Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-21/2018 22.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğludan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt A pellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim R.Q.Abbasov) xx.xx.1991-ci ildə Naxçıvan şəhəri, Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali hərbi təhsilli, Qaraxanbəyli kəndində qeydiyyatda olan, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-in 331.3 və 333.3-cü madələri ilə təqsirli bilinərək CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilən 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökm ü ilə AR CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, MN-in N nömrəli hərbi hissəsinin 2-ci motoatıcı taborun rabitə tağım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət etmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində ç əkməsi və cəzaçəkmənin əvvəlinin həbsə alındığı gündən – xx xxxxxxxx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, zabit heyətindən olan şəxs kimi həqiqi hərbi xidmətdə olarkən bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə üzrlü səbəblər olmadan xidmət yerinə qayıtmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci motoatıcı taborunun rabitə tağım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edərkən xx xxxx 2016-cı il tarixdə 10 günlük məzuniyyətə buraxılmış və xx xxxx 2016-cı il tarixdə məzuniyyət müddəti başa çatmasına baxmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə qayıtmamış və xx.xx.2016-cı il tarixdə Abşeron rayon Polis idarəsinin əməkdaşları tər əfindən tutularaq zabit heyətindən olan şəxs kimi həqiqi hərbi xidmətdə olarkən bir aydan artıq, lakin üç aydan çox olmayan müddət ərzində xidmət yerinə vaxtında qayıtmamışdır. Hökmdən Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: F.G.Zeynallı (sədrlik edən və məruzəçi), M.B.Zeynalov və A.Ə.Abbasovdan ibarət tərkibdə) xx xxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını alternativ cəza növü ilə və ya daha yüngül cəza ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən əməlin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, onun ailəsinin vəziyyətini, hər iki valideyininin dünyasını dəyişməsini, himayəsində bir azyaşlı uşağın olmasını və ailəsinin yeganə gəlir mənbəyi olmasını nəzərə almamışdır. Sadalanan yüngülləşdirici halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və barəsində təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını alternativ cəza növü ilə və ya daha yüngül cəza ilə əvəz edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətin in təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxa raq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-i n 333.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum müdafiəçisi Ə.H.Məmmədovun apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum əməlinin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının alternativ cəza və ya daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya inst ansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını, o cümlədən himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal, CM-in 61.1.1-ci maddəsinə əsasən isə cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum lar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edə n CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Məhkum apellyasiya instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən onun müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsi və xəstə arvadının olması, ailəsini həyat şəraitinin ağır olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilləri əsaslı hesab edilməməlidir. Belə ki, qeyd olunan hallar Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, yəni cəzanı yüngülləşdirən hallar sırasına aid edilməmiş, həmin halların bir qismi, eyni zamanda cəzasını yüngülləşdirən hal, himayəsində bir azyaşlı uşağının olması məhkəmə tərəfindən Məhkum c əza təyin edilərkən, artıq nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətində göstərilən halları nəzərə almaqla, Məhkum barəsində azadlıqdan məhrum etmə cəzasının alternativ cəza növü və ya daha yüngül cəza növü ilə əvəz edilməsini mümkün saymır. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halı, Məhkum törətmiş olduğu cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təy in etmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməd
Məhkəmə qərarları › İş №1-1(102)-21/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-21/2018
22.02.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver