Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-21/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Bağırov Abdul Madar oğlunun iştirakları ilə xx xxx 2004-cü ildə Neftçala rayonu, Astanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, x daimi qeydiyyatda olan, Müdafiə Nazirliyi nin N N°-li hərbi hissəsində xidmət edən, hal hazırda intizam xarakterli hərbi hissədə cəza çəkən X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli 1-1(108)-7/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Bağırov Abdul Madar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 1-1(092)22/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: İ.S.İbrahimov) X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətinə intizam xara kterli hərbi hissədə saxlama cəzasının təyin edilmiş, iş üzrə Məhkum intizam qaydasında haupvaxtda həbsdə saxlandığı 10 (on) sutkanın təyin olunmuş cəza müddətinə hesablanmaqla Məhkum qəti olaraq 01 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, hökmün icrası N N°-li hərbi hissənin komandirinə həvalə olunmuş, cəzaçəkmə müddətinin əvvəli Məhkum intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Bağırov Abdul Madar oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli qərarı ilə, (hakimlər: F.M.Abbasov (sədrlik edən), Ə.N.Novruzov və B.A.Tarverdiyevadan ib arət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmü məhkum olunmuş şəxs X3 müdafiəçisi Bağırov Abdul Madar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli qərarından məhkum X3 müdafiəçisi Bağırov Abdul Madar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, X6 manqa komandiri Zərərçəkmiş şəxs2 və ona rəis hesab olunan baş leytenant Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etməklə, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələri n yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı təkrar zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, əsgər X1 Nazirliyinin N N-li hərbi hissəsinin 4-cü taborunun minaatan batareyasının 2-ci taqımının 2-ci manqasının heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 2022-ci ilin noyabr ayının əvvəllərində, saat 11 radələrində həmin batareyanın sıra meydanında ona siqaret çəkməsinə icazə vermədiyi üçün bilavasitə rəisi, manqa komandiri olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs2 sinəsindən bir yumruq zərbəsi vurub yerə yıxmaqla ona qarşı zor tətbiq etmişdir. Bundan başqa Məhkum təkrarən 2023-cü ilin aprel ayının 8-də saat 14 radələrində həmin batareyanın yataqxanasının ön tərəfində sıranın qarşısından keçərkən düzgün icazə alm adığından ona irad tutduğu üçün rütbəcə ona rəis hesab olunan baş leytenant Zərərçəkmiş şəxs1 Qalib oğlunun çənəsinin sol tərəfindən bir yumruq zərbəsi vurub ona qarşı nalayiq ifadə işlətməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı təkrar zor tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Bağırov Abdul Madar oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, X5 Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün əsasların (onu müddətli həqiqi hərbi xidmət üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.1-ci maddəsi ilə müəyyənləşdirilmiş 1 il 6 ay xidmət müddətinin 1 il 4 axımı artıq basa vurduğunu, cinayətin xarakterini, törədilmə yeri və şəraitini, i ctimai təhlükəlilik dərəcəsini, onun əməlindən səmimi peşman olmasını, gənc olmasını) olmasına baxmayaraq, məhkəmələr onu Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmişlər, nəticədə o həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Bağırov Abdul Madar oğlu kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən X3 məsuliyyətini yüngülləşdirən (CM-in 70-ci maddələrinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi haqqın da kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbi q edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümləd ən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təsvir edil ən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normal arın işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda müdafiəçi Bağırov Abdul Madar oğlunun X5 münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, X2un Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – hərbi xidmət üzrə vəzifələrini yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı təkrar zor tətbiq etmə Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum et mə cəzası nəzərə tutulmuşdur. Müdafiəçi kassasiya şikayətində məhkuma daha sərt - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini iddia etsə də, öyrənilmiş məhkəmə aktlarından müəyyən olunur ki, X2a CM-in 330.3.2-ci maddəsi ilə 01 (bir) il 2 (iki) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, yəni sanksiya daxilində və Cinayət Məcəlləsinin 42-ci maddəsində əksini tapmış sıralamaya görə azadlıqdan məhrum etmə ilə müqayisədə daha yüngül növdə və aşağı həddə yaxın həddə cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı X2un törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təs irini də nəzərə almış, X3 barəsində Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsinin sanksiyasında aşağı həddə yaxın həddə intizam xarakterli hərbi hissədə saxlama cəzasını tətbiq etməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışdır. Digər tərəfdən X6 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsinə dair iddia sonuncunun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və müdafiə tərəfinin tələblərini təmin etməyib, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsi ilə, CM-in 69.3-cü maddəsinə əsasən 01 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi ilə bağlı Naxçıvan Muxtar R espublikası Hərbi Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi X5 cəzası təyin edərkən yüngülləşdirən hallar kimi onun ilk dəfə olaraq az ağır cinayət törətdiyini, gənc olmasını (müdafiəçinin kassasiya şikayətində məhkuma münasibətdə CM 70-ci maddəsinin tətbiqi üçün istinad etdiyi hallar), cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birl ikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Göründüyü kimi müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası apellyasiya şikayətində irəli sürülmüş cəzanın şərti məhkum etmənin tətbiq edilməsi barədə tələblərlə razılaşmayıb hökmü dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yo xlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları X3 cəzasının yüngülləşdirilməsini və yaxud onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, həmçinin kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışla rını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi Bağırov Abdul Madar oğlunun kassasiya şikayəti təmin edilməməli, X3 barəsində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli 1-1(108)7/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli 1-1(108)-7/2023 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-21/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-21/2024
06.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver