Məhkəmə qərarları › İş №1-1(102)-2/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-2/2024

08.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-2/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X15, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs12, X13, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndiril ən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçilər Vəkil1, Müdafiəçi1, Vəkil2, Müdafiəçi5, Müdafiəçi6 və maraqlarına toxunan şəxs X9 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum, məhkum Təqsirləndirilən şəxs3, Məhkum müdafiəçiləri Vəkil1 və Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Vəkil2, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs15 nümayəndəsi Nümayəndə2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs22, zərərçəkmiş şəxs Arif Məmmədov, maraqlarına toxunan şəxs Elgün Şixəliyev, maraqlarına toxunan şəxs Aybəniz Şixəliyeva, maraqlarına toxunan şəxs Şahid103, maraqlarına toxunan şəxs Nail Əliyev tərəfindən verilmiş kassasiya şikayətlərinə və Zərərçəkmiş şəxs22, məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əlavələrə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (hakimlər Elbəy Allahverdiyev (sədrlik edən və məruzəçi), Aslan Kalbalıyev və Camal Ramazanov) 21 sentyabr 2022-ci il tarixli 1-1(093)-9/2022 nömrəli hökmü ilə xx xxxxxxx 1958-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində, general-mayor hərbi rütbəsində xidmət etmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3 və 294.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum olunmaqla 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarda rəhbər və maddi məsul vəzifələr tutma hüququndan məhrum edilərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 294.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə həmin Məcəllənin 75.1.2-ci maddəsinə gö rə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Məhkum üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2021-ci ildən hesablanmış, CM-n 48-ci maddəsinə əsasən, onun ali hərbi rütbədən (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cı il tarixli 818 nömrəli sə rəncamı ilə verilmiş general-mayor rütbəsindən), habelə dövlət təltiflərindən, yəni Azərbaycan Respublikasının Prezidentinin 28 mart 2009-cu il tarixli 212 nömrəli sərəncamı ilə verilmiş “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenindən, 27 mart 2006-cı il tarixli 1370 saylı sərəncamı ilə verilmiş “Hərbi xidmətlərə görə” və 27 mart 2014-cü il tarixli 352 nömrəli sərəncamı ilə verilmiş “Vətən uğrunda” medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilsin, eləcə də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 25 mart 2005-ci il tarixli 0179 saylı əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından, Azərbaycan Respublikası Milli Təhlü kəsizlik Nazirinin 24 iyun 2008-ci il tarixli 0153 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 30 iyun 2009-cu il tarixli 0132 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley xatirə medalından, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 15 dekabr 2010-cu il tarixli, 2934/ş nömrəli əmri ilə verilmiş “Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005- 2010)” yubiley medalından, Azərbaycan Re spublikası Milli Təhlükəsizlik Nazirinin 26 mart 2012-ci il tarixli 060 saylı əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 07 oktyabr 2013-cü il tarixli 0248 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 27 mart 2014-cü il tarixli 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanların 95 illiyi (1919-2014)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 04 iyul 2014-cü il tarixli 0182 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanların 95 illiyi (1919-2014)” yubiley xatirə medalın- dan, Azərbaycan Respublikası Milli Təhlü kəsizlik Nazirinin 26 mart 2015-ci il tarixli 052 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci dərəcəsi medalından məhrum edilmiş, xx xxx 1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Didivar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 182.3.1 və 182.3.2-cü maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 1 ( bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CPM-in 44.2.1-ci maddəsinə görə, ona cəza təyin edilməmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablanmış, CM-in 48-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 27 mart 2015-ci il tarixli 1126 nömrəli sərəncamı ilə ona verilmiş “Vətən uğrunda” medalından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilmiş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 27 mart 2009-cu il tarixli 054 saylı əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medald an, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 08 iyul 2005-ci il tarixli 0396 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2013-cü il tarixli 078 saylı əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 19 noyabr 2013-cü il tarixli, 0281 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirin 27 mart 2014-cü il tarixli 073 saylı əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin 07 mart 2019-cu il tarixli 279şh nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanların 100 illiyi (1919-2019)” yubiley medalından və həmçinin hərbi rütbədən (polkovnik-leytenant rütbəsindən) məhrum edilmiş, 18 avqust 1960-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, ünvan 4 ünvanda qeydiyyatda olan və h əmin ünvanda yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3cü maddələri ilə təqsirli bilinib, CM-in 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyindən, Azərbaycan Respublikasının CPM-in 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2021-c i il tarixdən hesablanmışdır. CM-in 48-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentin 25 mart 2004-cü il tarixli 140 nömrəli sərəncamı ilə ona verilmiş “Vətən uğrunda” medalından məhrum edilməsi məsələsinə baxılmasına icra hakimiyyəti orqanına təqdimat göndərilmiş, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirinin 08 iyul 2005-ci il tarixli 0396 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 23 mart 2007-ci il tarixli, 080 saylı əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 24 aprel 2008-ci il tarixli 0105 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medaldan, Azərbaycan Respublikası Mi lli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli 044 saylı əmri ilə verilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından və hərbi rütbədən (polkovnik rütbəsi) məhrum edilmiş, xx xxxx 1967-ci il tarixdə Ermənistan SSR-nin Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində, polkovnikleyt enant hərbi rütbəsində xidmətdə olmuş, ünvan 6 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsi, fərdi yaşayış evində faktiki yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 182.3.1 və 182.3.2-cü maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CPM-in 44.2.1-ci maddəsinə əsasən, ona cəza təyin edilməmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, ona 10 (on) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, qismən toplanılmaqla, onun 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı ilə ona təyin olunmuş əsas və əlavə cəzalar qəti cəzanın müddətinə hesablanmış və məhkəmənin birinci hökmünə əsasən 4 (dörd) il 1 (bir) ay 2 (iki) gün qismən çəkdiyi əsas cəza və tam çəkdiyi əlavə cəza nəzərə alınaraq, onun üzərində qəti olaraq çəkilməmiş qalan 7 (yeddi) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2021-ci ildən hesablanmşaraq, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Onun hərbi rütbəsindən (polkovnik- leytenant rütbəsindən) və dövlət təltiflərindən məhrum edilməsinə dair hissəsində Bakı Hərbi Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü və eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı nəzərə alınmışdır. - Hökmlə xx.xx.2007-ci il tarixli çıxarışla X4 məxsus 482.000 manat dəyərində ünvan 8 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ½ hissəsi, - 02.0 5.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X4 məxsus 400.000 manat dəyərində ünvan 9 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi, - 25.04.2006-cı il tarixli çıxarışla X4 məxsus 214.000 manat dəyərində ünvan 10 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi, - xx.xx.2008-ci il tarixli çıxarışla X4 məxsus 26.240 manat dəyərində ünvan 26 yerləşən 74.97 kv.m sahəsi olan daşınmaz əmlakın ½ hissəsi, - xx.xx.2005-ci il tarixli çıxarışla Məhkum məxsus 31.500 manat dəyərində ünvan 11 ünvanında yerləşən daşınmaz əmlak, - xx.xx.2007-ci il tarixli çıxarışla Məhkum məxsus 39.528 manat dəyərində ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak, - xx.xx.2012-ci il tarixli çıxarışla Şixəliyev Elgün Mövlam oğluna məxsus 704.985 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında y erləşən daşınmaz əmlak, - xx.xx.2013-cü il tarixli çıxarışla Şahid103 Mövlam qızına məxsus 650.719 manat dəyərində ünvan 13 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2009-cu il tarixli çıxarışla X4 məxsus 535.653 manat dəyərində ünvan 14 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2009-cu il tarixli çıxarışla Məhkum məxsus 770.609 manat dəyərində ünvan 15 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2009-cu il tarixli çıxarışla Məhkum məxsus 35.000 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan daşınmaz əmlak (zirzəmi), - xx.xx.2012-ci il tarixli çıxarışla X2 məxsus 1.452.000 manat dəyərində ünvan 30nvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.20 14-cü il tarixli çıxarışla Şahid103 Mövlam qızına məxsus 257.172 manat dəyərində ünvan 16 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2012-ci il tarixli çıxarışla X4 məxsus 37.600 manat dəyərində ünvan 29a yerləşən daşınmaz əmlak, - xx.xx.2014-cü il tarixli çıxarışla X4 məxsus 1.305.240 manat dəyərində ünvan 17 ünvanında yerləşən 1087.7 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2012-ci il tarixli çıxarışla X2 məxsus 17.000 manat dəyərində ünvan 18 ünvanında yerləşən 197 kv.m sahəsi olan daşınmaz əmlak dövlər nəfinə müsadirə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qərarı ilə Şixəliyev Elgün Mövlam oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 saylı binanın 37 saylı mənzilinin; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 m ay 2016-cı il tarixli qərarı ilə X10 və X3 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlakın; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qərarı ilə X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 7 saylı binanın 40 saylı mənzilinin; - İsmayıllı Rayon Məhkəməsinin 01 iyun 2016-cı il tarixli qərarı ilə Şixəliyev Elgün Mövlam oğluna məxsus İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlakın; - Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 məxsus Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı binanın 34 saylı mənzilinin; - Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə X8 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 2-a saylı binanın 52 saylı m ənzilinin; - Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə X20 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5490 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Müsadirə edilmiş əmlak hesabına ilk növbədə cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməsi, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınsı qərara alınmışdır. İşin halları: Məhkum hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə ha kimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla müntəzəm olaraq fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər çəkmişlərin müflisləşməsi, psixi təsirlərə və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankları qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni xeyli və külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birlə şib zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmək, barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən ayrı-ayrı şəxslərin - özgələrin külli miqdarda əmlakını tələb etmiş, mütəşəkkil dəstə tərkibində qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları təkrarən saxtalaşdırmış, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər olan mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə təkrarən külli miqd arda maddi nemət olan pulu hədə-qorxu tətbiq etməklə rüşvət kimi istəyib almışdır. Təqsirləndirilən şəxs1 hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla müntəzəm olaraq fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər çəkmişlərin müflisl əşməsi, psixi təsirlərə və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankları qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib zərər çəkmiş şəxslərin və onların yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmək, barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən ayrı-ayrı şəxslərin - özgənin külli miqdarda əmlakını tələb etmiş, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xid məti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər olan mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə təkrarən külli miqdarda maddi nemət olan pulu hədə-qorxu tətbiq etməklə rüşvət kimi istəyib almışdır. Təqsirləndirilən şəxs2 hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütə şəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla müntəzəm olaraq fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər çəkmişlərin müflisləşməsi, psixi təsirlərə və digər mərhumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankları qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə et mək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər olan mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə təkrarən külli miqdarda maddi nemət olan pulu hədə-qorxu tətbiq etməklə rüşvət kimi istəyib almışdır. Təqsirləndirilən şəxs3 hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütəşə kkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm olaraq sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, həmçinin fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yəni zərər çəkmişlərin müflisləşməsi, psixi təsirlərə və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankları qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət ə ldə etmək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib zərər çəkmiş şəxslərin və onların yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmək, barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda ayrıayrı şəxslərin əmlakını hədə-qorxu ilə tələb edib almış, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə və hərəkətsizliyə görə özü və üçüncü şəxslər - mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə külli miqdarda maddi nemət olan pulu hədə-qorxu tətbiq etməklə rüşvət kimi istəyib almışdır. İş üzrə məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən cinayət əməllə rinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Həsən Əhmədov) 04 aprel 2023-cü il tarixli 1-1(103)-1/2023 nömrəli tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1-1(093)-9/2022 nömrəli hökmü ilə dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslərin hər birinin və ya onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, zərərçəkmiş şəxslər v ə ya onların nümayəndələri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, həmçinin maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı Abdulla Abdullayev kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını, əmlak müsadirəsinin ləğv edilməsi və mülki iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi, əmlak müsadirəsinin ləğv edilməsi və mülk iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahjiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0 4 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və onun barəsində olan cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Vəkil2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, məhkum Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edulməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və məhkum Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinin icraatına bəraətver ici əsaslarla xitam verilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və və məhkum Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 Firuddin oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının Məhkum və onun yaxınlarının adına olan əmlakların həbsdən azad edilməsi hissəsində ləğv edilməsi, həmin əmlak üzərinə yenidən həbs qoymaqla müsadirəyə cəlb edilməsi və ona vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs15 nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının qismən dəyişdirilməsi, Zərərçəkmiş şəxs15 mülki iddiasının tam təmin edilməsi, Zərərçəkmiş şəxs15 qaytarılacaq məbləği birgə fəaliyyət göstərən digər məhkumlardan alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının Məhkum və onun yaxınlarının adına olan əmlakların həbsdən azad edilməsi hissəsində ləğv edilməsi, həmin əmlak üzərinə yenidən həbs qoymaqla müsadirəyə cəlb edilməsi və ona vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 Ağahüseyin oğlu ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün məhkumların həbs qoyulmuş əmlakın qiymətləndirilməsindən ötrü müvafiq ekspertiza təyin edilməsi və məhkumlara daha ağır cəza təyin edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs22 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının Məhkum və onun yaxınlarının adına olan əmlakların həbsdən azad edilməsi hissəsində ləğv edilməsi, həmin əmlak üzərinə yenidən həbs qoymaqla müsadirəyə cəlb edilmə si və ona vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs22 kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, digər vəzifəli şəxslərin əməllərinə qiymət verib cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumlara daha ağır cəza təyin edilməsi üçün cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Məmmədov Arif İbrahim oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, məhkumlara daha ağır cəza təyin edilməsi və mənəvi ziyana görə mülki iddiasının təmin edilməsi barəsində qərar qəbul e dilməsini xahiş etmişdir. Maraqlarına toxunan şəxslər Şixəliyev Elgün Mövlam oğlu, X10 və Şahid103 Mövlam qızı ayrı-arılıqda kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının onların adına olan əmlakların xüsusi müsadirə olunmasına dair hissədə ləğv edilməsi, həmin əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Maraqlarına toxunan şəxs Əliyev Nail Rəsul oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ünvan 22 ünvanda yerləşən daşınmaz əmlakın, ünvan 23anlarda yerləşən daşınmaz əmlakların xüsusi müsadirə olunmasına dair hissədə ləğv edilməsi, həmin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar q əbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr məhkumlara məxsus əmlakların üzərindən həbsin götürülməsi barədə işin faktiki hallarına uyğun olmayan, qanunsuz və əsassız nəticəyə gəlmişlər. Belə ki, birinci instansiya məhkəməsi hökmdə əmlaklar üzərinə qoyulmuş həbsin ləğv edilməsini müxtəlif motivlərlə əsaslandırmışdır. Məhkəmələr məhkumlara məxsus əmlakların həbsdən azad edərək “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı Qərarına istinaq etmişlər. Lakin məhkəmələr nəzərə almamışlar ki, qeyd edilən normativ akt xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirin icrası ilə bağlı ictimai münasibətləri tənzimləmir, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinin istisna edildiyi hallar ilə bağlı münasibətləri tənzimləyir. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı Qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli, 672 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qəbul edilmişdir. Həmin zərurət “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsindən irəli gəlmişdir. “İc ra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli, 672 nömrəli Fərmanının 1-ci bəndində Nazirlər Kabinetinə “İcra haqqında” Qanunun 49.2-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlakın dəqiq siyahısının müəyyən edilməsi ilə bağlı tapşırıq qoyulmuş və həmin tapşırığın icrası ilə əlaqədar qeyd edilən 89 nömrəli Qərar qəbul edilmişdir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı Qərarının əsasında duran “İcra haqqında” Qanun isə Azərbaycan Respub likası məhkəmələrinin, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. “İcra haqqında” Qanunun borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı münasibətləri tənzimləyən 50.9-cu maddəsinə əsasən, məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi icra olunarkən əmlak üzərinə həbs qoyulması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248-254-cü maddələrində müəyyən olunmuş qaydada həyata keçirilir. Göründüyü kimi, məhkəmə hökmünün əmlakların həbsdən azad edilməsi ilə bağlı hissəsinin əsaslandığını Nazirlər Kabinetinin yuxarıda adı qeyd edilən 89 nömrəli Qərarının əsasında duran “İcra haqqında” Qanun cinayət işləri üzrə yalnız çıxar ılmış hökm və qərarın əmlakın alınmasına dair hissəsinin icra olunması zamanı əmlak üzərinə həbs qoyulması ilə bağlı ictimai münasibətləri tənzimləyir və qeyd edilən Qanunda cinayət işləri üzrə xüsusi müsadirə barədə qərarın qəbulu ilə əlaqədar əmlakların həbsdən azad edilməsi ilə bağlı ictimai münasibətlərin nizamlanması ilə bağlı hər hansı normaya rast gəlinmir. Məhkəmənin öz hökmündə həbsdən azad etdiyi Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən daşınmaz əmlakın Məhkum və ailə üzvlərinin yeganə yaşayış yeri olması ilə bağlı qənaəti ilə əlaqədar qeyd edilməlidir ki, həmin əmlak Məhkum və ailə üzvlərinin yaşadığı deyil, yalnız Məhkum qeydiyyatda olduğu əmlak kimi məhkəmə tərəfindən nəzərdən keçirilməli olduğu halda, hər hansı bir əsaslandırma həyata keçirmədən həm in əmlakın Məhkum və ailə üzvlərinin yeganə yaşayış yeri olması ilə bağlı qiymətləndirmə aparımışdır. Odur ki, məhkəmənin Məhkum münasibətdə Bakı şəhəri, Səbail rayonu, ünvan 24 ünvanında yerləşən daşınmaz əmlakların, Təqsirləndirilən şəxs1 münasibətdə Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı evin 34 saylı mənzilin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı Qərarına əsasən, həbsdən azad edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə həmin normativ hüquqi aktın düzgün olmayaraq şərh edilməsi və tətbiq edilməsinə əsaslandığından qanuni və əsaslı sayıla bilməz. Xüsusi müsadirə cinayət hüquqi xarakterli tədbirinin obyekti qismində cinayət törətmiş deyil, digər şəxslərin mülkiyyətində olan əmlaklar çıxış edə bilərlər. Avropa Parlamentinin 2014\42\EU saylı xx.xx.2014-cü il tarixli Direktivində də xüsusi vurğulanır ki, təqsirkar şəxslər tərəfindən müsadirə tədbirlərindən yaxa qurtarmaq məqsədilə əmlakın cinayət yolu ilə əldə edildiyini bilən şəxslərin mülkiyyətinə keçirilməsi adi təcrübədir və getdikcə daha çox rast gəlinir. Hökmlə təqsirləndirilən şəxs Məhkum münasibətdə həbsdən azad edilən ünvan 25 ünvanında yerləşən mənzil, İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlakla bağlı qeyd edilməlidir ki, həmin əmlaklar Məhkum məxsus olmaqla əmlakın həqiqi mülkiyyətçisinin aşkar edilməməsi məqsədilə digər şəxsin, konkret halda oğlu Elgün Şixəliyevin adına rəsmiləşdirilmişdir. Qeyd edilən halda h əmin əmlaklar hazırkı cinayət işi üzrə cinayətin törədilməsinən əvvəl əldə edilmiş əmlaklar olsa belə, CM-in 99-2-ci maddəsinin tələblərinə əsasən, Məhkum məxsus olan (faktiki mülkiyyətçisi) digər əmlak qiymətləndirilməli və məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli olduğu halda, məhkəmə tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməyərək düzgün olmayan hüquqi nəticəyə gəlmişdir ki, həmin nəticə hökmün həmin hissədə qanuniliyi və əsaslılığı ilə bağlı tərəfimdən yekun qənaətə gəlinməsini istisna edir. Hökmlə Təqsirləndirilən şəxs1 münasibətdə həbsdən azad edilən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 2-a saylı binanın 52 saylı mənzillə bağlı qeyd edilməlidir ki, həmin daşınmaz əmlak 23 noyabr 1995-ci il tarixli çıxarışla X11 mülkiyyətində olmuş, X21 i lə Təqsirləndirilən şəxs1 arasında bağlanmış 23 may 2000-ci il tarixli bağışlama müqaviləsi əsasında əvvəlcə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 ilə X5 (Təqsirləndirilən şəxs1 qardaşı) arasında bağlanmış 18 aprfel 2008-ci il tarixli bağışlama müqaviləsi əsasında isə 04 iyun 2008-ci il tarixli çıxarışla İlqar Məmmədovun mülkiyyətinə keçmişdir. Göründüyü kimi, əmlak 23 may 2000-ci il tarixdən 18 aprel 2008-ci il tarixədək Təqsirləndirilən şəxs1 qanuni mülkiyyətində olmuş yalnız 18 aprel 2008-ci il tarixdə bağışlama müqaviləsi əsasında X5 adına rəsmiləşdirilmişdir ki. qeyd edilən müqavilə özlüyündə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasına baxmayaraq, məhkəmə tərəfindən uydurma əqd kimi qiymətləndirilməmiş, həmin əmlak xüsusi müsadirəyə yönəld ilməmişdir. O cümlədən eyni hüquqi nəticələr hökmlə Təqsirləndirilən şəxs1 münasibətdə həbsdən azad edilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5490 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ilə əlaqədar da nəzərə alınmalı idi. Qeyd edilməlidir ki, həmin torpaq sahəsi 09 oktyabr 2000-ci il tarixdə “Bağlar İdarəsi” ilə icarə müqaviləsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən əldə edilərək, bağışlama müqaviləsi əsasında Təqsirləndirilən şəxs1 tərəfindən X20 (Təqsirləndirilən şəxs1 qardaşı oğlu) verilmiş və qeyd edilən daşınmaz əmlakın 24 iyun 2014-cu il tarixli çıxarışla sonuncuya məxsusdur. Kassator hesab edir ki, Mülki Məcəllənin 337.3, 337.4, 340.1-ci maddələrinin tələblərinə riayət etməyərək Təqsirləndirilən şəxs1 öz yaxın qohumları olan qardaşı İlqar Məmmədov və qardaşı oğlu Fərid Məmmədov ilə bağladığı müqavilələri uydurma əqd kimi qiymətləndirməli, həmin əqdlərin bağlandığı andan etibarsız olmaslı ilə bağlı mülki qanunvericiliyin tələblərini rəhbər tutmalı, o cümlədən həmin əmlakları cinayətin törədilməsinən əvvəl əldə edilmiş əmlaklar olsa belə, CM-in 99-2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 məxsus olan (faktiki mülkiyyətçisi) digər əmlaklar kimi qiymətləndirilməli və məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli olduğu halda, məhkəmə tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməyərək düzgün olmayan hüquqi nəticəyə gəlmişdir ki, həmin nəticə hökmün həmin hissədə də qanuniliyi və əsaslılığı ilə bağlı tərəfimdən yekun qənaətə gəlinməsini istisna edir. O cümlədən hökmlə ünvan 8 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ½ hissəsi, ünvan 9 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi, ünvan 10 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi, ünvan 26 yerləşən 74.97 kv.m sahəsi olan daşınmaz əmlakın ½ hissəsinin xüsusi müsadirə edilməsi qərara alınmış və həmin qənaət onunla əsaslandırılmışdır ki, qeyd edilən əmlaklar Mövlam və Aybəniz Şixəliyevanın birgə nikah dövründə əldə olunduğundan, Məhkum ər-arvadın birgə mülkiyyətində olan qeyd edilən əmlakdakı payına münasibətdə tətbiq edilməlidir. Xüsusilə vurğulanmalıdır ki, həmin əmlaklar birgə nigah dövründə əldə edilməsinə baxmayaraq, məhkəmə tərəfindən həmin əmlakların gələcəkdə qeyd edilən əmlaklara münasibətdə CM-in 99-2-ci maddəsində nəzərdə tutulmuş mümkün ola biləcək əmlakın dəyərinə görə xüsusi müsadirəsininin tətbiqindən yayınmaq məqsədilə digər şəxsin adına rəsmiləşdirilmiş əmlak kimi nəzərdən keirilməli olduğu halda, məhkəmə həmin əmlakların həqiqi mülkiyyətçisi ilə bağlı qənaətə gələrkən bu hissədə tənqidi yanaşmamış, həmin əmlakların birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirmişdir ki, məhkəmənin həmin hissədə gəldiyi nəticə əmlakın həqiqi mülkiyyətçisinin müəyyən edilməsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması nəticəsində gəlinən qənaət kimi qiymətləndirilməlidir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavələrin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülmüş ittiham sübutlarla təsdiq olunmur. Birinci instansiya məhkəməsi, ittiham aktını olduğu kimi hökmə köçürmüş və hökm ehtimallar əsasında çıxarılmış, əsassız olmaqla da apel lyasiya instansiyası məhkəməsi həmin hökmü qüvvəsində saxlamışdır. Kassator şikayətində qeyd etmişdir ki, o, heç bir zərərçəkmiş kimi tanınmış şəxslərlə görüşməmiş və onlarla hər hansı pul söhbətləri aparmamışdır. Bundan başqa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Rəhman Musayev, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs28, Nümayəndə5, Zərərçəkmiş şəxs32, Məhəmməd Hüseynov, Zərərçəkmiş şəxs10, Rafayel Teymurov, Zərərçəkmiş şəxs21 cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmədə göstərmişlər ki, onlar Məhkum tanımırlar, görməmişlər və ona pul verməyiblər. X18 dünyasını dəyişmiş, ona görə də məhkəmədə hüquqi varisi, yəni oğlu Şahid88 iştirak etmiş və göstərmişdir ki, Məhkum tanımır. Axtarış zamanı atasından götürülmüş qızılları və pulu atasına geri q aytarılmış və prokurorluqda dindirilərkən atasının ifadəsi ona verilərək həmin ifadədən köçürməyi tapşırmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs21 da istintaqa ifadə versə də, məhkəməyə dəvət edilməmiş və onu tanımadığını bildirmişdir. İbtidai istintaq onun cinayət törətməyi barədə nəticəyə gəlsə də, məhkəmə baxışı zamanı onun müvafiq cinayət əməlini törətməyi sübuta yetirilməmiş, həmçinin onun tərəfindən müvafiq vəsatətlər verilmiş, lakin vəsatətlər qərəzli və məqsədyönlü olaraq təmin edilməmişdir. O, faktiki olaraq heç bir cinayət əməli törətməmişdir. Birinci instansiya məhkəməsinin onun barəsində gəldiyi nəticəsi işin faktiki hallarına uyğun deyildir. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmü zərərçəkmiş şəxslərin mülki iddia tələblərinin təmin edilməsi və əmlak müsadirəsinə aid olan hissədə əsassız olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin hökmündə Azərbaycan Respublikasının CM-in 59cu maddəsi ilə müəyyən edilmiş yüngülləşdirici hallar ona münasibətdə tam göstərilməmişdir. Cəza təyini zamanı onun şəxsiyyəti, yaşı, səhhəti və ailə vəziyyəti nəzərə alınmamışdır. Məhkum müdafiəçisi Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, M.Şixaliyevin hazırda törətməkdə təqsirləndirildiyi cinayət əməlləri ilə hər hansı bir əlaqəsi olmamışdır. Ona aid ittihamların heç birinin maddi və hüquqi əsası olmamış, bu ittihamlar böhtan üzərində qurulmuş, istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı onun kimdənsə rüşvət alması, kiməsə hədə-qorxu gələrək maddi nemət əldə edilmə si, sübutları saxtalaşdırma ittihamı üzrə kimdənsə ərizə və ifadə alması sübuta yetirilməmişdir. Xidmət etdiyi müddət ərzində heç bir təqsirləndirilən şəxs və ya onun vəkili ilə, yaxın adamları ilə, hər hansı bir şəxslə rüşvət söhbəti aparmamışdır. Həmçinin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs10, Nümayəndə5, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs18 məhkum Mövlam Şixəliyəvə qarşı verdikləri ifadələr sübutlarla və şahid ifadələri ilə təsdiq olunmamış, onların çoxunun Məhkum tanımadıqlarını məhkəmələr araşdırmamışlar. Məhkum xidməti fəaliyyəti MTN-də xidmətkeçmə haqqında əsasnamə və CPM-in 85.6-ci maddəsi ilə tənzimlənmiş, ibtida i araşdırmanın prosessual rəhbəri vəzifəsinə malik olmamış, vəzifəsi cinayət işlərinin tam, hərtərəfli və obyektiv istintaqı zamanı təşkilatı tədbirlər görməkdən, eyni zamanda müstəntiqlər tərəfindən cinayətlərin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında tədbirlər görülməsinə nəzarət etməkdən ibarət olmuşdur. Yəni prosessual nəzarəti deyil, sadəcə cinayət işləri üzrə vaxtında və zəruri istintaq tədbirlərin görülməsinə nəzarəti həyata keçirmişdir. Həmçinin hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin bir çoxu öz törətdikləri cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, əməlləri düzgün tövsif edilərək barələrində qüvvədə olan məhkəmə hökmləri çıxarılmışdır. Belə olan halda həmin şəxslərin hazırki cinayət işi üzrə heç bir s übut və şahid ifadəsi olmadan zərərçəkmiş qismində tanınması ciddi prosessual pozuntudur. Həmçinin kassasiya şikayətində məhkəmə hökmü ilə müsadirə olunmuş ünvan 15, ünvan 27 ünvanında yerləşən 35 kv.m sahəsi, ünvan 11 cinayət əməllərindən çox əvvəl ailə biznesi nəticəsində əldə olunmuş əmlaklardır və həmin əmlakların Məhkum törədilməsi iddia olunan cinayət əməlləri və guya həmin əməllər nəticəsində əldə oluna biləcək pul vəsaitləri ilə heç bir əlaqəsi yoxdur. ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak isə 1993-cü il tarixdə 7.000 ABŞ dollarına alınmışdır. Daha sonra hüquqların yenidən uçotu-qeydiyyatı ilə əlaqədar 04 oktyabr 2007-ci ildə çıxarış sənədi verilmişdir. Bir daha görünür ki, əmlak istinad olunan cinayət əməllərindən çox əvvəl alınmışdır. Əmlak daha sonra X1 və hazırda həmin şəx s ailəsi ilə həmin ünvanda yaşamaqdadır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən maddələr ilə cinayət məsuliyyətinə cəlb olunması üçün heç bir mötəbər sübut yoxdur. Məhkum iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Rəhman Musayevin, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Nümayəndə5 Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs32, Məhəmməd Hüseynovun, Zərərçəkmiş şəxs10, Rafayel Teymurovun və Zərərçəkmiş şəxs21 epizodları üzrə cinayət işində heç bir sübut yoxdur. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayət törətməsi barədə nəticəyə gəlinsə də, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi sübuta yetirilməmiş, tərəfindən müvafiq vəsatətlər verilmiş, lakin vəsatətlər qərəzli və məqsədyönlü olaraq təmin edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş ittihamlar üzrə özlərini təqsirli bilməmiş, həmçinin Məhkum da heç bir cinayət əməlini törətmədiyini bildirmişlər. İbtidai istintaq orqanı tər əfindən Məhkum həm CM-in 182.3.1, 182.3.2 maddələri, həm də CM-in 311.3.4-cü maddəsi ittiham verilməsi tamamilə qanunsuzdur. Məhkum vəzifəli şəxs olmuşdur. Belə olan halda, o, CM-in 182-ci maddəsində nəzərdə tutulmuş hədə-qorxu ilə tələb etmə cinayətinin subyekti ola bilməzdi. Təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilsə idi belə, o halda əməlinin CM-in 311.3.4-cü maddəsinə tövsif edilməsinə dair qərar çıxarılmalı idi. Hər iki instansiya məhkəməsi əmlakların müsadirə edilməsi barədə qərar qəbul edərkən nəzərə almamışdır ki, mülki iddia tələbləri yalnız verilmiş ittiham həcmində təmin edilə bilərdi. Bundan başqa, məhkəmələr o halı da nəzərə almamışdır ki, mülki iddia tələbləri təmin edilsə də belə, o halda ABŞ dolları ilə tutulmalı olan məbləğlər tutulduğu gün Azərbaycan Respublikası Mə rkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun deyil, cinayət əməlinin törədildiyi zaman mövcud, olmuş məzənnəyə uyğun olaraq həll edilməli idi. Birinci instansiya məhkəməsinin hökmü mənəvi ziyanın tutulması hissəsində faktiki olaraq ittihamdan kənara çıxdığı üçün tamamilə əsassızdır. Bundan başqa aşağı instansiya məhkəmələrinin qərarlarında Azərbaycan Respublikasının CM-in 59-cu maddəsi ilə müəyyən edilmiş yüngülləşdirici hallar hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə tam göstərilməmişdir. Məhkum ağır xəstədir, Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə dəfələrlə müalicə və əməliyyat olunmuş, ailəni dolandıran, ailədə qazanc gətirən yeganə şəxsdir, eyni zamanda himayəsində xəstə ailə üzvü vardır, qeydiyyatda olmaqla daimi yaşayış yeri vardır, yaşayış yerindən müsbət xarakte rizə olunur. Göstərilənlər, yəni təqsirləndirilən şəxsin şəxsiyyəti, səhhəti, yaşı, məşğuliyyət növü, ailə, maddi və sosial vəziyyəti, o cümiədən daimi yaşayış yerinin olması və s. bu kimi hallar, hesab edirik ki, hətta təqsiri sübuta yetirilsə idi belə (halbuki, müdafiə tərəfi hesab edir ki, onun heç bir təqsiri yoxdur), onun barəsində cəza təyin edilməsi zamanı nəzərə alınmalı idi. Göründüyü kimi məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikasının CM-in 41.2.-ci və 58.3.-cü maddələrinin tələblərinə riayət etməmişdir. Məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr hökm və qərar qəbul edərkən, ona qarşı qərəzli olan ibtidai istintaq orqanı tərəfindən toplanmış şər və böhtan xarakterli ifadələrinə əsaslanmışdır. Bakı Apellyasiya Məhkəmə si apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş, qəbul edilmiş qərarda yalnız birinci instansiya məhkəməsinin hökmündəki ifadə və protokollar sadalanmış, müdafiə tərəfinin dəlillərinin heç biri müzakirə mövzusu olmamışdır. Kassator məhkum olunduğu Zərərçəkmiş şəxs20 və digərlərinin epizodlarının tam mülki xarakterli olduğunu və cinayət işinin materiallarından da göründüyü kimi işin mülki mühakimə icraatı qaydasında həll olunmalı məsələ olduğu qeyd edilir. Həmin epizod üzrə ona aid heç bir cinayət hadisəsinin olmamışdır. Məhkəmə yalnız Zərərçəkmiş şəxs19 şər və böhtandan ibarət qərəzli ifadəsi əsasında, yəni bir nəfərin ifadəsi əsasında hökm çıxarmışdır. O, Zərərçəkmiş şəxs20 və qohumlarından hədə-qorxu ilə və ya digər formada pul almamışdır. Zərərçəkmiş şəxs20 həmin cinayət işi üzrə məhkum olunub və ona görə də ona qarşı qərəzlidir. Birinci instansiya məhkəməsi (habelə apellyasiya instansiyası məhkəməsi) cəza təyin edərkən prosessual pozuntulara yol vermiş, cəza siyasətində fərdilik və vahidlik məsələsini diqqətdən kənar buraxmış, təyin edilmiş cəzada qeyri-mütənasib sərtlik göstərmişdir. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Vəkil2 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası işə baxarkən müdafiə tərəfinin dəlillərinə qiymət verməmiş və hansı əsasla müdafiə tərəfinin dəlillərinin rədd edilməsi göstərilməmiş, yəni apellyasiya şikayətində qeyd edilən dəlillərin heç biri ümumiyyətlə, müzakirə mövzusu olmamış, dəlillərə münasibət bildirməmiş, cinayət-prosessual qanununvericiliyindəki əks arqumentləri göstərməmişdir. Təqsirləndirilən şəxs3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü cinayət törətməkdə təqsirli bilməmiş, işdəki sübutlar yalnız məhkum Təqsirləndirilən şəxs3 qarşı qərəzli olan zərərçəkmiş şəxslərin ifadələrindən ibarət olmuş, bu ifadələr də ehtimallara söykənmiş, heç bir maddi sübutla təsdiq edilməmişdir. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs19 hədə-qorxu ilə pul tələb etməsinin və ya almasının, eləcə də Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs18 rüşvət istəməsi və ya almasının heç bir şahidi yoxdur. Məhkum Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamda, konkret olaraq Azərbaycan Respublikası CM-in 182-ci maddəsinin dispozisiyasında qeyd edilmiş obyektiv cəhətin əlamətlərinin heç biri əsaslandırılmamış, onun cinayətin obyektiv cəhət ini təşkil edən əməl nədə ifadə olunması hökmdə göstərilməmişdir. CM-in 311-ci maddəsində (rüşvət alma) tövsifedici əlamət kimi 311.3.4-cü maddə (hədə-qorxu tətbiq olunmaqla törədilmə) nəzərdə tutulduğundan, onu əlavə olaraq mülkiyyət əleyhinə cinayət törətməkdə (hədə-qorxu) ittiham etmək absurddur, şəxsin eyni əmələ görə ikiqat cəzalanmasına səbəb olur. Ümumiyyətlə, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi iki epizod üzrə (Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs18) zərərçəkmiş şəxslərin ittihamedici ifadələrindən başqa iş materiallarında heç bir tutarlı sübut yoxdur. Kassator hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri cəza təyin edərkən qeyri-mütənasib sərtlik göstərmiş, öz sərtliyinə ədalətsiz cəza təyin et mişdir. Hökm Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs1 mülki iddialarının qismən təmin edilməsi münasibətdə tam qanunsuzdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-22/2017 saylı, 10 iyul 2017-ci il tarixli hökmü ilə zərərçəkmişlərin mülki iddiaları, o cümlədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş mülki iddialar təmin edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs14 mülki iddialarım prosessual pozuntu ilə icraata götürsə belə, CPM-in 179.2 və 179.3-cü maddələrinə əaslanaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.1.2-ci maddələrinə istinad edərək mülki iddialar üzrə icraata xitam verməli idi. Lakin birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə aktı olduğu halda Təq sirləndirilən şəxs3 münasibətdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs14 mülki iddialarını təmin etməklə kobud prosessual pozuntuya yol vermişdir. Lakin bununla bağlı apellyasiya şikayətindəki dəlil və sübutlara da Bakı Apellyasiya Məhkəməsi münasibət bildirməmişdir. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəza çox ağır olmaqla, humanizm və ədalət prinspilərinə ziddir. Kassasiya şikayətinə əlavəni məhkum Təqsirləndirilən şəxs3 onunla əsaslandırmışdır ki, hazırki cinayət işi üzrə cinayət hadisəsi olmadığından, heç bir sübut da yoxdur. İş materiallarındakı sübutlar yalnız ona qarşı qərəzli olan zərərçəkmiş şəxslərin ifadələrindən ibarətdir. Bu ifadələr ehtimallara söykənir, heç bir maddi sübutla təsdiq edilmir. Zərərçəkmiş şəxs19 hədə-qorxu ilə pul tələb etməsinin və ya almasının, eləcə də Zərər çəkmiş şəxs17 və Zərərçəkmiş şəxs18 rüşvət istəməsi və ya almasının heç bir şahidi yoxdur. Zərərçəkmiş şəxs19 epizodu üzrə atası Zərərçəkmiş şəxs20 mülki iddiaları Nərimanov Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə təmin olunmamış, məhkəmə qətnamələri və qərardadları qəbul edilmişdir. Həmin epizod üzrə bütün ittihamlar mülki qaydada verilmiş iddia üzrə təsdiqini tapmamış şərdən ibarətdir. Obyektiv həqiqəti aşkar etmək üçün qeyd edilən mülki iş materiallarını Bakı Hərbi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsindən tələb edib baxış keçirməli idi. Həmin mülki iş üzrə toplanmış sübutlar hazırki cinayət işi üzrə cinayət hadisəsinin olmamasını bir daha təsdiq edəcəkdir. Kassator hesab edir ki, ona münasibətdə cəza siyasətində qeyri-mütənasib sər tlik tətbiq edilmiş, cəzanın fərdilik və vahidliyinə riayət edilməmişdir. Onun təqsiriləndirildiyi hər iki epizod üzrə (Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs18) ona qarşı qərəzli olan zərərçəkmış şəxslərin ittihamedici ifadələrindən başqa iş materiallarında heç bir tutarlı sübut yoxdur. Maraqlıdır ki, həmin epizodlar üzrə şikayət ərizələri hələ 2015-ci ildə onun barəsində aparılmış cinayət işi üzrə istintaq materiallarında da var idi, lakin həmin dövrdə sözü güdən epizodlar üzrə ittiham verilməmişdir. Sonradan birinci hökm üzrə cəzasını çəkib qurtardıqdan sonra həmin epizodlar yenidən mütəşəkkil dəstə tərkibində əməl ittihamı ilə demək olar ki, ikinci dəfə eyni ittiham verilmişdir. Əslində onun barəsindəki ikinci cinayət işi bi rinci cinayət işinin davamı olmuşdur. Bununla da əslində istintaq orqanının qeyri-obyektivliyi nəticəsində ikiqat cəzalanmaya məruz qalmışam, və verilmiş cəza cinayətlərin məcmusu üzrə təyin edildiyindən, daha yuxarı həddə təyin edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi (habelə apellyasiya instansiyası məhkəməsi) cəza təyin edərkən prosessual pozuntulara yol vermiş, cəza siyasətində fərdilik və vahidlik məsələsini diqqətdən kənar buraxmış, təyin edilmiş cəzada qeyrimütənasib sərtlik göstərmişdir. Şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bi lər. Kassator hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumun yuxarıda qeyd edilmiş qərarı ona münasibətdə düzgün tətbiq olunmayıb. Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 7(003)-1186/2019 saylı qərarı (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı) ilə o, cəzadan azad edilsə də, üzərinə vəzifə qoyulmuş, bununla da onun azadlığı həmin vəzifə ilə faktiki olaraq məhdudlaşdırılmış, o, qalan cəzasını şərti olaraq çəkib qurtarmışdır. Çəkib qurtardığı cəzanın çəkilməmiş cəza kimi yenidən ona “yüklənilməsi” tam qanunsuzdur. Həmçinin kassator bildirir ki, Bakı Apellyasiya Məhkəməsi, Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1-1(093)-9/2022 saylı qararını dəyişdirmədən saxlanılması barədə qərar qəbul etsə də, onun bar əsində ağırlaşdırıcı əsasla qərar qəbul etmiş və Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsini təkrarçılığı ona əlavə vermişdir. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkum Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında öz təsdiqi tapmamışdır. Təqsirləndirilən şəxs2 barəsində hökm maddi və prosessual normaların kobud şəkildə pozulması hesabına çıxarılmış, məhkəmə iclasında təqdqiq edilmiş sübutlara əsaslanmır, yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamış, ümumiyyətlə hökm sübut olmadan çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs2 məhkəməyə vəsatət vermişdir ki, sübutların heç biri məhkəmə tərəfindən tədqiq edilməmişdir ki, bu da məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadığı qənaətinə gəlməyə və apellyasiya baxışının məhkəmə istintaqı ilə keçirilməsinə əsas olsa da, apellyasiya məhkəməsi məhkəmə istintaqının keçirilməsindən əsassız olaraq imtina etmişdir. Cinayət işi materiallarında heç bir epizodda Təqsirləndirilən şəxs2 kimdənsə nəinki rüşvət alması təsdiq edilməmiş, hətta zərər çəkmiş şəxslərin öz ifadələrindən də göründüyü kimi, onlardan hədə-qorxu ilə pul tələb edilməmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs15 mülki iddiası üzrə vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs2 tutulması əsassız olmuşdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 şəxsiyyətini araşdırmadan ədalət prinsipinin tələblərini də pozmuş, şəxsiyyətinə və göstərdiyi xidmətlərə uyğun olmayan ağır cəzalar təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı heç bir mötəbər sübuta əsaslanmadığından, maddi və prosessual pozuntulara yol verilməklə çıxarıldığından, habelə qərəzli, qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli və cinayət işinin Təqsirləndirilən şəxs1 aid hissəsinin icraatına bəraətverici əsaslarla xitam verilməlidir. Belə ki, məhkəmələr Təqsirləndirilən şəxs1 aid hər bir epizodu üzrə araşdırmalarının qeyri- obyektiv, qərəzli, birtərəfli aparılmış, ibtidai istintaqda verilmiş ittihamın və məlum məhkəmə qərarlarının təkzibolunmaz mötəbər sübutlara deyil ehtimallara əsaslanmış, yalnız “zərərçəkən”lər və onlara yaxın adamların ziddiyyətli, qərəzli və onların maraqlarına uyğun alınmış ifadələrinə əsasən Təqsirləndirilən şəxs1 məhkum olunmuşdur. Kassator hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 ittiham verilməyən və ona aidiyyəti olmayan zərərçəkmiş Zərərçəkmiş şəxs27 Layiq oğlunun mülki iddiası qismən təmin olunaraq 80.000 manat pul və 330 manat dövlət rüsumunun müştərək olaraq Məhkum və Təqsirləndirilən şəxs1 tutulub Zərərçəkmiş şəxs27 ödətdirilməsi Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsinin tələblərinə ziddir. Bundan başqa kassator qeyd edir ki, bütün əlamətlərinə görə bir-biri ilə eyni olan, hər hansı fərqi olmayan epizodlardan biri üzrə məhkəmə bir halda Təqsirləndirilən şəxs1 rüşvət alma ilə ittiham verilir, digər halda isə heç bir qanuni əsas olmadan hədə-qorxu ilə tələb etməyə görə məhkum etmişdir. Azad Rəsidov, Məhəmməd Hüseynov və Ağasalam Ağamalıvev epizodları üzrə əməlin tövsifində məhkəmənin yol verdiyi ciddi səhvi aradan qaldıraraq, həmin hissədə Təqsirləndirilən şəxs1 bəraət verilməlidir. Bundan başqa kassator qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ifadələrində, həm də məhkəmə çıxışlarında tamamilə haqlı olaraq özünü təqsirli bilməmiş, qərarını ziddiyyətli olmaqla, “verdikləri” pulların mənbəyini mötəbər, təkzibolunmaz sübutlara deyil, yalnız “zərərçəkən”lərin bir-birinə zidd, şər və böhtan xarakterli ərizə və ifadələrinə əsasən çıxarıldığını bildirmişdir. Bundan başqa kassator qeyd edir ki, hökm və qərara əsasən hüquqi varis Arif Məmmədova cəmi 90.000 manat, zərərçəkən Zər ərçəkmiş şəxs30 35.000 manat və Nümayəndə5 50.000 ABŞ dolları və 2.000 manat pulun Təqsirləndirilən şəxs1 və Məhkum müştərək qaydada tutulub onlara qaytarılması qərara alınsa da, iddia edilən pul Təqsirləndirilən şəxs1 və Məhkum arasında bərabər şəkildə bölünməsi sübuta yetirilməmişdir. İddialara görə pullar birbaşa Yasinə yox, anonim şəxsə verilib. Arif Məmmədovun qardaşı Cahangir Məmmədov və Nümayəndə5 epizodu üzrə iddia olunan pul onların özlərinin deməsinə görə “şəxsiyyəti müəyyən olunmayan şəxsə” verilib, hətta mərhum Cahangir Məmmədovun qardaşı Şahid153 məhkəmədə ifadə verərkən bildirmişdir ki, həmin pulu MTN-nin yanında formada gəlmiş prokurorluq işçisinə vermişdir. Nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında həmin şəxslərin şəxsiyyəti müəyyən olunmamışdır. Ona görə də, müdafi ə tərəfi hesab edirik ki, həmin pullar Təqsirləndirilən şəxs1 verilməmişdir. İddia olunan pulların verildiyi ehtimal olunan şəxslər müəyyən olunmayıb, həmin ehtimal olunan pulların da Təqsirləndirilən şəxs1 verilməsi qənaətinə gəlinməsi qanuni hesab oluna bilməz. Bundan başqa kassator qeyd edir ki, Təqsirləndirilən şəxs1la 2007-ci ildən MTN-i İstintaq Baş idarəsinin rəisi təyin olunan Məhkum və onun müavini Təhsin Ağayev arasındakı münasibətlər 2007-ci ilin sonlarından başlayaraq gərginləşmişdir. Bunun səbəbi isə onların Təqsirləndirilən şəxs1 qarşı qeyri-adekvat, ədalətsiz və qərəzli münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 Məhkumlə heç vaxtı mütəşəkkil dəstədə birləşə və ya fəaliyyət göstərə bilməz. Bunu mümkünsüz edən kifayət qədər əsaslar olmuşdur. Bu qədər əsaslı sübutlar olduğu halda, məhkəmələr bunları nəzərə almadan müvafiq hökm və qərarda Təqsirləndirilən şəxs1 Məhkum guya “yaratdığı” mütəşəkkil dəstəsinin üzvü kimi tanınmış, heç bir sübut olmadan guya dəstə üzvləri arasında hansısa rol və pul bölgüsünün olmasını təsdiqləsə də, bu bölgünün “dəstə üzvlərinə” düşən hissəsini müəyyən etmədən, mülki tələbi özünün ehtimalına əsasən 2 nəfər tərəfindən müştərək qaydada ödənilməsi şərtilə qəbul etmişdir. Təqsirləndirilən şəxs1 heç bir “mütəşəkkil dəstə” üzvü olmamış, həmin şəxs və ya şəxslər tərəfindən törədilməsi iddia olunan cinayətlərdə hər hansı rol almamış və iştirak etməmiş, eləcə də hər hansı gəlir bölgüsündə iştirak etməmişdir. Çünki, Təqsirləndirilən şəxs1 Məhkumlə olan gərgin münasibətləri buna imkan verə bilməzdi. Bundan başqa kassator qeyd edir ki, Təqsir ləndirilən şəxs1 məhkum olunduğu 4 epizod üzrə (Cahangir Məmmədov, Zərərçəkmiş şəxs30, Məhəmməd Hüseynov və Zərərçəkmiş şəxs28) digər ziddiyətli məqam ondan ibarətdir 3 şahid (X6, Şahid172 Mahammad oğlu və vəkil Şahid179) və 1 “zərəçəkənin” qanuni nümayəndəsi (X14) ibtidai istintaqda onlardan alınmış ifadələrinin həqiqəti əks etdirməməsi və həmin ifadələrin müstəntiqin öz mülahizələrinə əsasən yazması, oxumadan ifadəyə imza etməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Təəssüf ki, məhkəmə Qərar qəbul edərkən onların istintaqdakı ifadələrinə istinad etmiş, məhkəmədə verilmiş ifadələrə isə istinad etməmişdir. Bunun səbəblərini isə əsaslandırmamışdır. Məhkum Təqsirləndirilən şəxs1 iş üzrə zərərçəkmiş şəxslərə hədə-qorxu yolu və ya başqa üsulla hər hansı məbləğdə və hər hansı formada pul və ya digər maddi nemət almamışdır. Zərərçəkənlərdən başqa bunu təsdiq edən hər hansı sübut və şahid yoxdur. Kassator həmçinin qeyd edir ki, ibtidai istintaqı orqanı Təqsirləndirilən şəxs1la əlaqəli telefonuna daxil olan və çıxan zənglərlə əlaqədar həqiqətə uyğun olmayan məlumatları sübut kimi qəbul edilmişdir. Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1-1(093)-9/2023 saylı hökmünün Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza hissəsi ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, 4 saylı qərarına əməl etməyərək əməli qəsdən 311-lə ya naşı 182-ci maddəyə də tövsif edilmiş qanunsuz, ağır və ədalətsiz cəza təyin etmişdir. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmələr Təqsirləndirilən şəxs1 ağır cəza təyin edərək CM-in 59-cu maddəsində nəzərdə tutulmuş qanuni halları tətbiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsi müdafiə tərəfinin əsaslı dəlilləri nəzərə almamış, onları bir cümlə ilə rədd etmiş, ittihamın sübut edilməsində yaranmış əsaslı şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görməmiş, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Beləliklə də müdafiə tərəfi hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 21 sentyab r 2022-ci il tarixli 1-1(093)- 9/2022 saylı hökmünün dəyişdirilmədən, apellyasiya protestinin və apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılması haqqında Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 04 aprel 2023-cü il tarixli 1-1 (103)-1/2023 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməlidir. Zərərçəkmiş şəxs1 Firuddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxs kimi onun mülki iddia tələbi məhkəmə tərəfindən əsassız olaraq qismən təmin edilmişdir. Məhkəmənin hökmdə qeyd etdiyi müsadirəyə cəlb etmədiyi əmlaklar və Məhkum əmlaklarının 1\2 hissəsinə dair mövqeyi qanunsuz və əsassızdır. Bəzi əmlakların üzərindən həbsin götürülməsi və əmlakların müsadirə edilməməsi gələcək də mülki iddianın və xüsusi müsadirənin icrası ilə bağlı kifayət qədər çətinlik yaradacaqdır. Belə ki, məhkəmə baxışı gedən müddət ərzində əmlaklar özgəninkiləşdirilə və çıxarışlar dəyişdirilə bilər. Belə hallar olduğu zaman isə icra məmuru tərəfindən verilən sorğularda “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq” Siyahısının 1-cı bəndinə əsasən yaradılacaq və hökmün icrasını digər əmlaklara münasibətdə də mümkünsüz edəcək. Hazırki iş üzrə zərərçəkmişlərə dəymiş zərər 17 milyon manat civarında olmaqla, müsadirə ediləcək əmlakların dəyəri isə ümumi zərərin heç yarı məbləği dəyərində olmamaqdadır. Bununla belə əmlakların bəzilərinin paylı mülkiyyətə ayrılması, həbsdən azad edilməsi isə zərərçəkmişlərə dəymiş maddi ziyanın əvə zinin tam ödənilməməsinə səbəb olacaqdır. Həmçinin bəzi əmlaklar üzərində paylı mülkiyyətin tanınması və həmin əmlakların ancaq müəyyən hissəsinin müsadirəyə yönəldilməsi gələcəkdə həmin əmlakların satışında ciddi çətinliklər yaradacaqdır. Birinci instansiya məhkəməsi tərəfindən Aybəniz Şixəliyev və Elgün Şixəliyevin gəlirləri barədə heç bir araşdırma aparılmamış, müəyyən edilməmişdir ki, həmin əmlakları hansı gəlirlər və ya kimin gəlirləri əsasında əldə etmişdirlər. Zərərçəkmiş şəxs15 nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin Zərərçəkmiş şəxs15 mülki iddiasının qismən təmin edilmiş 100.000 (bir yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin və 460 (dörd yüz altmış) manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs2 tutula raq zərərçəkmiş şəxsə verilməsi hissəsinin təmin edilməsi, lakin qalan hissəsinin təmin olunmaması hissəsi isə əsassız və qanunsuzdur. Belə ki, məhkum Təqsirləndirilən şəxs2 Yunis oğlunun həm məhkəmənin gedişi zamanı etdiyi çıxışlarından, həmçinin, hökmdə yazılanlardan göründüyü kimi, Zərərçəkmiş şəxs15 hədə-qorxu ilə tələb edib aldığı 100 000 ABŞ dolları məbləğində vəsaiti Təqsirləndirilən şəxs2 tək özü üçün yox üzvü olduğu, mütəşəkkil cinayətkar dəstənin ümumi xeyri üçün alıb. Kassator qeyd edir ki, dəymiş maddi ziyanın tam ödənilməsi nəzərdə tutulsa da, onunla yanaşı Zərərçəkmiş şəxs15 həm də mənəvi ziyan çəkmişdir. Belə ki, məhkum Təqsirləndirilən şəxs2 tamahkarlıq məqsədilə və üzvü olduğu cinayətkar dəstənin maraqlarına görə hakimiyyətindən və qulluq mövqeyindən sui-istifadə edərək, külli miqdarda pulu rüşvət qismində və hədə qorxu ilə istəyərək təkrar-təkrar almış və bununla da Zərərçəkmiş şəxs15 hüquqlarını pozmuş və qanuni mənafelərinə zərər vurmaqla, onun ailəsinin müflisləşməsinə, psixi təsirlərə, uzun müddətli qorxu, həyəcan içində yaşamalarına və mənəvi mərhumiyyətlərə məruz qalmasına səbəb olmuş, eyni zamanda onun ətrafında olan şəxslərin nəzərində Seyidov qardaşları barəsində güvənsiz və şübhəli şəxs imici yaratmaqla, onların işgüzar nüfuzuna ciddi zərər vurmuşdur. Zərərçəkmiş şəxs tərəf bunun müqabilində ona vurulan ziyanın əvəzi olaraq 100.000 (yüz min) manat məbləğində dəyərləndirilən mənəvi ziyan məhkəmədə nəzərə alınmamışdır. Həmçinin məhkəmə tərəfindən bu barədəki vəsatətlərə heç bir münasibət bildirilməmiş və əsaslandırılmış qərar qəbul edilməmişdir. Zərərçəkmiş şəxs2 kassasiya şikayətini Zərərçəkmiş şəxs2 onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxs kimi onun mülki iddia tələbi məhkəmə tərəfindən qismən təmin edilmişdir. Məhkəmənin hökmdə qeyd etdiyi müsadirəyə cəlb etmədiyi əmlaklar və Məhkum əmlaklarının 1\2 hissəsinə dair mövqeyi qanunsuz və əsassızdır. Bəzi əmlakların üzərindən həbsin götürülməsi və əmlakların müsadirə edilməməsi gələcəkdə mülki iddianın və xüsusi müsadirənin icrası ilə bağlı kifayət qədər çətinlik yaradacaqdır. Belə ki, məhkəmə baxışı gedən müddət ərzində əmlaklar özgəninkıləşdirilə və çıxarışlar dəyişdirilə bilər. Belə hallar olduğu zaman isə icra məmuru tərəfindən verilən sorğularda “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq” Siyahısının 1-cı b əndinə əsasən yaradılacaq və hökmün icrasını digər əmlaklara münasibətdə də mümkünsüz edəcək. Məhkəmənin diqqətinə çatdırırıq ki, hazırki iş üzrə zərərçəkmişlərə dəymiş zərər 17 milyon manat civarında olmaqla, müsadirə ediləcək əmlakların dəyəri isə ümumi zərərin heç yarı məbləği dəyərində olmamaqdadır. Bununla belə əmlakların bəzilərinin paylı mülkiyyətə ayrılması, həbsdən azad edilməsi isə zərərçəkmişlərə dəymiş maddi ziyanın əvəzinin tam ödənilməməsinə səbəb olacaqdır. Həmçinin bəzi əmlaklar üzərində paylı mülkiyyətin tanınması və həmin əmlkaların ancaq müəyyən hissəsinin müsadirəyə yönəldilməsi gələcəkdə həmin əmlakların satışında ciddi çətinliklər yaradacaqdır. Birinci instansiya məhkəməsi tərəfindən Aybəniz Şixəliyev və Elgün Şixəliyevin gəlirləri barədə heç bir araşdırma aparılmamış, müəyyən edilməmişdir ki, həmin əmlakları hansı gəlirlər və ya kimin gəlirləri əsasında əldə etmişdirlər. Zərərçəkmiş şəxs11 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cinayət işinin materialları tam, hərtərəfli və obyektiv araşdırılmamış, nəticədə məhkumlara yüngül cəza təyin edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən kobud qanun pozuntularına yol verilib, istintaq materialları, sənədlər, ekspert rəyləri, verilmiş izahat və ifadələr hərtərəfli və obyektiv araşdırılmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Məhkum rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstəsinin cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində cəlb olunsa da, məhkəmənin hökm və qərarında ona vurulan ziyanın əhatə dairəsi aydın şəkildə göstərilməmiş, bəzi epizod üzrə isə ona vurulan ziyanla bağlı, heç bir hüquqi qiymət verilmədən əsasız olaraq ittihamdan çıxarılmışdır. Ən vacibi isə təqsirləndirilən şəxs Məhkum və onun müavini Təhsin Ağayevin hansı qanunsuz hərəkətlərinə görə zərərçəkməyi konkret, aydın şəkildə göstərilməyib və qanuna müvafiq hüquqi qiymət verilməmişdir. Məhkəmə istintaqı zamanı onun tərəfindən verilmiş vəsatət və etirazlar təmin edilməmiş, onlar barədə qəbul edilmiş qərarlar əsaslandırılmamışdır. Kassator qeyd edir ki, məhkəmə cəza təyin edərkən heç bir qanuni əsas olmadan yüngül cəza təyin etmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum və digərləri uzun müddət mütəşəkkil dəstə şəklində və vəzifə səlahiyyətlərindən istifadə etməklə ağır və xüsusilə ağır cinayətlər törətmişlər. Məhkum və onun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin qanunsuz hərəkətləri ağır nəticələrə səbəb olmuş, insanlar müflis edilmiş, qanunsuz həbs adıyla girov saxlanılaraq azadlıqlarına azad həyatlarına isə qəsd edilmişdir. Mütəşəkkil cinayətkar dəstənin başçısı Məhkum və X7 törətdikləri ağır və xüsusilə ağır cinayətlər nəticəsində mənə və digər zərərçəkmişlərə vurulmuş ziyanı ödəməmiş, ödəməyə və barışığa cəhd etməmişlər. Bakı Hərbi Məhkəməsi iddia ərizəm əsasında vurulmuş ziyanın ödənilməsi qənaətinə gəlsə də bu günə hansı məzənnədə ödənilməsinə aydınlıq gətirməmişdir. Zərərçəkmiş şəxs12 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı tam hərtərəfli və obyektiv araşdırılmamış, məhkumlara təyin olunmuş cəza yüngüllüyünə görə ədalətsizdir. Belə ki, Məhkum tərəfindən törədilmiş cinayət nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. Məhkum və dəstəsinin digər üzvləri ilə onun barəsində Azərbaycan Respublikası CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə cinayət işi başlamış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı əsasında həbs qəti-imkan tədbiri seçib, hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla özünün göstərişi əsasında onun həbsdə saxlanılacağını, ən ciddi həddə azadlıqdan məhrum elmə cəzasına məhkum olunacağını və cəzaçəkmə yerində ağır şəraitdə saxlanılacağını bildirməklə hədə-qorxu gəlmiş və onu cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdə saxlamaqla, uzunmüddətli qanunsuz həbslə hədələməklə azad olunmağı üçün birbaşa yolla külli miqdar təşkil edən 200 min manat məbləğində nağd pul tələb etmiş, sonradan 100 min ABŞ dolları müqabilində azad edilməyi üçün mütəşəkkil dəstənin üzvləri öz aralarında müzakirə aparmaqla razılaşıb, ondan həmin məbləğdə pulu almağa nail olmuşlar. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən kobud qanun pozuntularına yol verilmiş, istintaq materialları, sənədlər, ekspert rəyləri verilmiş izahat və ifadələr hərtərəfli və obyektiv araşdırılmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkum rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstəsinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb olunsa da, məhkəmənin hökm və qərarında ona vurulmuş ziyanın əhatə dairəsi aydın şəkildə göstərilməmişdir. Belə ki, təqsirləndirilən şəxslərin hansı qanunsuz hərək ətlərinə görə zərərçəkməyi konkret, aydın şəkildə göstərilməmiş və qanuna müvafiq hüquqi qiymət verilməmişdir. İş üzrə onun tərəfindən verilmiş vəsatət və etirazların heç bir əsas göstərilmədən təmin edilməmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum və digərləri uzun müddət mütəşəkkil dəstə şəklində və vəzifə səlahiyyətlərindən istifadə etməklə ağır və xüsusilə ağır cinayətlər törətmişlər. Mütəşəkkil cinayətkar dəstənin başçısı Məhkum və qeyriləri törətdikləri ağır və xüsusilə ağır cinayətlər nəticəsində ona və digər zərərçəkmişlərə vurulmuş ziyanı ödəməmiş, ödəməyə və barışığa cəhd etməmişlər. Məhkum və onun mütəşəkkil dəstə üzvlərinin əməllərində CM-də nəzərdə tutulan yüngülləşdirici hallar qəti mövcud deyil. Lakin məhkəmələr onlara cəza təyin edə rkən heç bir qanuni əsas olmadan yüngül cəza təyin etmişdir. Cinayətdə iştirak etmiş digər vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməmiş və cəzasız qalmışlar. Bakı Hərbi Məhkəməsi iddia ərizəsi əsasında vurulmuş ziyanın məbləği 80 min manat təşkil etməsi qənaətinə gələrkən səhv nəticəyə gəlmişdir. Belə ki, ona vurulan zərərin məbləği həmin vaxta 100 min ABŞ dolları Azərbaycan manatı ilə 80 min manat təşkil edirdisə, indiki məzənnə ilə 100 min ABŞ dollar 170 min manat təşkil edir və bu günə kimi hansı məzənnədə ödənilməsinə tam aydınlıq gətirməmişdir. Bu fakt Bakı Apellyasiya Məhkəməsində nəzərə alınmamışdır. Məhkum və digər mütəşəkkil dəstə üzvlərinin üzərinə həbs qoyulmuş əmlaklarının real bazar qiyməti ilə qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməm işdir. Zərərçəkmiş şəxs22 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, hökmlə ibtidai istintaq zamanı bir çox əmlakların üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Kassator qeyd edir ki, məhkəmə tərəfindən Aybəniz Şixəliyev və Elgün Şixəliyevin gəlirləri barədə heç bir araşdırma aparılmadan, həmin əmlakların hansı gəlirlər hesabına əldə etmələri müəyyənləşdirmədən əsassız və qanunsuz belə bir qənaətə gəlinmişdir. Məhkəmə əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli 99 saylı qərarına istinad etməklə cinayət nəticəsində əldə edilmiş əmlaklar ın bir hissəsini müsadirədən kənar qoymuşdur. Halbuki, məhkəmə həmin qərarın tələblərini təqsirləndirilən şəxslərin cinayət əməllərinin törədilməsindən əvvəl əldə edilmiş əmlaklara münasibətdə tətbiq edə və cinayət nəticəsində əldə edilmiş əmlakların müsadirəsi hesabına zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsinə təmin edə bilərdi. Zərərçəkmiş şəxs22 kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə tam, hərtərəfli və obyektiv araşdırılmamış, məhkumlara işin hallarına uyğun olmayan yüngül cəzalar təyin edilmişdir. Məhkum və digərlərdən ibarət mütəşəkkil cinayətkar quldur dəstə dövlətin içində yaradılıb bir məqsədlə mal-mülk ələ keçirmək. Azərbaycan vətəndaşlarını qanuni tədbir adı altında girov götürüb varidatlarını mənimsəmək olub. Bundan başqa məhkəmə istintaq araşdırması zamanı məhkəmə qarşısına çıxarılan mütəşəkkil cinayətkar quldur dəstənin aktiv üzvlərindən olan və onlara himayədarlıq edən digər vəzifəli şəxslər məsuliyyətə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs Məmmədov Arif İbrahim oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı iş üzrə verilmiş izahatlar və ifadələr, ekspert rəyləri, sübutlar hərtərəfli və obyektiv araşdırmamış, düzgün hüquqi qiymət verilməməsi nəticədə məhkum olunmuş şəxslərə təyin edilmiş cəzaları məhkumların şəxsiyyətlərinə və törədilmiş cinayətlərin ağarlığına öz yüngüllüyünə görə uyğun olmamışdır. Belə ki, məhkumlar çoxsaylı zərərçəkmişlərə qarşı cinayət törətmiş, cinayət nəticələrə səbəb olmuş, cinayət nəticəsində vurulmuş xüsusi ilə külli m iqdarda ziyan ödənilməmiş qalmış, məhkumların cəzalarını yüngülləşdirən heç bir hal müəyyən edilməmişdir. Belə ki, istintaq materiallarından görünür ki, C.Şahid12 ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşları Məhkum və Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri nəticəsində hər hansı bir əsas olmadan həbs edilmiş, buraxılması müqabilində 80.000 manat pul vermiş, həbsdən çıxdıqdan sonra buraxılması üçün borc pul aldığı şəxslərin pulun qaytarmaq məqsədi ilə ömrü boyu çalışıb əldə etdiyi ailəsinin yeganə yaşayış yeri olan evini satmağa məcbur olmuş, ailəsində sözsöhbət yaranmış, bütün bu əzab-əziyyətlərə dözməyərək özünə qəsd edərək boğazının damarlarını kəsmiş, bədəninin müxtəlif nahiyələrində bıçaqla xəsarət yetirmiş, əməliyyat olunmuş, sonradan özünü xəstəxananın 5-ci mərtəbəsindən ataraq intihar etmişdir. Bütün bunlar Məhkum və Təqsirləndirilən şəxs1 qeyri-qanuni, əsassız və qanunsuz, qeyri-insani hərəkətləri nəticəsində baş vermiş, cəmiyyətdə və qohum-əqraba, dosttanışlar arasında pisikməsinə səbəb olmuşdur. Bunun müqabilində məhkəmə tərəfindən mənəvi zərərə görə 10.000 manat ziyanın ödənilməsi qərarı tam gülünc və məntiqsizdir. Yəni, həmin şəxslərin qeyd edilən hərəkətləri nəticəsində C.Şahid12 həyatında dözülməz əzab əziyyət, psixi dəyişiklik baş vermiş, nəticədə özünü öldürmə dərəcəsinə çatdırmışdır. Bütün bu göstərilənlərə əsasən məhkəmənin mənəvi ziyana görə gəldiyi nəticə tam əsassızdır və məntiqsizdir. Maraqlarına toxunan şəxs Şixəliyev Elgün Mövlam oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiy ası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Həmin qərar ciddi surətdə onun hüquq və azadlıqlarına mənfi qaydada təsir etdiyindən qanunsuzdur və ləğv olunmalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə tamamilə qanunsuz və əsassız olaraq ona məxsus əmlakların üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməsi qərara alınmışdır. Həmçinin qeyd edir ki, əmlakların cinayət yolu ilə əldə olunmuş pul hesabına alınmasına dair heç bir sübut mövcud deyildir. Kassator qeyd edir ki, onun adına rəsmiləşdirilmiş həmin əmlakların cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri hesabına alınması təsdiq olunmur. Həmçinin istintaq orqanı və məhkəmə əmlakların əldə olunma vaxtları, əmlakların həqiqətdə kimə məxsus olması və faktiki satılıb-satılmaması ilə bağlı heç bir zəruri araşdırma aparmamışdır. Hazır ki əsassız məhkəmə hökmü ilə xüsusi müsadirəsi nəzərdə tutulan ünvan 25 ünvanında, yerləşən daşınmaz əmlak 2005-ci il tarixində əldə olunmuşdur. Həmin tarix isə istintaq orqanının və məhkəmənin istinad etdiyi cinayətlərin törədilmə aralığına düşmür. Hazırda həmin mənzildə o, övladı ilə birlikdə yaşayır və mənzil onun mülkiyyətindədir. Həmin mənzilin xüsusi müsadirə edilməsi onun ailə üzvləri ilə birlikdə yaşamağa heç bir evinin olmaması mənasına gəlir. Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak isə 2012-ci il 28 dekabr tarixdə şəxsi biznes hesabına əldə olunmuşdur. Həmin əmlakın xüsusi müsadirə edilməsi üçün hər hansı bir hüquqi əsas mövcud deyildir. Belə ki, əmlakın Məhkum törədilməsi iddia olunan cinayət əməlləri və həmin əməllər nəticəsində əldə oluna biləcək pul vəsaitləri ilə heç bir əlaqəsi yoxdur. Maraqlarına toxunan şəxs X10 Kassasiya şikayətinin dəlillərini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, həmin qərar onun hüquq və azadlıqlarına zidd qaydada təsir etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə ona məxsus əmlakların üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməsi qərara alınmışdır. Kassator qeyd edir ki, sözü gedən əmlakın cinayət yolu ilə əldə olunmuş pul hesabına alınmasına dair iş materiallarında heç bir sübut mövcud deyildir. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 iyun 2016-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş, onun adına olan ünvan 28 ünvanında yerləşən 74,97 kv.m sahəsi olan daşınmaz əmlakın, ünvan 18 ünvanında yerləşən 197 kv.m əmlakın, ünvan 29a yerləşən daşınmaz əmlakın, ünvan 9 ünvanında yerləşən daşınmaz əmlakın, ünvan 30nvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlakın, ünvan 14 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşımaz əmlakın və ünvan 1 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlakın xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması ilə nəticələnən hüquqa zidd qərar qəbul olunmuşdur. Kassator qeyd edir ki, onun adına rəsmiləşdirilmiş həmin əmlakların cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri hesabına alınması təsdiq olunmur. Həmçinin istintaq orqanı və məhkəmə əmlakların əldə olunma vaxtları, əmlakların həqiqətdə kimə məxsus olması və faktiki satılıb-satılmaması ilə bağlı heç bir zəruri araşdırma aparmamışdır. ünvan 28 ünvanında yerləşən 74,97 kv.m sahəsi olan daşınmaz əmlak ona bacısı Alidə Kərimova tərəfindən bağışlama yolu ilə 16 sentyabr 2008-ci il tarixdə ona verilmişdir. Həmin əmlakın nə Məhkum, nə də guya törədilmiş cinayətlərlə heç bir bağlılığı və əlaqəsi yoxdur. Üzərinə qanunsuz olaraq həbs qoyulmuş digər bir əmlak isə ünvan 31 ünvanında yerləşən 197 kv.m sahəsidir. Həmin əmlak 1953-cü ildən etibarən ailənizin əldə etdiyi və yaşadığı ev olmuşdur. 1990-cı ildə isə ev yenidən tikilmişdir. 02 iyun 2012-ci il tarixində isə evin sənədləşdirməsi həyata keçirilmiş və çıxarış alınmışdır. Həmin evin alınması və tikilməsi guya cinayət əlaqələrinin mövcud olduğu illərdən olduqca uzaqdır. Bu səbəbdən də həmin əmlakın xüsusi müsadirəsi qəbuledilməzdir. ünvan 9 ünvanında y erləşən daşınmaz əmlak isə 1998-ci il tarixində mərhum bibisi Firuzə Əbdülrəhimova tərəfindən ona bağışlanma yolu ilə verilmişdir. Belə ki, mərhum bibisi uzun illər onun himayəsində olmuşdur. Məhz bu səbəbdən də vəfat etməzdən əvvəl həmin əmlakı ona bağışlamışdır. Göründüyü kimi həmin mənzilin də hər hansı bir cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinə aidiyyəti yoxdur. ünvan 32 ünvanında yerləşən 403.3 kv.m sahəsi olan əmlakın üzərinə də əsassız olaraq həbs qoyulmuşdur. Belə ki, həmin əmlak daha əvvəl ailənizlə ortaqlığı olan bacısı oğlu X12 tərəfindən onlara olan borcu səbəbindən bağışlama yolu ilə ona verilmişdir. Daha sonra həmin əmlakın olduğu torpaq sahəsi özəlləşdirilmiş və 18 iyul 2012-ci il tarixdə rəsmi çıxarış alınmışdır. ünvan 33 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan da şınmaz əmlak isə 19952000-ci illərdə ailənizə məxsus olan Bakı şəhəri, 2-ci paralel ünvanındakı marketin həmin ünvanda bina tikintisi ilə məşğul olan şirkətə satılması ilə 2006-cı il tarixində bina tikilərkən alınmışdır. Göründüyü kimi bu əmlakın da əldə olunma tarixi, şəraiti və forması istintaq orqanının qurduğu ssenariyə uyğun gəlmir. Bakı Hərbi Məhkəməsi də əsassız olaraq həmin əmlakların müsadirəsi ilə bağlı qərar qəbul etmişdir. ünvan 29a yerləşən bağ evi də bacısı oğlu Ağabala Şıxıyev tərəfindən ona bağışlanmışdır. ünvan 1 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak da yuxarıda qeyd etdiyim kimi, ailənizə məxsus olan marketin bina tikintisi ilə məşğul olan şirkət rəhbərliyinə satılması qarşılığında əldə olunmuşdur. Maraqlarına toxunan şəxs Şahid103 Mövlam qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, həmin qərar ciddi surətdə onun hüquq və azadlıqlarına mənfi qaydada təsir etdiyindən qanunsuzdur və ləğv olunmalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə tamamilə qanunsuz və əsassız olaraq ona məxsus əmlakların üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməsi qərara alınmışdır. Həmçinin qeyd edir ki, əmlakların cinayət yolu ilə əldə olunmuş pul hesabına alınmasına dair heç bir maddi sübut və şahid ifadəsi mövcud deyildir. Kassator qeyd edir ki, onun adına rəsmiləşdirilmiş həmin əmlakların cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri hesabına alınması təsdiq olunmur. Həmçinin istintaq orqanı və məhkəmə əmlakların əldə olunma vaxtları, əmlakların həqiqətdə kimə məxsus olması və faktiki satılıb-satılmaması ilə bağlı heç bir zəruri araşdırma aparmamışdır. Hazırki əsassız məhkəmə hökmü ilə xüsusi müsadirəsi nəzərdə tutulan ünvan 13 ünvanında yerləşən 167,3 kv.m sahəsinin və ünvan 23anlarında yerləşən bağ evinin xüsusi müsadirə edilməsi üçün heç bir hüquqi əsası mövcud deyildir. Maraqlarına toxunan şəxs Əliyev Nail Rəsul oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, faktiki olaraq ona məxsus olan əmlakların ona məlumat verilmədən və hər hansı bir əmlak sahibinin izahatı və ya ifadəsi alınmadan məhkəmə tərəfindən müsadirə olunması barədə qərar qəbul edilmişdir. Kassator qeyd edir ki, ona məxsus əmlaklarının müsadirə olunması barədə məlumatı yeni əldə etmiş və hazırda şikayət etməyinə səbəb də məhz bu olmuşdur. Birinci instansiya məhkəməsinin hökmü c iddi surətdə onun hüquq və azadlıqlarına mənfi qaydada təsir etdiyindən, hökm ona münasibətdə qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 iyun 2016-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş, Şahid103 Mövlam qızının adına rəsmiləşdirilmiş, ünvan 13 ünvanında yerləşən 167,3 kv.m sahəsi olan daşınmaz əmlakın, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanında yerləşən 214,3 kv.m sahəsi olan daşınmaz əmlakın, ünvan 17 ünvanında yerləşən 1087,7 kv. m sahəsi olan daşınmaz əmlakın xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması ilə nəticələnən hüquqa zidd qərar qəbul olunmuşdur. Kassator xüsusilə qeyd edir ki, istintaq orqanı və məhkəmə əmlakların əldə olunma vaxtları, əmlakların həqiqətdə kimə məxsus olması və faktiki satılıb-satılmamalı ilə bağlı heç bir zəruri araşdırma aparmamışdır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunması nəzərdə tutulan əmlakların nə keçmiş qayınatası Məhkum, nə də ona irəli sürülmüş ittiham olan cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin, kassasiya şikayətlərinin və kassasiya şçikayətlərinə əlavələrin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili və zər ərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs22 məhkəmə istintaqı zamanı məhkumlar Məhkum və qeyrilərinin adlarına və onları yaxın qohumlarının adlarına olan əmlakların üzərinə qoyulmuş həbslərin ləğv edilməsinin qanunsuz olmasıdır. Həmçinin Məhkum kassasiya şikayətinin dəlillərindən biri onun adına və yaxın qohumlarının adlarına olan əmlakların, bununla yanaşı iş üzrə maraqlarına toxunan şəxslər Elgün Şixəliyevin, Aybəniz Şixəliyevin, Şahid103 və Nail Əliyevin kassasiya şikayətlərinin başlıca dəlilləri də onların adına olan əmlakların əsassız müsadirə olunmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin bu barədə dəlilləri müzakirə edərək ilk öncə mülkiyyət hüququ və əmlakların xüsusi müsadirəsi ilə əlaqədar münasibətləri tənzimləyən qanun və digər normativ aktların normalarına və cinayət işi üzrə müəyyən edilmiş hallara nəzər salır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilmişdir ki, mülkiyyət toxunulmaz olmaqla yanaşı, dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin tək və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək, barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin 4-cü bəndinə əsasən, məhkəmə qərarı olmadan heç kim mülkiyyətdən məhrum edilə bilməz, əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azad lıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Azərbaycan Respublikası CPM-in 248.3-cü maddəsinə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətində olan payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və yaxud vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və yaxud cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi hallarda, əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus pul və ya digər əmlak üzərinə həbs qoyulur. Mülki Məcəllənin 213.1 və 213.3-cü maddələrinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdu r. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə bu əşyaya birgə mülkiyyət hüququ yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmçinin həmin Məcəllənin 214.1-ci maddəsinə görə paylı mülkiyyət mülkiyyətçilərinin payları təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 99 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilə, evə və ya onun ayrı-ayrı hissələrinə, həmçin in onların altında olan həyətyanı torpağana (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Yuxarıda qeyd edilən normativ aktlarının normalarından görünür ki, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müsadirə olunur. Belə əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərə görə dövlət nəfinə alına bimədiyi halda həmin əmlakın dəyəri məbləğində cinaytət törətmiş şəxsə məxsus digər əmlak müsadirə edilir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qərarı ilə təqsirləndirilən Məhkum adına rəsmiləşdirilmiş Bakı şəhəri Səbayıl rayonu Nizami küçəsi ev 78-də olan qeyri-yaşayış sahəsinin, oğlu Elgün Şixəliyevin adına rəsmiləşdirilmiş Bakı şəhər i Səbail rayonu Nizami küçəsi ev 96 mənzil 37-də olan daşınmaz əmlakın və ünvan 35-də olan daşınmaz əmlakın, qızı Şahid103 adına rəsmiləşdirilmiş Bakı şəhəri Səbail rayonu Bülbül prospekti, ev 07 mənzil 72-də yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlakın, arvadı Aybəniz Şixəliyevanın adına rəsmiləşdirilmiş ünvan 35 mənzil 40-da olan 137.7 kv.m sahəli daşınmaz əmlakın və ünvan 35 mənzil 10-da olan 137.7 kv.m sahəli daşınmaz əmlakın, özünün adına rəsmiləşdirilmiş ünvan 35 mənzil 39-da olan 198.1 kv.m sahəli daşınmaz əmlakın və ünvan 35 ünvanında yerləşən 35 kv.m sahəli zirzəminin, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qərarı ilə arvadı Aybəniz Şixəliyevanın adına rəsmiləşdirilmiş ünvan 47-da yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlakın, Bakı şəhəri Nizam i rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli qərarı ilə özünün adına rəsmiləşdirilmiş Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 39ada olan daşınmaz əmlakın, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qərarı ilə arvadı Aybəniz Şixəliyevanın adına rəsmiləşdirilmiş Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 93 mənzil 21-dəki daşınmaz əmlakın, özünün adına rəsmiləşdirilmiş ünvan 37 ünvanında yerləşən daşınmaz əmlakın, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qərarı ilə özünün adına rəsmiləşdirilmiş Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ev 9/25 mənzil 63-də yerləşən daşınmaz əmlakın, qızı Şahid103 adına rəsmiləşdirilmiş Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 686 ünvanında yerləşən 214.3 kv.m sahəli daşınmaz əmlakın, arvadı Aybəniz Şixəliyevanın adına rəsmiləşdirilmiş ünvan 39 ünvanında daşınmaz əmlakın, özünün adına rəsmiləşdirilmiş Bakı şəhəri Binəqədi rayonu Goradil kəndi 690a-dakı daşınmaz əmlakın, övladı Şahid103 adına rəsmiləşdirilmiş ünvan 41 ünvanındakı 1087.7 kv\m sahəli daşınmaz əmlakın, Ağdaş rayon Məhkəməsinin 01 iyun 2016-cı il tarixli qərarı ilə arvadı Aybəniz Şixəliyeva adına rəsmiləşdirilmiş Ağdaş şəhəri Hacıyev küçəsi ev 26-da olan 197 kv\m əmlakın, arvadı Aybəniz Şixəliyevanın adına rəsmiləşdirilmiş Ağdaş şəhəri 20 Yanvar küçəsi ev 7a-da olan 74,97 kv\m sahəli daşınmaz əmlakın, İsmayıllı rayon Məhkəməsinin 01 iyun 2016-cı il tarixli qərarı ilə özünün adına rəsmiləşdirilmiş İsmayıllı rayonu İstisu kəndində daşınmaz əmlakın; Bakı Hərbi Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarı ilə təqsirləndiri lən Təqsirləndirilən şəxs1 mülkiyyətində olan Bakı şəhəri M.Müşfiq küçəsi 15/17 saylı evin 60,12 kv\m sahəli 34 saylı üç otaqlı mənzilin, X5 mülkiyyətində olan Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 2-a saylı evin 65,3 kv\m sahəsi olan 52 saylı mənzilin və X17 adına rəsmiləşdirilmiş Sabunçu rayonu Ləhiş bağ sahəsi 5490 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarından müəyyən olunmuşdur ki, Məhkum ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi üzrə 435şh nömrəli 27 mart 2008-ci il tarixli əmrlə həmin Nazirliyinin İstintaq baş idarəsinin rəisi vəzifəsinə təyin edilməklə, 27 oktyabr 2015-ci il tarixədək qeyd olunan vəzifədə işləmiş və ona verilmiş ittihamlara əsasən, onun tərəfindən törədilmiş cinayət əməlləri məhz həmin vəzifədə xidmət etdiyi dövrü əhatə e tməklə başlanğıcı 2008-ci ilin oktyabr ayına təsadüf etmişdir. Birinci instansiya məhkəməsi həbs qoyulmuş əmlaklarla əlaqədar araşdırma aparıb nəticəyə gəlmişdir ki, Elgün Şixəliyevə məxsus ünvan 25 ünvanındakı mənzil, Elgün Şixəliyevə məxsus İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlak, Aybəniz Şixəliyevaya məxsus ünvan 44 ünvanındakı mənzil, Aybəniz Şixəliyevaya və X3 paylı mülkiyyət kimi məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanda yerləşən daşınmaz əmlak, Təqsirləndirilən şəxs1 məxsus ünvan 45 ünvanındakı mənzil, İlqar Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2a, mənzil 52 ünvaındakı mənzil, Fərid Məmmədova məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən bağ sahəsinin xüsusi müsadirəsi üçün q anuni əsaslar yoxdur. Ona görə də məhkəmə həmin əmlakları müsadirə etməmiş və onların üzərinə qoyulmuş həbsi götürmüşdür. Birinci instansiya məhkəməsi həmin əmlaklarla bağlı mövqeyini hökmdə əsaslandırmışdır. Məhkəmənin həbsdən azad edilmiş əmlaklarla bağlı mövqeyi yuxarıda sadalanan normativ aktların normalarına tam uyğun olduğunda məhkəmə kollegiyası məhkəmənin bu mövqeyi əsaslı və qanuna uyğun hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həbsdən azad edilmiş daşınmaz əmlaklar ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 99 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinə aiddir, ya cinayət törətdiyi dövrdən əvvəl digər şəxslər tərəfindən əldə edilmiş və məhkumlara məxsus olmayan əmlaklardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Dövlət ittihamçısı3 kassasiya protestindəki və zərərçəkmiş şəxslər Nazim Kazımovun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs22 yuxarıda qeyd edilən daşınmaz əmlakların müsadirə edilməməsinin və həbsdən azad edilməsinin qanunsuz olması barədə dəlilləri ilə razılaşmır və onları əsassız hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası Məhkum və iş üzrə maraqlarına toxunan şəxslər Elgün Şixəliyevin, Aybənz Şixəliyevanın, Şahid103 və Nail Əliyevin kassasiya sikayətlərinin adlarına olan əmlakların qanunsuz və əsassız olaraq müsadirə olunması barədə dəlilləri aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in CM-in 99-2-ci maddəsinin, habelə MM-in və CPM-in yuxarıda göstərilən normalarına və Konstitusiya Məhkəməsi Plenumu nun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin CPM-in 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci tarixli qərarın tələblərinə əsasən 14 noyabr 2007-ci il tarixli çıxarışla Aybəniz Şixəliyevaya məxsus 482.000 manat dəyərində Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ev 78-də yerləşən qeyri yaşayış sahəsinin ½ hissəsi, 02 may 1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Aybəniz Şixəliyevaya məxsus 400.000 manat dəyərində Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 93 mənzil 21-də olan daşınmaz əmlakın ½ hissəsi, 25 aprel 2006-cı il tarixli çıxarışla Aybəniz Şixəliyevaya məxsus 214.000 manat dəyərində Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 78 mənzil 06-da yerləşən daşınmaz əmlakın 1\2 hissəsi, xx.xx.2008-ci il tarixli çıxarışla Aybəniz Şixəliyevaya məxsus 26.240 manat dəyərində Ağdaş şəhəri 20 yanvar küçəsi ev 7A-da yerləşən 74.97 kv.m sahəsi olan daşınmaz əmlakın ½ hissəsi, xx.xx.2005-ci il tarixli çıxarışla Məhkum məxsus 31.500 manat dəyərində Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ev 9/25 mənzil 63-də olan daşınmaz əmlak, xx.xx.2007-ci il tarixli çıxarışla Məhkum məxsus 39.528 manat dəyərində Bakı şəhəri Binəqədi rayonu Görədil kəndi 690-a-da yerləşən daşınmaz əmlaklar, habelə CM-in 99-1-ci maddəsinə əsasən, Məhkum tərəfindən cinayət yolu ilə əldə etdiyi vəsait hesabına alınıb özü və yaxın qohumlarının adına rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli çıxarışla oğlu Elgün Şixəliyevə məxsus 704.985 manat dəyərində ün van 35-də yerləşən daşınmaz əmlak, xx.xx.2013-cü il tarixli çıxarışla Məhkum qızı Şahid103 məxsus olan 650.719 manat dəyərində ünvan 35 mənzil 72- də yerləşən 167.3 kv.m sahəli daşınmaz əmlak, xx.xx.2009-cu il tarixli çıxarışla Aybəniz Şixəliyevaya məxsus 535.653 manat dəyərində ünvan 35 mənzil 10-da olan 137.7 kv.m sahəli daşınmaz əmlak, xx.xx.2009-cu il tarixli çıxarışla Məhkum məxsus 770.609 manat dəyərində ünvan 35 mənzil 39-da yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak, xx.xx.2009-cu il tarixli çıxarışla Məhkum məxsus 35.000 manat dəyərində ünvan 35-də yerləşən 35 kv.m sahəsi olan daşınmaz əmlak (zirzəmi), xx.xx.2012-ci il tarixli çıxarışla Aybəniz Şixəliyevaya məxsus 1.452.000 manat dəyərində ünvan 47 ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlak, xx.xx.2014-cü il tari xli çıxarışla Şahid103 məxsus 257.172 manat dəyərində ünvan 48 ünvanında yerləşən 214.3 kv.m sahəli daşınmaz əmlak, xx.xx.2012-ci il tarixli çıxarışla Aybəniz Şixəliyevaya məxsus 37.600 manat dəyərində Binəqədi rayonu Novxanı kəndi 686k ünvanında olan daşınmaz əmlak, xx.xx.2014-cü il tarixli çıxarışla Aybəniz Şixəliyevaya məxsus 1.305.240 manat dəyərində ünvan 41 ünvanında olan 1087.7 kv.m sahəli daşınmaz əmlak, xx.xx.2012-ci il tarixli çıxarışla Aybəniz Şixəliyevaya məxsus 17.000 manat dəyərində Ağdaş şəhəri H.Hacıyev küçəsi ev 26-da yerləşən 197 kv.m sahəsi olan daşınmaz əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq alınaraq müsadirə etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin və maraqlarına toxunan şəxslərin apellyasiya şikayə tlərinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələri razılaşmış, apellyasiya şikayətlərinin dəlilləri əsasız hesab etmiş, öz mövqeyini qərarda əsaslandırmışdır. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan daşınmaz əmlakların müsadirə edilməsi barədə qərarı əsaslı və qanuna normalarına uyğun hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müsadirə edilmiş əmlak ya məhkum Mövlan Şixəliyevə məxsus, ya da onun cinayətlər törətdiyi dövrdə alınmış və yaxın qohumlarının adlarına rəsmiləşdirilmiş əmlaklardır. Cinayət törətdiyi dövrdən əvvəl əldə edilmiş Məhkum məxsus əmlakların müsadirəsi Azərbaycan Respublikası CM-in 99-2 maddəsinin (əmlakın dəyərinə görə xüsusi müsadirə) tələblərinə uyğun olduğundan qanuni və əsaslıdır. Cinayətlərin törətdiyi zaman və ondan sonra əldə edilmiş, Məhkum və onun yaxın qohumlarının adlarına rəsmiləşdirilmiş əmlak cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin hesabına alınmış əmlak kimi Azərbaycan Respublikası CM-in 99-1.1.2-ci maddəsinə əsasən müsadirə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin bu mövqeyi qanun tələblərinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə uyğun gəlir. Belə ki, “Qayıbova Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 23 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə korrupsiya cinayətlərindən əldə edilmiş gəlirlərin müsadirəsi hüquqi standart kimi qəbul edir. Bu cür tədbirlər təkcə cinayətdə şübhəli bilinən şəxsə deyil, həm də üçüncü şəxslərə, məsələn, həmin şəxsin yaxın qohumlarına tətbiq oluna biləcəyini mümkün hesab edir. Məhkəmə, həmçinin əmlakın qanuni mənşəyini sübut etmək vəzifəsi cavabdehin üzərinə qoyulmasını da əsaslı hesab edir. Bununla belə məhkəmə göstərir ki, yuxarıda qeyd edilən hüquqları məhdudlaşdıran tədbirləri mülkiyyət hüququnun müdafiəsi ilə tarazlaşdırmaq üçün əmlakı müsadirə edilən şəxsin öz arqumentlərini daxili məhkəmələr qarşısında təqdim etmək üçün ağlabatan imkanı olmalıdır. Kassasiya şikayətlərinin cinayət törətdiyi dövrdə alınmış və Məhkum yaxın qohumlarının adlarına rəsmiləşdirilmiş əmlakların cinayət yolu ilə deyil, həmin şəxslərin vəsaitləri hesabına alınması barərə dəlilləri hər hansı bir mötəbər sübuta və ya iş hallarına əsaslanmır. Cinayət işinin materiallarından isə görünür ki, nə Məhkum və onun müdafiəçiləri, nə maraqlarına toxunan şəxs lər müsadirə edilmiş əmlakların qanuni mənşəyini əsaslandırması üçün heç bir tutarlı və inandırıcı məlumat, sənəd və ya digər sübut təqdim edə bilməmişlər. Odur ki, məhkəmə kollegiyası əmlakların qanunsuz müsadirə edilməsi barədə Məhkum və maraqlarına toxunan şəxslərin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında həm daşınmaz əmlakların bir qisminin həbsdən azad edilərək müsadirə olunmaması barədə, həm daşınmaz əmlakların xüsusi müsadirəsi ilə əlaqədar kifayət qədər dolğun əsaslandırma aparılmış, apellyasiya protestinin və apellyasiya şikayətlərinin bu barədə dəlilləri tam araşdırılmış və onlara qiymət verilmişdir. Həmçinin maraqlarına toxunan şəxslər A.Q.Şixəliye vanın və E.Məhkum öz kassasiya şikayətlərində müvafiq olaraq Bakı şəhəri, Bülbül prospekti, ev 7 mənzil 40 və ünvan 49 ünvanlarında yerləşdirilən daşınmaz əmlakların müsadirə edilməsinin ləğvi və həmin əmlakların həbsdən azad edilməsi barədə tələbləri məhkəmələrin hökm və qərarla uzlaşmır və anlaşılan deyil. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə həmin ünvanlarda yerləşən mənzillər müsadirə olunmamış və həbsdən azad edilmişdir. Məhkəmə kollegiyası məhkəmələrin əmlak müsadirəsi ilə əlaqədar mövqeyi qanun normalarının tələblərinə, işin hallarına və Avropa Məhkəməsinin qərarlarına uyğun olduğundan həmin mövqe ilə razılaşır. Məhkumlar Məhkum, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçilər Vəkil1, Müdafiəçi5, Müdafiəçi1, Ülvi Məmədovun və Müdafi əçi6 kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavələrin əsas və başlıca dəlili məhkəmələr tərəfindən sübutların kifayət qədər araşdırılmaması, məhkumların təqsirlərinin sübuta yetirilməməsi və məhkumlar barələrində əsassız olaraq ittiham hökmünün çıxarılması ilə əlaqədardır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CP M-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Məhkum, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində özlərini təqsirli bilməyərək, göstərmişlər ki, onlar tərəfi ndən onlara qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlləri törədilməmişdir. Lakin məhkəmələr məhkumların təqsirli bilindikləri əməllər barədə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla məhkumların onlara elan edilmiş ittihamda təsvir edilmiş cinayət əməllərini törətmələri tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ist intaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblə rinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3 və 294.3-cü maddələri ilə, məhkum Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-in 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə, məhkum Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə və məhkum Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibi yaratdığı üçün məhkumların əməlləri yuxarıda göstərilən m addələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum, onun müdafiəçisi Müdafiəçi1, habelə məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Vəkil2 öz kassasiya şikayətlərində qeyd etmişlər ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə həm Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2ci maddələri, həm də həmin Məcəllənin 311.3.4-cü maddəsi ilə ittiham verilməsi tamamilə qanunsuzdur. Kassatorlar hesab edirlər ki, CM-in 311.3.4-cü maddəsində olan tövsifedici hal – “hədə qorxu tətbiq olunmaqla törədildikdə” CM-in 182-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti ilə üst-üstə düşür, bu isə əməlin hər iki maddə ilə tövsif edilməsini istisna edir. Əməlin hər iki maddə ilə tövsif edilməsi şəxsin iki qat cəzalandırmasına səbəb olur. Məhkə mə kollegiyası kassasiya şikayətlərinin CM-in 182 və 311.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkiblərinin obyektiv cəhətinin üst-üstə düşməsi barədə dəlili ilə razılaşsa da, bu əsasa görə məhkumların əməllərinin düzgün tövsif edilməməsi barədə dəlili əsaslı hesab etmir. Belə ki, cinayət əməllərinin tövsif edilməsi barədə məhkəmə təcrübəsində yer almış bu prinsip cinayətlərin ideal məcmusuna, yəni eyni əməldə hər iki maddədə nəzərdə tutulmuş cinayət əlmətlərinin mövcud olduğu hala aiddir. Məhkumlara qarşı irəli sürülmüş ittihamlardan isə görünür ki, məhkumların CM-in 182.3.1, 182.3.2 və 311.3.4-cü maddələri nəzərdə tutulmuş əməlləri cinayətlərin real məcmusunu təşkil edir. Yəni, məhkumlar tərəfindən törədilən cinayət əməlləri fərqli epizodlar kimi müvafiq olaraq CM-in 182.3.1 və 182.3.2-ci maddələri və həmin Məcəllənin 311.3.4-cü maddəsi ilə ayrı-ayrılıqda tövsif edilmişdir. Başqa sözlə, məhkumların eyni əməlləri hər iki maddə ilə tövsif edilməmiş, məhkumların CM-in 182.3.1 və 182.3.2-ci maddələrinin əlamətləri olan əməlləri ayrıca həmin maddələr ilə, hədə qorxu tətbiq olunmaqla rüşvət alma ilə bağlı əməlləri isə müstəqil olaraq yalnız CM-in 311.3.4-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumların əməllərinin həm CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə, həm də CM-in 311.3.4-cü maddəsi tövsif edilməsinin qanunsuz olması barədə dəlillərini əsaslı hesab etmir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndir ilən şəxs1 və Təqsirləndirilən şəxs3 onlara elan edilmiş ittihamda özlərini təqsirli bilməmələri barədə məhkəmədə verdikləri ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən məhkumların həmin ifadələri həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymə tləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxslər Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş və birinci instansiya məhkəməsinin hökmündə təsvir edilmiş sübutlara nəzər salaraq hesab edir ki, həmin sübutların məcmusu məhkumların onlara qarşı irəli sürülmüş itiham üzrə təqsirli olmalarına dair mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları və məhkum ların əməllərinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3 və 294.3-cü maddələri ilə, məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə, məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə və məhkum Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib barələrində həmin maddələrlə ittiham hökmü çıxarılması cinayət və cinayət-prosessual hüquq normala rına tam uyğun olmuşdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkumlar Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə verilmiş ittiham üzrə təqsirli olmaları tam sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi üçün heç bir qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçıları nın fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərinin məhkumların əməllərin in sübuta yetirilməməsi, işin hallarının tam və hərtərəfli araşdırılmaması və məhkumların əməllərinə düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri ilə razılaşmır. Məhkum, onun müdafiəçiləri Vəkil1, Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətlərinin digər dəlili məhkumlara təyin edilmiş cəzanın sərt oması, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Şahid154 kassasiya şikayətlərinin, habelə Zərərçəkmiş şəxs22 kassasiya şikayətinə əlavənin digər dəlili isə məhkumlara təyin edilmiş cəzanın yüngül olması ilə əlaqədardır. Məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayətinə əlavədə həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən ona hazırki və əvvəlki hökmlə təyin edilmiş cəzalar üzrə qəti cəza təyin edərkən qanun tələblərini po zmuş, əvvəlki hökmlə ona təyin edilmiş cəzanın onun tərəfindən çəkilməsini nəzərə almamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin ed ilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Resp ublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən halları müəyyən etməmiş, CM-in 61-ci maddəsinə əsasən Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 CM-in 182-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri qulluq mövqeyinə əsasən onlara göstərilən etimaddan istifadə etməklə törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəza ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərlə razılaşmayaraq hesab edir ki, məhkəmələr tərəfindən məhkumlara təyin edilmiş cəza onların törətdikləri cinayətlərin ağırlığına, şəxsiyyətlərinə, işin hallarına uyğun gəlir, qanuni və ədalətli cəzadır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında verilmiş tövsiyələrə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə təqsirli bilindikləri maddələrlə və Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı ilə təyin edilmiş cəzaları CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun toplayaraq ona qəti qəza təyin edilmiş, qəti cəzaya Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı ilə təyin edilmiş və məhkum tərəfindən çəkilmiş cəza müddəti düzgün hesablanmışdır. Ona görə də, məhkəmə kollegiyası məhkumların, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin məhkumlara cəzaların düzgün təyin edilməməsi barədə kassasiya şikayətlərinin dəlillərini əsasız hesab edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs22 kassasiya şikayətlərində həmçinin qeyd edilmişdir ki, onlara qarşı cinayət əməllərində digər, hazırki cinayət işi üzrə məsuliyyətə cəlb edilm əyən vəzifəli şəxslər də iştirak etmiş, lakin onlar cinayət məsuliyyətindən kənarda qalmışlar. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmələr tərəfindən cinayət işinə yalnız Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmü ş ittihamlar daxilində baxılması işin halların tam, hərtərəfli və obyektiv araşdırılmaması kimi qiymətləndirmək olmaz, kassasiya şikayətlərinin bu barədə dəlilləri də əsassızdır. Məhkumların, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin məhkəmələr tərəfindən zərərçəkmiş şəxslərin mülki iddialarına düzgün baxılmaması, əsassız olaraq tam və ya qismən təmin edilməsi barədə dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslər tərəfindən məhkumlara qarşı verilmiş mülki iddialara Azərbaycan Respublikası CPM-in 179-181 və 187-ci maddələrinin tələblərinə uyğun baxılmış, məhkumlara elan edilmiş ittihamın mahiyyətinə uyğun olaraq, cinayət işi üzrə sübutlara əsasən mülki iddiaların tam və ya qismən təmin edilməsi barədə qərarlar qəbul edilmişdi r. Həmçinin hökmdə müsadirə edilmiş əmlak hesabına ilk növbədə cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməsi, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınsı qərara alınmışdır. Kassasiya şikayətlərində irəli sürülmüş dəlillər əsasında birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının mülki iddiaların həll edilməsi hissəsini ləğv etmək və ya dəyişdirmək üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, hazırki cinayət işi üzrə kassasiya protestinə və kassasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respubliklası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç bir müəyyən edilməmişdir. Həm kassasiya protestində, həm də kassasiya şikayətlə rində və onlara əlavələrdə qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin, onlara aid əlavələrin dəlilləri ilə razılaşmayaraq protestin və şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının kassasiya protestinə, kassasiya şikayətlərinə və kassasiya şikayətlərinə əlavələrə dair münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3 və 294.3 -cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə, kassasiya şikayətlərinə və onlara əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri və kassasiya şikayətlərinə əlavələr təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar