Məhkəmə qərarları › İş №1-1(102)-21/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-21/2025

10.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-21/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-161/2017 saylı, 30 may 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 1(098)-161/2017 saylı, 30 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-32/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 1(098)-161/2017 saylı, 30 may 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən ona 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq t ətbiq edilmişdir. Məhkum Tərtər Hərbi Məhkəməsinin 1(098)-161/2017 saylı, 30 may 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Tərtər Hərbi Məhkəməsinin 1(098)-161/2017 saylı, 30 iyul 2024-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-32/2024 saylı, 15 sentyabr 2024-cü il tarixli ilkin baxış qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) məhkum olunmuş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 1(098)-161/2017 saylı, 30 iyul 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-32/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. O, kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin hökmünü götürmək üçün mən heç bir qəbzi imzalamamışam və mənə məhkəmənin hökmü təqdim edilməmişdir. Belə ki, Tərtər Hərbi Məhkəməsinin barəmdə çıxardığı hökmündən Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan digər mübahisəli məsələ üzrə işimə baxılarkən məlumatım olmuşdur. Mənə xx.xx.2024-cü il tarixdə məhkəmənin hökmü ilə birgə qanunvericiliyin tələblərinə uyğun gəlməyən formada tərtib olunmuş bir qəbz təqdim etdilər. Həmin qəbzin üzərində də ad, soyadım yazılmaqla mənim imzama oxşar bir imza da çəkilmişdir. Qeyd edim ki, mənə təqdim olunan qəbz tamamilə qanunsuz bir formada tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Məhkəmələrində Kargüzarlığın aparılmasına dair” Təlimatda məhkəmə qəbzinin vahid forması nəzərdə tutulmuşdur. Lakin məhkəmədən əldə etdiyim qəbz isə həmin forma-məzmun tələblərinə riayət edilmədən qanunsuz bir formada tərtib olunmuşdur. Həmin qəbzi mən qəti şəkildə qəbul etmirəm. Həmçinin həmin qəbz qanunvericiliyin də tələblərinə uyğun olmayan formada tərtib olunduğuna görə qanuni məhkəmə sənədi sayıla bilməz. Əgər məhkəmənin hökmünü vaxtında əldə etsə idim dərhal, prosessual müddətə riayət etməklə apellyasiya şikayəti tərəfimdən məhkəməyə təqdim edilərdi. Tərtər Hərbi Məhkəməsinin 30 may 2017-ci ildə çıxardığı hökm üzrə məhkəmə iclasının heç birinə dəvət edilməmişəm, heç bir iclasda iştirak etməmişəm. Məhkəmə mənə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsinə, hüquq və azadlıqlarımın şəxsən müdafiəsinin təmin edilməsinə, habelə pozulmuş hüquq və azadlıqlarımın bərpasına şərait yaratmadan, həmin cinayət işi üzrə iclasda mənim iştirakım olmadan, məni dinləmədən, prosessual hüquqlarımı kobudcasına pozaraq ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Mən məhkəmənin hökmünü əldə edə bilmədiyim üçün çıxarılan qanunsuz və ədalətsiz hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişəm və nəticədə üzrlü səbəbdən müddəti ötürmüşəm. Bildirmək istəyirəm ki, Tərtər Hərbi Məhkəməsinin 30 may 2017 -ci il (iş №1(098)-161/2017) tarixdə çıxardığı hökmdən 13 may 2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətlə çıxış etdim. Lakin Tərtər Hərbi Məhkəməsinin 1-1(098)161/2017 saylı, 30 iyul 2024-cü il tarixli qərarı ilə mənim – şikayətim həm konstitusion, həm də prosessual hüquqlarım pozulmaqla təmin edilməmişdir. Hüquqlarım kobudcasına pozulduğuna görə Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-161/2017 saylı, 30 iyul 2024-cü il tarixli qərarından apellyasiya şikayəti verərək Tərtər Hərbi Məhkəməsinin 1-1(098)161/2017 saylı, 30 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müdətin bərpa olunmasını xahiş etdim. Həmin qərardan verdiyim apellyasiya şikay ətimi onunla əsaslandırdım ki, Tərtər Hərbi Məhkəməsinin barəmdə olan 30 may 2017-ci il tarixli hökmündən məlumatı olmamışam, hökmü vaxtında əldə edə bilmədiyindən vaxtında apellyasiya şikayəti verə bilməmişəm. Hər hansı məhkəmə qəbzi əsasında həmin hökmü götürməmiş və qəbzə imza etməmişəm. Bununla yanaşı, məhkəmə bildirişinin mənə göndərilməsi barədə də heç bir poçt qəbzi də olmamışdır. Buradan da aydın olur ki, mənə poçtla məhkəmə bildirişi belə göndərilməmişdir. Məhkum olunmuş şəxs qeyd olunanların nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının ləğv edilərək apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanıla n məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bə rpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-161/2017 saylı, 30 may 2017-ci il tarixli hökmünün alınması barədə qəbzdə olan imza Məhkum məxsusdur. Bununla bağlı Tərtər Hərbi Məhkəməsi tərəfindən məhkəməxəttşünaslıq ekspertizası təyin edilərək rəy alınmış, ekspertizanın 04 iyul 2024-cü il tarixli 4/895 saylı rəyində Tə rtər Hərbi Məhkəməsinin 1-1(098)-161/2017 saylı, 30 may 2017-ci il tarixli hökmünün alınmasına dair qəbzdə olan imzanın Məhkum məxsus olması müəyyən edilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 03 aydan artıq müddət keçmiş və məhkumun bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin 30 may 2017-ci il tarixli 1(098)-161/2017 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Məhkum tərəfindən verilmiş vəsatət və apellyasiya şikayəti 13 may 2024-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinə daxil olmuşdur və buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün heç bir əsas və sübutlar təqdim edilməmişdir. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə məhkum və müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 7 (yeddi) ildən çox zaman keçdikdən sonra, yəni 13 may 2024-cü il tarixdə məhkum olunmuş şəxs Məhkum tərəfindən Tərtər Hərbi Məhkəməsinin 30 may 2017-ci il tarixli 1(098)-161/2017 saylı hökmündən apelyasiya şikayəti, eləcə də apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, məhkum apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Məhkum, yəni hökmün elan olunduğu andan 20 gün müddətində Məhkum apellyasiya şikayəti verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasə n məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum olunmuş şəxs Məhkum Tərtər Hərbi Məhkəməsinin 30 may 2017-ci il tarixli 1(098)-161/2017 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətinin rədd edilməsi haqqında Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(098)-32/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar