Məhkəmə qərarları › İş №1-1(102)-2/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-2/2022

09.03.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-2/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim Vidadi Nəsirov) 1(098)-176/2020 nömrəli 07 oktyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin olduğu yer müəyyən edilmədiyinə görə dayandırılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elçin Xasməmmədov, hakimlər Ədil Məmmədov və Nuru Quluyev) 1-1(104)57/2021 nömrəli 26 aprel 2021-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 1(098)176/2020 nömrəli 07 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, dövlə t ittihamçısının apelyasiya protesti təmin edilmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-57/2021 nömrəli 26 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin materiallarının mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi Müdafiəçi İnqilab oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi apelyasiya protestini təmin etməklə səhv nəticəyə gəldiyindən həmin qərar qanunsuzdur. Belə ki, apelyasiya məhkəməsinin işə baxan kollegiyası nəzərə almamışdır ki, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən Tərtər Hərbi Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə 26 aprel 2021-ci il tarixli qərarı çıxarılanadək Tərtər Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmiş və işə apelyasiya məhkəməsi tərəfindən baxılarkən Tərtər Hərbi Məhkəməsinin 07 oktyabr 2020ci il tarixli qərarının heç bir hüquqi qüvvəsi olmamış və dövlət ittihamçısının etirazına səbəb olmuş hal aradan qaldırılmışdır. Gəncə Apelyasiya Məhkəməsində eyni xarakterli müxtəlif cinayət işləri üzrə fərqli qərarlar qəbul edilmiş və müdafiə tərəfi dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsi və cinayət işləri üzrə icraatın təzələnərək məhkəmə baxışı təyin edildiyindən və iş üzrə icraatın dayandırılması halı artıq aradan qaldırıldığından, yəni iş üzrə icraatın dayandırılması qərarı öz hüquqi əhəmiyyətini itirdiyindən, protestin təmin edilməsi üçün əsaslar mövcud olmaması ilə bağlı mövqeyi ilə razılaşaraq belə mövqeyi daha qanunauyğun və ədalətli hesab edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Ayxan Hüseynlinin kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassas iya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmə baxışı zamanı cinayət qanunvericiliyin bir sıra normalarının tələblərinin kobud şəkildə pozulmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apelyasiya instans iyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi Tərtər Hərbi Məhkəməsi təqsirləndirilən şəxs - N nömrəli hərbi hissənin əsgəri Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət işi üzrə icraatı 07 oktyabr 2020-ci il tarixli qərarı ilə dayandırmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən 13 noyabr 2020-ci il tarixdə apelyasiya protesti verilmişdir. Qeyd olunmalıdır ki, apelyasiya protesti müddət ötürülməklə verildiyindən müddətin bərpa edilməsi məsələsinə Tərtər Hərbi Məhkəməsində 23 noyabr 2020-ci il tarixdə baxılmış və dövlət ittihamçısının vəsatəti rədd edilmişdir. Həmin qərardan dövlət ittihamçısı apelyasiya p rotesti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 23 fevral 2020ci il tarixli qərarı ilə, apelyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, apelyasiya protestinin verilməsi müddəti bərpa edilmişdir. İşdən görünür ki, Tərtər Hərbi Məhkəməsi 11 mart 2021-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 23 fevral 2020-ci il tarixli qərarından sonra cinayət işinin icraatını təzələmiş və cinayət işini apelyasiya protestinə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarından verilmiş apelyasiya protestinə baxılanadək həmin iş üzrə icraatın 11 mart 2021-ci il tarixdə təzələnməsi apelyasiya protestinə baxılmasına maneçilik törətmir. Tərt ər Hərbi Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarından verilmiş apelyasiya protesti həmin qərarın birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq dövlət ittihamçısının və müdafiəçisinin iştirakları olmadan keçirilmiş məhkəmə iclasında qəbul edilməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 314.1-ci maddəsinə əsasən dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün bu Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Azərbaycan Respublikası CPM-in 314.3 və 314.4-cü maddələrinin tələblərinə görə dövl ət ittihamçısının ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Dövlət ittihamçısı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə və onu başqa dövlət ittihamçısı ilə əvəz etmək mümkün olmadıqda, məhkəmə baxışı təxirə salınır və başqa vaxta keçirilir. İşə yeni cəlb edilmiş dövlət ittihamçısına məhkəmədə ittihamın müdafiəsinə hazırlaşması üçün vaxt verilir. Dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəməyə əvvəlcədən məlumat vermədən məhkəmə iclasına təkrarən üzrlü səbəb olmadan gəlmədikdə və onun həmin məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda məhkəmə Azərbaycan Respublikasının Baş prokuror u qarşısında dövlət ittihamçısının intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırmaq hüququna malikdir. Göründüyü kimi cinayət-prosessual qanunvericiliyində ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışının dövlət ittihamçısının iştirakı olmadan keçirilməsi nəzərdə tutulmur. Bundan başqa təqsirləndirilən şəxs Məhkum müddətli hərbi xidmət qulluqçusu olduğundan Azərbaycan Respublikası CM-in 92.3.6-cı maddəsinə əsasən məhkəmə iclasında onun müdafiəçinin iştirakı da məcburidir. Lakin birinci instansiya məhkəməsi 07 oktyabr 2020-ci il tarixdə hazırki cinayət iş üzrə məhkəmə iclası dövlət ittihamçısının və təqsirləndirilən şəxs Məhkum müdafiəçisinin iştirakları olmadan keçirərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən normalarına riayət etməmişdir. Ona görə də məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə keçirilmiş məhkəmə iclasında qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və apelyasiya protestinin təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin qərarını qanuna uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı apelyasiya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini tədqiq edərək həmin dəlilləri qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şika yətinin təmin edilməsi və Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan cinayət işi üzrə 26 aprel 2021-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 335.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar