Məhkəmə qərarları › İş №1-1(102)-23/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-23/2019

24.01.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-23/2019 24.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğludan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mahmudov Kamran Fikrət oğlu və Məhkum müdafiəçisi X2 iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.A.Əliyev) xx.xx.1987-ci ildə Zərdab rayonu, Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-in 333.3-cü maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsi tətbiq edilərək 1 (bir) il sınaq müddəti müəyyən edilməklə cəzası şərti tətbiq edilmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin məcəllənin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il il tarixli hökmü ilə ona təyin edilmiş 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə ləğv edilmiş, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi, çavuş hərbi rütbəsində xidmət edən zaman tanışı X1 Cahangirovu N nömrəli hərbi hissədə MAHHXHQ kimi işə düzəltmək istəməsini bildikdən sonra, aldadaraq əmlakını ələ keçirmək qərarına gəlmiş və guya aidiyyəti vəzifəli şəxslərə 1000 manat pul verməklə oğlu Ağaəli Cahangirovu N nömrəli hərbi hissədə MAHH XHQ kimi işə düzəldəcəyini yalandan vəd edib 2017-ci ilin iyul ayında sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda 800 manat, ertəsi gün isə 200 manat və eyni əməlin davamı olaraq guya işin həll olunma mərhələsində olduğunu bildirdiyinə, lakin əlavə 60 manat məbləğində pul lazım olduğunu dediyinə görə oğlu A.Cahangirov vasitəsilə 60 manat pulu Məhkum göndərmişdir. Lakin sonuncu ümumilikdə 1060 manat olmaqla həmin pulu öz şəxsi məqsədlərinə istifadə etməklə onun xeyrinə heç bir hərəkət etməyərək etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə Məhkum N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi, çavuş hərbi rütbəsində xidmətini davam etdirən zaman Sumqayıt şəhərində bir məhlədə yaşadığı, yaxşı münasibətdə olduğu X3 2017-ci ilin avqust ayında ona yaxınlaşaraq Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəlməsinə köməklik göstərməsini və bu məqsədlə 1200 manat pul vermək imkanının olduğunu bildirmişdir. Sonuncunun ona olan etibarından sui-istifadə etməklə aldadıb pulunu ələ keçirmək qərarına gələn Məhkum guya özünün bu məsələni həll edə biləcəyini deyərək onun 1200 (min iki yüz) manat pulunu həmin ilin avqust ayının sonlarında Sumqayıt şəhəri, 48-ci məhəllədə yaşadığı binanın həyətində götürərək özgə əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə MAHHXHQ çavuş Məhkum N nömrəli hərbi hissədə xidmət edən zaman N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, gizir X4 əvvəlcədən etibarını qazanaraq sonuncunun adını bankda gecikənlərin siyahısından çıxaracağını və ona bankdan kreditə pul götürməsini təmin edəcəyinə inandıraraq onu rüşvət verməyə, yəni, tanışları vasitəsilə hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə maddi nemətin verilməsinə təhrik etmşdir. Gizir R.Atayev ona etibar etdiyinə görə aldanıb xx xxxxxx 2017-ci il tarixdə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsindəki “xxxx” MMC-yə gedərək 10 manat məbləğdə poçt xərclərini, 20 manat məbləğdə isə taksi sürücüsünə ödəməklə, Məhkum adına 520 manat məbləğdə pul göndərmişdir. Həmin tarixdə Məhkum “xxxx” MMC vasitəsilə ona göndərilmiş 520 manat məbləğində pulu götürərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, bununla da sonuncu R.Atayevi rüşvət verməy ə təhrik edərək etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: F.G.Zeynallı (sədrlik edən və məruzəçi), V.C.Cəfərov və E.M.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində daha yüngül cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi çəkməsini, zərər çəkmiş şəxslərə vurulan maddi və mənəvi ziyanı ödəməsini, ona qarşı heç bir tələb və şikayətin olmamasını, ailə vəziyyətini, atasının 1-ci dərəcəli şəkər xəstəsi olmasını, ata və anasının onun himayəsində olmasını, 2016-cı il tarixdə aprel döyüşlərində iştirak etməsini göstərmiş, qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi Q.Ə.Musayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı K.F.Mahmudovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməd ən Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya ş ikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum əməlinin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası və birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını, o cümlədən yüngül ləşdirən halları, CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəl ilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Məhkum məhkəmələr tərəfindən cəza təyin edilərkən onun cavanlığını, törətmiş olduğu cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, ailəsinin həyat şəraitini və törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyanı tam ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilləri əsaslı hesab edilməməlidir. Belə ki, qeyd olunan hallar məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən, artıq nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətində göstərilən halları nəzərə almaqla, Məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini mümkün saymır. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları, Məhkum törətmiş olduğu cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, törətdiyi cina yət nəticəsində vurduğu maddi ziyanı tam ödəməsini, habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi koll egiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar