Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-19/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2, 181.2.5 və 234.1 -ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 dekabr tarixli, 1-1(103)-25/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/2023 saylı, 08 may 2023-cü il tarixli hökmü ilə (X6 (sədrlik edən və məruzəçi), Aslan Kalbalıyev və Camal Ramazanovdan ibarət tərkibdə), xx xxxxxx 2001-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Saatlı rayonunun Mircəlalkənd kəndində qeydiyyatda olmaqla, orada yaşamış, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin sabiq hərbi qulluqç usu, kursant, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 181.2.1, 181.2.2, 181 2.5-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 30 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci m addələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 181.2.1, 181.2.2 və 181 2.5-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 30 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) 2023-cü il 21 dekabr tarixli, 1-1(103)-25/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilm ədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin "müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nda kursant vəzifəsində xidmət edərkən, şəxsi istifadəsi üçün qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak mi qdarından artıq miqdarda əldə etmək qərarına gələrək, bu məqsədlə 08 may 2022-ci il tarixdə axşam saatlarında tanışı, vətəndaş Şahid5 zəng edib onun üçün şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin tapmasını və xidmət yerinə göndərməsini xahiş etmiş, sonuncu istintaqa məlum olmayan mənbədən iki bükümdə qeyd edilən psixotrop maddədən almaqla içərisində ərzaq məhsulları olan selofan torbaya yerləşdirib "Bolt” şirkətinə məxsus müvafiq mobil tətbiqi proqramı vasitəsi ilə taksi sifariş edərək Təlim və Tədris Mərkəzinin "Qaraheybət” hərbi şəhərciyinə göndərdikdən sonra ona məlumat verdikdə nəzarət buraxılış məntəqəsinə yaxınlaşmaqla taksi sürücüsündən həmin torbanı qəbul etməklə şəxsi istehlak miqdarından artıq, ayrı-ayrılıqda təmiz çəkiləri 0,812 və 1,003 qram olmaqla, ümumi çəkisi 1,815 qram təşkil edən 2 ədəd, kristallik hissəciklərdən ibarət olan və kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə hesab edilən metamfetamini əldə etmiş və üzərində saxlamaqla daşıyıb hərbi şəhərciyin nəzarət buraxılış məntəqəsindən içəri keçirmək istəyərkən həmin məntəqənin növbətçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid6 tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlandığından yuxarı komandanlığa məruzə edilmiş və müvafiq qaydada qablaşdırıldıqdan sonra götürülməklə faktla bağlı araşdırma başlanmışdır. O, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2022-ci il tarixli, 109 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazır lığı kursu”ndan xaric edildikdən sonra, 25 iyun 2022-ci il tarixdə gecə saat 01 radələrində tanışı vətəndaş Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində olarkən həmyerlisi, Saatlı rayonu sakini vətəndaş Zərərçəkmiş şəxs1 yaxınlıqdan keçməsini gördükdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İ.Eldaroğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 salamlaşmadan keçməsini bəhanə gətirməklə üzərinə həyatı və sağlamlığı üçün təhlükəli basqın edib qolu ilə boyun nahiyəsindən tutaraq kənara çəkdikdən sonra bu vəziyyətdən istifadə edən qrup üzvü İ.Eldaroğlu üzərində gəzdirdiyi qatlanan cib bıçağını çıxarıb açmaqla silah qismində istifadə edərək uc hissəsini Zərərçəkmiş şəxs1 sol qarın nahiyəsinə dirəyib həyatı və s ağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu təqdim etməsini tələb etmiş və sonuncuya məxsus daxilində 4 (dörd) manat dəyərindəki "Azercell” MMC-yə məxsus GSM nömrəsi və 5 (beş) manat dəyərindəki 16 GB-lik yaddaş kartı olan 80 (səksən) manat dəyərli bir ədəd "Samsung Galaxy A 01” markalı mobil telefonunu vahid niyyətlə ələ keçirib hücuma məruz qalmış zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla quldurluq etmişlər. Bundan əlavə, o, 26 iyun 2022-ci il tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşən "Azadlıq” parkının ərazisində olarkən vətəndaş Zərərçəkmiş şəxs2 həmin parkla hərəkət edərək onlara tərəf gəlməsini gördükdə təkrarən quldurluq yolu ilə özgənin əmlakını ələ keçirmə k üçün Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 yaxınlaşıb üzərinə həyat və sağlamlığı üçün təhlükəli basqın edərək cibində olan pulu təqdim etməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 imtina etdiyindən vahid niyyətlə hərəkət edən qrup üzvü İkin Eldaroğlu sonuncunun sol qolundan tutub burmuş və sol ayağının arxa hissəsinə iki təpik zərbəsi vuraraq dizi üstə çökdürmüş, bu vəziyyətdən istifadə edən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 şalvarının arxa sağ cibində olmaqla daxilində 4 (dörd) manat dəyərindəki "Azercell” MMC-yə məxsus GSM nömrəsi olan 320 (üç yüz iyirmi) manat dəyərli bir ədəd "Samsung Galaxy A 32” markalı mobil telefonu ələ keçirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 sağ əlini uzadıb telefonunu geri tələb etdikdə İ.Eldaroğlu sonunc unun sol sifət nahiyəsinə, Təqsirləndirilən şəxs1 isə sağ qulaq nahiyəsinə ümumilikdə iki yumruq zərbəsi vurmuşlar. İ.Eldaroğlu vət. Zərərçəkmiş şəxs2 pulunun hansı cibində olmasını soruşduqda cavab vermədiyindən baş nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Təqsirləndirilən şəxs1 isə məqsədlərinə nail olmaq və sonuncunun müqavimətini qırmaq üçün əynində olan köynəyi nisbətən yuxarıya doğru qaldıraraq bel kəmərinə keçirməklə üzərində gəzdirdiyi qatlanan cib bıçağını silah qismində nümayiş etdirib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək əlini Zərərçəkmiş şəxs2 sağ yan cibinə salmış və sağ sifət nahiyəsinə bir yumruq zərbəsi vurub 80 (səksən) manat miqdarında pulunu çıxarıb ələ keçirməklə hücuma məruz qalmış zərərçəkmiş şəxsə ümumilikdə 404 (dörd yüz dörd) ma nat məbləğində maddi ziyan vurmaqla təkrarən quldurluq etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Bununla da cinayət və cinayət prosesual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, düzgün tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl CM-in 322-ci maddəsinin, yəni özbaşnalıq cinayətinin dispozisiyasına uyğun olduğu halda birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi həmin əməli CM-in 181.2-ci maddəsi ilə, yəni quldurluq cinayəti ilə tövsif edilməsini düzgün saymışdır. Bu yanlış mövqedir. Birinci instansiya mə hkəməsi və apellyasiya məhkəməsi qəbul etdiyi yekun məhkəmə aktında CM-in 181.2.5-ci maddəsinə, yəni quldurluq cinayətinin silah və silah qismində İstifadə edilən əşyalar tətbiq etməklə törədilməsinə istinad etmişdir. Məhkəmə qeyd olunan hissədə də yalnış nəticəyə gəlmiş, işin faktiki hallarini hərtərəfli və tam araşdırmamış, işdə olan subutlar düzgün qiymətləndirilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs1 sözügüdən hadisəni törədərkən heç bir silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməmişdir. Müdafiə tərəfi olaraq hesab etmişlər ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl özbaşnalıq cinayətinin tərkib əlamətlərinə uyğun gəlir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 dekabr tarixli, 1-1(103)-25/2023 nömrəli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs1 əməlinin CM-in 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edilməsi, onun çəkdiyi cəza müddətinin nəzərə alınıb azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi5 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Təqsirləndirilən şəxs1 CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xah iş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və əməlinin da ha yüngül maddəyə tövsif edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərar ı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qəra rının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən y oxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun b arəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə, məhkum Təqsirləndirilən şəxs1 aid hissədə, dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/2023 saylı, 08 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 dekabr tarixli, 1-1(103)25/2023 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-19/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-19/2025
19.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver