Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-22/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 232.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxxx 2020-ci il tarixli ilkin baxış iclasının qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev İlqar Məsail oğlu) Məhkum, xxxxx 2000-ci il tarixdə Lənkəran rayonunun Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, 10 iyul 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmı ş, N nömrəli hərbi hissədə xidmət etmiş və xidmət müddətinin başa çatması ilə əlaqədar 01 yanvar 2020-ci il tarixdə ordu sıralarından ehtiyyata tərxis olunmuş, ünvan 1-də qeydiyyatda yaşayan, olmaqla həmin ünvanda CM-nin 232.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsini tətbiq edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum N nömrəli hərbi hissəsinin Goranboy rayonunun Gülüstan kəndi ərazisində yerləşən 3-cü taborunun minaatan batareyasının 2ci lağımının 3-cü minaatanının baş tuşlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyi müddətdə 01 dekabr 2019-cu il tarixdə saat 13 radələrində batareya komandirinin göstərişi əsasında bat areyanın silahlar saxlanılan piramidasının yerləşdiyi otaqda təmizlik işləri apardığı vaxt onunla birgə həmin batareyanın 2-ci tağımının 1-ci minaatanının tuşlayıcısı, əsgər X5 onunla aralarında olan narazılığa görə onun komandanlıq tərəfindən cəzalandırılması yolu ilə ondan qisas almaq üçün otaqda açıq vəziyyətdə saxlanılan silah piramidasından X22a təhkim edilmiş “AKMS” markalı "AH 1528” №-li avtomat silahı sökərək həmin silahın çaxmağını, yəni odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsini talamış və dərhal taladığı çaxmağı silah piramidasının saxlanıldığı otaqdan yataqxananın giriş qapısından bayır tərəfinədək təxminən 8-10 metr məsafədə olan batareyanın ərazisindəki zibil tullantıları üçün istifadə olunan boş dərəyə atmışdır. Həmin gün əsgər X22 saat 21:00-dan 23:00-dək döyüş növbətçiliyinə təyin edilib silahla döyüş növbətçiliyini təşkil edəcəyi üçün saat 20:55 radələrində silah boşaltma məntəqəsində özünə məxsus “AKMS” markalı "AH 1528” №-li avtomat silahı yoxlayarkən silahın çaxmağının yerində olmadığını aşkar etmiş və həmin gün Məhkum silahın çaxmağını talamaqla boş dərəyə atmasını könüllü etiraf etməsindən sonra aparılan axtarış zamanı həmin istiqamətdə həmin gün saat 23 radələrində Məhkum göstərdiyi boş dərə istiqamətindəki torpağın üzərindəki kolluğun arasından əsgər X22a təhkim edilmiş silaha məxsus olan çaxmaq tapılmışdır. Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli hökmü 30 iyul 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Hökmdən apellyasiya protestinin verilməsi müddəti bitdikdən sonra, yəni 14 av qust 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı X.Vəliyev Məhkum barəsində olan xxxxxx 2020-ci il tarixli hökmdən apellyasiya protesti verərək həmin hökmün ləğv edilməsini və Məhkum barəsində ona ibtidai araşdırma orqanı tərəfindən CM-nin 228.1 və 232.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilinməsinə və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzaların təyin edilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmiş, eyni zamanda apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim İ.M.Quliyev) Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı X.Vəliyevin apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı Quliyev Tahir Ramiz oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) xxxxxx 2020-ci il tarixli ilkin baxış iclasının qərarı ilə apellyasiya protestiti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxx xx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsessual və Cinayət Məcəllələrinin normalarına, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin bir sıra dövlətlərə qarşı qəbul etdiyi qərarlara istinad edən, digər tərəfdən isə əsasən işin faktiki hallarını, Məhkum əməlinin hüquqi tövsifini və ona təyin olunmuş cəzanın həddindən artıq yüngül olmasını mübahisələndirən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, Tərtər Hərbi Məhkəməsi tərəfindən çıxarılmış hökm qanunsuz və əs assızdır. Belə ki, Məhkum əməlində həm odlu silahın komplekt hissəsini talama, həm də qanunsuz olaraq əldə etdiyi odlu silahın komplekt hissəsini qanunsuz olaraq daşıma cinayətlərinin tərkibi mövcud olmuşdur. Odur ki, Məhkum törətmiş olduğu cinayət əməli hər biri ayrı-ayrılıqda müstəqil cinayət tərkibi yaratdığından onlara cinayətlərin məcmusu qaydasında baxılaraq, hüquqi qiymət verilməli, Məhkum həm CM-nin 228.1, həm də CM-nin 232.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini düzgün nəzərə almamış, təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək ona təqsirləndirildiyi CM-nin 232.1-ci maddəsinin sanksiyanda nəzərdə tutulan cəzadan daha yüngül cəza tə yin etməklə, məhkumun şəxsiyyətinə və cinayətin xarakterinə uyğun olmayan və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Belə ki, məhkəmənin müstəsna hallar kimi qiymətləndirərək öz mövqeyini əsaslandırdığı hallar Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsas hesab edilə bilməzdi. Həmçinin dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestində bildirir ki, Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli hökmünün çıxarılması barədə işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə etmiş prokuror tərəfindən Respublika Hərbi Prokurorluğunun rəhbərliyinə vaxtında məruzə olunmamış və bununla əlaqədar apellyasiya protesti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrlü s əbəbdən buraxılmışdır. CPM-nin 121.2-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Tərtər Hərbi Məhkəməsinin heç bir qanuni əsas göstərmədən və ya sübuta istinad etmədən yalnız şəxsi mülahizəsinə uyğun olaraq hökmün Respublika Hərbi Prokurorluğunun rəhbərliyinə vaxtında məruzə edilməməsini üzrlü səbəb kimi qəbul etməməsi, onun kifayət qədər qərəzli və qeyri-obyektiv olmasından, müvafiq hökmünün mübahisələndirilərək ləğv ediləcəyindən çəkinməsi kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi d ə əsassız olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qəbul etdiyi qərarında sadə əsaslandırma aparmaqla həmin nəticəni təkrarlamışdır. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2020-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kas sasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Dövlət ittihamçısı Q.Rizvanovun kassasiya protestinin məzmununa görə, onun müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina olunması haqqında qərarı əsassız olaraq dəyişdirilmədən qüvədə saxladığından, yəni CPM-nin 416.1.20-ci maddəsində göstərilən pozuntuya yol verdiyindən həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. CPM-nin 416.1.20-ci maddəsinin tələbinə görə isə, məhkəmə bu Məcəllənin 391.3.2-391.3.5, 391.3.7-391.3.9 və 391.6-cı maddələrində nəzərdə tutulmuş qərarları əsassız çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qər arını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının həmin protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və bu müraciətin dəlillərinə uyğun olaraq E.Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahi yyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kolle giyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından bu əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud d əyişdirməyə haqlıdır. Qanunvericiliyin tələblərindən çıxış edib kassasiya protestinin dəlillərinə nəzər yetirərək məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, həmin protestin əsas hissəsi Məhkum əməlinin düzgün tövsif edilməməsinə, ona təyin olunmuş cəzanın yüngül olmasına və buna görə Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli hökmünün qanunsuz və əsassız olmasına həsr olunsa da, protestdə bu hökm deyil, həmin hökmdən apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina olunması haqqında qərarlar mübahisələndirilir. Bununla bağlı dövlət ittihamçısının yeganə dəlili isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror xxxxxx 2020-ci il tarixli hökmün çıxarılması barədə Azərbaycan Respublikası Hərbi P rokurorluğunun rəhbərliyinə vaxtında məlumat verməmiş və buna görə də həmin hökmdən apellyasiya protestinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsi mümkün olmamışdır. Buna görə, məhkəmə kollegiyası hazırki qərarında Məhkum ona ittiham olunmuş cinayət əməlinin sübuta-yetirilib-yetirilməməsi, onun əməlinin hüquqi tövsifi və təyin olunmuş cəzanın yüngül olub-olmaması kimi məsələlərə münasibət bildirməyi zəruri saymır ona görə ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi və kassasiya qaydasında mübahisələndirən xxxxxx 2020-ci il tarixli qərar bu məsələlərlə deyil, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmdən apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina olunması ilə bağlıdır. Belə olan halda məhkəmə kollegiyası həmin q ərarın əsaslı və qanuni olub olmamasını yoxlayaraq ilk növbədə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlil in prizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayət-prosessual qannvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərin dən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Ape llyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Prosessual qanunvericiliyin həm göstərilən, həm də digər normalarının tələblərindən və işin hallarından çıxış edərək məhkəmə kollegiyası ilk növbədə Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurrun müavini – Azərbaycan Respublikası Hərbi Prokuroru ədliyyə ge neral-leytenantı X.Vəliyevin apellyasiya protesti vermək hüququnun olmasına münasibət bildirməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 383.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin hökm və ya qərarlarından apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzunsürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə apellyasiya protesti vermək hüququna malikdir. Birinci instansiya məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 314.1, 314.3 və 314.4-cü maddələrinin tələblərinin ziddinə baxıldığı halda apellyasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru malikdir. Bu normanın məzmunundan göründüyü kimi, qanunverici cinayət mühakimə icraatında dövlət ittihamçısının müstəqilliyinə üstünlük verərək ilk növbədə birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya protesti vermək hüququna malik olan şəxs kimi məhkəmə iclasında dövlət ittihamını müdafiə etmiş prokuroru tanıyır və yalınz müstəsna hallarda (CPM-nin 383.2-ci maddəsinin iikinci və üçüncü cümlələrinində göstərilən) bu hüququn Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının prokuroru tərəfindən həyata keçirilməsini də nəzərdə tutur. Bu isə o, deməkdir ki, həmin müstəsna hallar müəyyən edilmədikdə, dövlət ittihamçısının əvəzinə CPM-nin 383.2-ci maddəsində göstərilən vəzifəli şəxslərin apellyasiya protesti vermək hüququ yaranmır. Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, həmin işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamını Azərbaycan Res publikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnikleytenantı Orucov Azad Talıb oğlu iştirak etmiş və o, bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmə istintaqı yekunlaşdıqdan sonra Məhkum CM-nin 228.1 və 232.1-ci maddələri ilə təqsirli bilinməsi və ona həm bu maddələrlə, həm də cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təklifi ilə çıxış etmişdir. Göründüyü kimi, Məhkum yalnız CM-nin 232.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə həmin maddənin sanksiyasından nəzərdə tutulmuş cəzadan daha yüngül – azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması haqqında hökm dövlət ittihamçısı A.T.Orucovun mövqeyinə uyğun olmamış, yəni məhkəmə onun təklifini nəzərə a lmamış və bu baxımdan dövlət ittihamçısının həmin hökmdən onun elan olunduğu tarixdən 20 (iyirmi) gün müddətində apellyasiya protesti vermək hüququ yaranmış, onun belə protesti vermək üçün isə kifayət qədər vaxtı və imkanı olmuşdur. Burada prokurorluq orqanlarında işin təşkili və dövlət ittihamçısının hüquqları ilə bağlı qanunvericiliyin normalarına və normativ sənədlərə müraciət etmək zəruridir. Belə ki, CPM-nin 7.0.23-cü maddəsinə əsasən prokuror öz səlahiyyətləri daxilində həmin Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə dövlət ittihamçısı qismində məhkəmədə ittihamı müdafiə edən şəxsdir. CPM-nin 314.1-ci maddəsinə görə, dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş itiham ı müdafiə etmək üçün bu Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan tstifadə edir və vəzifələrini yerinə yetirir. CPM-nin 84.6.11-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror bu Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə protest vermək hüququna malikdir. Göründüyü kimi, ədalət mühakiməsini həyata keçirilməsində dürüst, müstəqil və qərəzsiz dövlət ittihamçısının iştirakı olmadan cinayət mühakimə icraatında qanunun aliliyi və insan hüquqlarının müdafiəsini təmin edilməsi mümkün deyil. Dövlət ittihamçısı hakimiyyət nümayəndəsi olmaqla, cəmiyyətin maraqları naminə dövlətin adından insan hüquqlarının qorunması və effektiv cinayət tədbiqinin həyata keçirilməsini təmin etmək şərti ilə məhkəmədə ittiha mı müdafiə edən və müstəqil və ədalətli qaydada vaxtında protest vermək barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Lakin, bu müstəqillik tamamilə «muxtariyyət» anlamını gətirib çıxarmır və prokurorun effektiv və şəffaf fəaliyyəti üçün əsas şərtlərdən biri olan hesabatlılıq prinsipi ilə birgə həyata keçirilir. Yəni dövlət ittihamçısının öz fəaliyyətini müstəqil həyata keçirməsi ilə yanaşı, gördüyü işlərə dair hesabat verməsi onun fəaliyyətinin vacib amillərdən biridir. Dövlət ittihamçısının müstəqilliyi yalnız qanunun aliliyinə hörmətlə yanaşma və vicdanlı xidmət şəraitində həyata keçirilərək qərəzsiz, şəffaf və etibarlı prokurorluq sisteminin təminatıçısı kimi çıxış edir. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə əsasən, prokurorluq işçisi xidməti fəaliyy ətində müstəqildir və qanunun bu müdəası onların iştirakı ilə həyata keçirilən ədalət mühakiməsinin məqsədlərinə çatmasında əsas prinsiplərdən biridir. Dövlət ittihamçısının müstəqilliyi onun hesabatlılıq prinsipinə xələl gətirməyərək, protest verilib-verilməməsi məsələlərinin dövlət ittihamçısı tərəfindən əsaslandırılmaqla, işlədiyi struktur qurumun rəhbərliyi ilə müzakirə olunması qəbul edilmiş qərarın daha ədalətli olmasına xidmət edir. Həmçinin dövlət ittihamçısının qərar qəbul etmək səlahiyyətinə yuxarı prokuror tərəfindən hər hansı bir müdaxilə və ya əvəzindən qərar qəbul edilməsi cinayət-prosessual qanunvericiliyi ilə yuxarıda qeyd edildiyi normalarla dəqiq müəyyənləşdirilmişdir. Dövlət ittihamçısı protest verərkən yuxarı prokurorlarla müzakirələr apardıqdan sonra protestin verilib- verilməməsi ilə bağlı yekun qənaətə gələrək və cinayət işinin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq yalnız qanunun tələblərini və daxili inamını rəhbər tutur. Dövlət ittihamı sahəsində yuxarıda sadalanan səlahiyyətlərinin səmərəli həyata keçirilməsi üçün cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrləri ilə prokurorların müstəqilliyinə xələl gətirməmək şərti ilə icra intizamının təmin edilməsi üçün aşağıdakı nəzarət mexanizmi mövcuddur. 01 avqust 2020-ci il tarixədək qüvvədə olmuş “Cinayət-mühakimə icraatında içtimai və içtimai-xüsusi ittihamın müdafiəsi üzrə prokurorluğun fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Baş Prokurorunun 27 yanvar 2005-ci il tarixli, 08-8-09-2s № -li əmrinin 19-cu bəndində məhkəmələrdə dövlət ittihamının müdafiəsi ilə bağlı aşağıdakı vəziflərə müəyyən edilmişdir: “Dövlət ittihamçıları 10 günədək müddət ərzində məhkəmənin hökmünün surətlərini, eləcə də irəli sürülmüş və müdafiə olunmuş ittihamın həcmi, təqsirləndirilən şəxsin əməllərinin məhkəmə tərəfindən tövsifi, onun təklif etdiyi, məhkəmənin təyin etdiyi cəzanın növü və miqdarı, tələb və təkliflərinin məhkəmə tərəfindən hökmdə və digər qərarlarda nəzərə alınıb-alınmaması, məhkəmənin bu və digər məsələlərlə bağlı gəldiyi nəticələrə münasibəti, apellyasiya protesti vermək niyyətində olub-olmaması barədə və sair məlumatlardan ibarət mövqeyinə dair arayışları, protestlərin surətlərini (əgər vermişdirlərsə) Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinə, bu əmrin 3.2-c i göstərilən işlər üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təqdim etsinlər. Şöbə rəisləri tərəfindən bu qaydaya ciddi nəzarət edilməklə, pozuntu müəyyən olunduğu hər bir fakt barədə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinə yazılı məlumat verilsin. Arayışlar və onlara əlavə edilmiş sənədlər Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorlarından biri və idarə rəisi (və ya onun müavini) tərəfindən öyrənildikdən sonra müvafiq məlumatlar və cinayət təqibinin sonrakı davamı barədə təkliflər Baş prokurorun müavininə, o isə növbəsində Baş prokurora məruzə etsinlər. Prosessual hüquqların reallaşdırılması üzrə Baş prokuror və onun müavininin göstərişlərinin icrasının təşkili idarəsinin rəisi və ya onun müavini tərəfindən təxirə salınmadan təmin edilsin. Baş prokuror və ya onun müavini və vəzifəsinə görə Baş prokurorun müavini olan Azərbaycan Respublikasının Hərbi Prokuroru birinci və apelyasiya instansiyası məhkəmələrində icraatda iştirak etmiş dövlət ittihamçısının vəfat etməsi, xəbərsiz itkin düşməsi, uzunsürən ağır xəstəliyə tutulması, protest verməkdən yayınması və ya imtina etməsi ilə əlaqədar, habelə onun mövqeyi ilə razılaşmayaraq, onun əvəzinə apellyasiya və ya Baş prokuror kassasiya protestləri vermək qərarına gəldikdə, protest layihələrinin hazırlanmasını, nəzarət icraatı materiallarının və digər sənədlərin tələb edilib, toplanmasını və s. təşkilatı tədbirləri müvafiq göstəriş əsasında İdarə rəisi və ya onun müavini şəxsən (və ya idarə prokurorlarından birinin iştirakı ilə) həyata keçirsinlər”. «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanında məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi barədə edilmiş tövsiyə ilə əlaqədar olaraq 01 avqust 2020-ci ildən Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının Qərarı ilə qüvvəyə minmiş “Prokurorluq orqanlarında işin təşkili” Qaydalarının 19-cu fəslinin 107.21 və 107.22-ci bəndlərində məhkəmələr tərəfindən yekun qərarlar qəbul edildikdən sonra dövlət ittihamının müdafiəsi üzrə qurumların iş fəaliyyəti aşağıdakı qaydada tənzimlənmişdir: «Dövlət ittihamçıları 10 günədək məhkəmənin hökmünün, yekun qərarının və digər qərarlarının surətlərini, eləcə də həmin hökm və ya qərarlar üzrə tərtib edilmiş arayışı, protestlərin surətlərini (əgər verilmişdirsə) İdarəyə, müvafiq işlər üzrə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təqdim edirlər. Arayışlar və onlara əlavə edilmiş sənədlər şöbələrdə öyrənildikdən sonra müvafiq məlumatlar idarə rəisinin müavini vasitəsi ilə idarə rəisinə məruzə edilir. İdarə rəisinə məruzə olunduqdan sonra dəftərxanaya təhvil verilmiş nəzarət icraatları ibtidai istintaq və dövlət ittihamının müdafiəsi üzrə fəaliyyətin keyfiyyətinin artırılması, habelə vahid cəza siyasətinin müəyyən edilməsi məqsədi ilə təhlillərin aparılması üçün dəftərxana işçisi tərəfindən Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin müvafiq pro kuroruna təhvil verilir. Həmin prokuror tərəfindən məhkəmənin hökm və ya digər yekun qərarı öyrənilərək təhlil edildikdən və müvafiq qeydlər aparıldıqdan sonra 10 gün ərzində nəzarət icraatı dəftərxanaya geri qaytarılır». CPM-nin 358.1-ci maddəsinə görə məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş şəxsə, onun müdafiəçisinə, dövlət ittihamçısına və zərərçəkmiş şəxsin nümayəndəsinə verməlidir. İş materiallarına əlavə edilmiş poçt qəbzlərindən görünür ki, Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli hökmünün surəti 13 iyul 2020-ci il tarixli 772 saylı məktubla poçt vasitəsilə məlumat üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinə göndərilmişdir. İş materiallarında olan 30 iyul 2020-ci il tarixli 845 saylı göstərişə əsasən xxxxxx 2020-ci il tarixli hökm 30 iyul 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icra olunması üçün Lənkəran İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lənkəran İcra və Probasiya Şöbəsinin 11 avqust 2020- ci il tarixli 42 saylı məktubundan göründüyü kimi, Məhkum barəsindəki hökm 11 avqust 2020-ci il tarixdə icra olunması üçün həmin Şöbə tərəfindən icraata qəbul edilmişdir. Şərh olunan sübutlar ona dəlalət edir ki, hökmün çıxarılmasından sonra birinci instansiya məhkəməsi hökmün cinayət prosesi iştirakçılarına göndərilməsi və icraya yönəldilməsi ilə bağlı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri müəyyən edilmiş müd dətlərdə və qaydada yerinə yetirsə də, dövlət ittihamçısının bundan sonra sonra hökm qanuni qüvvəyə minənədək öz vəziflərini yerinə yetirməsi və yuxarıda göstərilən Qaydalara əməl etməsi iş materiallarından görünmür. Həmçinin, apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətdə, həmin vəsatətin təmin edilməməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarından müvafiq olaraq verilmiş apellyasiya və kassasiya protestlərində hökmün çıxarılması barədə Respublika Hərbi Prokurorluğuna vaxtında məruzə edilməməsi haqda iddia irəli sürülsə də, iş materialları ilə bu məruzənin nə vaxt edilməsi, dövlət ittihamçısı A.T.Orucovun hökmdən apellyasiya protestinin veilməsi zəruriliyi ilə bağlı mövqeyi, bu mövqeyin hökm çıxarmış məhkəmənin n əticəsi ilə üst-üstə düşüb-düşməməsi, yəni dövlət ittihamçsının hökmlə razılaşıb-razılaşmaması, onun apellyasiya protesti verməkdən yayınması və ya imtina etməsi müəyyən edilmir və buna dair hər hansı sübut istər vəsatət qaldırmış Azərbaycan Respublikası Baş Prokurorun müavini ədliyyə general-leytenantı X.Vəliyev, istrəsə də buraxılmış müddətin bərpa edilməsindən imtina olunması haqqında qərarlardan apellyasiya və kassasiya protestləri şəxslər tərəfindən təqdim olunmamışldır. Yeri gəlmişkən, məhkəmə kollegiyası onu da qeyd edir ki, A.T.Orucovun xxxxxx 2020-ci il tarixli hökmdən apellyasiya protesti verməkdən yayınması və ya imtina etməsi vəsatətdə və apellyasiya və kassasiya protestlərində də göstərilməmiş və həmin sənədlərdə ifadə olunan mövqe dövlət ittihamçısının məhkəmə iclasında etdiy i təkliflə üstüstə düşür. Məhkəmə kollegiyasınının qənaətinə görə, belə olan halda dövlət ittihamçısının hökmdən apellyasiya protestini verməkdən yayınması və ya imtina etməsi, habelə Baş Prokurorun müavini ədliyyə general-leytenantı X.Vəliyevin onun mövqeyi ilə razılaşmaması barədə fikir yürütmək mümkün deyil. Digər tərəfdən iş materialarından A.T.Orucovun vəfat etməsi, xəbərsiz itkin düşməsi, yaxud da apellyasiya protestinin verilməsi üçün nəzərdə tutulmuş müddətdə uzunsürən ağır xəstəliyə tutulması, habelə birinci instansiya məhkəməsində cinayət işinə məhkəmə baxışının CPM-nin 314.1, 314.3 və 314.4-cü maddələrinin tələblərinin pozulması ilə aparılması və beləliklə də onun əvəzinə CPM-nin 383.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində göstərilən şəxslərin xxxxxx 2020-ci il tarixli hök mdən apellyasiya protesti vermək hüqunun yaranması görünmür. Kassasiya protestində CPM-nin 121.2-ci maddəsinə istinad edilərək qeyd edilir ki, cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Bu baxımdan, kassasiya şikayətinin müəllifi hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini ona görə zəruri sayır ki, Məhkum törətdiyi cinayət nəticəsində digər şəxslərin hüquq və mənafelərinə zərər vurulmuşdur və buna görə ona təyin olunmuş cəza törədilmiş cinayətin ictimai təhlükəliyinə uyğun de yil. Məhkəmə kollegiyası isə bu dəlillə bağlı qeyd edir ki, araşdırılmış sübutlara əsasən Məhkum 01 dekabr 2019-cu il tarixdə saat 13 radələrində oğurladığı avtomat silahın çaxmağı görülmüş tədbirlər və eyni zamanda Məhkum özünün etirafı nəticəsində elə həmin gün təxminən 10 saatdan sonra tapılmış və əsgər X22a təhkim olunmuş AKMS markalı AH 1528” №-li avtomat silahın üzərinə taxılaraq həmin silah saz vəziyyətə gətirilmiş, yəni məhkumun vurduğu zərər və törətdiyi cinayətin ictimai təhlükəliliyi faktiki olaraq aradan qalxmışdır. Belə olduqda, bununla bağlı kassasiya protestində irəli sürülmüş dəlil əsaslı hesab edilə bilməz ona görə ki, apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin kiminsə pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilm əsinə yönəldilmiş vəsatət kimi qiymtələndirilməsi üçün əsas da aradan qalxmışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə üstünlük verilməsini zəruri sayır və bununla bağlı həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarında əksini tapmış hüquqi mövqeyə əsaslanmağı məqsədə uyğun hesab edir. Məhkəmə kollegiyası vurğulayır ki, hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbu l olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinə dair öz mövqeyini aşağıdakı qaydada ifadə etmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququ ilə hüquqi müəyyənliyin ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin əlaqəli şəkildə təhlil olunmasını zəruri hesab edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələrinə əsasən, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125-ci maddəsinin İ hissəsində məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada tə sbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı).” Bununla yanaşı, Konstitusiya Məhkəməsi nin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qan unvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Eyni zamanda, qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kasasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. Konstitusiya Məhkəm əsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyini n əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri- düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Avropa Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqey ini təkrarlayaraq bir daha qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir. Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici, ilk növbədə, pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmi n edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz.” “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli Plenumunun qərarında göstərilmişdir: « Məhkəmə sistemi də daxil olmaqla, aparılan hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə formalaşdırılan daha mükəmməl və etibarlı müdafiə mexanizmlərinin tətbiqinin zaman baxımından qeyri-bərabər təsir dairəsinin aradan qaldırılması, yaxud da minimuma endirilməsi zərurəti normativ-hüquqi, o cümlədən normativ xarakterli aktlarda müəyyənləşdirilmiş qayda v ə şərtlərə riayət etməklə belə islahatlardan əvvəl çıxarılmış və qanunsuzluğu, əsassızlığı ehtimal olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının (aktlarının) mübahisələndirilməsi imkanını istisna etmir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından, prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələb i ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri- mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da da xil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması, ilk növbədə, hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Avropa Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qey ri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli qərarı). Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçiril məsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Hazırki iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, Məhkum barəsindəki həmin aktların hüquq pozuntusu ilə çıxarılması barədə nəticəyə gəlmək üçün heç bir əsas olmadığından, hətta birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya protestinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardan dövlət ittih amçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinin qəbul edilməsi və şübhə doğurmayan bu qərarların ləğv edilməsi həmin qərarların ədalətliyiliyini, stabilliyini və tarazlığını pozmuş olardı. Məhz buna görə də apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətə baxan birinci instansiya məhkəməsi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etməyərək, digər tərəfdən isə məhkəmə tərəfindən hüquqi müəyyənlik prinsipinə əməl olunduğundan əsaslı olaraq xxxxxx 2020-ci il tarixdə qəbul etdiyi qərarla həmin vəsatəti təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin qərarı dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq biri nci instansiya məhkəməsinin hökmündən apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin dəlilərini qəbuledilməz sayaraq onun təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli və Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum CM-nin 232.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xxxxxx 2020-ci il tarixli ilkin baxış iclasının qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xxxxxx 2020-ci il tarixli ilkin baxış iclasının qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-22/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-22/2021
13.04.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver