Məhkəmə qərarları › İş №1-1(102)-22/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-22/2019

17.01.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-22/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ 17 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum edilmiş Məhkum barəsində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: S.S.Hüseynov) 13 may 1999-cuil tarixdə Ağcabədi rayonu ********* kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayon ******* kəndində qeydiyyatda olan, N saylı hərbi hissənin əsgəri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin332.1-cimaddəsiilətəqsirli bilinib 07 (yeddi) aymüddətinə intizam xarakterli hərbi hi ssədə saxlama cəzasına məhkum edilmişdir. İŞİN H A L L A R İ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən əsgər Məhkum 11 oktyabr 2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N №-li hərbi hissənin müdafiə mövqeyində xidmət edərkən 28 iyul 2018-ci ildə saat 19:30 radələrində yataqxanada olarkən onunla eyni bölmədə xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər X5 yataqxananın təmizlənməsində ona kömək etməsini bildirmiş, F6 isə döyüş növbətçiliyinə çıxacağından ona kömək edə bilməyəcəyini demiş, əsgər F6 həmin gün saat 22:40 radələrində odun damının qarşısında ayıq növbədə olarkən ona yaxınlaşıb Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» tələbini pozaraq çəkdiyi siqaretin tüstüsünü onun üzünə üfürüb ondan yataqxananın təmizlənməsinə kömək etməməsinin səbəbini soruşaraq onunla mübahisə edib F6ə qarşı nalayiq söz işlədərək şərəf və ləyaqətini alçaltmış, sol göz nahiyəsinə yumruq zərbəsi vuraraq “yüngül dərəcəli baş beyin silkələnməsi, sol gözün ağlı qişasının qansızması və gözətrafı hematoma ilə müşayiət olunan qapalı kəllə beyin travması” ilə müşayiət olunan sağlamlığına yüngül zərər vuran xəsarət yetirməklə ona qarşı zor tətbiq edib qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Hökmdən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikası Al i Məhkəməsinin Hərbi kollegiyasının (hakimlər: Q.N.Məmmədov (sədrlik edən və məruzəçi), V.G.Kuimova və İ.M.Mirzəyevdən ibarət tərkibdə) 13 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qeyd olunan qərarda dəyişiklik edilməklə məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkumun Müdafiəçi kassasiya şik ayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən nə cinayətin xarakteri və təhlükəlilik dərəcəsi, nə təqsirkarın şəxsiyyəti, nə də təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Ümumi məhkəmə təcrübəsindən göründüyü kimi məhz bu cür böyük-ictimai təhlükə törətməyən cinayətlərə görə şərti məhkumetmənin tətbiqi hər bir halda cəzanın məqsədlərinə nail olunmasına heç bir maneçilik törətmir. Qeyd olunanlara əsasən məhkumun müdafiəçisi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti verərək qeyd olunan qərarda dəyişiklik edilməklə məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə ona tə yin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ6 çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs F6 məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün he sab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti verərək qeyd olunan qərarda dəyişiklik edilməklə məhkuma Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə dəlillərini cinayət qanunvericiliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər onun barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəzanıağırlaşdıranvəyüngülləşdirənhalları, habelətəyinolunancəzanınhəmməhkum, həmdəbaşqaşəxslərtərəfindənyenicinayətlərintörədilməsininqarşısınıalmaqməqsədilətətbiqini, şəxsinislaholunmasınavəonunailəsininhəyatşəraitinətəsirininəzərə alaraq onaazadlıqdanməhrumetməcəzasıtəyin etmişdir.Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkumun ə məlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi hallara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində nəzərdə tutulan cəzanın təyin edilməsinin ümumi əsaslarını kifayət qədər nəzərə almaqla Məhkum tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Belə ki, Məhkum təqsirləndirildiyi CM-in 332.1-ci maddəsinin sanksiyasında törədilən cinayət əməlinə görə iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, birinci instansiya məhkəməsi yed di ay intizam xarakterli hərbi hissədə saxlama cəza növünü təqsirləndirilən şəxsin şəxsiyyətinə və cinayətin xarakterinə uyğun olması nəticəsinə gələrək sanksiyada nəzərdə tutulan aşağı həddə cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum barəsində törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdı r. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkumun F6 vurduqdan dərhal sonra ona yardım göstərməsi, zərərçəkmiş şəxsin onu bağışlaması, münasibətlərinin yaxşı olması, törətdiyi əmələ görə səmimi peşman olması və zərərçəkmiş şəxsin ondan şikayətinin olmaması məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır və birinci instan siya məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində göstərilmiş iş üzrə mühüm əhəmiyyət kəsb edən halları cəza təyini zamanı nəzərə almaqla əsaslandırmış və onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qərarı dəyişdirilmədən saxlamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətində göstərilən halları nəzərə almaqla, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək ona şərtiməhkumetmənintətbiqinimümkün saymır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar