Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-20/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mahmudov Kamran Fikrət oğlu və məhkum X1 müdafiəçisi Mirzəyev Cəlil Şükür oğlunun iştirakları ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.3, 338.1 və 341.3-cü maddələr ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi C.Ş.Mirzəyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər V.Nəsirovun sədrliyi və məruzəsi, S.Hüseynov və M.Bağırovdan ibarət tərkibdə) xx xxxx 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.3, 338.1 və 341.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 125-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 300 (üç yüz) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə 03(üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 338.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məh kum təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən, azadlıqdan məhrum etmə cəzası ilə cərimə cəzasını isə tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 338.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 332.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cə zasına, CM-in 338.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən X9 təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən X9 təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Lakin hazırda onun barəsində kassasiya şikayəti və ya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsi təhqir etmiş, işgəncə vermiş, döymüş, habelə Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarı lması və dəf olunması üzrə döyüş növbəsi çəkmə qaydalarını dövlətin təhlükəsizliyi mənafelərinə zərər vura biləcək şəraitdə pozmuş, rəis kimi döyüş şəraitində müntəzəm olaraq öz qulluq mövqeyindən sui-istifadə etmiş, qulluq səlahiyyətini aşmış və qəsdən hakimiyyətdən istifadə etməmiş, həmçinin xidməti cəhətdən ondan asılı olmuş zərərçəkmiş şəxslə amansız rəftar etməklə və onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Gədəbəy rayonu Qala kəndinin ərazisində yerləşən 2-ci taborunun 6-cı bölüyünün 2-ci tağımının komandiri-post başçısı vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək şərti olaraq “Sarı n ər” adlandırılan döyüş postunun ərazisində tabeliyində olan əsgər X2 şərəf və ləyaqətini alçaltmaq, əsgərlərin qarşısında öz üstünlüyünü nümayiş etdirməklə əsgərləri təsir altında saxlamaq, özünə tabe etdirmək, özünü postda güclü komandir kimi göstərmək məqsədi ilə əsgər yoldaşlarının qarşısında müntəzəm olaraq xxxun xəbərçi olduğunu, yeməkləri yaxşı bişirmədiyini və qabları yaxşı yumadığını irad tutub ünvanına söyüşlər söyməklə, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsi təhqir etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə xidmətdə olarkən xx xxxxxx 2016-cı il tarixdə saat 24 radələrində şərti olaraq “Sarı nər” adlandırılan döyüş postunda “aşbaz” kimi xidmət edən əsgər X4 və X5 qanunsuz olaraq istirahət saatında əsgər xxxun kor bağırsağında n cərrahiyyə əməliyyatı olunduğunu, əsgər xxxun isə həmin vaxt bədən hərarətinin 37.3 dərəcə olduğunu bilə-bilə yuyulmuş qablar təmiz ola-ola bir neçə qabın toz olmasını bəhanə edərək əsgər xxxu nalayiq sözlərlə təhqir edərək hər iki əsgəri şaxtalı havada həmin qabları xx xxxxxx 2016-cı il tarixdə saat 24 radələrindən xx xxxxxx 2016-cı il tarixdə saat 02:30 radələrinədək yumağa məcbur etmiş, bununla da, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxslərə işgəncə vermişdir. Bundan başqa, Məhkum həmin vəzifədə xidmətdə olarkən xx xxxxxx 2016-cı il tarixdə saat 17 radələrində şərti olaraq “Sarı nər” adlandırılan döyüş postunda yeməkxanada olan sobanın əsgər xxx tərəfindən alışdırıldığını eşidib yeməkxanaya daxil olaraq xxxun üstünə əsəbi halda gedib qışqıraraq əsgər yoldaşlarının yanında onun ünvanına söyüşlər söymüş, xxx “bilmədim, komandir” dedikdə xxxun həmin sözündən əsəbləşən Məhkum onun ünvanına yenə söyüşlər söyərək yaxasından tutub onun sifətinə 1 sillə, sinəsinə 3 yumruq zərbəsi vuraraq, ona “get, rədd ol, kaska-bronjiletini geyin gəl” əmri vermiş, bir neçə dəqiqədən sonra xxx dəbilqəsini və zirehli gödəkcəsini geyinərək yeməkxananın qarşısına gəlib özünü Məhkum təqdim etmiş, Məhkum xxxun kor bağırsağından cərrahiyə əməliyyatı olunduğunu bilə-bilə şaxtalı havada yeməkxananın qarşısında əsgər yoldaşlarının gözü önündə həmin gün saat 17:00-dan 19:30-dək onu “farağat” vəziyyətində dayanmağa məcbur etmişdir. Həmin vaxt xxx şaxtalı havada qala bilməməsi və zirehli gödəkcənin onun əməliyyat olunduğu yeri ağrıtması, Məhkum onu döymə si və söyüşlərlə təhqir etməsi, şərti olaraq “Sarı nər” adlandırılan döyüş postunun hərbi qulluqçusu manqa komandiri çavuş X6 onun yeməkxanada olan sobaya miqdarından artıq çox yanacaq töküb alışdırması barədə Məhkum yalan məlumat verməsi barədə öz-özünə gileyləndiyini görən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər X7 xxxu nalayiq sözlərlə təhqir edib onun çənəsinə bir yumruq zərbəsi vuraraq yaxasından tutub ayaqlarına çoxlu sayda təpik zərbələri vurduğunu görən Məhkum onlara yaxınlaşaraq P.E.Salehova əsgərlərin yanında xxxu döyməməsini, onun “xəbərçi” olduğunu, hərbi hissənin komandanlığına xəbərləyəcəyini bildirmiş, bundan bir neçə dəqiqə sonra, saat 18:40 radələrində əsgər xxxa yenidən yaxınlaşaraq yaxasından tutub onun sinəsinə iki yumruq zərbəsi vuraraq möhkəm silkə ləmiş və ona söyüşlər söyərək bir daha sobanı alışdırmasını irad tutub hirsli-hirsli nalayiq sözlərlə təhqir etmişdir. Bir müddət sonra saat 19:00 radələrində Məhkum postun şəxsi heyəti şam yeməyi yeyən zaman yeməkxananın qarşısında şaxtalı havada gözləyən xxxu yeməkxanaya çağırıb üzərindəki dəbilqə və zirehli geyimi çıxartmağını tələb etmiş və ona əsgər yoldaşlarının qarşısında söyüşlər söyərək onu aşbazlıqdan çıxartdığını, həmin dəqiqədən etibarən döyüş növbəsinə təyin ediləcəyini bildirərək, həmçinin hər gün yeməkdən sonra çirkli qabları yuyacağını bildirmiş, həmin tarixdən etibarən yəni, xx xxxxxx 2016-cı il tarixdə axşam yeməyindən sonra xxxu aşbazlıqdan azad edərək döyüş növbəsinə təyin etmiş və şəxsi heyyətin yediyi yeməklərin çirkli qablarını yuduzdurmuşdur. Bundan başqa, Məhkum hə min vəzifədə xidmətdə olarkən xx xxxxxx 2016-cı il tarixdə saat 22 radələrində şərti olaraq “Sarı nər” adlandırılan döyüş postunda xəstəliyi ilə əlaqədar yataqxanada yatan əsgər Şahin Məmmədovun qızdırmasının aşağı salınması məqsədi ilə belini sirkə ilə ovmaq üçün xxxu yeməkxanaya sirkə gətirməyə göndərmiş, xxx yeməkxanadan qayıdıb yataqxanaya girərkən Məhkum xxxu yanına çağırıb onun alt köynəyində çölə çıxdığını irad tutaraq əsgər yoldaşlarının yanında nalayiq sözlərlə təhqir edib üstünə gedərək sinəsinə iki yumruq zərbəsi vurub geri itələmiş, həmin zərbələrin təsirindən xxx arxaya gedib divara dəymiş və divarda söykənikli vəziyyətdə qalmış, həmin zərbələrdən sonra Məhkum ona şam yeməyinin qablarını yumaq və gecə saat 24-dən saat 02-dək döyüş növbəsinə getmək əmrini vermişdir. Bundan başq a, Məhkum həmin vəzifədə xidmətdə olarkən uzunmüddətli müdafiə döyüşündə döyüş növbəsinin təşkili və aparılması qaydalarını nizamlayan Azərbaycan Respublikası Quru Qoşunlarının Müvəqqəti Döyüş Nizamnaməsinin 9 və 11-ci maddələrinin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin 159-166-cı maddələrinin tələblərini pozaraq, döyüş növbəsi (xidməti) çəkmə qaydalarına və hərbi hissə komandanlığının müvafiq döyüş sərəncamlarına uyğun olaraq döyüş postunda postun şəxsi heyətinin ayıq-sayıq döyüş xidməti aparmalarını təmin etməli, zərurət olarsa, yəni düşmənin real hücum təhlükəsi olduğu halda tağım komandiri kimi şəxsi heyətə döyüş həyəcanı verərək postun müdafiə zolağını təşkil və təmin etməli olduğu halda, həmin vəzifələri yerinə yetirməyərək düşmə nlə üzbəüz yerləşən, düşmənin hücum təhdidi altında olan müdafiə ərazilərinin müdafiəsini, həmçinin döyüş postunun müdafiə və döyüş qabiliyyətini zəiflətmiş, nəticədə düşmən hücumları və düşmən kəşfiyyatının müdafiə ərazisinə soxulması üçün əlverişli şərait yaranmış, habelə, həmin nizamnamələr əsasında hərbi hissə komandiri tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli 01 saylı əmrin tələblərini pozaraq tağım komandiri kimi təyin olunduğu, düşmənlə üzbəüz dayanmış, şərti olaraq «Sarı nər» adlandırılan döyüş postunda xidməti düzgün təşkil etməmiş, xidməti vəzifələrinin icrasına laqeyd və vicdansız yanaşaraq müntəzəm olaraq, eləcə də, xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək döyüş növbəsinin döyüş postlarında deyil, özünün yatdığı əsgər yataqxanasının qarşısında aparıl ması barədə göstəriş verərək uzun müddət döyüş postlarını və düşmən mövqelərini müşahidəsiz buraxmaqla Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını, dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcəyi şəraitdə pozmuşdur. Bundan başqa, Məhkum həmin vəzifədə xidmətdə olarkən şərti olaraq “Sarı nər” adlandırılan döyüş postunda post başçısı kimi döyüş növbətçilərini təhlükəsizlik qaydaları ilə tanış etməli, əsgərləri növbəyə çıxarmalı, növbə müddəti ərzində döyüş növbətçilərini mütəmadi olaraq yoxlamalı olduğu halda, bu vəzifələrini icra etməmiş, qeyd olunan işləri əsgərlərin özlərinin yerinə yetirməsi barədə qanunsuz göstəriş vermiş, həmçinin xx xxxxxx 2016-cı il tarixədək N saylı hərbi hissə komandirinin xx xxxxxxx 2016-cı il tarixli 1099 saylı əmri ilə şərti olaraq “Sarı nər” adlandırılan döyüş postunda “aşbaz” kimi xidmət etmiş və həmin tarixədək döyüş növbətçiliyinə təyin edilməyən əsgər xxxu hərbi hissə komandirinin əmrini pozaraq qanunsuz olaraq “aşbaz” kimi xidmətdən azad edib döyüş növbəsinə təyin etmiş, həmin gündən etibarən aşbazlıqdan çıxarılıb döyüş növbəsinə təyin edilməsinə baxmayaraq xx xxxxxx 2016-cı il tarixdə şam yeməyindən sonra xx xxxxxx 2016cı il tarixədək hər gün üç dəfə bütün şəxsi heyətin yediyi yeməyin çirkli qablarını yuduzdurmuş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər xxx, xxx və xxx əsgər xxxun kor bağırsağından əməliyyat olunduğu yerin şişdiyini və onun döyüş növbəsini apara bilmədiyini deməsinə baxmayaraq xxxun döyüş növbəsinə təyin edilməsi barədə göstəriş vermişdir. xx xxxxxx 2016-cı il tarixdə saat 06:00-dan saat 08:00-dək döyüş postunda xidmət aparan xxxa saat 08-dən sonra əlavə olaraq səhər yeməyinin çirkli qablarını yuduzdurmuş və həmin gün saat 12:00-dan saat 14:00-dək döyüş postuna təyin etmiş, bununla da, Məhkum rəis kimi döyüş şəraitində müntəzəm olaraq öz qulluq mövqeyindən sui-istifadə etmiş, qulluq səlahiyyətini aşmış və qəsdən hakimiyyətdən istifadə etməmişdir. Beləliklə, Məhkum xidməti cəhətdən ondan asılı olmuş xxxla amansız rəftar etməklə və onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla xxxu özünü öldürmə həddinə çatdırmış, nəticədə əsgər xxxun xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixə saat 12-dək olan müddət ərzində xidməti cəhətdən tabe olduğu Məhkum mütəmadi olaraq yuxarıda göstərilən nizamnamədən kənar zorakı hərəkətlərinə məruz qalaraq, sonuncu tərəfindən danlanması, əsgər yoldaşlarının qarşısında mənəvi və fiziki təzyiqlərə məruz qalması, söyüşlərlə təhqir olunması, sıranın qabağında zirehli gödəkçədə saxlanılaraq nalayiq sözlərlə təhqir edilib işgəncələrə məruz qoyulması, təhqir oluna-oluna bədəninin müxtəlif nahiyələrinə yumruq və sillə zərbələri vurulması, aşbaz kimi döyüş növbətçiliyinə təyin edilməli olmadığı halda qanunsuz olaraq aşbazlıqdan çıxarılaraq həmin tarixədək döyüş növbəsinə təyin edilməsi, xx xxxxxx 2016-cı il tarixdə şam yeməyindən sonra xx xxxxxx 2016-cı il tarixdə saat 12-dək postda olan şəxsi heyətin yediyi yeməyin çirkli qablarının hər gün 3 dəfə yuduzdurulması, əməliyyat olunduğu yaranın şişməs inə baxmayaraq işgəncə vermək məqsədilə döyüş növbəsinə təyin edilməsi ümumilikdə xxxda psixoloji gərginlik yaratmış, bunun nəticəsində o, xx xxxxxx 2016-cı il tarixdə saat 12:45 radələrində depressiv reaksiya halını keçirərək N saylı hərbi hissənin Gədəbəy rayonunun Qala kəndinin ərazisində yerləşən 2-ci taborunun 6-cı bölüyünün 2-ci tağımının 2-cı manqasının yerləşdiyi şərti olaraq “Sarı nər” adlandırılan döyüş postunun ərazisində iri çaplı pulemyot üçün nəzərdə tutulmuş uzun müddətli atəş nöqtəsində ona təhkim olunmuş «AKM» markalı, LB 8495 saylı avtomat silahdan ürək nahiyəsinə bir dəfə atəş açaraq həyat üçün təhlükəli olan və ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olmaqla ölümlə nəticələnmiş, «giriş dəliyi döş qəfəsinin ön səthində solda, çıxış-döş qəfəsinin arxa sət hində solda, yara kanalı boyunca sol İV və V qabırğaların sınıqları, sol ağciyərin və sol ağciyər arteriyasının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsini bir ədəd dəlib keçən yara» xəsarəti yetirərək özünü öldürmüşdür. Hökmdən Məhkum və müdafiəçisi H.R.Salahov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər T.A.Muxtarov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Məhkum və onun müdafiəçisi H.R.Salahov tərəfindən verilmiş apellyasiya şikayətlərini qismən təmin etmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.3, 338.1 və 341.3-cü maddələri ilə məhkum olunmasına dair Gəncə Hərbi Məhkəməsinin «03 » oktyabr 2017-ci il tarixli, 1-1(095)-178/2017 nömrəli hökmü Məhkum və onun müdafiəçisi H.R.Salahovun apellyasiya şikayətlərinə münasibətdə, Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə 04 (dörd) il müddətinə endirilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən hazırkı qərarla CM-in 341.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Gəncə Hərbi Məhkəməsinin «03» oktyabr 2017-ci il tarixli, 1-1(095)-178/2017 nömrəli hökmünə əsasən CM-in 125-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, CM-in 331.3-cü maddə si ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və CM-in 338.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən, azadlıqdan məhrum etmə cəzaları ilə CM-in 331.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 300 (üç yüz) manat miqdarında cərimə cəzasını isə tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi C.Ş.Mirzəyev kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi C.Ş.Mirzəyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı məhkuma təyin olunmuş cəzanın müddətinə dair hissədə əsassız və qanunsuzdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərar çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada tədqiq etməyərək əməlin tövsifində səhvə yol vermiş, zərər çəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizəsində onun Məhkum qarşı heç bir şikayət və tələbinin olmadığını, işin faktiki hallarını, o cümlədən Məhkum xarakterizə edən halları və digər halları kifayət qədər nəzərə almamışdır. Qeyd olunanlara əsasən Gəncə Apellyasiya Məhkəməsi nin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilməsini, Məhkum Cinayət Məcəlləsinin 125, 338.1 və 341.3-cü maddələri ilə bəraət verilməli və ona Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi C.Ş.Mirzəyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı K.F.Mahmudovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı S.B.Əhmdəliyə cəza təyininə dair hissədə dəyişdirilməlid ir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərə çkəmiş şəxs xxx və zərər çəkmiş şəxsin hüquqi varisi X11 isə məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməlləri AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 125, 331.2, 331.3, 338 və 341.3-cü maddələri ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum və müdafiəçisi H.Salahovun apellyasiya şikayətləri əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, hökm Məhkum cəza təyininə dair hissədə dəyişdirilmişdir. Hazırkı kassasiya şikayətində isə Məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək CM-in 125, 338.1 və 341.3-cü maddələri ilə ona bəraət verilməsini, CM-in 331.2 və 331.3-cü maddələri ilə isə azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (Azəbaycan Respublikası CPM, maddə 42). Həm birinci instansiya, həm də apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini t apan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına verilən hüquqi qiymətdir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi, Məhkum CM-in 125, 331.2, 331.3, 338.1 və 341.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən zərər çəkmiş şəxs xxxun, z ərər çəkmiş şəxsin hüquqi varisi xxxun, şahidlər xxx məhkəmə baxışında verdikləri ifadələri, məhkəmə ekspertizalarının rəyləri, yazılı sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hü quqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 125, 338.1 və 341.3-cü maddələri ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən ona CM-in 125, 338.1 və 341.3-cü maddələri ilə bəraət verilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 125, 331.2, 331.3, 338.1 və 341.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı cinayət işinin materi allarından göründüyü kimi, birinci instansiya məhkəməsi məhkum xxxyə cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətməsini, əməllərindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs xxxun və zərər çəkmiş şəxsin hüquqi varisi xxxun ona qarşı heç bir tələb və şikayətinin olmamasını Azərbaycan Respublikası CM-in 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, habelə, onun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə xxxyə münasibətdə sadalanan hallardan əlavə onun gənc olmasını, on beş ilə yaxın hərbi xidmət keçməsini, zərər çəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini mühüm hal kimi qiymətləndirərək CM-in 341.3-cü maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətini CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə endirmiş və CM-in 66.3-cü maddəsinə əsasən ona qəti cəza olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 manat miqdarında cərimə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində CM-in 341.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının və onun müddətinin müəyyən edilməsinə dair yuxarıda qeyd edilən mövqeyini təhlil edən məhkəmə kollegiyası hesab edir ki, ona CM-in 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza törədilmiş cinayətin xarakterinə və icti mai təhlükəlilik dərəcəsinə uyğun olsa da, həmin cəzanın müddəti cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipləri baxımından azaldılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına həmin Məcəllənin 62-ci maddəsini tətbiq edərək cəza təyin etməklə düzgün nəticəyə gəlsə də, cəzanın həddini müəyyən edərkən düzgün nəticəyə gəlməmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halın isə olmamasını kifayət qədər nəzərə almamış və ona nisbətən ağır cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş ba şqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngül ləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza bir inci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Bundan başqa qeyd edilən xx xxxx 2003-cü il tarixli Plenum qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda, məhkəmə işin hallarını, təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd olunan yüngülləşdirici halları, həmçinin Məhkum cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almaqla, cinayət qanunvericiliyinin cəza təyininə dair yuxarıda qeyd edilən normalarının məzmunu baxımından Məhkum Azərbaycan Respublikası CMin 341.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 3 il 6 ay müddətinə endirilməsini mümk ün və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0 və 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı Məhkum barəsində cəza təyininə dair hissədə dəyişdirilsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegi yasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il müddətindən 3 (üç) il 6 (altı) ay müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hazırkı qərarla həmin Məcəllənin 341.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Gəncə Hərbi Məhkəməsinin «03» oktyabr 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə - qismən, Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 300 (üç yüz) manat miqdarında cərimə cəzası ilə - tam toplanılsın, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Qərar qalan hissədə, o cümlədən cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanmasına dair hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-20/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-20/2019
31.01.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver