Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-20/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktya br 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin (hakimlər Vüqar Məmmədov (sədr), Kamran Muxtarov (məruzəçi), Nurəddin Hüseynli) 09 avqust 2022-ci il tarixli, 1-1(095)-24/2022 nömrəli 09 avqust 2022-ci il tarixli hökmü ilə 03 mart 2003-cü il tarixdə Masallı rayonu Hişkədərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonu Hişkədərə kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin 2-ci tabor, 4-cü bölük, 3-cü taqım, 1-ci manqasının baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə qaldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 3-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsində əsgər hərbi rütbəsində 11 nömrəli döyüş mövqeyində müddətli həqiqi hərbi xidmətdə olarkən onunla eyni manqada birgə xidmət edən əsgər X3 2021-ci ilin iyul ayında, daha sonra isə 08 avqust 202 1-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə saat 14:15-dək ona işləməkdən yayınmağa çalışdığına görə bir neçə dəfə irad bildirməsinə görə aralarında sözlü münaqişə yaranmışdır. Əsgər Məhkum 09 avqust 2021-ci il tarixdə saat 14:35-də həmin döyüş mövqeyində müdafiə səngərində olarkən əsgər Vilayət Cəfərovun növbəti dəfə ona yaxınlaşıb işləməməsinə görə kobud şəkildə sözlə iradını bildirib ünvanına nalayiq söz deməsindən daha da əsəbiləşərək aralarında yaranmış şəxsi münaqişə və ədavət zəminində onun ünvanına nalayiq ifadə işlədib səngərdən çıxaraq iti addımlarla Vilayət Cəfərovun üzərinə getmiş, sol əli onun boyun hissəsindən tutmuş, sağ əli ilə isə qəsdən sonuncunun həyat üçün təhlükəli hesab edilən qaraciyər nahiyəsinə yumruqla bir möhkəm zərbə, ardınca isə sağ ayağı ilə onun sol bud nahiy əsinə bir təpik zərbəsi vuraraq Vilayət Cəfərova həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “kəskin daxili qanitirmə ilə nəticələnmiş, qara ciyərin əzilmiş-cırılmış yarası və subkapsulyar hematoması, nazik bağırsaq divarına və mədəaltı vəzə qansızma ilə müşayiət olunan qarının qapalı küt travması” xəsarətini yetirməsi nəticəsində sonuncu kəskin daxili qanitirmədən ölmüş, yəni əsgər Məhkum əsgər Vilayət Cəfərovun qəsdən sağlamlığına ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Elçin Xasməmmədov) 06 oktyabr 2022-ci il tarixli, 1-1(104)-70/2022 nömrəli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü dəyişdiril mədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum mübahisə zamanı Vilayət Cəfərova bir yumruq zərbəsi vurarkən, öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini, yəni bir yumruq zərbəsindən Vilayət Cəfərovu öldürə biləcəyini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Bir sözlə, dolayı qəsdlə adam öldürmüşdür. Ona görə də məhkəmələr tərəfindən Məhkum əməlinin CM-in 120.1-ci maddəsindən bu Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsi əsassız və qanunsuz olduğundan Gəncə Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Burada nəzərə almaq lazımdır ki, Məhkum və Vilayət Cəfərovun hadisədən əvvəlki münasibətləri yaxşı olmamışdır. Belə ki, X5, X6, X7 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən, göstərmişlər ki, hadisə baş verməzdən 1520 gün əvvəl və hadisə günü, səhər saatlarında Vilayət Cəfərovun və Məhkum arasında sonuncunun təsərrüfat işlərindən yayınması ilə bağlı mübahisələri olmuş, həmin mübahisə X8 Qurbanova bununla əlaqədar irad tutması nəticəsində baş vermişdir. Həmçinin, şahidlər X6, X7 və X9 məhkəmə istintaqı zamanı göstərmişlər ki, söhbət zamanı Məhkum onlara əvvəllər idmanın kikboksinq növü ilə məşğul olduğunu bildirmişdir. Eyni zamanda, Məhkum özü də dindirlərkən, əvvəllər ev şəraitində idmanın kikboksinq növü ilə məşğul olduğunu təsdiq etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Tofiq X2rşı yaranan kinli münasibəti sonda tədqiq edilmiş sübutlarla tamamilə təsdiq olunmuş mərhuma zor tətbiq etmək niyyətinə gətirib çıxarmışdır. Məhkum özünün törətdiyi cinayətin nəticəsinə psixi münasibətinə gəldikdə, qeyd etmək lazımdır ki, o, özünü müdafiə xarakterli ifadələr verməklə, məsuliyyətdən yayınmağa çalışsa da, digər sübu tlarla təsdiq olunmuş idmanın hər hansı kontaktsız və ya stolüstü növləri ilə deyil, məhz əlbəyaxa növlərinə aid kikboksinq növü ilə məşğul olması faktı onun insan bədəninin hansı nahiyələrinin həyati əhəmiyyətli olmasını bildiyini aydın şəkildə biruzə verir. Məhkum mərhuma qarşı zor tətbiq edərkən, bədəninin digər az zərər yetirə biləcəyi hissələrinə deyil, məhz həyatına daha təhlükəli zərər vura biləcəyini bildiyi nöqtəyə, qaraciyər nahiyəsinə güclü yumruq zərbəsi vurması kimi mühüm əhəmiyyətli fakt onun bu hərəkətinin faciəvi nəticələrini arzu etməsə belə, görə bilməsini təsdiq edir. Qəsdin formalarından biri kimi dolayi qəsdin də mahiyyəti bundan ibarətdir və məhkəmə bunu, yəni işin faktiki hallarını tam aydınlaşdırmadan əsassız qərar qəbul etmişdir. Bundan başqa, Məhkum ilk dəfə cinay ət törətməsi cəzasını yüngülləşdirən hal hesab edilə bilməz, çünki şəxsiyyətin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Belə ki, CM-in 59.1.1-ci maddəsinə əsasən, yalnız hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Xüsusilə ağır cinayət törətmiş Məhkum əməli heç bir halda bu normanın təsiri altına düşmür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, onun törətdiyi əməl təsadüfi xarakter də daşımamışdır. Odur ki, qanunda nəzərdə tutulmayan bir əsasa, yəni Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə istinad edən məhkəmənin bu yanaşması heç bir məntiqə sığmır. Məhkəmə tərəfindən Məhkum ilk dəfə cinayət törətməsi cəzasını yüngülləşdirən hal kimi qiymətl əndirilsə də, bu hal törədilmiş həmin əməlin ictimai təhlükəliliyini aradan qaldırmır. Bundan başqa, məhkəmə məhkumun şəxsiyyətini araşdırarkən, obyektiv mövqe tutmamış, Məhkum komandanlıq tərəfindən müsbət səciyyələndirildiyinə tənqidi yanaşmamış, bunun törədilmiş cinayətin xarakteri və məhkumun şəxsiyyəti ilə uzlaşmadığına düzgün qiymət verməmişdir. Belə ki, komandanlıq tərəfindən Məhkum müsbət xasiyyətnamə verilsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələrinə əsasən, o komandanlıq tərəfindən verilmiş tapşırıqları yerinə yetirməyə çalışan əsgər olmamış, döyüş mövqeyində digər əsgərlər kimi təsərrüfat işlərini lazımi yerinə yetirməmiş, həmin işlərdən yayınmış, bununla bağlı əsgər yoldaşları ilə mütəmadi mübahisələri olmuşdur. Bu hal isə, onun islah olunmaq yolunda olmadığını göstərir. Mə hkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhk um əməlinin CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Bununla bağlı kassasiya kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına görə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə baş verdikdə əməl həmin maddə ilə tövsif edilməlidir. İşdən görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə, yəni qəsdən adam öldürmə əməlinə görə ittiham verilmiş, birinci instansiyası məhkəməsi isə bu ittihamla razılşmayaraq təqsirləndirilən şəxsin əməlini ehtiyatsızlıqdan zərərçəkmiş şəxs ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirmiş, apellyasiya instansiyası məhkəməsi də bu nəticə il ə razılaşmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr tərəfindən məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv, yəni CPM-in 144-146-ci maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci i tarixli 3 saylı qərarına əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyə ti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İşdən görünür ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mərhum) Vilayət Cəfərovu öldürmək niyyətində olmadığını bildirmişdir. Məhkumun bu ifadəsi şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Belə ki, şahidlərin ifadələrindən görünür ki, Məhkum hadisə zamanı zərərçəkmiş şəxs (mərhum) Vilayət Cəfərovun dilinin qatlandığını görmüş, ona ilk yardım göstərmiş, üzünə su vurmuş və sonuncunu ayıltmağa kömək üçün Teymur Cəbrayılovu köməyə çağırmışdır. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə ittiham tərəfi təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edən heç bir sübut təqdim etməmişdir. İşin hallarından da məhkumun belə bir niyyətinin olmasını, habelə onun zərərçəkmiş şəxsin ölümünün baş verməsinə şüurlu surətdə yol verməsini görü nmür. Belə ki, məhkum əsgər yoldaşı olan zərərçəkmiş şəxslə mübahisə edib sonuncunu boynundan tutub yumruqla qarın və ayağı ilə bud nahiyələrinə iki zərbə endirilmiş, bunun nəticəsində zərərçəkmiş şəxsin vəziyyətinin pisləşməsini görüb ona kömək göstərməyə çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr işdə olan sübutlara Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə müvafiq olaraq qiymət vermiş və işin halları düzgün nəzərə almışlar. Odur ki, kassasiya protestinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya protestinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əm əlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nətic ə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 126.3-cü maddəsinin sanksiyası (9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya protestinin bu barədəki dəlilləri ilə razılaşmaq olmur. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu barədə dəlili əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 06 oktyabr 2022-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli Məhkum barəsindəki qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-20/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-20/2023
26.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver