ittiham yalan və böhtan xarakterlidir. Eyni zamandan Tərtər Hərbi Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı qeyd olunan və digər kobud qanun pozuntuları apellyasiya şikayətində təfsilatı ilə qeyd edilmiş, lakin, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən həmin hallar araşdırılmadan, qanunsuz qərar qəbul edi lmişdir. Müdafiəçi qeyd olunanları nəzərə alinmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığından onun barəat verilməsini xahiş etmişdir. Məhkum Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edildiyini vurğulayaraq kassasiya şikayətində göstərmişdir ki, bu günə kimi qüsursuz hərbi xidmət aparmış, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuş, himayəsində üç azyaşlı övladı var, anası, həyat yoldaşı və üç azyaşlı övladı üçün onun həbsdə olması maddi və mənəvi olaraq çox ağırdır. Qeyd olunanların nəzərə alınmasını və barəsi ndə CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya prote stinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsiz bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliy i üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara g örə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası məhkumun təqsirsiz hesab edilməsinə dair kassasiya şikayətində müdafiəçi tərəfindən qeyd olunan müddəaları əsassız hesab edərək Apellyasiya Məhkəməsi tərəfindən məhkumun Məhkum əməlinin düzgün olaraq CM-nin 311.2-ci maddəsi ilə tövsif olunduğunu vurğulayaraq qeyd edir ki, kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən Məhkumnin təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilmişdir. Həmin sübutların yenidən sadalanmasını məqsədə müvafiq hesab etmir. Kassasiya şikayətinin cəzaya dair müddəaları ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən ədalətli cəza təyin edilmişdir. Azərb aycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddə sinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi h allarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmi ş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və mot ivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum 15 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsini, himayəsində üç azyaşlı uşağının olmasını, xidmət yerindən peşakar zabit kimi müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almı ş, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum düzgün olaraq Apellyasiya Məhkəməsi tərəfindən CM-nin 311.2-ci maddələri ilə təqsirli bilinməsini vurğulayaraq qeyd edir ki, Apellyasiya məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar