Məhkəmə qərarları › İş №1-1(102)-22/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-22/2025

11.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-22/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Abbasov Səyyad Kamran oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Abbasov Səyyad Kamran oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 22 may 2024-cü il tarixli 1-1(093)-82/2024 nömrəli (hakimlər: Abbasov Rafiq Qaraxan oğlu (sədrlik edən), Ramazanov Camal Cumar oğlu və Əliyev Fikrət Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 31 avqust 1978-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, ailəli, Tərtər Hərbi Məhkəməsinin 23 may N017-ci il tarixli hökmü ilə Azərbaycan Respub likası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun sabiq komandiri, mayor Məhkum Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 1 (bir) il müddətinə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 may 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalında həbsə alınması müəyyən edilmiş, həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Həmçinin Bakı Hərbi Məhkəməsinin eyni tarixli və nömrəli qərarı ilə Məhkum CMin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə CM-in 179.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli 1-1(103)-37/2024 nömrəli (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif o ğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Abbasov Səyyad Kamran oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmiş və almış, habelə ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamışdır. Belə ki, Məhkum Müdafiə Nazirliyinin Laçın rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun kom andiri vəzifəsində, mayor hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin avqust ayının sonlarında günorta saatlarında həmin taborun ərazisində taborun rabitə tağımının telefon manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs kefsiz halda dayandığını görüb ona yaxınlaşaraq bunun səbəbini soruşmuş və sonuncu sıxıldığını, ailə üzvləri üçün darıxdığına görə evlərinə getmək istədiyini bildirmişdir. Bu zaman mayor Məhkum yaranmış fürsətdən istifadə edib qanunsuz gəlir əldə etməklə varlanmaq qərarına gələrək, bu məqsədlə elə orada əsgər Zərərçəkmiş şəxs, buna dair heç bir səlahiyyətə malik olmadığı və tabeliyindəki müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına yalnız hərbi hissə komandirinin müvafiq əmrinə əsasən rəsmi qay dada məzuniyyətə buraxılmaqla xidmət yerindən evlərinə getmələrinə icazə verildiyini bildiyi halda, özünə 600 (altı yüz) manat məbləğində pul verməsi müqabilində onu 15-20 (on beş-iyirmi) günlük müddətə evinə buraxa biləcəyini deyərək, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Əsgər Zərərçəkmiş şəxs onun təklifini qəbul edərək razılaşmış və aralarındakı həmin söhbət zamanı özünə məxsus olan "xxxx" ASCyə aid 416974***1154 №-li plastik kartı mayor Məhkum verib, kartın təhlükəsizlik kodunu da ona bildirməklə, aldığı əmək haqqı məbləği barədə hər hansı məlumat vermədən onunla şəxsi heyətə aylıq pul təminatı (əmək haqqı) köçürüldüyü zaman həmin kartdan 600 (altı yüz) manat məbləğində pulu məxaric edərək özünə götürməsi, qalan məbləğdə pulu isə kartdan məxaric edib özündə saxlayaraq sonradan ona qaytarmasına dair razılığa gəlmişdir. Mayor Məhkum əsgər Zərərçəkmiş şəxs sonuncuya məxsus əmək haqqı kartını aldıqdan sonra özünün yaxın günlər ərzində səhhəti ilə əlaqədar müalicə olunması üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndəriləcəyini deyərək, əsgər Zərərçəkmiş şəxs o, hospitala getdikdən bir-iki gün sonra hərbi hissədən çıxaraq yaşadığı evə getməsini tapşırmış, sonuncu da həmin tapşırığa əsasən 2021-ci ilin sentyabr ayının əvvəllərində xidmət yerini özbaşına tərk edərək N oktyabr 2021-ci il tarixdə öz hərbi hissəsinə qayıtmışdır. Daha sonra mayor Məhkum N nömrəli hərbi hissə komandirinin N avqust 2021-ci il tarixli, N49 №-li əmrinə əsasən müalicə olunması üçün həmin tarixdə Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və orada stasionar müalicədə olarkən, N0 sentyabr 2021-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs tərəfindən ona verilmiş 416974***1154 №-li plastik kartı ünvan N ünvanında yerləşən «Rahat Market» adlı mağazanın qarşısında quraşdırılmış, "xxxx" ASC-yə məxsus bankomata daxil edib təhlükəsizlik kodunu yığmaqla kartda 1309 (min üç yüz doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul olduğunu görərək, əsgər Zərərçəkmiş şəxsla aralarındakı razılaşmaya əsasən həmin pulu tam şəkildə kartdan məxaric edib 600 (altı yüz) manat məbləğində pulu rüşvət olaraq özünə götürərək qalan pulu isə hərbi hisssədə ona qaytarmalı olduğu halda, həmin kartdan əvvəlcə rüşvət qismində 500 (beş yüz) manat məbləğind ə pulu məxaric etmiş, sonra həmin gün əsgər Zərərçəkmiş şəxs məxsus sözü gedən bank kartını Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsində yerləşən "xxxx" ASCnin Yasamal rayon filialındakı bankomata daxil edib həmin kartdan 3 (üç) manat 60 (altmış) qəpik məbləğində pulu hissə-hissə debet borcu şəklində ödəniş etdikdən sonra kartdan özünə məxsus, "xxxx" ASC-yə aid 416974***5N44 №-li karta (hesaba) 300 (üç yüz) manat məğləğində pul köçürmüş, daha sonra öz cinayətkar əməllərini davam etdirərək, həmin gün əsgər Zərərçəkmiş şəxs məxsus 416974***1154 №-li bank kartını ünvan 3 ünvanında yerləşən «Rahat Market» adlı mağazanın qarşısında quraşdırılmış, "xxxx" ASC-yə məxsus bankomata daxil edib təhlükəsizlik kodunu yığmaqla həmin kartdan 150 (yüz əlli) manat məbləğində pulu və N1 sentyabr 2021-ci il tarixdə qeyd edilən bankomatdan istifadə etməklə eyni üsulla N00 (iki yüz) manat məbləğində pulu özünə məxsus, "xxxx" Banka aid 416974***5N44 №-li karta (hesaba) köçürmüş, 22 sentyabr 2021-ci il tarixdə isə əsgər Zərərçəkmiş şəxs məxsus həmin plastik kartı Bakı şəhəri, ünvan 4 ünvanında quraşdırılmış bankomata daxil edib təhlükəsizlik kodunu yığmaqla həmin kartdan ilk öncə 145 (yüz qırx beş) manat, daha sonra isə 1 (bir) manat 50 (əlli) qəpik məbləğində pulu debet borcu şəklində ödəniş etmiş, bununla da əsgər Zərərçəkmiş şəxsla aralarındakı razılaşmaya əsasən, ümumilikdə kartdan məxaric etdiyi 600 (altı yüz) manat məbləğində pulu vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən rüşvət almış, habelə araları ndakı razılaşmaya zidd olaraq həmin kartdan vahid niyyətlə özünə məxsus bank hesabına köçürmə etməklə və müvafiq ödənişlər etməklə hissə-hissə ona etibar edilmiş, əsgər Zərərçəkmiş şəxs məxsus olan ümumilikdə 700 (yeddi yüz) manat 10 (on) qəpik məbləğində pulu (özgə əmlakını) mənimsəməklə talamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, "Hərbi Qulluqçuların Statusu haqqında" AR Qanunun 24 və 25-ci madddələrində hərbi qulluqçuların statusları müəyyən edilmişdir. Həmin Qanunun 24-cü maddəsində hərbi qulluqçuların ümumi vəzifələrinin, 25-ci maddəsində xüsusi vəzifələrinin nədən ibarət olması qeyd olunmuşdur. Hərbi qulluqçular döyüş növbəsində, döyüş xidmətində, gündəlik və qarnizon növbə lərində olarkən, təbii fəlakət nəticələrinin aradan qaldırılmasına cəlb edilərkən, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda xüsusi vəzifələri yerinə yetirirlər. Bu vəzifələrin məzmunu və yerinə yetirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə və başqa aktlarla müəyyən edilir. Belə ki, tabor komandirinin xidməti vəzifələrinə tabeçiliyində olan hərbi qulluqçuların məzuniyyətə buraxılması aid deyildir. Tabor komandiri rəsmi və ya qeyrirəsmi heç bir şəxsi məzuniyyətə, ezamiyyətə, tibbi məntəqəsinə buraxmaq səlahiyyətinə malik deyildir. CM-in 311 maddəsində qeyd edilmişdir ki, "xidməti vəzifələrinin icrası ilə bağlı”. Yəni, bu ittiham o halda əsaslı hesab edilə bilərdi ki, t abor komandirinin xidməti vəzifələrindən biri şəxsi heyətinin məzuniyyətə buraxılması olsun. Məhkum törətdiyi əməl sırf CM-in 341.1-ci maddəsinin təsiri altına düşür, yəni tabor komandiri olaraq tabeliyində olan şəxsi heyəti məzuniyyətə buraxmaq hüququnun olmamasını bilə-bilə zərərçəkmiş şəxsə bu şəraiti yaratmış, vaxtında yuxarı komandanlığa şəxsin sırada olmamasını məruzə etməmişdir. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsin öz təsdiqini və hüquqi əsasını tapmayan ittiham üzrə 5 il müddətinə azadlıqdan məhrum edilməsi kobud pozuntusudur. Odur ki, göstərilənləri nəzərə alaraq, Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin əlavə araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Abbasov Səyyad Kamran oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 4 sentyabr 2024-cü il tarixli qərarının HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya ka ssasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, Məhkum əməlinin düzgün tövsif olunmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və b u müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinay ətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayəti n əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyi nə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə gö stərilmiş, apellyasiya məhkəməsi isə haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya şikayətində qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəl illəri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət -prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub- olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodunu təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən olunmuş sübutların qiymətləndirməsi və faktlar barədə qənaətlərindən çıxış edərək əməlin CM-in 311.2-ci maddəsi ilə tövsifi məsələsinə, eyni zamanda Məhkum rüşvət alma cinayəti törətməsi və onun bu cinayətin subyekti olması ilə bağlı bu barədə kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermək mümkündür. CM-in 311-ci maddəsinə əsasən, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsidir. Rüşvət vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə törədilən əməllərin (hərəkət və ya hərəkətsizliyin) müqabilində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında izah edilir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmada n sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Apellyasiya məhkəmə kollegiyası qərarında CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində olan “vəzifəli şəxs” anlayışına istinad etməklə Məhkum hərəkətlərini hüquqi əhəmiyyət kəsb edən hərəkətlər kimi xarakterizə etmiş, xüsusi ilə də Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən fəaliyyəti ilə əlaqədar olan hərəkətlərdən yaranan münasibətlərin hüquqi xarakterə malik olması, hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəldiyi barədə nətic əyə gəlmişdir. Müdafiə Nazirliyinin Laçın rayonu ərazisində yerləşən N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edən Səxavət Baxışovun 15 noyabr 2019-cu il tarixli, 321 nömrəli əmri ilə Məhkum Müdafiə Nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş qərargah rəisinin 25 oktyabr 2019-cu il tarixli, 0455 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborun komandiri vəzifəsini təyin edildiyinə görə, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, 15 noyabr 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulması və vəzifəsinin icrasına başlaması əmr edilməklə vəzifəli şəxs olmuşdur. Belə ki, Məhkum vəzifəsi, səlahiyyət dairəsi dəqiq müəyyən edilmiş və konkret olaraq hansı hərəkətləri etməyə bo rclu olması təsbit edilmişdir. Bu isə onun vəzifəli şəxs qismində rüşvət almanın subyekti qismində çıxış etdiyini deməyə əsas vermişdir. Şəxsin vəzifəli şəxs hesab edilməsinin spesifik xüsusiyyətlərindən biri də funksiyalarda hüquqi əhəmiyyətə malik olan qərarların qəbulu üzrə sırf peşə vəzifələrinin birləşməsi ilə xarakterizə olunan fəaliyyətin mümkünlüyüdür. Müdafiə tərəfi Məhkum tabeçiliyində olan şəxsi heyəti məzuniyyətə buraxmaq hüququnun olmamasına istinad edərək, əməlinin CM-in 341.1-ci maddəsi ilə tövsif olunmalı olduğu halda CM-in 311.2-ci maddəsi ilə tövsif edilməsini mübahisələndirsə də, Məhkum vəzifəli şəxs qismində öz qulluq səlahiyyətlərinə aid olmasa belə qanunsuz hərəkətə görə rüşvət almışdır. Təsvir olunanlar apellyasiya məhkəməsinin sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət etməklə, əməlin tövsifi üçün mühüm əhəmiyyət kəsb edən sübutları düzgün qiymətləndirməklə, Məhkum əməlinin haqlı olaraq CM-in 311.2-ci maddəsi ilə tövsif edilməsi haqqında nəticəyə gəldiyini göstərir. Apellyasiya məhkəməsinin qərarının kassasiya müraciətinin dəlilləri ilə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək şərh etməklə düzgün nəticəyə gəlmişdir. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası onunla razılaşır və qeyd edir ki, kassasiya şikayəti apelly asiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən, apellyasiya məhkəməsi isə hökmü qüvvədə saxlayarkən, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair sənədlərlə Məhkum Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişlər. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutları n elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zə rurət görmür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.N-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qər arının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Abbasov Səyyad Kamran oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar