Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-20/2021 26.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), X8 və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Səfərov tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası H ərbi Məhkəməsinin (hakimlər İ.S.İbrahimov (sədrlik edən və məruzəçi), E.F.Salmanov və S.S.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 2019cu il tarixli hökmü ilə xx xxxx 2000-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, məhkum olunmayan, Yevlax şəhəri, M.H.Şəhriyar küçəsi, ev 9-da qeydiyyatda olan, Məhkum CM-in 151, 182.2.1, 331.2, 331.3 və 332.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 151-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 331.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 332.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 331.2-ci m addəsi ilə 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-in 68.1-ci maddəsinə əsasən intizam xarakterli hərbi hissədə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulduğundan, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə. cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X11 da təqsirli iblinib məhkum olunmudur. İşin halları: Birinci instasniya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinimişdir ona görə ki, o, xx xxxx 2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağrılıb N №-li hərbi hissədə “atıcı” vəzifəsin də xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq 2019-cu ilin avqust ayının 10-da bölük növbətçisi naryadında olarkən axşam saatlarında əsgər X11 ilə cinayət əlaqəsinə girərək sonuncunun əvvəlcədən seksual xarakterli hərəkətlər etdikdən sonra mobil telefonla video çəkiliş aparmasını deyib özündən asılı vəziyyətə saldığı əsgər X2 xarakterli hərəkətlərə məcbur etmələri ilə bağlı qabaqcadan razılaşmış, A.Z.Zamanov V.Q.Məhərrə movu tualetə göndərərək arxasınca gedib bu asılılığından istifadə edərək onu seksual xarakterli hərəkətlərə məcbur etmiş, aralarında olan razılaşmaya əsasən ondan sonra Məhkum gəlib ona qarşı seksual xarakterli hərəkətlər edəcəyini bildirmiş, bundan sonra Məhkum V.Q.Məhərrəmovun gün növbətçisi olaraq ondan xidməti, eyni zamanda A.Z.Zamanovdan asılılığından istifadə edərək tualetə gedib V.Q.Məhərrəmovu seksual xarakterli hərəkətlərə məcbur etmiş, sonra Məhkum həmin əməllərini davam etdirərək V.Məhərrəmovun ondan xidməti və digər asılılığından istifadə edərək 2019-cu ilin avqust ayının ortalarında ayrı-ayrı vaxtlarda iki dəfə onu seksual xarakterli hərəkətlərə məcbur etmiş, eyni zamanda qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan əlavə o, Daxili Xidmət Nizamnaməsinin 38 -ci maddəsinin yuxarıda qeyd olunan tələbini pozaraq 2019-cu ilin iyul ayının əvvəllərində, saat 11 radələrində ərzaq anbarında təmizlik işləri görərkən ona kömək etməkdən imtina etməsi səbəbindən tabelik münasibətlərində olmayan əsgər X1 yaxasından yapışıb onu bir neçə dəfə qutulara çırpmaqla ona qarşı zor tətbiq edərək təkrar qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan başqa o, 2019-cu ilin avqust ayının 11-də saat 15 radələrində bölük növbətçisi naryadında olarkən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı Daxili Xidmət Nizamnaməsinin 38 və 47-ci maddələrinin qeyd olunan tələblərini pozaraq əsgər X11 ilə birlikdə, qrup halında həmin vaxt gün növbətçisi naryadında öz tabeliyində olan əsgər V.Q.Məhərrəmovun xidmətdə olarkən yatması səbəbindən yataqxanada A.Z.Zamanov şillə ilə başından, o, isə yumruqla qarnından, təpiklə ayağından vuraraq onu döymüşdür. Bundan başqa Məhkum bölük növbətçisi naryadında olarkən Nizamnamənin tələblərini pozaraq gün növbətçisi naryadında öz tabeliyində olan əsgər V.Q.Məhərrəmovu 2019-cu il avqust ayının 12-də saat 19 radələrində tualetdən suyun axaraq məişət otağı dolması səbəbindən yataqxanada şillə ilə başından bir dəfə, həmin gün saat 23 radələrində nəzarət buraxılış məntəqəsini nəzarətsiz qoyub yataqxanaya gəlməsi səbəbindən şillə ilə başından bir dəfə və 2019-cu ilin avqust ayının 13-də saat 18 radələrində tualeti yaxşı təmizləməməsi səbəbindən şillə ilə başından bir dəfə vurmaqla onu təhqir etmişdir. Bundan əlavə Məhkum 2019-cu ilin avqust ayının ortalarında A.Z.Zamanovla cinayət əlaqəsinə girərək V.Q.Məh ərrəmovdan hədə-qorxu ilə pul tələb edib özgə əmlakını ələ keçirərək aralarında bölüşdürmək barədə qabaqcadan razılaşmış, A.Z.Zamanovla birlikdə sonuncunun V.Q.Məhərrəmova qarşı seksual xarakterli hərəkətlər edərkən mobil telefon vasitəsilə çəkiliş aparmasından məlumatı olmasını bildirib barəsində olan həmin rüsvayedici məlumatları yaymaqla hədələyərək ondan 30 manat pul tələb etmiş, sonuncu poçt vasitəsilə birlikdə xidmət etdiyi əsgər yoldaşlarının adına müvafiq olaraq 20 və 10 manat göndərtdirmişdir. Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin (hakimlər V.K.Quliyev (sədrlik edən və məruzəçi), Ə.N.Novruzov və F.R.Məmmədovdan ibarət tərkibdə) 1-1(108)01/2020 nömrəli xx xxxxxx 2020- ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hö kmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Səfərov Elşən Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasının qeyd edilən qərarı qəbul ediləndən sonra xx xxxxxx 2020-ci il tarixdə zərərçəkmiş şəxs X5 notarial təsdiqlə ərizə yazaraq, təqsirləndirilən şəxs Anar Zamanov və Məhkum ilə barışdığını, onları bağışladığını və onlara qarşı iddia və tələbi olmadığını bildirmiş, onların cəzasını yüngülləşdirməyi xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsi cinayət əməlinin tövsifi zamanı da səhvə yol vermi şdir. Məhkum qarşı tətbiq edilmiş Azərbaycan Respublikası CM-in 151-ci maddəsində “maddi və ya sair asılılıqdan” bəhs edilir. Burada “sair asılılıq” dedikdə maddi asılılıq istisna olmaqla, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən xidməti, işi, habelə sosial vəziyyəti ilə əlaqədar asılı olması başa düşülür. Məsələn, tələbənin müəllimdən, işçinin müdirdən asılılığı və s. Həmin maddədə olan tərkibin obyektiv cəhətini təşkil edən “sair asılılıq” əlamətinin məhz belə başa düşülməli olduğu cinayət hüququ sahəsində araşdırma aparan alimlərimizin yazdığı Cinayət Məcəlləsinin kommentariyalarında da əksini tapmışdır. Hazırki işdə isə rüsvayedici məlumatları yaymaq hədəsi “sair asılılıq” kimi qiymətləndirilmişdir. Halbuki, Azərbaycanın cinayət qanununda əgər qanunverici belə xarakterli məlumatları n yayılması hədəsini nəzərdə tutursa, bunu birbaşa göstərir. Bu səbəbdən də Məhkum qarşı CM-in 151-ci maddəsi tətbiq edilməli deyildi. Bununla yanaşı zərərçəkmiş Valeh Məhərrəmovdan alınmasına cəhd edilən məbləğin 30 manat təşkil etdiyi, rüsvayedici məlumatları əks etdirən çəkilişlərin realda olub-olmadığı, zərərçəkmiş şəxs barəsində kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertiza üzrə psixiatrik ekspertin xx.xx.2019-cu il tarixli 31 saylı rəyindəki cinsi inkişaf və orientasiya ilə bağlı qənaəti və cəzanın təyin edildiyi zaman nəzərə alınmalı idi. Təqsirləndirilən şəxs X10 zərər çəkmiş şəxslərin ikisi ilə - X12 və X5 ilə barışması, hər ikisinin məhkəməyə rəsmi müraciəti. Anar Zamanovun istintaqda əməllərini ətraflı ifadə etməsi, törətdiyi cinayət əməllərini səmimi etiraf edib, əməlindən peşman olmasını, ilk dəfə məhkum olunduğu cəzanın yüngülləşdirilməsi baxımından nəzərə alınması cinayət qanununun əsaslandığı humanizm və ədalət prinsiplərinə uyğun olardı. Kassator göstərilənləri nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və Naxçıvan Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum barəsində təyin edilmiş cəzanın müəyyən qədər yüngülləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Yaqut Əliyevanın çıxışını dinləyərək be lə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib- verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin ilk dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 151-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CMin 151-ci maddəsinə əsasən, əmlakın məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə bu maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət işinin materiallarındakı sübutlardan müəyyən edilir ki, Məhkum zərərçəkmiş şəxs Valeh Məhərrəmova qarşı seksual xarakterli hərəkətlər edərkən mobil telefonla videoçəkiliş aparmasını deyib, həmin çəkilişi şəxsi heyət arasında yayacağı ilə hədələyərək onu uşaqbazlığa və digər seksual xarakterli hərəkətlər etməyə məcbur etmiş, Məhkum həmçinin məhz bu videoçəkilişdən istifadə edərək iş üzrə digər məhkum X11 ilə uşaqbazlığa və digər seksual xarakterli hərəkətlər etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs Valeh Məhərrəmov da ifadələrində qeyd etmişdir ki, o, Məhkum onu videoçəkilişlə təhdid etdiyinə görə rüsvay olmasından qorxub onunla uşaqbazlığa və digər seksual xarakterli hərəkətlər etməyə məcbur olmuş, həmçinin əsgər Məhkum ilə uşaqbazlığa və digər seksual xarakterli hərəkətlər etməyə razılıq etmişdir. Başqa sözlə, Məhkum zərərçəkmiş V.Məhərrəmova qarşı etdiyi seksual hərəkətləri onu gələcəkdə yayacağı adı ilə z ərərçəkmişi daima qorxu altında və özündən asılı vəziyyətdə saxlamaq niyyəti ilə telefonla videoya çəkmiş, sonra isə bu videoçəkilişi yayıb onu rüsvay edəcəyini bildirərək onunla uşaqbazlıq və seksual xarakterli hərəkətlər etmiş, həmçinin zərərçəkmişi iş üzrə digər Məhkum ilə uşaqbazlığa və digər seksual xarakterli hərəkətlər etməyə razı salmışdır. Bu fakt isə Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsində təsbit edilən “zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə”nin tərkibini yaradır. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları Azərbaycan Res publikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkuma isnad edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, Məhkum təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş və iş üzrə mötəbər sübutların məcmusu il ə məhkumun təqsiri sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkumnın cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 182.2.1, 331.2, 331.3 və 332.2.1-ci maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətinin digər dəlili Məhkum təyin olunmuş cəzanın ədalətsiz və ağır olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassator məhkum olunmuş şəxs birinci instansiya məhkəməsinin təqsirkar barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını iddia etsə də, hökmdən görünür ki, məhkəmə Məhkum əməlindən peşman olmasını cəzanı yüngülləşdirən h al kimi nəzərə almış və onun cəzasını ağırlaşdıran halı isə CM-in 331.2 və 151-ci maddələrindəə nəzərədə tutulan əməllərini təkrar, CM-in 151-ci maddəsində nəzərdə tutulan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə almış və Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməklə ümumilikdə cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cina yət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Kollegiyanın qənaəti belədir ki, istər göstərilən qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda işə baxan məhkəmələrin Məhkum Azərbaycan Respublikası CM-in 151 -ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə, CM-in 182.2.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə, CM-in 331.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə, CM-in 332.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə, CMin 331.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə (CM-in 68.1-ci maddəsi nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzası növünə və həddinə görə ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Kollegiya onu da qeyd edir ki, bu cür hərəkətlər Orduda nizam- intizama ciddi mənfi təsir edən amillərdəndir. Təyin edilən cəza həm də digərlərinə münasibətdə çəkindirici rol oynamalı, yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri, ictimai- təhlükəliliyi fövqündə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 182.2.1, 331.2, 331.3 və 332.2.1-ci maddələri ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasının həddini əsaslı və kifayət qədər ədalətli hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası F.Y.Ramaldanovun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 182.2.1, 331.2, 331.3 və 332.2.1-ci maddələri ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum müdafiəçisi E.Z.X9 Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmi n edilməsin. Məhkum barəsində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-20/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-20/2021
26.02.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver