Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-23/2021 05.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X16 və X3 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X10, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum olmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarında məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum Məhkum tərəfindən əlavəyə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.B.Həsənov, hakimlər R.Q.Abbasov və C.C.Ramazanovdan ibarət tərkibdə) xx xxxx 1960-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PenitensiarXidmətinin Müalicə Müəsissəsində saxlanəlan Məhkum, Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.4, 178.2.1, 178.2.2, 187.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.4, 178.2.1, 178.2.2, 187.2.4-cü maddələri ilə 3 il müddətinə azadləıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdanməhrumetmə cəzası ilə cəzalandırılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, qəti olaraq 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Hərbi Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Məhkum təq sirli bilinib məhkum edilmişdir ona görə ki, X7 Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar baş məsləhətçi vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edib tanışları X20 və Məhkum ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək 2018-ci ilin oktyabr ayının əvvəllərində MəmmədzadəX11 Azərbaycan Respublikası Baş Prokurorluğunda mütəxəssis vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsinə dair Məhkum etdiyi müraciətinə əsasən, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq R.Əlizadə və Q.Zalov vasitəsilə Vəfa Məmmədzadəyə-Əsgərovaya özünün Prokurorluğun vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu həmin vəzifəyə təyin etdirmək imkanına malik olduğunu yalandan bildirib, inandırmaq üçün Vəfa Məmmədzadədən-Əsgərovadan şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomunun və əmək kitabçasının surətlərini, bir neçə ədəd foto şəklini götürərək, sonuncuya istintaqa məlum olmayan şəraitdə əldə etdiyi kadrların şəxsi uçot vərəqəsinin boş blankını verib, həmin blankda şəxsi və ailə üzvlərinə dair məlumatları qeyd etməsini tapşıraraq onun inam və etibarını qazandıqdan sonra onun işə qəbul olunması məsələsini Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin yaxın münasibətdə olduğu məsul vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul veri lməsi müqabilində həll edəcəyini vəd verib inandıraraq, həmin adla 2018-ci ilin oktyabr ayının əvvəllərində Qafar Zalovun Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə Vəfa Məmmədzadədən-Əsgərovadan aldığı 3.000 (üç min) manat məbləğində pulu həmin gün Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 181 ünvanında yerləşən “Baku Mall” Ticarət mərkəzində Qafar Zalov və Məhkumla görüşüb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş və təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yoll a vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə Vəfa Məmmədzadəni-Əsgərovanı təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edib tanışı Məhkum ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək 2018-ci ilin oktyabr ayında X5 Azərbaycan Respublikası Baş Prokurorluğunda mütəxəssis vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsinə dair Məhkum etdiyi müraciətinə əsasən, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncu vasitəsilə İmadəddin İmanova özünün Prokurorluğun vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu həmin vəzifəyə təyin etdirm ək imkanına malik olduğunu yalandan bildirib, inandırmaq üçün İmadəddin İmanovdan şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomunun surətlərini, bir neçə ədəd foto şəklini götürərək, sonuncuya istintaqa məlum olmayan şəraitdə əldə etdiyi kadrların şəxsi uçot vərəqəsinin boş blankını verib, həmin blankda şəxsi və ailə üzvlərinə dair məlumatları qeyd etməsini tapşıraraq onun inam və etibarını qazandıqdan sonra İmadəddin İmanovun işə qəbul olunması məsələsini Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin yaxın münasibətdə olduğu məsul vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini vəd ve rib inandıraraq, həmin adla Məhkum 15 noyabr 2018-ci il tarixdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə İmadəddin İmanovdan aldığı 8.000 (səkkiz min) manat məbləğində pulu həmin gün Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsində yerləşən yaşadığı evin yaxınlığında Məhkumla görüşüb aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş və təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismin də verməyə İmadəddin İmanovu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edib tanışları Məhkum və X13 ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək 17 noyabr 2018-ci il tarixdə X6 Azərbaycan Respublikası Baş Prokurorluğunda anbardar vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsinə dair Aslan Abbasova etdiyi müraciətinə əsasən, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncu və Məhkum vasitəsilə İlqar Kamilova özünün Prokurorluğun vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu həmin vəzifəyə təyin etdirmək imkanına malik olduğunu yalandan bildirib, inandırm aq üçün İlqar Kamilovdan şəxsiyyət vəsiqəsinin surətini, üzərində foto şəkli olan anketini (CV) götürərək, sonuncuya istintaqa məlum olmayan şəraitdə əldə etdiyi kadrların şəxsi uçot vərəqəsinin boş blankını verib, həmin blankda şəxsi və ailə üzvlərinə dair məlumatları qeyd etməsini tapşıraraq onun inam və etibarını qazandıqdan sonra İlqar Kamilovun işə qəbul olunması məsələsini Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin yaxın münasibətdə olduğu məsul vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 23.000 (iyirmi üç min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini vəd verib inandıraraq, 20 noyabr 2018-ci il tarixdə həmin adla qabaqcadan əlbir olduğu şəxslərlə sonradan aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmək məqsədilə ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Baş prokurorluğunun inzibati binasının yaxınlığında Aslan Abbasov vasitəsilə İlqar Kamilovdan ilkin olaraq 6.000 (altı min) manat məbləğində pulu almış, lakin həmin vaxt Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aslan Abbasov saxlanıldığından, o, bilavasitə cinayət törətməyə yönələn əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə İlqar Kamilovun 23.000 (iyirmi üç min) manat məbləğində pulunu ələ keçirə bilməyib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluğa cəhd etmiş və təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə İlqar Kamilovu təhrik etmişdir. Belə ki, o, tanışları Məhkum və Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsində baş məsləhətçi vəzifəsində işləyən X7 ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək 17 noyabr 2018-ci il tarixdə X6 Azərbaycan Respublikası Baş Prokurorluğunda anbardar vəzifəsinə işə düzəlməsində kömə klik göstərilməsinə dair ona etdiyi müraciətinə əsasən, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq X1 vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu həmin vəzifəyə təyin etdirmək imkanına malik olduğunu yalandan bildirib, inandırmaq üçün X15 Kamilovdan şəxsiyyət vəsiqəsinin surətini, üzərində foto şəkli olan anketini (CV) götürərək, sonuncuya istintaqa məlum olmayan şəraitdə əldə etdiyi kadrların şəxsi uçot vərəqəsinin boş blankını verib, həmin blankda şəxsi və ailə üzvlərinə dair məlumatları qeyd etməsini tapşıraraq onun inam və etibarını qazandıqdan sonra İlqar Kamilovun işə qəbul olunması məsələsini Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin yaxın münasibətdə olduğu məsul vəzifəli şəxsinə xidməti vəzifəsinin ( səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Simuzər Məmmədovanın vasitəsilə maddi nemət olan 23.000 (iyirmi üç min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini vəd verib inandıraraq, 20 noyabr 2018-ci il tarixdə həmin adla qabaqcadan əlbir olduğu şəxslərlə sonradan aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmək məqsədilə ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Baş prokurorluğunun inzibati binasının yaxınlığında İlqar Kamilovdan ilkin olaraq 6.000 (altı min) manat məbləğində pulu şəxsən almış, lakin həmin vaxt Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı saxlanıldığından bilavasitə cinayət törətməyə yönələn əm əlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə İlqar Kamilovun 23.000 (iyirmi üç min) manat məbləğində pulunu ələ keçirə bilməyib xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə İlqar Kamilovu təhrik etmişdir. Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etməyə təkrarən cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibar dan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə ayrı-ayrı şəxsləri təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, tanışları Məhkum və Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsində baş məsləhətçi vəzifəsində işləyən X7 ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək 2018-ci ilin oktyabr ayının əvvəllərində X4 qızının Azərbaycan Re spublikası Baş Prokurorluğunda mütəxəssis vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsinə dair Məhkum etdiyi müraciətinə əsasən, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq R.Əlizadə vasitəsilə Vəfa MəmmədzadəyəƏsgərovaya X1 vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu həmin vəzifəyə təyin etdirmək imkanına malik olduğunu yalandan bildirib, inandırmaq üçün X19 Məmmədzadədən-Əsgərovadan şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomunun və əmək kitabçasının surətlərini, bir neçə ədəd foto şəklini götürərək, sonuncuya istintaqa məlum olmayan şəraitdə əldə etdiyi kadrların şəxsi uçot vərəqəsinin boş blankını verib, həmin blankda şəxsi və ailə üzvlərinə dair məlumatları qeyd etməsini tapşıraraq onun inam və etibarını qazandıqdan sonra onun işə qəbul olunması məsələsini Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin yaxın münasibətdə olduğu məsul vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Simuzər Məmmədovanın vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini vəd verib inandıraraq, həmin adla 2018-ci ilin oktyabr ayının əvvəllərində Məhkum Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə Vəfa Məmmədzadədən-Əsgərovadan aldığı 3.000 (üç min) manat məbləğində pulu həmin gün Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 181 ünvanında yerləşən “Baku Mall” Ticarət mərkəzində Simuzər Məmmədova və Məhkumla görüşüb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan ə lbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş və təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə Vəfa Məmmədzadəni-Əsgərovanı təhrik etmişdir. Qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək 2018-ci ilin iyul ayının əvvəllərində X8 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsinə dair Məhkum etdiyi müraciətinə əsasən, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq Bəhruz Nuriyevə Azərbaycan Respu blikası Dövlət Neft Şirkətinin vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu həmin vəzifəyə təyin etdirmək imkanına malik olduğunu yalandan bildirib, həmin məsələni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaxın münasibətdə olduğu məsul vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini vəd verib inandıraraq, həmin adla 2018-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə Məhkum Bəhruz Nuriyevdən aldığı 5.000 (beş min) manat məbləğində pulu sonradan öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edər ək qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə Bəhruz Nuriyevi təhrik etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29, 178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 avqust 209-cu il tarixli qər arı ilə Bakı Hərbi Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, apellyasiya şikayəti isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 avqust 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək həmin hökmü ləğv etməklə Məhkum barəsində bəraət verilməsinə dair qərar qəbul edilməsini, və mənkum Məhkum kassasiya şikayətinə əlavə verərək qərarın dəyişdirilərək cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin hərbi kolegiyasının gəlmiş olduğu nəticə işin faktiki hallarına heç cür uyğun gəlmir. Məhkəmə formal mülahizələrə və ittiha m tərəfinin qərəzli yanaşmasına daha çox əhəmiyyət vermişdir. İşin faktiki tərəfini araşdırarkən hüquqlarını müdafiə etdiyim Məhkum verilmiş ittiham, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olmasını görməmək mümkünsüzdür. Belə ki, cinayət işinin materiallarından və məhkəmənin qərarlarından görünür ki, Məhkum özünü qismən təqsirli bilmişdir. O, X12 4 ay əvvəl ortaq dostları ilə birgə tanımışdır. 2018-ci ilin noyabr ayında Aslan ona bir qohumunun olduğunu, onu prokurorluqdakı tanışı vasitəsilə orada işə düzəltmək istədiyini, bu işdə ona köməklik edilməsini xahiş etdiyindən o, Aslana həmin şəxslərin çox ciddi yoxlandığını və ali təhsilli olması şərtlərinin olduğunu bildirmişdir. 18.11.2018-ci il tarixdə o, Aslanla söhbət zam anı sonuncu ona qohumunun ali təhsilli olmamasını, texnikum bitirməsini, nə iş olsa razılaşacağını dedikdən sonra o, əvvəllər Sima kimi tanıdığı Simuzər Məmmədovanın mobil telefonuna zəng edərək ona orta ixtisaslı şəxsin nə işlə təmin olunmaq mümkünlüyünü soruşduqda o, yalnız həmin şəxsin mütəxəssis kimi işə düzələ biləcəyini dedikdən sonra yenidən Aslana zəng edərək qohumunun CV Baş prokurorluğa aparmağı və mühafizəçiyə verməyi tapşırdığını daha sonra Simuzərin ona zəng edərək qohumunun CV göndərilən şəxsin şəxsiyyət vəsiqəsinin lazım olduğunu və onu da Baş prokurorluqda qəbul şöbəsinə gətirilməsinidediyindən o bu barədə Aslana zəng edərək Baş prokurorluğun qarşısında olduqlarını, həmin şəxsi Simuzər tərəfindən qəbul edilərək şəxsiyyət vəsiqəsinin surətini götürdüyünü və ona kadrların uço t blankmı verdiyini, təxminən 10-15 dəqiqə sonra Aslan ona zəng edərək qohumunun özü ilə 6000 manat gətirdiyinidedikdə o Aslana “get işinlə məşğul ol” deyib telefonu söndürdüyünü, Aslanın İlqar adlı şəxsdən işə düzəlmək üçün 23.000 manat pul tələb etməsindən məlumatsız olduğunu, bundan başqa, o, X2 bir nəfər tanışı Vəfa adlı qadını Baş Prokurorluqda işə qəbul edilməsinə dair xahiş etsə də, lakin bu məsələ ilə bağlı Simuzər Məmmədovaya pul vermədiyini, ümumiyyətlə Simuzərlə aralarında pul haqq-hesabı olmadığını göstərmişdir. Amma yenə də Məhkum törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirmişdir. Göründüyü kimi, Məhkum barəsində cinayət işi yalnız zərərçəkmiş şəxslərin heç bir hüquqi və faktiki əsası olmayan yalan ifadələrinə əsaslanmışdır ki, bu hallar məhkəmə tərəfindən araşdırılma mış, nəticədə qanunsuz və əsassız qərarların qəbul edilməsinə gətirib çıxarmışdır. Ona görə də, düşünürəm ki, hazırki cinayət işi üzrə Məhkum heç bir təqsiri olmadığından, iş materiallarının istintaq orqanı tərəfindən hazırlanmış ssenari üzrə qurulduğundan, zərəçəkmiş şəxslərin ifadlərinin isə heç bir əsası olmadığından Məhkum bəraət verilməlidir. Məhkəmə işin faktiki hallarını araşdırarkən qanunvericiliyin maddi və prosessual normalarını pozmuş və çox ağır cəza tətbiq etmişdir. Cəza əmələ uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkum X9 bəraət verilməsini xahiş edirəm. Kassasiya şikayətinə əlavədə isə Məhkum apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinin və ona məhkum olundugu maddələr üzrə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏL ƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, kassasiya şikayətinin dəlillərini nəzərə almaqla apellyasiya məhkəməsinin hökmünün qanuniliyini yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd edilməlidir ki, belə dəlillər apellyasiya şikayətində göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilm iş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kassasiya şikayətində bir sıra cinayət prosessual qanunvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə də heç bir ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsin ə əsas ola biləcək hallar, o cümlədən şikayətdə istinad edilmiş Azərbaycan Respublikası CPM-nin 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulan hallar iş üzrə mövcud olmadığından apellyasiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.4, 178.2.1, 178.2.2, 187.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassas
Məhkəmə qərarları › İş №1-1(102)-23/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-23/2021
05.03.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver