Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-19/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2021-ci il tarixli, 11(104)-02/2021 nömrəli qərarından Məhkum1 Müdafiəçi1 və digər Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş ayrı ayrılıqda kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 22 may 1995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış və qeydiyyatda olmuşdur.
2. Məhkum2 xx xxxxxx 1995-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmuşdur.
3. Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 1-1(095)-126/2018 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.3.2 və 186.2.1-ci maddələrində nəzərdə tutulmu ş cinayətləri törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilən cəzaları Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 iyul 2018-ci il tarixdən hesablanması hökm edilmişdir.
4. Həmin hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 186.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli b ilinməsi, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilən cəzaları Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir.
5. Həmin hökmlə həmçinin Heydərov Rüstəm Fərrux oğlu, Zalov Arzuman Şirasdan oğlu, Cəbrayılov Samiddin Hüseyn oğlu, Kazımov Hilal Yusif oğlu, Albabayev Fuad Ələ ddin oğlu, Hüseynov Nicat Arzu oğlu, Zeynalov Ceyhun Elman oğlu və Rzayev İlkin Namiq oğlu təqsirli bilinərək məhkum edilmişlər.
6. Hökmdən məhkumların müdafiəçiləri İskəndərov Fuad İnqlab oğlu, Əkbərov Xəqan Məhəmmədəli oğlu, Abdullayev Ramiz Hümbət oğlu, Qəhrəmanov Zabil Köçəri oğlu, Əliyev Camal Mübariz oğlu, Abbasov Yolçu Bayraməli oğlu, Əliyev Emin Cəfər oğlu, Müdafiəçi2, Müdafiəçi1 və Qənbərov Əziz Həbib oğlu tərəfindən apellyasiya şikayətləri verilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 dekabr 2018-ci il tarixli, 1-1(104)-87/2018 nömrəli qərarı ilə apellyasiya şikayətlərini təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 1-1(095)-126/2018 nömrəli hökmü dəyişdirilmədən saxlamışdır.
8. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2, məhkum H.Y.Kazımovun müdafiəçisi F.İ.İskəndərov, məhkum F.Ə.Albabayevin müdafiəçisi Y.B.Abbasov, Məhkum1 müdafiəçisi Müdafiəçi1, məhkum S.H.Cəbrayılovun müdafiəçisi Ə.H.Qənbərov, məhkum A.Ş.Zalovun müdafiəçisi N.S.Cəbrayılova və məhkum R.F.Heydərovun müdafiəçisi X.S.Cəbrayılova kassasiya şikayətləri vermişlər.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2021-ci il tarixli, 1-1(102)-34/2021 nömrəli qərarı ilə Məhkum2 müdafiəçisi Müdafiəçi2, məhkum Kazımov Hilal Yusif oğlunun müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu, məhkum Albabayev Fuad Ələddin oğlunun müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu, Məhkum1 müdafiəçisi Müdafiəçi1, məhkum Cəbrayılov Samiddin Hüseyn oğlunun müdafiəçisi Qənbərov Əzi z Həbib oğlu, məhkum Zalov Arzuman Şirasdan oğlunun müdafiəçisi Cəbrayılova Nüşabə Sərdar qızı və məhkum Heydərov Rüstəm Fərrux oğlunun müdafiəçisi Cəbrayılova Xatirə Sərdar qızı tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Zalov Arzuman Şirasdan oğlu, Heydərov Rüstəm Fərrux oğlu, Məhkum2, Cəbrayılov Samiddin Hüseyn oğlu, Kazımov Hilal Yusif oğlu, Albabayev Fuad Ələddin oğlu, Məhkum1, Hüseynov Nicat Arzu oğlu, Zeynalov Ceyhun Elman oğlu və Rzayev İlkin Namiq oğlunun məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 1 -1(104)-02/2021 nömrəli qərarı ilə məhkumların müdafiəçiləri İskəndərov Fuad İnqlab oğlu, Əkbərov Xəqan Məhəmmədəli oğlu, Abdullayev Ramiz Hümbət oğlu, Qəhrəmanov Zabil Köçəri oğlu, Əliyev Camal Mübariz oğlu, Abbasov Yolçu Bayraməli oğlu, Əliyev Emin Cəfər oğlu, Müdafiəçi2, Müdafiəçi1 və Qənbərov Əziz Həbib oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 1-1(095)-126/2018 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.
11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2021-ci il tarixli qərarından Məhkum1 Müdafiəçi1 və digər Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verilmişdir.
12. İş kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkumlar Məhkum1 və Məhkum2 cəza çəkdikləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 09 nömrəli Cəzaçəkmə Müəssisəsindən ayrı ayrılıqda ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edib, müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüyünü bildirmişlər. II. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məc əllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
14. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətinin geri götürülməsi barədə verdikləri ərizələri ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizələr təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2021-ci il tarixli, 1-1(104)-02/2021 nömrəli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 ərizələri təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2021-ci il tarixli, 11(104)-02/2021 nömrəli qərarından Məhkum1 Müdafiəçi1 və digər Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın.