Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-20/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim: Quliyev İlqar Məsail oğlu) 27 sentyabr 2022-ci il tarixli hökmü ilə xx xxxx 2003-cü ildə Sabirabad rayonunun Cənqən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Sabirabad rayonunun Cənqən kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Sabirabad rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış və «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» psixiatrik diaqnozu ilə «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilərək, N sentyabr 2022-ci il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmış, Müdafiə Nazirliyinin X ərazisində dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin zenit raket artilleriya batareyası 1-ci taqım, 2-ci manqada doldurucu vəzifəsində xidmət etmiş, sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət etmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmadığından CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilmiş, o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qə timkan tədbirinin ləğv edilməsi, ona qanunsuz ittiham verilməsi ilə əlaqədar kompensasiya almaq hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarı ilə Məhkum və onun müdafiəçisi Müdafiəçi1 vəsatəti təmin edilmiş, Məhkum barəsində CM-nin 74-ci maddəsi tətbiq edilməklə barəsində olan cinayət təqibinə şəratin dəyişməsi nəticəsində CM-nin 177.2.3-cü maddəsi ilə xitam verilməsi və həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X18 oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 26 sentyabr 2023-cü il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin «27» sentyabr 2022-ci il tarixli, 1(098)-172/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Tərtər Hərbi Məhkəməsinin «27» sentyabr 2022-ci il tarixli, 1(098)-172/2022 nömrəli cinayət təqibinə xitam verilməsinə dair qərarı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilmiş və həmin hissədə yeni hökm çıxarılmışdır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cəza çəkdiyi müddətdə Məhkum üzərinə yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Məhkum cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 333.1-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən o, Müdafiə Nazirliyinin X ərazisində dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin zenit ra ket artilleriya batareyası 1-ci taqım, 2-ci manqada doldurucu vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə saat 18 radələrində xidmət yerini özbaşına tərk edərək X1 Xndə yerləşən evinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 5 (beş) manat dəyərində üzərində "X16” yazıları olan, süni dəri materiallı kəməri olan qol saatını, 50 (əlli) manat dəyərində "Samsung” markalı, "Galaxy Note N8000” model planşetini, 25 (yirmi beş) manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan, təxminən 25 sm ölçülü suvenir bıçağı, 10 (on) manat dəyərində üzərində " Raul xx.xx.2016 Ələsgərli 60” yazıları olan təsbehini, 10 (on) manat dəyərində üzərində " Net Plaver wear” yazıları olan boz rəngli gödək cəni, 5 (beş ) manat dəyərində üzərində " Get over jeans” yazıları olan göy rəngli kişi şalvarını və dəyəri olmayan qara rəngli süni dəri materialından olan kəmərini götürərək X-ya ümumilikdə 105 (yüz beş) manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa Dadaşov X7 Nazirliyinin X ərazisində dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin zenit raket artilleriya batareyası 1-ci taqım, 2-ci manqada doldurucu vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.2022-ci il tarixdə saat 20:30-da xidmət yerini özbaşına tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 14:00-da xidmət yerinə qayıtmaqla üç gündən artıq, lakin on gündən çox olmamaqla üzr lü səbəb olmadan xidmət yerini özbaşına tərk etmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifinin mövqeyinə əsasən, məhkəmə yekun qərar qəbul edərkən Məhkum cinayət hadisəsini törətdikdən sonra və ya əvvəl onun «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilməsini, həmçinin cinayət törədərkən anlaqlı olub-olmamasını müəyyən etmək üçün komission məhkəmə tibbiekspertizası təyin etməli və məhkəmə tibbi ekspertizasının rəyinə əsasən yekun qərar qəbul edilməli idi. Yalnız bundan sonra onun sağlamlıq durumu ilə bağlı cinayətin subyekti olub-olmaması müəyyən edilə bilərdi. MN Hərbi Mərkəzi Hərbi Həkm Komissiyasının yararlılıqla bağlı arayışının N nömrəli hərbi hospitalın verdiyi analoji arayışa münasibətdə üstün sayılaraq buna əsasən bəraət hökmü çıxa rılması tamamilə qanunsuzdur. Məhkəmə işin faktiki hallarını nəzərə almadan, ekspert mövqeyindən çıxış etməklə və mülahizələr irəli sürməklə əsassız olaraq hökmdə qeyd etmişdir ki, psixi cəhətdən sağlam olan və hərbi xidmətə yararlı olan şəxsin heç bir əsaslı səbəb olmadan özünə xəsarətlər yetirməsi ağlabatan və məntiqli deyildir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Məhkum özünə cəmi bir dəfə deyil, bir neçə dəfə bu formada xəsarətlər yetirmişdir. Həmin halın məhz dəfələrlə təkrarlanması isə belə bir nəticəyə gəlməyə əsas verir ki, onda hərbi xidmətə çağırışdan əvvəl psixi xəstəliklərin təzahürləri artıq mövcud olmuş, müxtəlif vaxtlarda isə həmin xəstəliklər onda daha da alovlanmış, bunun məntiqi nəticəsi olaraq isə o, sonuncu dəfə xidmət yerini tərk etməmişdən əvvəl 2 dəfə yəni 13 okty abr 2021-ci il tarixdə və 24 noyabr 2021-ci il tarixdə öz xidmət yerini tərk etmişdir. Bundan sonra isə o, ittiham olunduğu əməli törətmişdir. Sadalanan bu hallar Məhkum hərbi xidmətə çağırışdan əvvəl psixi problemləri olmasını bir daha təsdiq edir. Bütün bu qeyd olunanlar Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin N fevral 2022-ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışının əsaslı olmadığını göstərir. Halbuki, məhkəmə kollegiyası ekspertiza təyinat qərarında özü qeyd etmişdir ki, Məhkum həqiqi hərbi xidmətə gəlməzdən əvvəl və hərbi xidmət dövründə hər hansı bir xəstəliyin olub-olmaması, hərbi xidmətə yararlı olub-olmaması, sıradankənar hərbi xidmətə yararlı-olub olmaması, hərbi xidmətə çağırılmazdan əvvəl və hərbi xidmət dövründə onu müayinə etmiş tibb işçiləri tərəfində n düzgün diaqnoz qoyulub-qoyulmaması ilə əlaqədar tam, obyektiv və hərtərəfli araşdırılması üçün xüsusi biliklər konteksindən münasibət bildirilməsi zəruri olduğundan iş üzrə kompleks məhkəınə-psixiatrik və komisyon məhkəmə-tibbi ekspertizası təyin edilməli və ekspertlər qarşısında suallar qoyulmalıdır. Bu onu sübut edir ki, Apellyasiya məhkəməsi hər vəchlə, hökmdə bəraət hökmünün qüvvədə saxlanılmasının əsaslı olması görüntüsünə xidmət edən əsaslandırma sərgiləməyə çalışmış, ekspertizalar təyin etməklə rəylər alınmasına baxmayaraq, özü hökmdə bunun əksinə olaraq xüsusi biliklər sərgiləmiş, cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsində maraqlı olmamışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, ape llyasiya məhkəməsi də həmin hökmlə əsassız olaraq razılaşaraq ona uyğun əsaslandırma aparmış və ekspertiza rəylərini nəzərə almamışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 333.1maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 26 sentyabr 2023-cıı il tarixli hökmünü ləğv edərək işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassas iya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yet irilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qa nuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyas ı məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hü quq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsi zliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub- olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəm ə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsini 333.1-ci maddəsi ilə bəraət verilməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab verdiyi müəy yən olunur. Belə ki, kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsə əsassız bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Apellyasiya məhkəmə kollegiyası həm ittihamın əsasını təşkil edən sübutlara, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbə rliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Məhkum ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-nin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübu tların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etmişdir. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə istintaqı zamanı araşdırılmış sübutlardan görünür ki: Apellyasiya məhkəməsinin iclasında dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, xidmətdən əvvəl uşaqlıq dostunun vəfatından sonra onun meyidini görərək qorxmuş və bununla əlaqədar olaraq xidmətdən əvvəl onda psixi gərkinlik əmələ gələrək özünəqapanma və tez əsəbləşmə baş verirdi və bu ərəfələrdə dəfələrlə qolunun damarını bıcaqla kəsdiyindən xidmətdən əvvəl hərbi komissarlıq tərəfindən psixi dispanserdə müalicə olunaraq, sağalmışdır və sonra xidmətə göndərilmişdir. Xidmətə getdikdən sonra bir müddət xidmət etdikdən sonra onda qəflət ən darıxma hissi yaranmağa başlanılmışdır və bir yerdə dura bilmədiyindən dəfələrlə hərbi hissəni tərk edib getmişdi, lakin qısa müddət ərzində onu xidmət yoldaşları xidmət yerinə qaytarmışdılar və bununla yanaşı bu ərəfələrdə onda yenədə psixi gərginlik yaranmışdır. Bu səbəbdən təkrarən qolunda damarlarını kəsmişdir və bununla əlaqədar olaraq hərbi hospitala göndərilərək, orada bir müddət müalicə olunmuş hərbi xidmətə yararsız sayılaraq 2022-ci ilin sentyabr ayının əvvəlində ehtiyyata tərxis olunmuşdur və evlərinə qayıtmışdır. Eyni zamanda hərbi hissəni tərk etdiyi dövr ərzində onu yolda tutub geri qaytardıqlarından mülku paltarda getməyi qərara almışdır. xx.xx.2021 -ci il tarixdə saat 18 radələrində xidmət dövründə darıxaraq sıxıntı kecirdiyindən hərbi hissəni növbəti dəfə tərk edərkən, poliqon adlanan ərazisindən keçərək yaxınlıqda yerləşən əkin sahəsi ilə hərəkət edib Xndə yaşayış evlərinin olduğu yerə gəlmiş, burada qabağıma çıxan birinci evin həyətinə daxil olmuş və evin giriş qapısında qara rəngli ayaqqabı götürmüş, evin boş olmadığını görüb hasardan digər evin həyətinə tullanmışdır. Həmin evin giriş qapısında olan pəncərəni həyətdəki daşı götürüb vuraraq sındırmış, pəncərədən evə daxil olmuş, həmin otağın mətbəx olduğunu görmüş, və digər otağa keçmək istədikdə qapının bağlı olduğunu görüb pəncərənin şüşəsini yerindən çıxardıb pəncərədən otağa daxil olmuşdur. Həmin otaqda paltar şkafının qapısını açmış, orada olan geyimlərin qadına aid olduğunu görüb giriş qapısının solunda olan otağa daxil olmuş, orada olan şkafın sirməsini açdıqda bir ədəd Samsung markalı planşet olduğunu görmüş, həmin planşeti götürüb qapının kənarına qaymuş, giriş qapısının önündə olan otağa daxil olmaq istəsə də qapı bağlı olduğundan otağın qapısını təpiklə vuraraq qapının kilidini sındırmış və otağa daxil olmuş, otaqdakı paltar şkafından əyninə uyğun bir ədəd şalvar, bir ədəd kəmər və bir ədəd gödəkcə götürərək geyinmiş, həmin otaqda olan boz rəngli çantanı oradan götürdüyü mətbəx bıçağı ilə kəsmiş, çantanın içərisindən bir ədəd təsbeh, bir ədəd bıçaq və bir ədəd qol saatı götürmüşdür. Gecə hərbi hissənin olduğu tərəfə getmək istədikdə polislərin olduğunu görüb geri qayıtmış, əlində olan kiteli kolluq ərazidə gizlətmiş, gecəni həmin evdə keçirmişdir. Hərbi geyimini salafan torbaya qoymuş və həmin salafan torbanı özü ilə götürməyi unutduğundan evdə qalmışdır. Onun niyyəti evdən oğurladığı əşyaları əynindəki hərbi formanı dəyişib mülkü paltar geyinmək istəməsi olmuşdur. Həmin gün həmin evdə gecələyib, səhəri günü, yəni xx.xx.2021 -ci il tarixdə saat 11 radələrində evi tərk edərək Goranboy rayon mərkəzinə doğru hərəkət edən zaman hərbi hissənin hərbi qulluqçusu onu görüb hərbi hissəyə qaytarmışdır. Evdən götürdüyü əşyaları geri qaytarmışdır. xx.xx.2022-ci il tarixdə saat 20:30-da evləri üçün darıxdığından xidmət yerini poliqon adlanan yerdən tərk edərək Sabirabad rayonunun Babacanlı kəndinə getmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə saat 21 radələrində evə çatmış, atası onu görən kimi hərbi hissə ilə əlaqə saxlayaraq onun evə gəldiyini demiş, babası Məmmədsadıq onu xx.xx.2022-ci il tarixdə saat N radələrində hərbi hissəyə gətirmişdir. Hərbi hissəni özbaşına tərk etməsinin səbəbi xidmət dövründə darıxaraq sıxıntı keçirməsi olmuşdur. Törətdiyi əməllərindən peşimandır, hospitalda etdiyi şəraitdə stress keçirdiyindən daim əsəbi olduğunu və bunun nəticəsi olaraq dəfələrlə qolunun damarlarını kəsdiyini, hərbi xidmətə gələndən sonra hərbi hissədə də əsəbiləşərək qolunu kəsdiyini, səbirsiz olaraq, hec bir tapşırığı axıra kimi görə bilmədiyini, belə vəziyyətdə daim baş ağrıları olduğunu, bir yerdə dayana bilmədiyini və bu səbəbdən 3-4 ay xidmət etdikdən sonra daim xidmət yerini özbaşına tərk etdiyini, xidmət etmək istədiyini, lakin bu psixi gərginlik vəziyyətdə necə xidmət edəcəyini bilmədiyini bildirmişdir, hal-hazırda sıxıntı keçiridiyindən mülkü həyatda heç yerdə işləmir və müalicəyə ehtiyacı olsada atasının maddi imkanı olmadığından müalicə oluna bilm ir. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-in 16 fevral 2023-cü il tarixli 428 saylı rəyindən görünür ki, -yoxlanılan şəxs Məhkum hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. M.F. Dadaşovda xasiyyətin isterik cizgiləri aşkar edilir. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu” diaqnozu qeyd edilmişdir. -yoxlanılan şəxs Məhkum cinayət əməlini törədən vaxt (hər iki cinayət əməlinə münasibətdə) hər hansı psixi xəstəlik müəyyən edilmir. Məhkum cinayət əməlini törədən vaxt yol verdiyi əməlin kriminal xarakterini dərk etmək, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlük əliliyini dərk etmək və onlara rəhbərlik etmək qabiliyyətinə malik olmuşdur. -yoxlanılan şəxs Məhkum cinayət əməlini törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. -yoxlanılan şəxs Məhkum hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Məhkum xasiyyətin isterik cizgiləri aşkar edilir. Məhkum hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. -yoxlanılan şəxs Məhkum həqiqi hərbi xidmətə gəlməzdən əvvəl hər hansı psixi xəstəlik müəyyən edilmi r. Tibbi sənədlərə əsasən hərbi xidmət dövründə onda "E 44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu” qeyd edilib. Təqdim edilmiş sənədlərdən bu xəstəliyin iyul ayında yaranmağını ehtimal etmək olar. -tibbi sənədlərə əsasən Məhkum N fevral 2022-ci il tarixdə MN-in N nömrəli hərbi hissəsinin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda müəyyən edilmiş "praktiki sağlam” diaqnozu və 23 avqust 2022- ci il tarixdə şəhadətləndirilərkən onda müəyyən edilmiş "F 44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu” diaqnozu düzgün təyin edilmişdir. Apellyasiya məhkəməsinin müvafiq qərarı əsasında verilmiş və iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 20 dekabr 2 022-ci il tarixli K/335-2022 saylı rəyindən görünür ki, -Məhkum hərbi xidmətə çağırılmazdan əvvəl onda "Hal- hazırda praktiki psixi sağlam. Anamnezində bir dəfə keçirilmiş affektiv reaksiya" olmuş, hərbi xidmət dövründə isə "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu. Burun tənəffüsünü mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Sol saidin ön səthinin çoxsaylı kəsilmiş-cırılmış yaralarından sonrakı bərkimiş dəri çapıqları" xəstəliyi olmuşdur. -Məhkum hərbi xidmətə çağırışla əlaqədar hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda hərbi xidmətə yararsız olmasına səbəb ola biləcək hər-hansı xəstəlik aşkar edilməmiş, o, "Hal-hazırda praktiki psixi sağlam. Anamnezində bir dəfə keçirilmiş affektiv reaksiya" ilə "Xəstəliklər cədvə li"nin 17ç maddəsinin İ qrafasına və ƏTCyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən "hərbi xidmətə yararlıdır, A-4" olmuşdur. Məhkum hərbi xidmət dövründə yaranmış "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu. Burun tənəffüsünü mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Sol saidin ön səthinin çoxsaylı kəsilmiş-cırılmış yaralarından sonrakı bərkimiş dəri çapıqları" xəstəliyi ilə bağlı "Xəstəliklər cədvəli"nin 17b maddəsinin İl qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" hesab edilir. -Dadaşov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan şəhər şöbəsinin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən "Hal-hazırda praktiki psixi sağlam. Anamnezində bir dəfə keçirilmiş affektiv reaksiya" ilə "Xəstəliklər cədvəli"nin 17ç maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən "hərbi xidmətə yararlıdır, A-4" olmuşdur. Apellyasiya məhkəməsinin müvafiq qərarı əsasında verilmiş və iş materiallarına əlavə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-in 06 iyul 2023-cü il tarixli 95 saylı rəyindən görünür ki, -yoxlanılan şəxs Məhkum təqsirləndirildiyi cinayət əməllərini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. -yoxlanılan şəxs Məhkum ona ittiham olunan cinayət əməllərini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. -yoxlanılan şəxs Məhkum təqsirləndirildiyi cinayət əməllərini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Məhkum təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Məhkum hal-hazırda səxsiyyətin isterik pozuntusu müəyyən edilir. Lakin həmin psixi pozuntu hal-hazırda ifadə olunma dərəcəsinə görə M əhkum öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Məhkum hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicaya ehtiyacı, olmadığı müəyyən edilir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Məhkum barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onun əziyyət çəkdiyi şəxsiyyətin isterik pozuntusunun gedişində dekompensasiya vəziyyətinin yaranmaması, anamnezində qeyd edilən özünə xəsarət yetirmələrinin özünüöldürmə cəhdlərinə keçməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi Məhkum daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. -yoxlanılan şəxs Məhkum hal-hazır da «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» aşkar edilmir. Tibbi sənədlərə əsasən 2022-ci ilin iyul-avqust aylarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında müayinə olunarkən Məhkum «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» qeyd edilmişdir. Həmin psixi pozuntu irsi xarakter daşımır. Elmi ədəbiyyatda olan məlumatlara əsasən həmin psixi patologiya çox vaxt qəflətən meydana çıxa bilir və bir neçə həftə və ya aydan sonra sönməyə meylli olur. Məhkum hal-hazırda şəxsiyyətin isterik pozuntusu müəyyən edilir. -yoxlanılan şəxs Məhkum qeyd edilmiş «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu»nun dəqiq yaranma tarixini müəyy ən etmək mümkün deyildir. Amma təqdim edilmiş tibbi sənədlərə görə həmin psixi pozuntunun 2022-ci ilin iyul ayında yaranmasını ehtimal etmək olar. Həmin psixi pozuntu psixogen xarakter daşımaqla şəxsin fərdi xüsusiyyətləri fonunda subyektiv olaraq həll edə bilmədiyi psixoloji problemlərdən irəli gəlmişdir. CM-in 333.1-ci maddəsinin tələbinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə cinayət məsuliyyəti yaradır. "Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 333-cü maddəsinin şərh edilməsinə dair 26 oktyabr 2001-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və üzürlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsi təşkil edir. CM-in tələblərinə görə həmin Məcəllənin 333-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin subyektini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantı, zabit, gizir, miçman, müddətdən artıq hərbi xidmətd ə olan hərbi qulluqçu və ya kontrakt üzrə xidmət edən şəxs təşkil edir. CM-in 19-cu maddəsinə görə həmin Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmçinin qeyd etmək lazımdır ki, CM-də nəzərdə tutulmuş bir sıra cinayətlər subyektinin əlavə əlamətlərinə görə fərqləndirilir və həmin cinayətlərin subyekti "xüsusi subyekt” hesab edilir. CM-in 333-cü maddəsində də qeyd olunan cinayəti törətmiş şəxs xüsusi subyekt hesab edilir və həmin subyekt bir sıra fərdi xüsusi əlamətlərə malik olmalıdır. Burada əsas əlamət isə həmin cinayəti törətmiş şəxsin hərbi qulluqçu statusuna malik olması və hərbi xidmətə yararlı olmasıdır. Cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallara və tədqiq edilmiş sübutların müqayisəli təhlilinə əsasən görünür ki, Məhkum hərbi xidmətdə olduğu müddətdə hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətə yararlı olması işin mübahisəli və şübhəli halıdır. Belə ki, həm Məhkum öz ifadələrindən, həm də iş materiallarından görünür ki, Məhkum 16 yaşında atası ilə mübahisə edərək sol saidinə kəsiklər etmişdir. Həmçinin özünün deməsinə görə bundan sonra bir neçə dəfə əsəbiləşərək sol saidinə kəsiklər etmiş, daha sonra hər dəfə əsəbiləşəndə qolunu kəsmiş, hərbi xidmətə gəldikdən sonra hərbi hissədə əsəbiləşərək qolunu kəsmişdir. Məhkum qollarında olan kəsikləri nümayiş etdirmişdir. Lakin bununla belə Məhkum «Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı» hesab edilməsinə səbəb olan xəstəliyin dəqiq olaraq hansı tarixdə yaranmasını müəyyə n etmək məqsədilə, məhkəmə kollegiyası tərəfindən 2 dəfə ekspertiza təyin edilmiş, lakin ekspertlər ehtimal xarakterli cavablar verərək Məhkum xəstəliyin yaranma tarixinə dair dəqiq bir nəticəyə gələ bilməmişlər. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-in 06 iyul 2023-cü il tarixli 95 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Məhkum qeyd edilmiş «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu»nun dəqiq yaranma tarixini müəyyən etmək mümkün deyildir. Amma təqdim edilmiş tibbi sənədlərə görə həmin psixi pozuntunun 2022-ci ilin iyul ayında yaranmasını ehtimal etmək olar. Həmin psixi pozuntu psixogen xarakter daşımaqla şəxsin fərdi xüsusiyyətləri fonunda subyektiv olaraq həll edə bilmədiyi psixoloji problemlərdən irəli gəlmişdir. Ekspertl ərin istinad etdiyi Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin N fevral 2022ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışından isə görünür ki, həmin arayışda Məhkum xəstəliyi barədə heç bir məlumat əks etdirilməmişdir. Məhkum özünün və atasının ifadələrində göstərdikləri Məhkum xidmətdən əvvəl xəstəliyi olması, onun özünə xəsarətlər yetirməsi barədə verdiyi ifadələri isə ümumiyyətlə araşdırılmamışdır. Halbuki, Məhkum özünün zahiri baxışı belə, onun qollarında olan kəsikləri görmək üçün kifayət edər və qeyd olunan məsələlərin vaxtında araşdırılmasına gətirib çıxarardı. Ekspertlərin istinad etdiyi digər bir sənəd cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilən 11 iyun 2021-ci il tarixli 804 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası SHXÇDX-in Sabirabad Rayon Şöbəsi tərəfindən verilən 10 iyun 2021-ci il tarixli 165/4 nömrəli göndərişdən görünür ki, Məhkum Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına “kəsiklər” diaqnozu ilə stasionar müayinə üçün göndərilmişdir. Həmin göndəriş əsasında verilmiş Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilən 11 iyun 2021-ci il tarixli 804 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, Məhkum Azərbaycan Respublikası SHXÇDX-in Sabirabad Rayon Şöbəsinin 10 iyun 2021-ci il tarixli 165 nömrəli göndərişi ilə 11 iyun 2021-ci il tarixdə həmin xəstəxanada müayinə olunmuş və müayinə nəticəsində ona “hal-hazırda p raktiki psixi sağlam. Anamnezində bir dəfə keçirilmiş astenik reaksiya” diaqnozu qoyulmuşdur. Eyni zamanda həmin aktda göstərilmişdir ki, özünün deməsinə görə 5-6 ay əvvəl əsəbi halda eyni gündə hər iki yerdə ülgüclə çoxsaylı kəsiklər aparmışdır Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin arayışından görünür ki, əsgər Məhkum 13 oktyabr 2021-ci il tarixdən 17 oktyabr 2021-ci il tarixədək və 24 noyabr 2021-ci il tarixdə saat 18:30-dan 25 noyabr 2021-ci il tarixdə saat 17:30-dək öz xidmət yerini tərk etmişdir. Cinayət işinin materiallarında olan 2 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Məhkum barəsində CM-nin 333.1-ci maddəsi ilə cinayət işinin başlanması CPM-nin 39.1.12-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Yuxarıda sadalanan və iş materiallarına əlavə edilmiş sənədlər onu göstərir ki, Məhkum hərbi xidmətə gəlməmişdən əvvəl psixi problemləri olmuşdur. Belə ki, onun heç bir əsaslı səbəb olmadan qollarında ülgüclə kəsiklər etməsi, hərbi xidmətə gəldikdən sonra dəfələrlə xidmət yerini öz başına tərk etməsi onun hərbi xidmətdən əvvəl psixi vəziyyəti ilə əlaqədar haqlı suallar doğurur. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən psixi cəhətdən sağlam olan və hərbi xidmətə yararlı olan şəxsin heç bir əsaslı səbəb olmadan özünə xəsarətlər yetirməsi ağlabatan və məntiqli deyildir. Məhkum özünə cəmi bir dəfə deyil, bir neçə dəfə bu formada xəsarətlər yetirmişməsi, həmin halın məhz dəfələrlə təkrarlanması onda hərbi xidmətə çağırışdan əvvəl psixi xəstəliklərin təzahürləri artıq mövcud olmasını, müxtəlif vaxtlarda isə həmin xəstəliklərin onda daha da alovlanmasını təsdiq edir, bunun məntiqi nəticəsi olaraq isə o, sonuncu dəfə xidmət yerini tərk etməmişdən əvvəl 2 dəfə yəni 13 oktyabr 2021-ci il tarixdə və 24 noyabr 2021-ci il tarixdə öz xidmət yerini tərk etmiş, bundan sonra isə o, ittiham olunduğu əməli törətmişdir. Sadalanan bu hallar Məhkum hərbi xidmətə çağırışdan əvvəl psixi problemləri olmasının göstəricisidir. Qeyd edilənlər əsasında apelyasiya instansiyası məhkəməsi Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin N fevral 2021-ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışının əsaslı olmadığı nəticəsinə gəlmiş və qeyd etmişdir ki, həmin arayışın verilməsindən 6 ay sonra Dadaşov X7 Nazirliyinin Baş Klinik Hospitalında müayinə olunarkən onun «F44 M ülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» diaqnozu ilə «Xəstəliklər cədvəli»nin 17b maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən «Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı» hesab edilməsi müəyyən edilmişdir. CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisə si olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin s übut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Məhkum qeyd olunan xəstəliyin yaranma tarixi ehtimallar əsasında müəyyən edilə bilməz, lakin həmin xəstəliyin yaranma tarixinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də, yaranmış şübhələr Məhkum xeyri nə təfsir edilməli və o, ehtimallar əsasında məhkum edilməməlidir. Məhkum CM-in 333-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin xüsusi subyekti olmaması barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Beləliklə apellyasiya instansiya məhkəməsi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkumu əməlində cinayət tərkibi müəyyən olunmur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 998 nömr əli «X6»sinə əsasən Məhkum «F44 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ-konversion pozuntu» diaqnozu ilə “Xəstəliklər cədvəli»nin 17b maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən «Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı» hesab edilməsi və bu xəstəliyə əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli 258 nömrəli əmri ilə Ordu Sıralarından vaxtından əvvəl ehtiyyata buraxılmış hesab edilməsi, N sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılması və sənədlərinin SHXÇDX-nin Sabirabad rayon şöbəsinə göndərilməsi ona qarşı elan edilmiş ittiham üzrə göstərilən əlavə əlamətlə səciyyələnən şəxs kimi xüsusi subyekt olmadığını təsdiq edir. İttiham tərəfinin Məhkum təqsi rliliyinə dair əldə etdiyi sübutlar Azərbaycan Respublikası CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə bir sübut əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. Kassasiya məhkəmə kollegiyası Məhkum ittiham irəli sürülməsi üçün əsas olmuş Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin N fevral 2021-ci il tarixli, hərbi həkim komissiyasının 127 saylı arayışının sübut kimi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya protestinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət v ermişdir. Belə ki, cinayət işinin materiallarında Məhkum qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılması üçün hər hansı bir mötəbər sübut müəyyən edilmir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona qarşı elan edilmiş ittiham üzrə göstərilən əlavə əlamətlə səciyyələnən şəxs kimi xüsusi subyekt olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. İşə baxan məhkəmələr cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Məhkum əməlində cinayət tərkibi olmadığına görə CPM-nin 42.1.2-ci maddəsinə əsasən ona CMnin 333.1-ci maddəsi ilə bəraət vermişdir. İş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Məhkum əməlində CM-in 333.1-ci maddəsində nəzərdə tululmuş cinayət tərkibi olmadığına görə apellyasiya instansiyası məhkəməsinin razılaşdığı birinci instansiya məhkəməsinin ona həmin maddə ilə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuş, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla mübahisələndirən hökmün ləğv olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Beləliklə, ibtidai araşdırma orqanının Məhkum CM-in 333.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilməsinə dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhli l edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum CM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab e dilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmündə cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında Məhkum təqsirsiz olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin CM-in 333.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sü butların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya protestinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin CM-in 333.1-ci maddəsi ilə ittihamın sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-20/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-20/2024
06.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver