Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-21/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X28 oğlunun, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkil Şəfiyeva Gülsabah Nəsib qızının və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəl il oğlunun iştirakları ilə, Cəlilabad Hərbi Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Şəfiyeva Gülsabah Nəsib qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Hərbi Məhkəməsinin (hakimlər Əhmədov Vüqar ikram oğlu (sədrlik edən), X33 (məruzəçi) və X7 İbarət tərkibdə) 20 may 2021-ci il tarixli hökmü ilə 27 mart 2001 -ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 7B saylı evdə yaşay an, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, əsgər Məhkum Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu gündən 29 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Zəkiyev Qafar Mustafa oğlu və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Şəfiyeva Gülsabah Nəsib qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X34 (sədrlik edən), Əliyev Elşad ibiş oğlu və X37) 12 oktyabr 2021-ci il tarixli qərarı ilə Cəlilabad Hərbi Məhkəm əsinin 20 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Şəfiyeva Gülsabah Nəsib qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Cəlilabad Hərbi Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, təkrarən tabelik münasibatlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, N saylı hərbi hissəsinin 1-ci mühafizə bölüyünün 1-ci mühafizə tağımının 1-ci mühafizə manqasında atıcı vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, xidmət etdiyi bölüyün digər əsgərlərindən fiziki cəhətdən daha güclü olmasından istifadə edib onları öz iradəsinə tabe etmək və bununla şəxsi heyət arasında öz üstünlüyünü nümayiş etdirərək nüfuzunu süni surətdə artırmaq məqsədi ilə 2019-cu ilin sonlarında özünü bölük üzrə daha nüfuzlu əsgər kimi «böyük» təyin edib digər əsgərlərdən onun verdiyi bütün göstərişləri sözsüz icra etmələrini tələb etmiş və bu yolla şəxsi heyət tərəfindən onun üstünlüyünü qəbul edilməsinə nail olduqdan sonra, 2020-ci ilin yanvar ayının sonlarında bölüyün yerləşdiyi hərbi hissənin inzibati binasının 3cü mərtəbəsində bölüyün şəxsi heyətini sıraya düzərək, bölüyün 1-ci mühafizə tağımının 1-ci mühafizə manqasının atıcısı, əsgər Zəkiyev Mustafa Qafar oğlunu sıra qarşısına çıxarıb, bundan sonra onun da özü ilə birlikdə bölük üzrə «böyük» əsgər kimi qəbul olunduğunu bildirərək, digər əsgərlərdən əsgər M.Zəkiyevin verəcəyi bütün göstərişlərin icra edilməsini tələb etmişdir. Bundan bir neçə gün sonra Məhkum əsgər yataqxanasının qarşısında axşam yoxlanışına düzülmüş xidmət etdiyi bölüyün şəxsi heyətinə yaxınlaşaraq, orada heç bir səbəb olmadan, bölüyün bütün şəxsi heyəti ilə yanaşı, bölüyün «böyüyü» təyin etdiyi əsgər M.Zəkiyevin üzərində də öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu bölüyün şəxsi heyəti arasında süni şəkildə daha da artırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü madd ələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, xidmət məsələləri üzrə bir-birinə nümunəvi müraciət etməli, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, özlərini ləyaqətli aparmalı, əsgər yoldaşlarının şərəf və ləyaqətlərinin qorunmasına yardım etməli, qayda-qanunun saxlanılmasına riayət etməli olmaları» tələblərini pozaraq, həmin vaxt sırada dayanmış əsgər Mustafa Zəkiyevin bədəninin müxtəlif nahiyələrinə yumruqla bir neçə zərbə vuraraq, ona qarşı zor tətbiq etmişdir. Bundan başqa, Məhkum 2020-ci ilin fevral ayının ortalarında, axşam saatlarında bölüyün yerləşdiyi hərbi hissənin inzibati binasının 3-cü mərtəbəsinin dəhlizində keçirilmiş cərgə düzülüşü zamanı yenidən əsgər M.Zəkiyevin üzərində öz üstünlüyünü nümayiş etdi rmək məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin əsgər M.Zəkiyevə mənəvi cəhətdən mənfi təsir edəcəyini və onu bölüyün şəxsi heyəti arasında nüfuzdan salacağını bilərək, heç bir səbəb olmadan həmin vaxt sırada dayanmış əsgər M.Zəkiyevə yaxınlaşıb tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə intizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozaraq, sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vurmaqla ona qarşı zor tətbiq etmiş və həmin vaxt sırada dayanmış əsgər X21 əsgər M.Zəkiyevin ona qarşı edilən qanunsuz hərəkətlərdən qəzəbləndiyini, lakin heç bir cava b verə bilmədiyindən şəxsi heyət arasında özünü alçalmış hiss edərək, bunun nəticəsində də emosional vəziyyətinin kəskinləşdiyini görərək, əsgər Məhkum qarşısına keçib, onun qanunsuz hərəkətlərini davam etdirməsinə imkan verməmişdir. Həmçinin Məhkum 2020-ci ilin fevral ayının sonlarında-mart ayının əvvəllərində ayrı-ayrı vaxtlarda əsgər M.Zəkiyevlə birlikdə qaldıqları 302 nömrəli yataqxanada ona bölüyün şəxsi heyətinə qarşı özünün istədiyi kimi tələbkar olmadığını, onlarla sərt rəftar etmədiyini, əsgərlərə qarşı mülayim davrandığını bildirib buna görə ona öz iradlarını bildirərək, ondan bölüyün «böyüyü» kimi əsgərlərlə sərt rəftar etməsini, onlara əmr verərkən əsgərləri təhqir etməsini, onlardan pul yığmasını və onlara qarşı mülayimlik nümayiş etdirməməsini tələb etmişdir. Əsgər M.Zəkiyev isə ona etirazını bildirib tələbini icra etməkdən imtina etmiş və aralarında sözlü mübahisə yaranmış, bu zaman o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamna İntizam Nizamnaməsinin 1 və 3cü maddələrində göstərilmiş tələbləri təkrar pozaraq, əsgər M.Zəkiyevin ünvanına söyüşlər söyüb, onun şərəf və ləyaqətini alçatmış və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq zor tətbiq etmişdir. Bundan başqa, Məhkum 2020-ci ilin mart ayının əvvəllərində səhər saatlarında qarovul xidməti bir cərgə üzrə sıraya düzülüb bölüyün dəhlizində xidmətə çıxmağa hazırlaşarkən, onlara yaxınlaşmış və heç bir səbəb olmadan əsgər M.Zəkiyevin üzərində öz üstünlüyünü nümayiş etdirmək və bun unla da şəxsi heyət arasında öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub əsgər M.Zəkiyevin sinə nahiyəsinə yumruqla bir zərbə vurmaqla ona qarşı zor tətbiq etmişdir. Daha sonra, Məhkum 2020-ci ilin mart ayının ortalarında ayrı-ayrı vaxtlarda əsgər M.Zəkiyevə bölüyün şəxsi heyətinə qarşı özünün istədiyi kimi tələbkar olmadığını, onlarla sərt rəftar etmədiyini və əsgərlərə qarşı mülayim davrandığını irad tutaraq, ondan şəxsi heyəti daim qorxu və təsir altında saxlamaq üçün əsgərlərə tez-tez əmrlər verməsini, lazım gəldikdə cərgədə olanlara qarşı ümumi xarakterli nalayiq ifadələr işlətməsini, şəxsi heyətdən pul yığmasını və əsgərlərə qanunsuz göstərişlər verməsini tələb edib, əks halda onu «böyüklükdən» azad edəcəyini, bununla da şəxsi heyət arasında onu daha da aşağılayacağını bildirmiş, əsgər M.Zəkiyev ona etirazını bildirib qanunsuz tələblərini icra etməkdən imtina etdikdə, o, əsgər M.Zəkiyevin xidmət şəraitini çətinləşdirərək ona qarşı qərəzli münasibət bəslədiyini açıq nümayiş etdirməklə, şəxsi heyət arasında onu daha da nüfuzdan salmaq və bu yolla tələblərini icra etməyə məcbur etmək məqsədi ilə, sonuncunu birlikdə qaldıqları 302 nömrəli yataqxanadan çıxartmış, bundan sonra əsgər M.Zəkiyev 319 nömrəli yataqxanaya köçmüş və orada birlikdə qaldığı əsgər yoldaşlarına həmin otağa köçməsinin səbəbini 302 nömrəli yataqxanada qaldığı müddət ərzində Məhkum mütəmadi olaraq ona qarşı zor tətbiq etməsindən bezməsi, daha çox xidmət edən əsgər olduğuna görə ona cavab qaytara bilməməsi, «böyük» əsgər olmasına baxmayaraq, Məhkum mütəmadi olaraq ona qarşı zor tətbiq edərək qanunsuz göstərişlər verməsindən bezməsi ilə izah etmişdir. Bundan sonra, Məhkum 2020-ci ilin aprel ayında, günorta saatlarında 319 nömrəli yataqxanaya girib əsgər M.Zəkiyevin həmin bölüyün əsgəri X16 ilə birlikdə orada oturub söhbət etdiklərini görərək heç bir səbəb olmadan tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə intizam Nizamnam əsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozaraq, əsgər A.Mustafayevə «farağat» komandasında durması barədə göstəriş vermişdir. Bundan sonra o, «farağat» vəziyyətində dayanmış əsgər A.Mustafayevin gözü qarşısında əsgər M.Zəkiyevin bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı zərbələr vuraraq, ona qarşı zor tətbiq etmiş və əsgərlər arasında «böyük əsgərin» «farağat» komandasında saxlanılmasının pis qəbul olunduğunu, həmin əsgərin ən təhqir olunmuş əsgər kimi hərbi xidmət müddətində nüfuzlu əsgər statusunu itirdiyini bilərək, əsgər M.Zəkiyevdən də «farağat» komandasında dayanmasını tələb etmişdir. Əsgər M.Zəkiyev onun qanunsuz hərəkətlərindən sarsılaraq verdiyi göstərişə etiraz etməyib «farağat» vəziyyətində dayanmış, bundan sonra əsgər Məhkum orada əsgər A.Mustafayevi n bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurmağa başlamışdır. Bu zaman M.Zəkiyev onun hərəkətinə etiraz edərək əsgər A.Mustafayevi müdafiə etmək məqsədilə ona «onun nə canı var ki, vurursan?» demiş və bundan sonra əsgər Məhkum M.Zəkiyevi «peysər», yəni əsgərlər arasında hərbi xidmətdə ən təhqiramiz sözləri özünə qəbul edən şəxs kimi təqdim edib, onu daha da aşağılamaq niyyətilə «qapının üzərində peysərlərə giriş qadağandır yazısı yazılıbsa, hansı qapıdan girərsən?» deyə sual vermiş, həmin vaxt həyəcanlı olan və özünə qarşı edilmiş qanunsuz hərəkətlərdən sarsılmış M.Zəkiyev sualı aydın başa düşməyərək səhvən “girmərəm” deyərək cavab verdikdə, Məhkum əsgər A.Mustafayevin yanında kinayəli şəkildə onun artıq nüfuzdan düşdüyünə işarə edərək, M.Zəkiyevə “altını vurdun” deyib gülə-gü lə otaqdan çıxmışdır. Daha sonra, Məhkum 2020-ci ilin aprel ayında günorta saatlarında şəxsi heyətin cərgə düzülüşündə əsgərlərə “qarovul xidmətini bacarmayan peysər əsgərlər var” deyərək, ad çəkmədən əsgərlərdən birinin qarovul xidmətinin aparılması qaydalarını pozmasına işarə edərək digər əsgərlərin yanında onun şərəf və ləyaqətini alçaltmış və bundan bir neçə gün sonra əsgər M.Zəkiyev A.Mustafayevlə birlikdə qarovul xidmətini təhvil verib bölüyə gələrkən ona bir neçə gün öncə qarovul xidmətində olarkən «altını vurduğunu», yəni qarovul xidməti zamanı yatdığını etiraf etmişdir. Bundan başqa, Məhkum 2020-ci ilin aprel ayının ortalarında axşam saatlarında şəxsi heyət əsgər yataqxanasının qarşısında axşam yoxlanışına düzülərkən həmin hərəkətinin əsgər M.Zəkiyevi aşağılamaq və əsgərlərin yanı nda daha da nüfuzdan salmaq niyyəti ilə həmin vaxt cərgənin sonunda dayanmış əsgər M.Zəkiyevə yaxınlaşaraq tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə intizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub, heç bir səbəb olmadan əsgər M.Zəkiyevin ünvanına nalayiq ifadələr işlətməklə, onun şərəf və ləyaqətini alçaltmış, daha sonra bədəninin müxtəlif nahiyələrinə yumruqla 3-4 zərbə vuraraq ona qarşı zor tətbiq etmişdir. Daha sonra, Məhkum 2020-cı ilin aprel ayının ortalarında saat 16 radələrində bölüyün 319 nömrəli yataqxanasına daxil olaraq əsgər M.Zəkiyevin orada olduğunu gördükdə onu aşağılamaq və əsgərlərin yanında daha da nüfuzdan salmaq niyyəti ilə həmin vaxt çarpayıda uzanmış M.Zəkiyevə yaxınlaşmış və sonuncu onu görüb ayağa qalxdıqdan sonra «mənim yumruğuma kimsə dözə bilməz» deyib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub heç bir səbəb olmadan onun bədəninin müxtəlif nahiyələrinə yumruqla 2-3 zərbə vurmuş, daha sonra M.Zəkiyevə «farağat» komandası vermiş və sonuncu həmin komanda üzrə dayanarkən yumruqla M.Zəkiyevin bədəninə daha bir neçə zərbə vuraraq ona qarşı zor tətbiq etmişdir. Bundan başqa, Məhkum 2020-ci ilin aprel ayı nın sonlarında ayrı-ayrı vaxtlarda əsgər M.Zəkiyevi aşağılamaq və əsgərlərin yanında «başıaşağı» etmək niyyəti ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə intizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub şəxsi heyətin yanında əsgər M.Zəkiyevə nalayiq ifadələrlə cərgəni zəif idarə etdiyini bildirib bunu bəhanə edərək, onun bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuraraq, ona qarşı zor tətbiq etmiş, daha sonra pul lazım olduğunu deyib vaxt qoymaqla əsgər M.Zəkiyevdən 10 manat məbləğində pul tapmasını tələb edib həmin pulu tapıb verməyəcəyi təqdirdə onu şəxsi heyət arasında ən tə hqiramiz ifadələri qəbul edən şəxs mənasında işlədilən «peysər» çıxarması ilə hədələmişdir. Həmin ərəfələrdə əsgər M.Zəkiyev xidmət yoldaşlarına əsgər Məhkum ona qarşı yol verdiyi nizamnamədənkənar qanunsuz hərəkətlərdən və ona qarşı qərəzli münasibətindən bezdiyini deyərək, artıq bölüyün şəxsi heyətinin onun əmrlərini tam icra etmədiyini görüb, əsgərlərə nümayişkarcasına ünvansız söyüşlərlə və digər kobud ifadələrlə «dağıl-düzül» və digər əmrlər verməklə şəxsi heyətlə «böyük əsgər» kimi əsgər Məhkum tələb etdiyi tərzdə davrana bildiyini nümayiş etdirmiş, lakin onun tələb etdiyi kimi söyüşlə cərgə aparmaq istəmədiyini və nalayiq ifadələr işlətmədən «böyük əsgər» olacağını bildirsə də, sonradan əsgər Məhkum ona qarşı hərəkətləri mənəvi-psixoloji vəziyyətinə mənfi təsir etdiyindən özünü bö lükdə nüfuzdan düşmüş əsgər kimi apararaq şəxsi heyətə artıq «böyük əsgər» kimi heç bir əmrlər və göstərişlər verməmiş, qarovul xidməti üzrə dəyişdirici çıxmaqdan imtina etmişdir. Daha sonra, Məhkum 29 aprel 2020-ci il tarixdə axşam saatlarında əsgər M.Zəkiyevə qarşı özünün qərəzli münasibətini açıq nümayiş etdirməklə, şəxsi heyət arasında onu «peysər», yəni əsgərlər arasında hərbi xidmətdə ən təhqirəramiz sözləri özünə qəbul edən şəxs kimi təqdim edib daha da nüfuzdan salmaq və aşağlamaq məqsədi ilə bölüyün inzibati binasının 319 nömrəli yataqxanasında tabelik münasibətləridə olmayan, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 v ə 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub heç bir səbəb olmadan həmin vaxt otaqda olan digər əsgərlərin gözü qarşısında əsgər M.Zəkiyevin ünvanına peysər», «çumo» və digər təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaltmış, daha sonra yumruqla bədəninə iki zərbə vuraraq ona qarşı zor etmiş və əsgər M.Zəkiyevin onun hərəkətlərindən mənəvi cəhətdən sarsılaraq cavab verə bilmədiyini görüb öz cinayətkar əməllərini davam etdirərək, ondan özünün yatdığı 302 nömrəli yataqxanaya gəlməsini tələb etmişdir. Əsgər M.Zəkiyev onunla birlikdə 302 nömrəli yataqxanaya getmiş, orada əsgər Məhkum orada nalayiq ifadələrlə əsgər M.Zəkiyevi təhqir edib bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmaqla ona qarşı zor tətbiq etmiş və həmin gün yalnız «yat» komandasından sonra 3 19 nömrəli yataqxanaya qayıtmış, əsgər M.Zəkiyev oradakı əsgərlərə məyus, əsəbi və gərgin vəziyyətdə əsgər Məhkum onu 302 nömrəli yataqxanada təhqir etdiyini və döydüyünü bildirmişdir. Bundan başqa, Məhkum 30 aprel 2020-ci il tarixdə saat 21 radələrində bölüyün inzibati binasının 3-cü mərtəbəsində şəxsi heyəti bir cərgə üzrə sıraya düzərək həmin vaxt sırada dayanmış əsgər M.Zəkiyevə yaxınlaşaraq heç bir səbəb olmadan tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə intizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub, sonuncunun bədəninə yumruqla bir neçə zərbə vuraraq ona qarşı zor tətbiq etmiş və M.Zəkiyev onun hərəkətindən məyus olub heç bir etiraz etməyərək digər əsgərlərin qarşısında dayanaraq susmuşdur. Bundan sonra, əsgər M.Zəkiyev 01 may 2020-ci il saat 11:00-dan 02 may 2020-ci il saat 11:00-dək hərbi hissə üzrə sutkalıq qarovul nəfəri xidmətinə təyin olunub 01 may 2020-ci il tarixdə saat 12 radələrində qarovul xidmətini ayıq növbə naryadında qəbul edib həmin naryad üzrə xidmətdə olarkən əsgər A.Mustafayevlə söhbət zamanı əsgər Məhkum ona qarşı yol verdiyi qanunsuz və nizamnamədənkənar hərəkətlərdən, o cümlədən, mütəmadi olaraq onu şəxsi heyət qarşısında nümayişkaranə tərzdə aşağılamasından, şərəf və ləyaqətim alçaltmasından və ona qarşı zor tətbiq etməsindən bezdiyini deyərək, ona qarşı edilən hərəkətlərdən sıxıldığını bildirmiş, ardınca həmin gün saat 15 radələrində qarov ul naryadı üzrə 2-ci müşahidə gülləsində xidmətə çıxarkən əsgər Məhkum tərəfindən ona qarşı edilmiş müntəzəm qanunsuz və nizamnamədənkənar hərəkətlərdən bezərək özünü öldürmə həddinə çatdırıldığından həyatda yaşamağa davam etmək istəməmiş və bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürmək barədə fikrini qətiləşdirmişdir. Bu məqsədlə əsgər M.Zəkiyev 01 may 2020-ci il tarixdə saat 15:30 radələrində qarovul evinin yaxınlığında, 25-30 metr məsafədə yerləşən 2 №-li müşahidə qülləsində qarovul nəfəri xidmətində naryadda olarkən, xidməti istifadəsinə olan «AKM» markalı, 7.62 mm çaplı 565911 №-li avtomat silahı tək-tək atəş rejimində döyüşə hazır vəziyyətə gətirib, çömbəlmiş vəziyyətdə silahın qundağını döşəməyə, lüləsini isə döş qəfəsinin sol ön səthinə soldan sağa istiqamətdə dirəy ərək, bədənini önə doğru əyməklə, aşağıdan-yuxarıya vəziyyətində bir atəş açmaqla, özünə həyat üçün təhlükəli olan və ağırlıq dərəcəsinə görə sağlamlığa qəsdən ağır zərərvurmaya aid «döş qəfəsinin sol yarısının, ürəyin və sol ağciyər payının zədələnməsi ilə müşayiət olunan bir ədəd dəlib keçən odlu silah yaralanması» xəsarətini yetirmiş və aldığı xəsarətdən döş qəfəsinin sol yarısının bir ədəd dəlib-keçən odlu silah yaralanması nəticəsində ürək əzələsinin zədələnməsi, sol İV qabırğanın açıq sınığı, sol ağciyər payının əzələ toxumalarının zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qanitirmə səbəbindən hadisə yerində ölmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Şəfiyeva Gülsabah Nəzib qızı kassasiya şikayətini onunla əsa slandırmışdır ki, Cəlilabad Hərbi Məhkəməsinin hökmündə müəyyən edilmiş hallarda ziddiyyətli məqamlar mövcuddur. Belə ki, dindirilmiş şahid ifadələri Afiq Mustafayevin verdiyi ilkin ifadə ilə sonrakı ifadə ziddiyyət təşkil edir. Qeyd etmək lazımdır ki, əsgər X29 Zəkiyevin ən yaxın dostu və sirdaşı olmuşdur. Birinci ifadəsində X29 Zəkiyevin özünü öldürməsinin səbəbini istədiyi qızın başqa şəxsə ərə getməsi ilə bağlı olduğunu bildirmişdir. Daha sonra verdiyi ifadəsində isə X30 Abbasov tərəfindən incidilməsini göstərmişdir. Eyni zamanda şahid əsgər X31 Hərbi Prokurorluğunda 16 may 2021-cil tarixdə verdiyi ifadəsində Məhkum barəsində və onun qanunsuz hərəkətləri barəsində heç bir məlumatı təsdiqləməmişdir. Sonrakı ifadəsində X30 Abbasov tərəfindən cərgə qarşısında vurulması və digər qanunsuz h ərəkətləri barəsində məlumat vermişdir. Ziddiyyətli ifadə verən şahidlər nədənsə baş vermiş hadisə vaxtı digər əhəmiyyətli halları xatırlamadıqlarını bildirsələr də, X30 Abbasovu tərəfindən məhz 30 aprel 2020-ci il tarixində zor tətbiq etdiyini təsdiq edirlər. Şahidlər əsgər Mustafa Zəkiyevdə küsgünlük, ümüdsüzlük və həyatdan bezmiş kimi əlamətlərin olmadığını öz ifadələrində aydın şəkildə göstərmişlər. X2 əsgər Mustafa Zəkiyevin cərgə qarşısında Məhkum tərəfindən yumruqla vurulmasını 10-cu cərgədən gördüyünü bildirmiş. Bunun isə praktiki olaraq mümkün olmadığı aydın olur. Mustafa Zəkiyevin əsgər yoldaşlarının qarşısında Məhkum tərəfindən aprel ayının 29-da təhqir olunması və bununla əlaqədar qaravul xidmətinə çıxmayacağı barəsində heç bir araşdırılma aparılmayıb. Belə mühüm məqam barədə şahid kimi dindirilən və üzləşdirmədə iştirak edən əsgərlərin heç birinə suallar verilməmişdir. Bundan başqa, Mustafa Zəkiyevin 1-ci mühafizə bölüyündə intizamsızlığın baş alıb getməsi, narkotik vasitələrdən istifadə olunması barədə ailə üzvləri ilə danışığında məlumatların verməsi habelə qaldığı otağı özbaşına dəyişməsi, sanki cəza otağı hesab edilən 302-ci otaqda doğurdanda döyülməsini, hansıki ifadə verən şahidlərin hər biri onun döyülməsini ayrı-ayrılıqda gördüklərini bildirsələrdə nə istintaq nə də məhkəmə tərəfindən belə bir ziddiyyətli məqamlar araşdırılmamışdır. Həmçinin, Quliyev Məhəmməd öz ifadəsində Məhkum məzuniyyətdən gələn əsgərlərdən gələrkən nə isə gətirmələrini tələb etməsi, pul istəməsinə aid deyilənləri təsdiq etməyərək göstərmişdir ki, bölükdə xidmətə başladığı gündən bir dəfə növbəti məzuniyyətdə olduğunu bir neçə dəfə isə günlük buraxılışda olsa da Məhkum ondan heç bir şey tələb etməmişdir. Bundan başqa, 20.05.2021-ci il tarixli hökmündəki məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən mütəmadi döyülən mərhum Mustafa Zəkiyevin bədənində digər xəsarətlər aşkar olunmamışdır. Bu isə bir daha verilən doğru olmayan ifadələri bir daha inkar edir. Bundan başqa, cinayətin törədilməsində təqsirli bilinən əsgər Məhkum hadisənin baş verdiyi qaravul xidməti zamanı xidmətdə olmamışdır. Məhkum törətdiyi əməllər intizam nizamnamənin tələblərini pozulması kimi qiymətləndirilməli və intizam qaydasında cəzalandırılmalıdır. İşin hallarında Əsgər Məhkum barədə göstərilən əməllər düzgün qiymətləndirilməmişdir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinidə tabelik münasi bətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması əks olunan 332.3-cü maddəsinin tərkibinin yaratması istintaqla sübuta yetirlməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək, Məhkum əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini və ya həmin qərarı ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi G.N.Şəfiyeva çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini, cinayət işinin materiallarının tam araşdırılmadığını, şahid ifadələrinin hamsının bir-birinə ziddiyyət təşkil etdiyini, cinayətin məsuliyyətinin kifayət qədər sübutlarla sübuta yetirilmədiyini, ekspert rəyinin işin hallarını tam əhatə etmə diyini bildirib şikayətin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi A.X.Hüseynov çıxış edərək, kassasiya şikayətində göstərilmiş şübhəli məqamların həqiqətəndə mövcud olduğunu bildirib, bu səbəbdən də həmin halların yenidən araşdırılması məqsədilə şikayətin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instan siyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X28 oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə y oxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarl ar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı maddələrində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarını n qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apel lyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsinin dispozisiyası tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədəqorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə və həmin əməllər külli miqdarda əmlak əldə etmək məqsədi ilə, təkrarən, iki və ya daha çox şəxs barəsində, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olması kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş təkrarən tabelik münasibatlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ağır nəticələrə səbəb olması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməli olduğu və ya apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işin yeni apellyasiya baxışına təyin edilməsi iddia edilir. Eyni zamanda, kassasiya şikayətində göstərilən hallar faktiki olaraq iş üzrə ibtidai istintaq və məhk əmələr tərəfindən müəyyən olunmuş hallardan fərqli yeni hal kimi çıxış edir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərar larının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bundan başqa, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edərək qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum CM-in 332.3-cü maddəsində göstərilən cinayət əməlini törətməsi çoxsaylı sübutlarla, yəni şahidlər X16, X11, X25, X22, X26, Abdulov Elmir ibrahim oğlu, X17, X3, Əliyev İbrət intizar oğlu, Əliyev Qismət intizar oğlu, X39, X21, X27, X13, X35, X5, X6, X23, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ballistik və trassoloji ekspertizalar şöbəsinin ekspertləri X36, X24 və Qədirov Samir ilyas oğ lu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi MTE və PAM-in ümumi ekspertiza mərkəzinin eksperti X14 verdikləri ifadələr, məhkəmə-tibbi ekspertizasının 01 iyun 2020-ci il tarixli, 02 №-li rəyi, 29 iyun 2020ci il tarixli, 3/396, 3/397, 3/398 və 3/399 №-li ekspertiza rəyləri, 07 may 2020-ci il tarixli, 20/MTB-2020 №-li ekspert rəyi, iş üzrə keçirilmiş istintaq eksperimenti, məhkəmə-psixiatrik ekspertizasının 05 sentyabr 2020-ci il tarixli, 1731 №-li rəyi, məhkəmə-psixoloji ekspertizasının 23 sentyabr 2020-ci il tarixli, 11/281 №-li rəyi ilə tam sübuta yetirilmişdir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdaf iə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllən in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Odur ki, kassasiya şikayətində qeyd edilən halların araşdırılması zərurəti olmadığından, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və yeni apellyasiya baxışın keçirilməsi barədə dəlillər əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada s adalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən o nun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Şəfiyeva Gülsabah Nəsib qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cəlilabad Hər bi Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi Şəfiyeva Gülsabah Nəsib qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-21/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-21/2022
11.05.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver