Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-2/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Vəliyev Eynulla Hüseyn oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 26 y anvar 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 311.3.2, 341.1 və 32.3, 3351-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi E.H.Vəliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmü ilə (hakimlər Ağayev Zeynal Qurban oğlu (sədrlik edən), Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət məhkəmə tərkibində) Məhkum, xx xxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuş, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 6 ünvanında qediyyatda olmaqla ünvan 2 ünvanında yaşamış CM-nin 311.3.2, 341.1 və 32.3,335.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 311.3.2-ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.3, 335.1-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, CM-in 68.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının dörd gününə bərabər hesabı ilə hesablanmaqla CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmiş və almış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası il ə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etmiş, habelə hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin avtomobil taborunun komandiri vəzifəsində, polkovnikleytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun minik avtomobillər bölüyünün 3-cü tağımının 2-ci manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 taborun avtomobil parkında sutkalıq təyin olunan gün növbətçisi xi dməti rahat olduğundan və həmin növbədən sonra hərbi qulluqçulara iki gün istirahət verilərək onlar həmin günlər ərzində xidmət yerinə gəlməkdən azad olunduqlarından, davamlı olaraq həmin naryada təyin olunmaq qərarına gələrək, bununla bağlı 15 noyabr 2021-ci il tarixdə polkovnik- leytenant Məhkum sonuncunun taborun inzibati binasındakı xidməti otağında təklikdə müraciət edib həmin xidmətə təyin edilməsini istədiyini bildirmişdir. Bu zaman polkovnik- leytenant Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə elə orada əsgər Şahid2 müəyyən məbləğdə pul verməsi müqabilində onu davamlı olaraq taborun avtomobil parkının gün növbətçisi xidmətinə təyin edə biləcəyini deyib, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əla qədar hər hansı hərəkətə görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Əsgər Şahid2 həmin təklifi qəbul edərək razılaşmış və bundan sonra polkovnikleytenant Məhkum elə orada ondan 100 (bir yüz) manat məbləğində pulu təklikdə qəbul edib vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə maddi neməti özü üçün birbaşa və şəxsən rüşvət almış və aldığı rüşvətin müqabilində əsgər Şahid2ni 01 dekabr 2021-ci il tarixdən 01 mart 2022-ci il tarixədək davamlı olaraq avtomobil taborunun avtomobil parkında sutkalıq gün növbətçisi naryadına təyin etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun avtomobil bölüyünün 1-ci tağım komandirinin müavini vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Şahid8 13 dekabr 2021-ci il tarixdə taborun inzibati binasındakı xidməti otağında təklikdə ona müraciət edib şəxsi və ailə promleblərini həll etmək məqsədi ilə qeyri-rəsmi olaraq, yəni növbəti və ya ailə vəziyyətinə görə məzuniyyətə buraxılmadan bir neçə günlük xidmət yerinə gəlməməsinə və bununla da faktiki olaraq sair aldatma yolu ilə xidməti vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına icazə verməsini xahiş etmişdir. Bu zaman polkovnik-leytenant Məhkum, hərbi qulluqçuların yalnız qanunla müəyyən edilmiş qaydada rəsmi şəkildə xidmət yerindən buraxılmalı olduğu və özünün tabor komandiri kimi hər hansı hərbi qulluqçuya qeyri-rəsmi qaydada xidmət yerinə gəlməməsinə icazə verməyə heç bir səlahiyətinin olmadığı halda, və zifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər eldə etmək, yəni tabeliyindəki hərbi qulluqçular arasında özünü qayğıkeş komandir kimi təqdim etməklə onların rəğbətini qazanmaq və bununla yuxarı komandanlıq qarşısında özünü nümunəvi zabit kimi nümayiş etdirmək məqsədi ilə, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər edərək, baş çavuş Şahid8 icazə verib onun qeyri-rəsmi qaydada, heç bir qanuni əsas olmadan 14 dekabr 2021-ci il tarixdən 19 dekabr 2021-ci il tarixədək 5 (beş) gün müddətində xidmət yerinə gəlməməsinə şərait yaratmaqla hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmiş, nəticədə Məhkum həmin hərəkətləri komandiri olduğu taborda nizam-intiza m qaydalarını ciddi şəkildə pozduğundan dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun yük avtomobillər bölüyünün avtomobil tağımının 1-ci yük avtomobil manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid10 2021-ci ilin dekabr ayının ortalarında taborun inzibati binasındakı xidməti otağında təklikdə ona müraciət edib şəxsi və ailə promleblərini həll etmək məqsədi ilə qeyri-rəsmi olaraq, yəni növbəti və ya ailə vəziyyətinə görə məzuniyyətə buraxılmadan bir müddət xidmət yerinə gəlməməsinə və bununla da faktiki olaraq sair aldatma yolu ilə xidməti vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına icazə verməsini xahiş e tmişdir. Bu zaman polkovnik- leytenant Məhkum, hərbi qulluqçuların yalnız qanunla müəyyən edilmiş qaydada rəsmi şəkildə xidmət yerindən buraxılmalı olduğu və özünün tabor komandiri kimi hər hansı hərbi qulluqçuya qeyri-rəsmi qaydada xidmət yerinə gəlməməsinə icazə verməyə heç bir səlahiyətinin olmadığı halda, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər eldə etmək, yəni tabeliyindəki hərbi qulluqçular arasında özünü qayğıkeş komandir kimi təqdim etməklə onların rəğbətini qazanmaq və bununla yuxarı komandanlıq qarşısında özünü nümunəvi zabit kimi nümayiş etdirmək məqsədi ilə, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər edərək, çavuş Şahid10 icazə verib onun qeyri-rəsmi qaydada, heç bir qanuni əsas olmadan 2021-ci i lin dekabr ayının ortalarından 12 fevral 2022-ci il tarixədək olan müddətdə xidmət yerinə gəlməməsinə şərait yaratmaqla hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmiş, nəticədə Məhkum həmin hərəkətləri komandiri olduğu taborda nizam-intizam qaydalarını ciddi şəkildə pozduğundan dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun yük avtomobillər bölüyünün avtomobil tağımının 1-ci yük avtomobil manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid10 2022-ci ilin fevral ayının ortalarında taborun inzibati binasındakı xidməti otağında təklikdə ona mür aciət edib şəxsi və ailə promleblərini həll etmək məqsədi ilə qeyri-rəsmi olaraq, yəni növbəti və ya ailə vəziyyətinə görə məzuniyyətə buraxılmadan bir müddət xidmət yerinə gəlməməsinə və bununla da faktiki olaraq sair aldatma yolu ilə xidməti vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına icazə verməsini xahiş etmişdir. Bu zaman polkovnik-leytenant Məhkum, hərbi qulluqçuların yalnız qanunla müəyyən edilmiş qaydada rəsmi şəkildə xidmət yerindən buraxılmalı olduğu və özünün tabor komandiri kimi hər hansı hərbi qulluqçuya qeyri-rəsmi qaydada xidmət yerinə gəlməməsinə icazə verməyə heç bir səlahiyətinin olmadığı halda, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər eldə etmək, yəni tabeliyindəki hərbi qulluqçular arasında özünü qayğıkeş koma ndir kimi təqdim etməklə onların rəğbətini qazanmaq və bununla yuxarı komandanlıq qarşısında özünü nümunəvi zabit kimi nümayiş etdirmək məqsədi ilə, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər edərək, çavuş Şahid10 icazə verib onun qeyri-rəsmi qaydada, heç bir qanuni əsas olmadan 21 fevral 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək və 21 may 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədəkolan müddətdə xidmət yerinə gəlməməsinə şərait yaratmaqla hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmiş, nəticədə Məhkum həmin hərəkətləri komandiri olduğu taborda nizam-intizam qaydalarını ciddi şəkildə pozduğundan dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa o, hə min vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun minik avtomobillər bölüyünün 3-cü tağımının 2-ci manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 ilə aralarındakı sövdəşməyə əsasən, sonuncunu 01 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək avtomobil taborunun avtomobil parkında sutkalıq gün növbətçisi naryadına təyin etmiş və bunun müqabilində əsgər Şahid2 15 mart 2022-ci il tarixdə taborun ərazisində təklikdə 38 (otuz səkkiz) manat məbləğində pulu qəbul edib vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə maddi neməti özü üçün birbaşa və şəxsən rüşvət almışdır. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə o larkən, komandiri olduğu taborun minik avtomobillər bölüyünün 3-cü tağımının 2-ci manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 ilə aralarındakı sövdəşməyə əsasən, sonuncunu 01 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək avtomobil taborunun avtomobil parkında sutkalıq gün növbətçisi naryadına təyin etmiş və bunun müqabilində əsgər Şahid2 15 aprel 2022-ci il tarixdə taborun ərazisində təklikdə 50 (əlli) manat məbləğində pulu qəbul edib vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə maddi neməti özü üçün birbaşa və şəxsən rüşvət almışdır. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun minik avtomobil lər bölüyünün 3-cü avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 02 may 2022-ci il tarixdə günorta saatlarında taborun ərazisində təklikdə ona yaxınlaşaraq evində təmir işlərinin aparılması ilə əlaqədar 15-20 (on beş-iyirmi) gün müddətinə xidmət yerinə gəlməməsinə və bununla da faktiki olaraq sair aldatma yolu ilə xidməti vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına icazə verməsini xahiş etmişdir. Bu zaman polkovnik-leytenant Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə elə orada çavuş Şahid1 150 (yüz əli) manat məbləğində pul verilməsi müqabilində onun 15-20 (on beş-iyirmi) gün müddətində xidmət yerinə gəlməməsini təşkil və təmin edə biləcəyini deyərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Çavuş Şahid1 həmin təklifi qəbul edib razılaşdıqdan sonra polkovnik-leytenant Məhkum icazə verərək, onun 03 may 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək olan müddət ərzində, yəni 18 (on səkkiz) gün müddətində xidmət yerinə gəlməməsini təşkil və təmin etməklə, hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmiş və aralarındakı sövdələşməyə əsasən, bunun müqabilində 16 sentyabr 2022-ci tarixdə çavuş Şahid1 tərəfindən onun tapşırığına əsasən həmin hərbi hissənin müddətdən artı q həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid7 adına rəsmiləşdirilmiş, «Leobank» Banka aid kart hesabına göndərilmiş 150 (yüz əlli) manat məbləğində pulu elə həmin gün kartdan məxaric edərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almışdır. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun minik avtomobillər bölüyünün 3-cü tağımının 2-ci manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 ilə aralarındakı sövdəşməyə əsasən, sonuncunu 01 may 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək avtomobil tabo runun avtomobil parkında sutkalıq gün növbətçisi naryadına təyin etmiş və bunun müqabilində əsgər Şahid2 15 may 2022-ci il tarixdə taborun ərazisində təklikdə 50 (əlli) manat məbləğində pulu qəbul edib vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə maddi neməti özü üçün birbaşa və şəxsən rüşvət almışdır. Həmçinin Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun minik avtomobillər bölüyünün 1-ci tağmının 3-cü manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid9 2022-ci ilin may ayının sonlarında taborun ərazisində təklikdə ona yaxınlaşaraq, şəxsi problemlərini həll etmək üçün 10-15 (on-on beş) gün müddətinə xidmət yerinə gəlmə məsinə və bununla da faktiki olaraq sair aldatma yolu ilə xidməti vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına icazə verməsini xahiş etmişdir. Bu zaman polkovnik-leytenant Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə elə orada kiçik çavuş Şahid9 350 (üç yüz əlli) manat məbləğində pul verilməsi müqabilində onun 10-15 (on-on beş) gün müddətinə müddətində xidmət yerinə gəlməməsini təşkil və təmin edə biləcəyini deyərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Kiçik çavuş Şahid9 həmin təklifi qəbul edib razılaşdıqdan sonra polkovnik-leytenant Məhkum ica zə verərək, onun 2022-ci ilin may ayının sonlarından 2022-ci ilin iyun ayının əvvəllərinədək 15 (on beş) gün müddətində xidmət yerinə gəlməməsini təşkil və təmin etməklə, hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmiş və aralarındakı sövdələşməyə əsasən, bunun müqabilində kiçik çavuş Şahid9 tərəfindən 17 iyun 2022-ci il tarixdə saat 20:33-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 29 ünvanında yerləşən «Bazarstore» Marketdə quraşdırılmış «MilliÖn» ödəmə terminalı onun tapşırığına əsasən həmin hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid7 adına rəsmiləşdirilmiş, «Leobank» Banka aid 4098 5844 6405 0465 nömrəli kart hesabına göndərilmiş 350 (üç yüz əli) manat məbləğində pulu elə həmin gün kartdan məxaric edərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almışdır. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun minik avtomobillər bölüyünün 1-cü tağımının 3-cü manqasının baş sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid3 2022-ci ilin may ayının sonlarında günorta saatlarında taborun ərazisində təklikdə ona yaxınlaşaraq evində təmir işlərinin aparılması ilə əlaqədar bir müddət xidmət yerinə gəlməməsinə və bununla da faktiki olaraq sair aldatma yolu ilə xidməti vəzifələrinin icrasından mü vəqqəti boyun qaçırmasına icazə verməsini xahiş etmişdir. Bu zaman polkovnik-leytenant Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə elə orada kiçik çavuş Şahid3ə hər ay 150 (yüz əli) manat məbləğində pul verilməsi müqabilində onun bir neçə ay ərzində xidmət yerinə gəlməməsini təşkil və təmin edə biləcəyini deyərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Kiçik çavuş Şahid3 həmin təklifi qəbul edib razılaşdıqdan sonra polkovnik-leytenant Məhkum icazə verərək, onun 2022- ci ilin may ayının sonlarından 2022-ci ilin noyabr ayının sonlarınadək olan müddət ərzind ə xidmət yerinə gəlməməsini təşkil və təmin etməklə, hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmiş və aralarındakı sövdələşməyə əsasən, bunun müqabilində kiçik çavuş Şahid3 tərəfindən onun tapşırığına əsasən 2022-ci ilin iyun və iyul aylarının sonlarında hər dəfə 150 (yüz əlli) manat, 2022-ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarının sonlarında isə hər dəfə 200 (iki yüz) manat olmaqla ümumilikdə göndərilmiş 1100 (min yüz) manat məbləğində pulu kartdan məxaric edərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almışdır. Həmçinin o, həmin vəzif ədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun minik avtomobillər bölüyünün 3-cü tağımının 2-ci manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 2022-ci ilin iyul ayının əvvəllərində günorta saatlarında taborun ərazisində təklikdə ona yaxınlaşaraq, şəxsi işləri ilə əlaqədar bir müddət xidmət yerinə gəlməməsinə və bununla da faktiki olaraq sair aldatma yolu ilə xidməti vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına icazə verməsini xahiş etmişdir. Bu zaman polkovnikleytenant Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə elə orada əsgər Şahid2 2022-ci ilin iyul ayı üçün 200 (iki yüz) manat, digər aylar üçün isə 300 (üç yüz) manat məbləğində pul verilməsi müqabilində onun bir neçə ay ərzində xidmət yerinə gəlməməsini təşkil və təmin edə biləcəyini deyərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Əsgər Şahid2 həmin təklifi qəbul edib razılaşdıqdan sonra polkovnik-leytenant Məhkum icazə verərək, onun 2022-ci ilin iyul ayının əvvəllərindən 21 dekabr 2022-ci il tarixədək olan müddət ərzində xidmət yerinə gəlməməsini təşkil və təmin etməklə, hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmiş və aralarındakı sövdələşməyə əsasən, bunun müqabilində əsgər Şahid2 2022-ci ilin iyul ayının ortal arında taborun ərazisində təklikdə 200 (iki yüz) manat məbləğində pul almış, daha sonra sonuncu tərəfindən 2022-ci ilin avqust ayından 2022-ci ilin dekabr ayınadək olan müddət ərzində, hər ay hərbi qulluqçuların pul təminatı verilən gün tapşırığına əsasən, «E-Manat» ödəmə terminalı vasitəsilə həmin hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid7 adına rəsmiləşdirilmiş 4098 5844 6405 0465 və vətəndaş Şahid12 adına rəsmiləşdirilmiş 4098 5844 6733 8438 nömrəli «Leobank»a kart hesablarına hər dəfə 300 (üç yüz) manat olmaqla göndərilmiş 1500 (min beş yüz) manat məğləğində pulu kartdan məxaric edərək, əsgər Şahid2 ümumilikdən 1700 (min yeddi yüz) manat məbləğində pul qəbul edərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əla qədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almışdır. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun minik avtomobillər bölüyünün 1-ci tağmının 3-cü manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid9 2022-ci ilin iyun ayının ortalarında günorta saatlarında taborun ərazisində təklikdə ona yaxınlaşaraq şəxsi işləri ilə əlaqədar bir müddət xidmət yerinə gəlməməsinə və bununla da faktiki olaraq sair aldatma yolu ilə xidməti vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına icazə verməsini xahiş etmişdir. Bu zaman polkovnik-leytenant Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsu z qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə elə orada kiçik çavuş Şahid9 hər ay 350 (yüz əli) manat məbləğində pul verilməsi müqabilində onun bir neçə ay ərzində xidmət yerinə gəlməməsini təşkil və təmin edə biləcəyini deyərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Kiçik çavuş Şahid9 həmin təklifi qəbul edib razılaşdıqdan sonra polkovnikleytenant Məhkum icazə verərək, onun 2022-ci ilin iyun ayından 24 noyabr 2022-ci il tarixədək olan müddət ərzində xidmət yerinə gəlməməsini təşkil və təmin etməklə, hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırması nı təşkil etmiş və aralarındakı sövdələşməyə əsasən, bunun müqabilində kiçik çavuş Şahid9 tərəfindən onun tapşırığına əsasən, 19 iyul 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 29 ünvanında yerləşən «Bazarstore» Marketdə, ünvan 4 ünvanında yerləşən «Spar» Marketdə və Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə həmin hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid7 adına rəsmiləşdirilmiş 4098 5844 6405 0465 və vətəndaş Şahid12 adına rəsmiləşdirilmiş 4098 5844 6733 8438 nömrəli «Leobank»a kart hesablarına hər dəfə 350 (üç yüz əlli) manat olmaqla göndərilmiş ümumilikdə 1750 (min yeddi yüz əlli) manat məğləğində pulu ka rtdan məxaric edərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almışdır. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun avtomobil bölüyünün 1 -ci tağım komandirinin müavini vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Şahid8 2022-ci ilin iyul ayının sonlarında taborun inzibati binasındakı xidməti otağında təklikdə ona müraciət edib şəxsi və ailə promleblərini həll etmək məqsədi ilə qeyri-rəsmi olaraq, yəni növbəti və ya ailə vəziyyətinə görə məzuniyyətə buraxılmadan bir neçə günlük xidmət yerinə gəlməməsinə və bununla da fak tiki olaraq sair aldatma yolu ilə xidməti vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına icazə verməsini xahiş etmişdir. Bu zaman polkovnik-leytenant Məhkum, hərbi qulluqçuların yalnız qanunla müəyyən edilmiş qaydada rəsmi şəkildə xidmət yerindən buraxılmalı olduğu və özünün tabor komandiri kimi hər hansı hərbi qulluqçuya qeyri-rəsmi qaydada xidmət yerinə gəlməməsinə icazə verməyə heç bir səlahiyətinin olmadığı halda, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər eldə etmək, yəni tabeliyindəki hərbi qulluqçular arasında özünü qayğıkeş komandir kimi təqdim etməklə onların rəğbətini qazanmaq və bununla yuxarı komandanlıq qarşısında özünü nümunəvi zabit kimi nümayiş etdirmək məqsədi ilə, xidməti səlahiyyətlərinin hüdudlarından açıq- aşkar kən ara çıxan hərəkətlər edərək, baş çavuş Şahid8 icazə verib onun qeyri- rəsmi qaydada, heç bir qanuni əsas olmadan 01 avqust 2022-ci il tarixdən 16 avqust 2022-ci il tarixədək 15 (on beş) gün müddətində xidmət yerinə gəlməməsinə şərait yaratmaqla hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmiş, nəticədə Məhkum həmin hərəkətləri komandiri olduğu taborda nizam-intizam qaydalarını ciddi şəkildə pozduğundan dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan əlavə Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu taborun minik avtomobillər bölüyünün 3-cü avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 19 sentyabr 2022-ci il tarixdə səhər saatlarında mobil telefonda polkovnik-leytenant Məhkum zəng edərək, şəxsi problemlərinin həll olunması ilə əlaqədar 19 sentyabr 2022-ci il tarixdən 30 sentyabr 2022- ci il tarixədək xidmət yerinə gəlməməsinə və bununla da faktiki olaraq sair aldatma yolu ilə xidməti vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına icazə verməsini xahiş etmişdir. Bu zaman polkovnik-leytenant Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə həmin telefon danışığı zamanı çavuş Şahid1 200 (iki yüz) manat məbləğində pul verilməsi müqabilində onun 19 sentyabr 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək xidmət yerinə gəlməməsini təşkil və təmin edə biləcəyini deyərək, təkrarən vəzifəli şəx s kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Çavuş Şahid1 həmin təklifi qəbul edib razılaşdıqdan sonra polkovnik- leytenant Məhkum icazə verərək, onun 19 sentyabr 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində xidmət yerinə gəlməməsini təşkil və təmin etməklə, hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmiş və aralarındakı sövdələşməyə əsasən, bunun müqabilində 12 noyabr 2022-ci tarixdə saat 23:45-də çavuş Şahid1 tərəfindən onun tapşırığına əsasən Bakı şəhəri, ünvan 5 ünvanındakı yaşayış binasında yerləşən «Araz Market»də quraşdırılmış «E -Manat» ödəmə terminalı vasitəsi ilə vətəndaş Şahid12 adına rəsmiləşdirilmiş, «Leobank» Banka aid 4098 5844 6733 8438 nömrəli kart hesabına göndərilmiş 200 (iki yüz) manat məbləğində pulu kartdan məxaric edərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almışdır. Bakı Hərbi Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi E.H.Vəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Bəhrəmzadə Sabit Xanlar oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 12 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi E.H.Vəliyev kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və CM-nin 70-ci maddəsinə əsasən hüquqlarını müdafiə etdiyi şəxsə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) bir sıra maddələrinə, işin müəyyən edilmiş faktiki hallarına, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçisi E.H.Vəliyev həmin şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hökm çıxararkən iş üçün əhəmiyyətli hallara diqqət yetirməmiş, hüquqlarını müdafiə etdiyi şəxsin əvvəllər məhkum edilməməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, bir çox fəxri fərman və medallarla təltif edilməsini nəzərə almamış, təqsirli bilindiyi yalnız bir maddə üzrə CM-in 62-ci maddəsini tətbiq etməklə kifayətlənmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi də qeyd olunan halları nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. Halbuki, göstərilən hallar Məhkum cəmiyyətdən təcrid edilmədən də islah oluna biləcəyi barədə nəticəyə gəlmək və onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün kifayət qədər əsas verir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi E.H.Vəliyev kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsin in Cinayət Kollegiyasının 18 fevral 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, məhkumun digər müdafiəçisi Müdafiəçi2 isə sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə d axil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi E.H.Vəliyevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsinə dair qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinə əsa sən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi E.H.Vəliyevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasə n cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, ya xud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslard an biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin yuxarıda şərh edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası müdafiəçi E.H.Vəliyevin kassasiya müraciətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq həmçinin aşağıdakıları da qeyd etməyi zəruri bilir. Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, müdafiəçi E.H.Vəliyev həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yet irilib-yetirilməməsini, bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiya məhkəməsi tərəfindən sonuncunun barəsində cəza təyini hissəsində qeyri-humanist və ədalətsiz qərar qəbul edilməsini iddia edir. Bununla belə, CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq həmin şikayətə baxılması tlə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, zərər çəkmiş şəxsin nümayəndəsinin, çoxsaylı şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPMnin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin tam sübuta yetirilməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunan məsələlərlə bağlı həmin məhkəmələrin gəldikləri nəticələri qanuni hesab edir və bu nəticələrin şübhə altına alınması üçün heç bir əsas görmür. Məhkum barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın ş əxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və bu məsələdə məhkəmələrin üzərinə düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsi qoyulur. Belə tələb qanunvericiliyin aşağıdakı müddəlarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi möqeyindən və Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitu siyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumiyyətlə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 2.1 və 2.2-ci madd ələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edi r. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfi ndən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrind ə nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsində isə müəyyən edilmişdir ki, Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 70.1-70.3-cü maddələrinin tələblərindən görünür ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşa ğıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübut etməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsi nə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsi nə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzg ün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə mövqedən çıxış etmişdir ki, cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin d airəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-nin 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-nin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olm aqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (CMnin 70.5-ci maddəsi). Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilmə sinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçiri lmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ali Məhkəmənin Plenumunun göstərilən Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən isla h olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zama n hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Göründüyü kimi, həm qanunverici, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumları şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkum barəsində seçilmiş cəz a tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkumun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 311.3.2-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 341.1ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 335.1-ci maddəsinin sanksiyasında isə bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzaları nəzərdə tutulmuşdur ki, birinci instansiya məhkəməsi də məh kum olunmuş şəxsə həmin maddələrdə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətdiyinə görə CM-in 62-ci maddəsi tətbiq edilməklə (CM-in 311.3.2-ci maddəsinə münasibətdə) onun göstərilən digər maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qanuni və kifayət qədər ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin məhkəmənin bu nəticəsi ilə razılaşmış, digər tərəfdən hər iki məhkəmə Məhkum cəmiyyətdən təcrid olunmadan islah oluna biləcəyi üçün əsaslar müəyyən etməmiş və onun yalnız azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsi halında cəzanın məqsədlərinin təmin edilməsini mümkün saymışlar. Kassasiya kollegiyası da Məhkum cəza təyini ilə bağlı birinci və a pellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşır və kassasiya icraatı mərhələsində həmin məhkəmələrin nəzərə almadıqları cəzanı yüngülləşdirən hər hansı halın müəyyən edilməməsini qeyd edir. Belə olan halda məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarından, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən, habelə cinayət işi üzrə müəyyən edilmiş faktiki hallardan çıxış edərək kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayır və həmin şikayətin təmin edilməsi, Məhkum haqqında isə CM-nin 70-ci maddəsinin tətbiq olunması, yəni ona təyin olunmuş cəzanın şərti hesab edilməsi üçün əsaslar görməyərək mübahisələndirilən qərarın bu əsasla dəyişdirilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayə tinin təmin edilməsi barədə müdafiəçi E.H.Vəliyevin və həmin şikayətin təmin edilməməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, həmin şikayət təmin edilməməklə Məhkum CM-nin 311.3.2, 341.1 və 32.3, 3351-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31 1.3.2, 341.1 və 32.3, 3351-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-2/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-2/2025
18.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver