Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-19/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1996-cı ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahi ddə Sərhəd hərbi qulluqçusu, baş leytenant, Şəki rayonunun Kiçik Dəhnə kəndində qeydiyyatda olan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 342.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin 5 iyun 2023-cü il tarixli hökmü ilə (hakim Nurəddin Hüseynli) X13 - Azərbaycan Respublikası CM-in 342.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) verilmiş apellyasiya protesti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 5 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilən ittihama görə, X3 Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax rayonunun ərazisində yerləşən “Qazax” Əlahiddə Sərhəd Diviziyasının (2009 nömrəli hərbi hissənin) 2-ci sərhəd komendantlığının bilavasitə düşmənə qarşı durmaqla döyüş tapşırığı yerinə yetirən 12-ci sərhəd zastavasının rəisi vəzifəsində, baş leytenant rütbəsində hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərindən etibarən zastavanın baş çavuşu, baş çavuş Zərərçəkmiş şəxs oğlunda aşkar şəkildə ilkin xəstəlik əlamətləri, yəni onun tez-tez öskürməsini, bəlğəm ifraz etməsini, burnundan maye ifraz olunmasını müşahidə etsə də, müvafiq dövlət orqanları tərəfindən kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyət mütəmadi olaraq məlumatlandırıldığından, eləcə də, hərbi qulluqçular yuxarı komandanlıq və hərbi hissənin aidiyyəti vəzifəli şəxsləri tərəfindən təlimatlandırıldığından, hərbi hissədə qabaqlayıcı tədbirlər görüldüyündən, həmin xəstəlik əlamətlərinin bütün dünyada, 2020-ci ilin mart ayından etibarən isə Azərbaycan Respublikasında geniş yayılmış və ölümə səbəb olma ehtimalı böyük olan, hətta yayılmasının qarşı sının alınması üçün ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilmiş koronovirus infeksiyasının əlamətləri ilə oxşar olduğunu bildiyi halda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 47, 53, 121 və 122-ci madddələrinin hərbi qulluqçunun hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, komandirin (rəisin) Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi nizamnamələrin tələblərinə və vəzifə borclarına əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalı, tabeliyində olanların qayğılarına qalmalı, onların sağlamlığı, məişət şəraiti və ehtiyaclarına qayğı göstərməli, müəyyən edilmiş təminatlarla təchiz edilmələrinə nəzarət etməli, zəruri hallarda onlara yardım göstərməli və onlar üçün böyük koma ndirlər (rəislər) qarşısında vəsatət qaldırmalı olmasına, habelə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının aparatından “Qazax” Əlahiddə Sərhəd Diviziyasına daxil olmuş və bütün şəxsi heyətə çatdırılmış “Covid-19 infeksiyasının qarşısının alınması ilə əlaqədar görüləcək profilaktik tədbirlərə dair” 23 avqust 2021-ci il tarixli, 2720 nömrəli telefonoqramda göstərilmiş “Azərbaycan Respublikasında Covid-19 pandemiyasına yoluxma hallarının yenidən artması səbəbindən infeksiyaya yoluxma hallarının qarşısının alınması və sağlamlığın qorunması üçün xəstəliyə şübhəlilərin hərarətinin ölçülməsi, aidiyyəti üzrə məlumat verilməsi və dərhal hərbi hissənin tibb məntəqəsinə göndərilməsinə” dair tələblərinə riayət edib, baş çavuş Zərərçəkmiş şəxsni koronovirus infeksiyasına yoluxma şübhəsi yaradan xəs təlik əlamətlərinə görə dərhal tibb məntəqəsinə göndərəcəyi, oradan da ixtisaslaşmış tibb müəssisəsinə göndərilib zəruri tibbi müayinə olunmaqla, onda olmuş xəstəliyin diaqnozu düzgün müəyyən edilməklə və stasionarda intensiv terapiya tədbirləri görülməklə, müalicədən sonra da tibbi nəzarətdə saxlanılmaqla xəstəliyinin sağalması mümkün olduğu halda, həmin tələbləri pozub, səlahiyyətinə aid olmamasına baxmayaraq, əsassız olaraq baş çavuş Zərərçəkmiş şəxsnin xəstəliyinin ciddi və onun tibb məntəqəsinə göndərilməsinin zəruri olmadığını, xidmət yerində qalmaqla da sağala biləcəyini hesab edib, özündə olan, bir qayda olaraq kəskin respirator xəstəliyin müalicəsində istifadə olunan və qaynar su ilə qarışdırılıb içilən toz halında dərman vasitəsini qəbul etməsi üçün baş çavuş Zərərçəkmiş şəxsyə v erməklə kifayətlənib, onu tibb məntəqəsinə göndərməmiş, vaxtında müayinə və müalicə olunmadığına görə baş çavuş Zərərçəkmiş şəxsdə olmuş ilkin xəstəlik inkişaf etdiyindən və 10 dekabr 2021-ci il tarixdə, saat 09:50 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq hərbi hissənin Qazax rayonunun Abbasbəyli kəndində yerləşən 2-ci sərhəd komendantlığının qərargahında olarkən, kəskin tənəffüs çatışmazlığı ilə nəticələnmiş ağ ciyərlərin kəskin hemorragik pnevmoniyası səbəbindən öldüyündən, baş leytenant bəraət almış şəxs döyüş şəraitində öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya pro testində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya məhkəməsinin qeyd olunan qərarı qanunsuz və əsassızdır. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsnin xəstəlikdən ölməsi heç bir mübahisə doğurmur və istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla tam təsdiqini tapmışdır. O cümlədən, məhkəmə-tibbi ekspertizasının 10 dekabr 2021-ci il tarixli, 04 nömrəli rəyinə əsasən, mərhum Zərərçəkmiş şəxsnin burun-udlağından götürülmüş yaxmanın Gəncə şəhəri, A.Səhhət adına xəstəxananın molekulyar laboratoriyasında müayinəsi zamanı COV İD-19 virusu aşkarlanmasa da, ölümünə səbəb histoloji təsdiq olunmuş ağ ciyərin kəskin-hemorragik pnevmoniyası xəstəliyi nəticəsində kəskin tənəffüs çatışmazlığı olmuşdur. Bundan başqa, komisyon məhkəmə-tibbi ekspertizasının 2 fevral 2022-ci il tarixli, T 99/2022 nömrəli rəyinə əsasən, mərhum Zərərçəkmiş şəxsnin ölümünə səbəb kəskin tənəffüs çatışmazlığı ilə nəticələnmiş ağciyərlərin kəskin hemorragik pnevmoniyası olmuşdur. Bundan əlavə, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxsnin müəyyən müddət ərzində səhhətində problemlərin olması təqsirləndirilən şəxs bəraət almış şəxsa məlum olması da tam təsdiqini tapmışdır. Həmin halları təqsirləndirilən şəxsin özü, habelə iş üzrə dindirilmiş digər şahidlər də öz ifadələri ilə təsdiq etmişlər. Dövlət ittihamçısı hesab e dir ki, M.Məcidova verilmiş ittihamda göstərildiyi kimi, zastava rəisi, yəni rəis olmaqla, əsassız olaraq baş çavuş Zərərçəkmiş şəxsnin xəstəliyinin ciddi və onun tibb məntəqəsinə göndərilməsinin zəruri olmadığını, xidmət yerində qalmaqla da sağala biləcəyini hesab edib, özündə olan, bir qayda olaraq kəskin respirator xəstəliyin müalicəsində istifadə olunan və qaynar su ilə qarışdırılıb, içilən toz halında dərman vasitəsini qəbul etməsi üçün baş çavuş Zərərçəkmiş şəxsyə verməklə kifayətlənib, onu tibb məntəqəsinə göndərməmiş, yəni öz xidməti borcuna vicdansız və laqeyd yanaşmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 47, 53, 121 və 122-ci madddələrinin hərbi qulluqçunun hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla ye rinə yetirməli, komandirin (rəisin) Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi nizamnamələrin tələblərinə və vəzifə borclarına əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalı, tabeliyində olanların qayğılarına qalmalı, onların sağlamlığı, məişət şəraiti və ehtiyaclarına qayğı göstərməli, müəyyən edilmiş təminatlarla təchiz edilmələrinə nəzarət etməli, zəruri hallarda onlara yardım göstərməli və onlar üçün böyük komandirlər (rəislər) qarşısında vəsatət qaldırmalıdır. İş materiallarından müəyyən olunduğu kimi, bəraət almış şəxs zastava rəisi olmaqla, öz vəzifə borclarına laqeyd yanaşıb, tabeliyində olan baş çavuş Zərərçəkmiş şəxsnin nəinki qayğısına qalmamış, hətta onun xəstə olmasını bilərək, səhlənkarlıq edib, onun ixtisaslı tibb müəssisəsinə göndərilməsinə ehtiyac olmadığı qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri döyüş şəraitində törətməsi onun məsuliyyətini daha da ağırlaşdırır. Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri tərəfindən göndərilmiş 15 may 2022-ci il tarixli, K/6/2162 nömrəli məktubdan görünür ki, “Qazax” Əlahiddə Sərhəd Diviziyasının 2-ci sərhəd komendantlığının 12-ci sərhəd zastavası, habelə tabeliyindəki sərhəd döyüş məntəqələri bilavasitə düşmənlə təmas xəttində yerləşir və döyüş əməliyyatları aparır. Ona görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasına görə Gəncə Hərbi Mə hkəməsinin X11 barəsində olan 5 iyun 2023-cü il tarixli bəraət hökmünü ləğv etməli və barəsində ittiham hökmü çıxarılmalı idi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxs əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmış,apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü əsassız olaraq dəyişdirilmədən qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutla ra əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 342.1-ci maddəsində “Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 342.2-ci maddəsində “Bu Məcəllənin 342.1 və ya 342.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci m addəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, X11 cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və bu nəticəyə gələrkən məhkəmə işin halları ilə yanaşı həmçinin maddi və prosessual qanunun normalarında əks etdirilmiş tələbləri kifayət qədər nəzərə almamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, X3 Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax rayonunun ərazisində yerləşən “Qazax” Əl ahiddə Sərhəd Diviziyasının (2009 nömrəli hərbi hissənin) 2-ci sərhəd komendantlığının bilavasitə düşmənə qarşı durmaqla döyüş tapşırığı yerinə yetirən 12-ci sərhəd zastavasının rəisi vəzifəsində, baş leytenant rütbəsində hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərindən etibarən zastavanın baş çavuşu Zərərçəkmiş şəxs oğlunda aşkar şəkildə ilkin xəstəlik əlamətləri, yəni onun tez-tez öskürməsini, bəlğəm ifraz etməsini, burnundan maye ifraz olunmasını müşahidə etmişdir. Bu hal həm təqsirləndirilən şəxs kimi cəlb edilmiş X11, həm də şahidlərin ifadələri ilə təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs X17 ifadələrində göstərmişdir ki, xatırladığı qədər, 2021ci ilin sentyabr ayında baş çavuş Zərərçəkmiş şəxsnin naftizin (burun damcısı) istifadə etdiyini müş ahidə etmiş, sonuncudan hansı səbəbdən naftizin istifadə etdiyini soruşduqda, cavabında qrip olduğu üçün burnu tutulduğunu, burnundan maye axdığını bildirmişdir. Baş çavuş Zərərçəkmiş şəxs həmin ərəfədə olmaqla, xidmət müddətində cəmi 2-3 halda başının ağrıdığını bildirərək, ondan analgin həbi verməsini xahiş etmiş, o da öz növbəsində həmin həblərdən ona vermişdir. Hadisədən təxminən 15- 20 gün əvvəl baş çavuş Zərərçəkmiş şəxsnin mütamadi olaraq deyil, ara-sıra öskürməsini, habelə, siqaret çəkərkən, onun bəlğəm ifraz etməsinin şahidi olmuş, həmin vaxt baş çavuş Zərərçəkmiş şəxsnin havanın soyuq olması ilə əlaqədar öskürməsini, həmçinin, siqaret çəkdiyi üçün bəlğəm ifraz etməsini zənn etmiş, ona görə də, bu barədə komendantlığın tibb məntəqəsinə məlumat verməmiş və ya onu tibb məntəqəsinə g öndərməmiş, eləcə də, mərhum baş çavuş Zərərçəkmiş şəxs ona səhhəti ilə bağlı tibb məntəqəsinə müraciət etmək istəməsini deməmişdir. Şahid qismində dindirilmiş 2-ci sərhəd komendantlığının 12-ci sərhəd zastavasının 3cü sərhəd döyüş məntəqəsinin aşpazı, əsgər X14 bildirmişdir ki, mərhum baş çavuş Zərərçəkmiş şəxsnin təxminən 2021-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərindən etibarən onun qrip olmasının, burnundan maye axmasının, bəlğəm ifraz etməsinin, öskürməsinin şahidi olmuş, hətta həmin ərəfədə bir halda baş leytenant bəraət almış şəxs mərhum baş çavuş Zərərçəkmiş şəxsyə griphot almış, toz halında olan dərman preparatı vermiş və suya töküb içməsini bildirmiş, mərhum baş çavuş Zərərçəkmiş şəxs də həmin dərman preparatını ona təqdim edərək, bir stəkan suda qarışdırıb ona verməs ini demiş, o da öz növbəsində qeyd olunan griphot dərman preparatını bir stəkan suya töküb qarışdırmış və içməsi üçün mərhum baş çavuş Zərərçəkmiş şəxsyə vermişdir. Bununla yanaşı, ölmündən əvvəlki günlərdə mərhum baş çavuş Zərərçəkmiş şəxs hərdən başı ağrıdığı üçün baş leytenant bəraət almış şəxsdan analgin həb verməsini xahiş etmiş və sonuncu isə ona içmək üçün analgin həb vermişdir. Həmin vaxt baş leytenant bəraət almış şəxs mərhum baş çavuş Zərərçəkmiş şəxsnin qrip olmasını, burnundan maye axmasını, bəlğəm ifraz etməsini, öskürməsini bilmişdir. Üzləşdirmə zamanı şahid X14 ifadələrində göstərdiklərini, yəni təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində, günorta saatlarında baş leytenant bəraət almış şəxs xidməti otağının qarşısında mərhum baş çavuş Zərərçəkmiş şəxsyə griphot dərman p reparatı verdiyini, sonuncu da həmin dərman preparatını aşpaz kimi daima mətbəxdə olduğu üçün qaynar suya töküb, qarışdırması üçün ona təqdim etdiyini, o da öz növbəsində qeyd olunan dərman preparatını bir stəkan qaynar suya töküb, qarışdıraraq mərhum baş çavuş Zərərçəkmiş şəxsyə verdiyini təqsirləndirilən şəxs bəraət almış şəxs üzünə qarşı deyib, təsdiq etmişdir. X27 məhkəmə istintaqı zamanı da əvvəl verdiyi həmin ifadəsini bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş 2-ci sərhəd komendantlığının 12-ci sərhəd zastavasının 3cü sərhəd döyüş məntəqəsinin 2-ci qrupunun sanitar təlimatçısı, əsgər X9 bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında hava şəraiti kəskin yağışlı keçmiş və həmin ərəfədə mərhum baş çavuş Zərərçəkmiş şəxsnin öskürdüyünün şahidi olmuş, bəzən onun burnundan maye axmış və burnu tutulmuş, bununla əlaqədar sonuncu naftizin istifadə etmişdir. Təxminən 2021-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərindən etibarən onun qrip olmasının, burnundan maye axmasının, bəlğəm ifraz etməsinin, öskürməsinin şahidi olmuş, hətta gecə yatanda belə onun hərdən möhkəm şəkildə öskürməsinin səsini eşitmişdir. Ölümündən əvvəlki günlərdə mərhum baş çavuş Zərərçəkmiş şəxs başı ağrıdığı üçün baş leytenant bəraət almış şəxsdan analgin həb verməsini xahiş etmiş və sonuncu isə ona içmək üçün analgin həb vermişdir. Baş leytenant bəraət almış şəxs mərhum baş çavuş Zərərçəkmiş şəxsnin aşkar şəkildə qrip olmasının, burnundan maye axmasının, öskürməsinin və bəlğəm ifraz etməsinin şahidi olduğu halda bununla bağlı heç bir tədbir görməmişdir. Üzləşdirmə zamanı şahid X9 ifadəs ində göstərdiklərini bir daha təqsirləndirilən şəxs X11 üzünə qarşı deyib, təsdiq etmişdir. X20 məhkəmə istintaqı zamanı da əvvəl verdiyi həmin ifadəsini bir daha təsdiq etmişdir. X21 və Hüseynağa Sərhədov məhkəmə istintaqı zamanı təqsirləndiriən şəxslə çarpaz dindimə zamanı da ifadələrini bir daha onun üzünə qarşı demişlər. Birinci instansiya məhkəməsi bəraət almış şəxsa bəraət verərkən və apellyasiya instansiya məhkəməsi həmin nəticə ilə razılaşarkən öz mövqeylərini belə əsaslandlrmışlar: “......məhkəmənin təşəbbüsünə əsasən dindirilmiş ümumilikdə 10 nəfər şahidin ifadələrindən müəyyən olunur ki, yuxarıda adları qeyd olunan, mərhum baş çavuş Zərərçəkmiş şəxsni 08 dekabr 2021-ci ilədək və həmin tarixdən vəfat etdiyi tarixədək görən, onunla birbaşa ünsiyyətdə olan, onunla birlikdə xidmət e dən, gün ərzində onunla 46 saat müddətində ünsiyyətdə olan, onunla bir avtomobildə hərəkət edən, onunla bir otaqda yatan şahidlər X6 xəstə olmasını, sonuncunun xəstə olmasına dəlalət edən hər hansı bir halı müşahidə etməmişlər. Həmçinin məhkəmə qeyd edir ki, yuxarıda adları qeyd olunan şahidlər məhkəmədə, ibtidai istintaq zamanı verdikləri ifadələrlə eyni ifadələr vermişlər və məhkəmə istintaqı zamanı sərbəst ifadə verərkən və suallara cavab verərkən hər iki araşdırma zamanı vermiş olduqları ifadələrinə dair heç bir ziddiyyətli fikirlərinə rast gəlinməmişdir. Həmin şahidlər sərbəst şəkildə fikirlərini ifadə etməklə mərhum Zərərçəkmiş şəxsnin səhhəti ilə əlaqədar vəziyyətini müfəssəl şəkildə heç bir tərəddüd olmadan təsvir etmişlər.......Məhkəmə şahidlər X10 və X27nin ifadələrinin təhlilin i nəzərə alaraq belə qənaətə gəlir ki, sonuncuların məhkəmə araşdırması zamanı verdikləri və digər şahidlərin və təqsirləndirilən şəxsin ifadələri ilə biri birini tamamlayan, biri birilə üst-üstə düşən, bir biri ilə ziddiyyət təşkil etməyən ifadələri əsas götürülməlidir. Belə ki, şahidlər X10 və X 27 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdikləri ifadələrinə uyğun ifadələr, sonuncuların məhkəmə istintaqı zamanı verdikləri ifadələri və digər şahidlərin ifadələri ilə aşkar ziddiyyət təşkil etdiyindən, həmin ifadələrin digər şahidlərin ifadələrindən üstün yaxud daha əsaslı olmasına dəlalət edən hər hansı bir fərqli xüsusiyyətə malik olmadığından, əksinə, istintaq zamanı verdikləri ifadələrdəki şübhəli məqamların olmasını və həmin ifadələrin əsas götürüldüyü halda, məhkəmənin hazırki iş üzrə birmənalı, mötəbər və yekun nəticəyə gəlməsi mümkün olmadığından məhkəməyə qeyd olunan qənaətini əsaslı hesab edir. Məhkəməni təşəbbüsünə əasən dindirilmiş ekspert X2 cavab verərəkən bildirmişdir ki, heç bir xəstəlik əlaməti olmadan ölümün baş verməsi ola bilər. Həmçinin ümumən xəstəliyin törədiciləri rəydə göstərilən bakteriyalardır lakin konkret olaraq hansı olduğunu artıq demək mümkün deyil. Çünki meyitdən obyekt götürülməmişdir. Əgər xəstəliyin törədicisi məlum deyilsə, o halda bu şəxsə iki həftə əvvəl müdaxilə olunacağı təqdirdə sağaltmağın mümkün ola biləcəyi barədə ekspert bildirmişdir ki, pnevmaniya xəstəlikləri içərisində ən ağırı ağ ciyərin kəskin hemorrogik pnevmaniyasıdır. Bu xəstəlik ağ ciyər xəstəlikləri içərisində ən ağırı olduğuna görə əksə r hallarda müalicə olunmadısa, tibbi ədəbiyyatlara görə əksər hallarda bu ölümlə nəticələnir. Bu məlumat ümumi olaraq pnevmaniyanın gedişatından doğan informasiyadır düzdür. Konkret hal üçün deyil. Rəydə göstərilənlər pnevmaniyanın ümumi əlamətləridir.Hamımız bilirik 2019 cu ildən COVİD 19 virusu yayılıb. Bu COVİD 19 virusunun fonunda xəstəliklər o qədər sürətləniblər ki, xəstələr heç gözünü açıb yuma bilmir, xəstələri heç götürüb xəstəxanaya apara bilmirlər. Məhkəmə ekspertin bildirdiklərinə əsasən müəyyən edir ki, mərhumun heç bir xəstəlik əlaməti olmadan da qəfil halının pisləşməsi və ölməsi halı mümkün olmuşdur. Bundan başqa, məhkəmə ekspertin fikirlərinə əsasən qeyd edir ki, xəstəliyin törədicisi məlum olmadığı halda, xəstəliyə dair rəydə yazılanlar ümumi pnevmaniya xəstəliyini əlam ətlərinə əsaslanır konkret xəstəliyin törədicisinin əlamətlərini və xüsusiyyətlərini özündə ehtiva etmir. Məhkəmə həmçinin ekspertin məhkəmədə verdiyi ifadəsinə əsasən qeyd edir ki, pnevmaniyanın ilkin əlamətləri yarandıqdan sonra neçəki xəstəlik ildırım sürətli inkişaf edir, o zaman mərhum Zərərçəkmiş şəxsnin xidmət etdiyin zastavadan getdikdən sonra vəfat etdiyi yerdə xəstəlik əlamətləri daha da kəskinləşməli idi. X16 son iki gündə görmüş şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrdən müəyyən olunur ki, şahidlər X7 heç bir xəstəlik əlaməti müşahidə etməmişlər. Həmçinin, məhkəmə iş materiallarında olan ekspert rəylərinə münasibət bildirməyi vacib hesab edir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, həmin ekspertizalar nəticəsində verilmiş rəylər hazır ki halda, təqsirləndirilən bəraət almış şəxs çavuş Zərərçəkmiş şəxsnin səhhətinə, sağlamlığına etinasız yanaşması, sonuncunun aşkar şəkildə xəstə olduğunu gördüyü halda, bu barədə heç bir tədbir görməməsi sübuta yetirildiyi halda, ittihamı sübut edən sübut növü kimi qiymətləndirilə bilərdi. Lakin məhkəmə araşdırması nəticəsində məhkəmənin yuxarıda qeyd edilən qənaətini və əsas götürdüyü sübutları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki həmin ekspert rəyləridə hazırki iş üzrə X11 təqsirini sübut edən sübut növü kimi qiymətləndirilə bilməz. Təhlil olunmuş sübutları sonda bir daha ümumi şəkildə qiymətləndirdikdə müəyyən olunur ki, təqsirləndirilən X11 əməlini sübuta yetirə biləcək 3 şahidin ifadəsindən biri ümumiyyətlə məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Digər iki şa hidin ifadələri isə ziddiyyətli xarakter daşıyır, təqsirləndirilən bəraət almış şəxs təqsirliyininin sübuta yetirilməsinə kifayər etmir və əsasən məhkəmədə verdikləri ifadələr digər şahidlərin ifadələri ilə üst-üstə düşür. Bundan başqa, baş çavuş Zərərçəkmiş şəxsnin ölümündən öncə sonuncunun görüntülərinin olduğu video yazılar məhkəmədə araşdırılarkən də Zərərçəkmiş şəxsnin xəstə olmasına dəlalət edə biləcək hər hansı bir hal müşahidə edilmir. Həmin görüntülərdə baş çavuş Zərərçəkmiş şəxsnin sərbəst şəkildə hərəkətdə olduğu, səhhəti ilə əlaqədar hər hansı bir şəkildə (ləng hərəkət etmə, özünü narahat hiss etməsi) özünü pis hiss etməsinə dəlalət edən hər hansı bir hal müşahidə edilmir.” Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticənin əsaslandırılması üçün istinad et dikləri sübutları kifayət hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki,aşağı instansiya məhkəmələrinin qənaətinin əksinə olaraq zərərçəkmiş şəxs X7 müşahidə olunan xəstəliyin diaqnozunun, onun həmin xəstəlikdən gələcəkdə ölə biləcəyi ehtimalının olub-olmamasının müəyyən edilməsi X1 deyildi və buna görə ona ibtidai araşdırma orqanı tərəfindən ittiham verilməmişdir. İstintaq orqanı tərəfindən verilən ittihama görə, X3 Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax rayonunun ərazisində yerləşən “Qazax” Əlahiddə Sərhəd Diviziyasının (2009 nömrəli hərbi hissənin) 2-ci sərhəd komendantlığının bilavasitə düşmənə qarşı durmaqla döyüş tapşırığı yerinə yetirən 12-ci sərhəd zastavasının rəisi vəzifəsində, baş leytenant rütbəsində hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının sonu, dekabr ayının əv vəllərindən etibarən zastavanın baş çavuşu Zərərçəkmiş şəxs oğlunda aşkar şəkildə ilkin xəstəlik əlamətləri, yəni onun tez-tez öskürməsini, bəlğəm ifraz etməsini, burnundan maye ifraz olunmasını müşahidə etsə də, müvafiq dövlət orqanları tərəfindən kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyət mütəmadi olaraq məlumatlandırıldığından, eləcə də, hərbi qulluqçular yuxarı komandanlıq və hərbi hissənin aidiyyəti vəzifəli şəxsləri tərəfindən təlimatlandırıldığından, hərbi hissədə qabaqlayıcı tədbirlər görüldüyündən, həmin xəstəlik əlamətlərinin bütün dünyada, 2020-ci ilin mart ayından etibarən isə Azərbaycan Respublikasında geniş yayılmış və ölümə səbəb olma ehtimalı böyük olan, hətta yayılmasının qarşısının alınması üçün ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilmiş koronovi rus infeksiyasının əlamətləri ilə oxşar olduğunu bildiyi halda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 47, 53, 121 və 122-ci madddələrinin hərbi qulluqçunun hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, komandirin (rəisin) Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi nizamnamələrin tələblərinə və vəzifə borclarına əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalı, tabeliyində olanların qayğılarına qalmalı, onların sağlamlığı, məişət şəraiti və ehtiyaclarına qayğı göstərməli, müəyyən edilmiş təminatlarla təchiz edilmələrinə nəzarət etməli, zəruri hallarda onlara yardım göstərməli və onlar üçün böyük komandirlər (rəislər) qarşısında vəsatət qaldırmalı olmasına, habelə, Dövlət Sərhəd Xi dmətinin Sərhəd Qoşunlarının aparatından “Qazax” Əlahiddə Sərhəd Diviziyasına daxil olmuş və bütün şəxsi heyətə çatdırılmış “Covid-19 infeksiyasının qarşısının alınması ilə əlaqədar görüləcək profilaktik tədbirlərə dair” 23 avqust 2021-ci il tarixli, 2720 nömrəli telefonoqramda göstərilmiş “Azərbaycan Respublikasında Covid-19 pandemiyasına yoluxma hallarının yenidən artması səbəbindən infeksiyaya yoluxma hallarının qarşısının alınması və sağlamlığın qorunması üçün xəstəliyə şübhəlilərin hərarətinin ölçülməsi, aidiyyəti üzrə məlumat verilməsi və dərhal hərbi hissənin tibb məntəqəsinə göndərilməsinə” dair tələblərinə riayət edib, baş çavuş Zərərçəkmiş şəxsni koronovirus infeksiyasına yoluxma şübhəsi yaradan xəstəlik əlamətlərinə görə dərhal tibb məntəqəsinə göndərəcəyi, oradan da ixtisaslaşm ış tibb müəssisəsinə göndərilib zəruri tibbi müayinə olunmaqla, onda olmuş xəstəliyin diaqnozu düzgün müəyyən edilməklə və stasionarda intensiv terapiya tədbirləri görülməklə, müalicədən sonra da tibbi nəzarətdə saxlanılmaqla xəstəliyinin sağalması mümkün olduğu halda, həmin tələbləri pozub, səlahiyyətinə aid olmamasına baxmayaraq, əsassız olaraq baş çavuş Zərərçəkmiş şəxsnin xəstəliyinin ciddi və onun tibb məntəqəsinə göndərilməsinin zəruri olmadığını, xidmət yerində qalmaqla da sağala biləcəyini hesab edib, özündə olan, bir qayda olaraq kəskin respirator xəstəliyin müalicəsində istifadə olunan və qaynar su ilə qarışdırılıb içilən toz halında dərman vasitəsini qəbul etməsi üçün baş çavuş Zərərçəkmiş şəxsyə verməklə kifayətlənib onu tibb məntəqəsinə göndərməmişdir. Aşağı instansiya məhkəmə ləri X13 istinad olunan cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin olub-olmamasının müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparmamış, bununla əlaqədar gəldikləri nəticəni əsaslandırmamışlar. Birinci instansiya məhkəməsinin və onunla razılaşan apelyasiya instansiyası məhkəməsinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsnin ölümünün səbəbi ilə əlaqədar dindirilmiş ekspert X5 ifadəsinə istinad etməklə ibtidai araşdırma zamanı məhkəmə-tibb ekspertizası təyin edilməklə alınmış ekspert rəylərinin mötəbər sübut hesab edilməməsinə dair gəldiyi nəticə də cinayət-prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-nin 267-ci maddəsinə əsasən: “267.2. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. 267.3. Təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. 267.4. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.” Azərbaycan Respublikası CPM-nin 272.1-ci maddəsinə əsasən isə ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparıl masını tələb etməyən boşluqlar olduqda, habelə ekspertin tətbiq etdiyi üsulları və ya istifadə olunan terminləri dəqiqləşdirmək zərurəti yarandıqda müstəntiq eksperti dindirmək hüququna malikdir. Göründüyü kimi, qanunverici ekspertin dindirilməsi yolu ilə aydınlaşdırılması mümkün olan məsələləri konkret olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar Azərbaycan Respublikası CPMnin 144-cü maddəsinin cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasına dair tələblərinin pozulması deməkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbera, Messege və Habard o İspaniyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəm ələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən bəraət almış şəxs haqqında apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqi q edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. X11 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1-1(102)-19/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-19/2024
06.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver