Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-21/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Məmmədov Dilsuz Babək oğlunun iştirakları ilə, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2, 308-1.2, 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Dilsuz Babək oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 04 may 2021-ci il tarixli (Həsənov Polad Vəli oğlu (sədrlik edən), Hüseynov Səxavət Səməd oğlu və Orucəliyev Abil Elmar oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmayan, işsiz, evli, 4 uşaq atası, ali təhsilli, xxx ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza olaraq təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müə ssisəsində çəkməklə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanmışdır. Dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə qəti əlavə cəzası Məhkum hökmlə cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə növündə qəti cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə həmin qəti əlavə cəza üçün müəyyən edilmiş 3 (üç) il müddətə şamil olunmuş, əlavə cəza olaraq Məhkum “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən mərhum edilməsi üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilməsi, iş üzrə zərər çəkmiş şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 5.129.105 (beş milyon yüz iyirmi doqquz min yüz beş) manat dəyərində dəymiş maddi ziyanın Məhkum alınaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ödənilməsi, Məhkum vətəndaşlardan rüşvət şəklində aldığı 9.073.550 (doqquz milyon yetmiş üç min beş yüz əlli) manat məbləğində pulun müsadirə edilərək dövlət nəfinə alınması təmin edilməklə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hökmündən narazı qalan məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Səfərov Behbud Sultan oğlu apellyasiya şikayəti verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(108)-03/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təm in edilməmiş Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1-1(092)12/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(108)-03/2021 nömrəli qərarından məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Məmmədov Dilsuz Babək oğlu kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət vermişdir. Həmin vəsatətə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər Allahverdiyev Əli Kərim oğlundan (sədrliyi və məruzəsilə), Mirzəyev İlqar Məhərrəm oğlundan və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə) 02 dekabr 2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Məmmədov Dilsuz Bab ək oğlunun kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası və kassasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından Məhkum müdafiəçisi Məmmədov Dilsuz Babək oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Məmmədov Dilsuz Babək oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, kassasiya şikayət vermə müddətinin bərpası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişlər, lakin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası özünün 02 dekabr 2022-ci i l tarixli qərarı ilə əsassız olaraq, heç bir əsaslandırma aparmadan müddətin bərpa edilməsi ilə bağlı vəsatətini təmin etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məmmədov Dilsuz Babək oğlu çıxış edərək, müvəkkilinin cəzaçəkmə müəssisəsində qeyri-insani şəraitdə saxlanıldığını, faktiki olaraq ona hər hansı kassasiya şikayətini vermək, öz müdafiəçisi ilə görüşmək imkanından məhrum edildiyini, bu şəraitin nəzərdə tutulmuş prosessual müddətin buraxılmasına gətirib çıxardığını bildirib, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və ka ssasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum Azərbaycan Respublikası CM-nin 179.4, 308.2, 308-1.2, 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasına hər hansı bir üzrlü səbəbin olmadığını bildirib, kassasiya şikayəti təmin edilməməsini və Naxçıvan M uxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsasla rdan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. İş materiallarında olan qərarın surətinin təqdim olunması barədə qəbzdən aydın olur ki, məhkum Əhmədov X8 Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarını 11 iyun 2021-ci il tarixdə qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. Bununla da müəyyən olunur ki, mübahisələndirilən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixdə çıxarılmış həmin qərardan kassasiya şikayəti vermək üçün prosessual qanuna əsasən məhkum üçün nəzərdə tutulmuş müddət 09 iyun 2022-ci il tarixdə bitmişdir. İş materiallarından görünür ki, müdafiəçi Məmmədov Dilsuz Babək oğlu kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti 29 oktyabr 2022-ci il tarixdə tərtib edilməklə birbaşa Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlamış, Ali Məhkəmə isə öz növbəsində 02 noyabr 2022-ci il tarixində daxil olmuş kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatət aidiyyəti üzrə 10 noyabr 2022-ci il tarixli, 3/Ə-14723 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, məhkum Əhmədov X8 Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarının çıxarıldığı vaxtdan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra kassasiya şikayəti vermək qərarına gəlmiş və şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməməsini heç bir sübut ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız aşagıdakı hallarda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması, həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə bərpa oluna bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermə müddətinin buraxılmasına səbəb olan hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz və kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum müdafiəçisi Məmmədov Dilsuz Babək oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Na xçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2, 308-1.2, 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-21/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-21/2023
26.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver