Məhkəmə qərarları › İş №1-1(102)-22/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-22/2022

24.05.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-22/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 o ktyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin (sədrlik edən hakim Əli Süleymanov) 1(097)-36/2021 nömrəli, 04 iyun 2021-ci il tarixli hökmü ilə 01 avqust 1999-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum edilməmiş, N saylı hərbi hissənin əsgəri, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 332.2.4 və 332.2.5ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə cəzasına məhkum edilmiş, onun 28 noyabr 2020ci il tarixdən 04 iyun 2021-ci il tarixədək həbsdə olduğu 6 (altı) ay 7 (yeddi ) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası çəkilmiş hesab edilmiş və o, təyin edilmiş cəzanı çəkməkdən azad olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N №-li hərbi hissəsinin Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndinin ərazisində yerləşən 25-ci radiolokasiya bölüyünün rabitə idarəetmə tağımının radiorele stansiyasının mexaniki vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 21 noyabr 2020-ci il tarixdə saat 18:00-da aralarında tab elik münasibətləri olmayan həmin bölüyün rabitə idarəetmə tağımının qəbuledici-ötürücü bölməsinin radio telefonçusu vəzifəsində xidmət edən, əsgər X4 ilə birlikdə bölüyün gün növbətçisi naryadına təyin olunmuş, naryadda olan zaman bir neçə gün əvvəl söyüş söyməklə bağlı əsgər R.C.Rüstəmovla aralarında yaranmış sözlü mübahisəni davam etdirmək məqsədilə 22 noyabr 2020-ci il tarixdə saat 03:30 radələrində sonuncunu bölüyün yataqxanasının zabitlər otağına çağırmışdır. Həmin otağa keçdikdən sonra Məhkum orada əsgər R.C.Rüstəmovla aralarında davam edən sözlü mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Ni zamnaməsinin 1 və 3cü maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini kobud surətdə pozaraq, xidməti istifadə üçün ona verilmiş və soyuq silah hesab edilən 773 №-li süngü-bıçaqla əsgər R.C.Rüstəmova xəsarət yetirmək məqsədi ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmaqla ona “üzün sol yarısının alt çənə sümüyünün sol şaxəsinin bucaq nahiyəsinin kənarı qopmuş sınığı ilə müşayiət olunan, sol kürək nahiyəsinin, sol bazunun yuxarı 1/3-nin, qarının sol ön-yuxarı divarının, sol böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yaraları” diaqnozlu, ümumilikdə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Şirvan Apelyasiya Mə hkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Kamil Bəşirov) 1-1(106)-26/2021 nömrəli 06 oktyabr 2021-ci il tarixli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 332.2.4 və 332.2.5-ci maddəsi ilə təyin olunmuş 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddəti 2 (iki) il müddətədək artırılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 28 noyabr 2020-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək həbsdə olduğu 6 (altı) ay 7 (yeddi) gün müddət intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılması və Məhkum üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 23 ( iyirmi üç) gün müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası saxlanılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməsi və Füzuli Hərbi Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı təyin edilmiş cəzanın həddindən ağır olması səbəbindən ədalətsizdir. Belə ki, məhkəmə qəbul etdiyi qərarın 6-cı səhifəsinin 5 və 6-ci abzasını Füzuli Hərbi Məhkəməsinin qərarının «humanist» qərar hesab edən dövlət ittihamçısının verdiyi protestdən olduğu kimi köçürmüşdür. Məhkəmə kollegiyası qərarını vətən müharibəsində qələbə qazanan ordumuzun əsgərləri arasında birlik, həmrəylik, qardaşlıq nümayiş olunduğu bir dönəmdə Silahlı Qüvvəllərin Daxili Nizamnaməsinin tələblərinə əsasən əsgər yoldaşına qarşı təmkinli davranmalı olduğu halda, əsgər yoldaşına çoxsaylı bıçaq zərbələri vurmaqla zor tətbiq edən hərbi qulluqçunun məhkəmə zalından azad edilərək yenidən xidməti yerinə qaytarılması barədə çıxarılmış hökmün ədalətin bərpasına xidmət etməməsi, Məhkum aqressiv davranışı ilə seçilməsini, belə bir ictimai təhlükəli şəxsin yenidən xidməti yerinə qaytarılmasının onunla birgə xidmət edəcək hərbi qulluqçular üçün psixoloji gərginliyə səbəb olacağı, bölmə üzrə naryadda olarkən əsgər yoldaşına qarşı silah tətbiq etməklə bədənin müxtəlif nahiyələrinə amansızcasına çoxsaylı zərbələr vurub sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirən hərbi qulluqçuya maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilməsi, onun həbsdə yatdığı müddət nəzərə alınmaqla cəza çəkməkdən azad olunması cəzanın məqsədinə və sosial ədalətin bərpasına, məhkumun islah olunmasına, həm məhkumlar, həm də başqa hərbi qulluqçular tərəfindən yeni cinayətlərin qarşısının alınmasına xidmət etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarından olmayan ifadələri haradan əldə etməsi məlum deyildir və öz qərarını əsaslandırmaq, qərarla tanış olan şəxslərə təsir etmək və onlarda Məhkum mənfi obrazını yaratmaq məqsədi ilə dilimizdə nitq hissəsi hesab edilən sifətin və cümlə üzvü kimi təyinin şiddətli dərəcəsindən istifadə etmiş və eyni zamanda ehtimallara əsaslanmışdır. Halbuki «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarına görə dövlət adından çıxarılan hökm həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Mühüm prosessual sənəd olan hökm cinayət və cinayət-prosessual qanununun tələblərinə uyğun surətdə tərtib edilməklə yanaşı, məhkəmə mədəniyyəti nümunəsi olmalıdır. Bu isə özünü nəinki hökmün məzmununda, həmçinin onun formasında, rəsmi-işgüzar yazı stilində öz əksini tapmalıdır. Hökm səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. İşin ha llarına aid olmayan məlumatların hökmə daxil edilməsi yolverilməzdir. Həmin qərarın 4-cü bəndində göstərilir ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərarda onun X3 bir neçə zərbə yetirdiyi göstərildiyi və həmin qərarda xəsarətlərin xüsusi amansızlıqla yetirilməsi göstərilmədiyi halda, məhkəmə kollegiyası qərarında Məhkum Rüstəm Rüstəmova amansızcasına çoxsaylı zərbələr vurduğunu qeyd etmişdir. Bildirmək istəyirəm ki, amansızcasına və xüsusi amansızlıq amansız sözünün şiddətli formasıdır. Xüsusi amansızlığın anlayışı "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında verilmişdir. Məhkum ittiham o lunduğu CM-nin 332-ci maddəsində xəsarətlərin xüsusi amansızlıqla yetirilməsi tövsifedici əlamət kimi göstərilməmiş və iş materiallarında xəsarətin xüsusi amansızlıqla yetirilməsinə təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Məhkəmə kollegiyası Məhkum əvvəllər məhkum olmamasını, hərbi hissədə olduğu dövrdə heç bir hadisə törətmədiyini, zərərçəkmiş şəxslə barışdığını, xidməti yerində müsbət xarakterizə olunduğunu, eyni zamanda 44 günlük Vətən Müharibəsi dövründə Füzuli rayonu ərazisində Hərbi Hava Hücümündan Müdafiə Qüvvəlləri qoşun növünün tərkibində döyüşlərdə iştirak etməsini, onun törətdiyi əməlin ağır nəticələrə səbəb olmamasını, ümumiyyətlə əməlin ictimai təhlükəliyinin aradan qalxdığını nəzərə almadan Vüqar Quliyevə ağır cəza vermişdir. Məhkum R.Rüstəmovla aralarında yaranmış m übahisə zəminində cinayəti törətmişdir. Bu hadisəyə qədər onunla birgə xidmət edən hərbi qulluqçular arasında hər hansı bir mübahisə baş verməsi barədə cinayət işinin materiallarında məlumat yoxdur. Qeyd edildiyi kimi o, törətdiyi əməldən peşman olmuş və zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də onu ictimai təhlükəli şəxs hesab etməklə ağır cəzaya, yəni təyin edilən cəzanın son müddətinə məhkum etmək ədalətin bərpası hesab edilə bilməz. Belə ki, onun məhkum olunduğu maddənin sanksiyasında hərbi hissədə saxlama cəzasının son müddəti iki il deyil, iki ilədəkdir. Bundan başqa həmin maddənin sanksiyasında iki ilədək hərbi xidmət üzrə məhdudlaşdırma da nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qərarında Məhkum hərbi hissədə saxlama cəzasının son müddətinin verilməsinin, habelə digər daha yü ngül cəza verilməməsinin səbəbini əsaslandırmamışdır, yalnız yuxanda qeyd edildiyi kimi iş materialları ilə təsdiq olunmayan ümumi ifadələrdən istifadə etmişdir. Məhkəmə kollegiyası məhkumu ictimai təhlükəli şəxs hesab etmiş və onun şəxsiyyətini hərtərəfli tədqiq etməmişdir. Onun həyat yolu, hərbi xidmətə və əsgər yoldaşlarına münasibəti, hərbi xidmətdə olduğu dövrdə davranışını aydınlaşdırmamışdır. Halbuki, bunları aydınlaşdırmaq məhkəmə borcu idi. Çünki onun qərarı ilə insan hüquq və azadlıqları məhdudlaşdırılır, insan məhrumiyyətlərə məruz qalır, məhkəmə də elə bir qərar qəbul etməlidir ki, onun verdiyi cəza vətəndaş üçün işgəncə olmasın. Nəzər alınmamışdır ki, Məhkum barəsində xidmət hərbi hissə tərəfindən müsbət xasiyyətnamə verilmiş, hərbi xidmət üzrə müsbət xarakterizə olunur, əvvəl lər məhkum olunmamış, özünün səhvi başa düşərək zərərçəkmişdən üzr istəməklə onunla barışmışdır. Eyni zamanda zərərçəkmiş şəxs tərəfindən bağışlanılmış, xidmət etdiyi dövrdə hərbi qulluqçularla təmasda olmuş və hərbi qulluqçular arasında qorxu yaratmamışdır. Bütün bu hallar Məhkum törətdiyi cinayətin ictimai təhlükəliyini aradan qaldırır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası m əhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı he sab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 332.2.4 və 332.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi mübahisə predmeti olmamışdır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddətinin apelyasiya instansiyası məhkəməsi tərəfindən artırılmasının əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni c inayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plen umunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs X5 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 332.2.4 və 332.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə cəzası təyin edərkən, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını v ə ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və əməlində cəzanı ağırlaşdıran halların olmamasını qeyd etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə hökmlə razılaşmayıb, hökmü cəza hissəsində dəyişdirmişdir. Qərara əsasən apelyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının protesti ilə tam razı olmayaraq təyin olunmuş cəza növünü ədalətli hesab etmiş, lakin cəzanın müddətinin cəzanın məqsədinə və sosial ədalətin bərpasına, məhkumun islah olunmasına, həm məhkumlar, həmdə başqa hərbi qululqçular tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etmədiyini əsas götürərək hökmlə təyin olunmuş cəzanın müddətini 6 aydan 2 ilədək artırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilən səbəblərə gö rə apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddətinin 6 (altı) aydan 2 (iki) ilədək artırılması əsaslı və qanuna uyğun olmuşdur. Belə ki, Məhkum təqsirli bilindiyi CM-in 332.2.4 və 332.2.5-ci maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza növü və müddəti müəyyən edərkən cinayət işi üzrə müəyyən edilmiş digər cəzanı yüngülləşdirən hallarla yanaşı məhkumun zərərçəkmiş şəxslə barışmasını nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi cinayət işinə dövlət ittihamçısının apelyasiya protestinə əsasən baxaraq, işin hallarını və Məhkum şəxsiyyətini nəzərə alıb, haqlı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın təyin edilməsi onun islah olunması və cəzanın digər məqsədlərinə çatması üçün yetərli olsa da, həmin cəzanın müddəti onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi məhkumun cəzasını yüngülləşdirən halların mövcud olması ilə əlaqədar Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan – intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın təyin edilməsi ilə razılaşaraq, həmin cəzanın müddətinin 2 ilədək artırılması barədə qərar qəbul etmişdir. Məhkəmə kolle giyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallara və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən halları kifa yət qədər nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2021-ci il tarixli Məhkum haqqındakı qərarını n dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4 və 332.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar