Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-2/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X3 iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin 04 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 29 may 2019-cu il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 1-1(095)-075/2019 saylı hökmü ilə (sədrlik edən hakim Vidadi Nəsirov, hakimlər Nurəddin Hüseynli və Kamran Muxtarovdan ibarət tərkibdə), Məhkum, 15 may 1999-cu il tarixdə ******** rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin ***** nömrəli Hərbi Hissəsinin sabiq əsgəri, ünvan1 ünvanda yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 332.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 aprel 2019-cu il tarixdən hesab edilməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin “həbs” qətimkan t ədbiri ilə əvəz edilməsi və onun məhkəmə zalından dərhal həbs edilməsi, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və onun şərəf və ləyaqətini alçaltmaqla pozmuş, habelə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə, o cümlədən zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 172 nömrəli Hərbi Hissəsinin maddi-texniki təminat bölüyünün təmir emalatxanasının us tası vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 2017-ci ilin iyun ayının ortalarında saat 13 radələrində tabelik münasibətlərində olmadığı, bölüyün təmir emalatxanasının çilingəri vəzifəsində xidmət edən əsgər X6 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrində göstərilmiş «Hərbi qulluqçular biri-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini kobud surətdə pozaraq, maddi-texniki təminat bölüyünün hamam bi nasının yanında əsgər Н6 yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla üzərində olan pulu ona verməsini tələb etmiş, Н6 bundan imtina etdikdə o, Н6un hər iki qol nahiyəsinə 3 yumruq, sifət nahiyəsinə 2-3 sillə zərbəsi vuraraq tələbini təkidlə təkrar etmiş və bu yolla əsgər Н6u üzərində olan 15 manat məbləğində pulu ona verməsinə məcbur edərək zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2017-ci ilin iyul ayının sonlarında saat 12 radələrində əsgər X6 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qü vvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, bölüyün çamaşırxanasının yanında əsgər Н6 yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla üzərində olan pulu ona verməsini tələb etmiş, Н6 bundan imtina etdikdə o, Н6un sifət nahiyəsinə 2-3 sillə, hər iki ayaq nahiyəsinə 2-3 təpik zərbəsi vuraraq tələbini təkidlə təkrar etmiş və bu yolla əsgər Н6u üzərində olan 15 manat məbləğində pulu ona verməsinə məcbur edərək təkrarən zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bununla yanaşı Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2017-ci ilin avqust ayının əvvəllərində saat 11 radələrində əsgər X6 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasi bətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, bölüyün akkumulyator sexinin arxasında əsgər Н6 yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla üzərində olan pulu ona verməsini tələb etmiş, Н6 bundan imtina etdikdə o, Н6un sifət nahiyəsinə 2 sillə, sol ayaq nahiyəsinə 3 təpik zərbəsi vuraraq tələbini təkidlə təkrar etmiş və bu yolla əsgər Н6u üzərində olan 30 manat məbləğində pulu ona verməsinə məcbur edərək təkrarən zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2017-ci ilin sentyabr ayının ortalarında saat 15 radələrində əs gər X6 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün ərazisində əsgər Н6 yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla üzərində olan pulu ona verməsini tələb etmiş və pul verməkdən imtina edəcəyi təqdirdə ona zor tətbiq olunacağından qorxan Н6u üzərində olan 30 manat məbləğində pulu ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 19 oktyabr 2017-ci il tarixdə saat 16:30 radələrində tabelik münasibətində olmadığı hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil təmiri taqımının texniki təmiri manqasının baş mexaniki, əsgər X9 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, bölüyün yataqxanasının qarşısında əsgər E6a yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 2017-ci ilin oktyabr ayı üçün aldığı aylıq pul təminatı olan 28 manat məbləğində pulu ona verməsini tələb etmiş, E6 isə bu ndan imtina etdikdə o, E6un sifət nahiyəsinə bir sillə, sinə nahiyəsinə iki yumruq zərbəsi vuraraq bu yolla sonuncunu 28 manat məbləğində pulu ona verməsinə məcbur edərək təkrarən zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2017-ci ilin noyabr ayının əvvəllərində saat 14 radələrində əsgər X9 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün ayaqyolunun yanında E6a yaxınlaşıb onun şərəf və ləyaqə tini alçaltmaqla 5 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, E6 bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyərək tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan E6u əmisi oğlu X1 vasitəsi ilə əldə etdiyi 5 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan sonra, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2017-ci ilin noyabr ayının ortalarında saat 16 radələrində əsgər X9 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətl ərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, bölüyün ayaqyolunun yanında E6a yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 2017-ci ilin noyabr ayı üçün aldığı 28 manat məbləğində aylıq pul təminatını ona verməsini tələb etmiş və pul verməkdən imtina edəcəyi təqdirdə ona zor tətbiq olunacağından qorxan E6u 28 manat məbləğində pulu ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2017-ci ilin noyabr ayının axırlarında saat 17 radələrində əsgər X9 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün ərazisində E6a yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 5 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, E6 bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan E6u tanışı T6 vasitəsi ilə əldə etdiyi 2 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində on a verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2017-ci ilin dekabr ayının əvvəllərində saat 12 radələrində əsgər X9 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün ayaqyolunun arxasında E6a yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 5 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, E6 bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan E6u əmisi oğlu T6 vasitəsi ilə əldə etdiyi 1 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2017-ci ilin dekabr ayının ortalarında saat 17 radələrində əsgər X9 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərb aycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün yataqxanasının arxasında E6a yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 2017-ci ilin dekabr ayı üçün aldığı 28 manat məbləğində aylıq pul təminatını ona verməsini tələb etmiş və pul verməkdən imtina edəcəyi təqdirdə ona zor tətbiq olunacağından qorxan E6u 28 manat məbləğində pulu ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən əsgər X7 21 dekabr 2017-ci ilin tarixdə məzuniyyətə gedəcəyini bilib ona öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə 20 dekabr 2017-ci il tarixdə saat 15 radələrində təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün yeməkxanasının yanında E6a yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla məzuniyətdən qayıdanda ona 100 manat məbləğində pul gətirməsini tələb etmiş, E6 buna maddi imkanının olmadığını dedikdə Məhkum onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan E6u 31 dekabr 2017-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra bölüyün ərazisində ona 50 manat məbləğində pul verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən tabelik münasibətində olmadığı hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının mühafizə manqasının əsgəri X4 25 dekabr 2017-ci ilin tarixdə məzuniyyətə gedəcəyini bildikdən sonra ona öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə 24 dekabr 2017-ci il tarixdə saat 11:30 radələrində təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə poza raq, bölüyün avtomobil anbarının arxasında M6yə yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla məzuniyətdən qayıdanda ona 80 manat məbləğində pul gətirməsini tələb etmiş, M6 buna maddi imkanının olmadığını dedikdə Məhkum onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan M6ni 04 yanvar 2018-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra bölüyün ərazisində ona 80 manat məbləğində pul verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2018-ci ilin yanvar ayının əvvəllərində saat 18 radələrində əsgər X9 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əml akı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyünün yataqxanasının qarşısında E6a yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 3 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, E6 bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan E6u əmisi oğlu T6 vasitəsi ilə əldə etdiyi 3 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində ona verməsinə məcbur edə rək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 10 yanvar 2018-ci il tarixdə saat 20 radələrində əsgər X8 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün dərzi otağının qarşısına M6yə yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 3 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, M6 isə bundan imtina etdikdə onu döyəcə yi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan M6ni atası X15 vasitəsi ilə əldə etdiyi 3 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin vəzifə və rütbədə xidmətdə olarkən tabelik münasibətində olmayan hərbi hissənin maddi-texniki təminat bölüyünün səhra çamaşırxanasının operatoru, əsgər X10 13 yanvar 2018-ci il tarixdə tarixdə məzuniyyətə gedəcəyini bildikdən sonra 11 yanvar 2018-ci il tarixdə saat 14 radələrində E7ya öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qə rarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, bölüyün ərazisində E7ya yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla məzuniyyətdən qayıdanda ona bir ədəd mobil telefon aparatı alıb gətirməsini tələb etmiş, E7 buna maddi imkanının olmadığını dedikdə Məhkum onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan E7nı 23 yanvar 2018-ci il tarixdə məzuniyyətdən qayıdan zaman aldığı 70 manat dəyərində «SAMSUNG» markalı mobil telefon aparatını bölüyün ərazisində ona ver məsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2018-ci ilin yanvar ayının ortalarında saat 15 radələrində əsgər X9 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, bölüyün ayaqyolunun yanında E6a yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 2018-ci ilin yanvar ayı üçün aldığı 28 manat məbləğində aylıq pul təminatını ona verməsin i tələb etmiş və pul verməkdən imtina edəcəyi təqdirdə ona zor tətbiq olunacağından qorxan E6u 28 manat məbləğində pulu ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2018-ci ilin yanvar ayının sonlarında saat 18 radələrində əsgər X11 yaxınlaşıb öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün ərazisində E7ya yaxınlaş ıb onun şərəf və ləyaqətini alçaltmaqla 2 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, E7 isə bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan E7nı dayısı oğlu X12 vasitəsi ilə əldə etdiyi 2 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2018-ci ilin yanvar ayında saat 02 radələrində bölüyün nəzarət buraxılış məntəqəsində gün növbətçisi olduğu vaxt onunla birlikdə həmin xidmətə təyin edilmiş əsgər X5 onu yuxudan oyatmasını bəhanə edərək öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq onun sifət nahiyəsinə 3-4 sillə, sol ayaq nahiyəsinə isə 3-4 təpik zərbəsi vurmaqla ona qarşı zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2018-ci ilin fevral ayının əvvəllərində saat 17 radələrində əsgər X8 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq əsgər yeməkxanasında M6yə yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 3 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, M6 bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan M6ni atası Tahir İsgəndərovun vasitəsi ilə əldə etdiyi 3 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətd ə olarkən 2018-ci ilin fevral ayının əvvəllərində saat 20 radələrində əsgər X11 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün ərazisində E7ya yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 5 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, E7 isə bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan E7nı atası X13 vasitəsi ilə əldə etdiyi 5 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2018-ci ilin fevral ayının ortalarında saat 18 radələrində əsgər X11 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün ərazisində E7ya yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 5 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, E7 bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan E7nı dayısı oğlu Azər Məmmədovun vasitəsi ilə əldə etdiyi 5 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bunlarla yanaşı Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2018-ci ilin fevral ayının ortalarında saat 15 radələrində əsgər X9 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərin də olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, bölüyün ayaqyolunun yanında E6a yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 2018-ci ilin fevral ayı üçün aldığı 28 manat məbləğində aylıq pul təminatını ona verməsini tələb etmiş və pul verməkdən imtina edəcəyi təqdirdə ona zor tətbiq olunacağından qorxan E6u 28 manat məbləğində pulu ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2018-ci ilin fevral ayının ortalarında saat 18 radələrində əsgər X8 öz üst ünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün dərzi otağının qarşısında M6yə yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 2 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, M6 bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan M6ni atası Tahir İsgəndərovun vasitəsi ilə əldə etdiyi 2 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həm in gün bölüyün ərazisində ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 19 fevral 2018-ci il tarixdə saat 15 radələrində əsgər X6 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün hamam binasının yanında Н6 yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 20 manat məbləğində pul verməsini tələb etmiş, Н6 bundan imtina etdikdə o, Н6un sifət nahiyəsinə 2 sillə, sol ayaq nahiyəsinə 1 təpik zərbəsi vuraraq təkrarən zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 20 fevral 2018-ci il tarixdə saat 20 radələrində əsgər X8 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün dərzi otağının qarşısında M6yə yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 2 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, M6 bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan M6ni atası Tahir İsgəndərovun vasitəsi ilə əldə etdiyi 2 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən 2018-ci ilin fevral ayının sonlarında saat 19 radələrində əsgər X11 öz üstünlüyünü nümayiş etdirib ona məxsus əmlakı qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə təkrarən tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qa ydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq bölüyün ərazisində E7ya yaxınlaşıb onun şərəf və ləyaqətini alçaltmaqla 2 manat məbləğində mobil telefon danışıq konturu verməsini tələb etmiş, E7 bundan imtina etdikdə onu döyəcəyi, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verəcəyi ilə hədələyib tələbini təkidlə təkrar etmiş və bu hədələrdən qorxan E7nı atası A6 vasitəsi ilə əldə etdiyi 2 manat dəyərində mobil telefon danışıq kartının şifrəsini həmin gün bölüyün ərazisində ona verməsinə məcbur edərək təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Hökmdən Məhkum müdafiəçisi X16 tərəfindən verilmiş apellyasi ya şikayəti üzrə işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 29 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin 04 aprel 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.3-cü maddələrinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.3-cü maddəsinə ə sasən bu qərarla təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 29 may 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini əsaslandıraraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı V6 Mehrəliy evin çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 29 may 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin m əhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, barəsində yüngülləşdirici halları nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kas sasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum isnad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələrində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əl də edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən zərərçəkmiş şəxslərin, şahidin ifadələri, keçirilmiş üzləşdirmə protokolları, keçirilmiş məhkəmə-tibbi ekspertiza rəylərinə, eləcə də tədqiq edilmiş cinayət işinin materiallarında olan sənədlərə əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə tövsif edilmişdir. Bundan başqa kolle giya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, maddənin tələbindən də göründüyü kimi cinayət törətmiş şəxs barəsində şərti məhkum etmə tətbiq edilərkən, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, şərti məhkum etmə tətbiq edilərkən bunlarla yanaşı, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin, təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-ni n 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəc əsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunur ki, onlar CM-in 59- cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Kollegiya qeyd edir ki, şərh olunan qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməlidir. Belə nəticəyə gələrkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı y üngülləşdirən və ağırlaşdıran hallar düzgün qiymətləndirilib nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etmiş olar. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, səmimi olaraq törətdiyi əməli etiraf etməsini, qanunla müəyyən edilmiş müddətdə xidmət etməklə ordu sıralarından tərxis edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 182.2.2, 182.2.3-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cəzanın ən aşağı həddini 05 (beş) il müddətinə, CM-nin 332.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddini - 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi hökmü dəyişdirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 182.2.2, 182.2.3-cü maddələrinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az cəza (üç il) təyin edərək, CM-in 332.2.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq Məhkum 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 15.4. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.3cü maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası, CM-in 332.2.1ci maddəsinin üç ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə ağır, CM-in 332.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, məhkum cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən, əvvəlcədən düşünülmüş şəkildə və təkrar olaraq dəfələrlə törətmişdir. Məhkumun şəxsiyyətini bir hərbi qulluqçu kimi xarakterizə edən hallara gəldikdə isə kollegiya qeyd edir ki, cinayət işinin materiallarındakı 172 nömrəli Hərbi Hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Məhkum mənfi xarakterizə olunur. Xidməti xasiyyətnamə hərbi qulluqçunun xidmət müddətində davranışını xarakterizə edən, onun bütövlükdə hə rbi xidmətə münasibətini ifadə edən ən mühüm sənəddir. Məhkəmə kollegiyası Məhkum qəsdən az ağır (CM-in 332.2.1-ci maddəsi) və ağır (CM-in 182.2.2 və 182.2.3-cü maddəsi) cinayət əməlləri törətməsini, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsiyyətini – xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmasını, məhkumun cinayətləri hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən, əvvəlcədən düşünülmüş şəkildə və təkrar olaraq dəfələrlə törətməsini nəzərə alaraq onun real azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını mümkün hesab etmir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfi ndən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyyələrinə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri üzrə məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi haqqında kassatorun dəlilləri tutarlı bir sübuta söykənməyən mülahizələrdən ibarət olduğuna görə əsassızdır və işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəza qanuni, əsaslı və ədalətlidir. Beləliklə, kassasiya kollegiyası törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən, əvvəlcədən düşünülmüş şəkildə və təkrar olaraq dəfələrlə törətməsini, iş üzrə cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin edilmiş cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etmir, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı v ə ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum özünün barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 29 may 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Rəspublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum ol unmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 29 may 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-2/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-2/2020
16.01.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver