Məhkəmə qərarları › İş №1-1(102)-23/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-23/2025

12.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-23/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi X1, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəs i Nümayəndə və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2023-cu il tarixli 1-1(106)-12/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏNETDİ: Füzuli Hərbi Məhkəməsinin (hakim Əli Süleymanov) 23 dekabr 2022-ci il tarixli 1(097)-81/2022 nömrəli hökmü ilə xx xxxxxxx 1996-cı il tarixdə İmişli rayonunda anadan olmuş, rayonunun Sarxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin X5 X2 N №-li hərbi hissəsinin 1-ci sərhəd komendantlığının 1-ci sərhəd zastavasının 2-ci sərhəd döyüş məntəqəsinin 1-ci qrup komandiri, kiçik gizir, barəsində həbs qət imkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını həbsxanada çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkum kiçik gizir hərbi rütbəsindən məhrum edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən, Əvəzli X6 Sərhəd Xidmətinin X5 X2 N nömrəli hərbi hissəsinin Laçın rayonunun Malxələf kəndi ərazisində yerləşdirilmiş 1-ci sərhəd komendantlığının 1-ci sərhəd zastavasının 2-ci sərhəd döyüş məntəqəsinin 1-ci qrup komandiri vəzifəsində, kiçik gizir rütbəsində hərbi xidmətdə olarkən, 2021-ci ilin sentyabr ayının ortalarında döyüş növbətçiliyini pozaraq postda yatdığına, daha sonra xidmət apardığı döyüş məntəqəsinin ərazisinin videoçəkilişini istifadəsində olan smartfon tipli mobil telefonunun «WhatsApp» mobil tətbiqinin status bölməsində paylaşdığına və verilən tapşırıqları vaxtında yerinə yetirmədiyinə görə xidmət etdiyi zastavanın rəisi, baş leytenant Zərərçəkmiş şəxs1 ilə aralarında narazılıq yaranmış və bu narazılıq 2021-ci ilin noyabr ayının əvvəllərindən başlayaraq daha da kəskinləşməklə ədavətə çevrilmişdir. Həmin ədavətə görə baş leytenant Zərərçəkmiş şəxs1 məntəqənin şəxsi heyəti arasında kiçik gizir Məhkum nüfuzdan salmaqla hərbi xidmətdən tərxis olması və ya xidməti yerinin dəyişdirilməsi ilə bağlı yuxarı komandanlığa təqrir yazaraq müraciət etməsinə nail olmaq məqsədilə ayrı-ayrı vaxtlarda ən xırda nöqsanlara görə, bəzən isə heç bir səbəb olmadan o nun ünvanına birbaşa, yaxud məhz onu nəzərdə tutmaqla ümumi nalayiq ifadələr işlədib şərəf və ləyaqətini alçaltmış, ondan özünün ətrafında oturduğu masada oturmamasını, birlikdə yemək yeməməsini tələb etmişdir. Habelə, ona məntəqənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları olan əsgərlərə hər hansı göstəriş, tapşırıq və ya komanda verməsini qadağan etmiş, Məhkum şəxsi heyət arasında nüfuzdan salmaq məqsədilə ona müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yanında məntəqənin şəxsi heyətinə məxsus uzunboğaz ayaqqabıları səliqəyə salması barədə göstəriş verməklə yanaşı, məntəqədə xidmət aparan digər gizir rütbəli hərbi qulluqçulardan fərqli olaraq onu 6 (altı) saatdan bir deyil, 4 (dörd) saatdan bir olmaqla daha çox günlərdə açıq hava şəraitində təşkil olunan xidmətlərə yazmış, 2021-ci ilin noyabr ayının sonlarından etibarən isə onu digər xidmət növləri ilə müqayisədə daha rahat xidmət olan məntəqə cavabdehi naryadına ümumiyyətlə təyin etməyərək digər gizir hərbi rütbəlilər ilə müqayisədə məntəqə gözətçisi naryadında olduğu zaman istirahət etməyə şərait yaratmamaqla ona qarşı açıq qərəzli münasibət göstərmişdir. Eyni zamanda, baş leytenant Zərərçəkmiş şəxs1la aralarında yaxın dostluq münasibətləri olduğuna görə onunla həmrəylik nümayiş etdirən N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının 1-ci sərhəd zastavasının baş çavuşu, kiçik gizir Zərərçəkmiş şəxs2 və həmin zastavanın 2-ci sərhəd döyüş məntəqəsinin 2-ci qrupunun komandiri, kiçik gizir X8 da həmin müddət ərzində kiçik gizir Məhkum məntəqənin şəxsi heyəti arasında mütəmadi ələ salıb ünvanına nalayiq i fadələr işlədərəkməhz onu nüfuzdan salmağa yönəlmiş müxtəlif nizamnamədənkənar hərəkətlərə yol vermişlər. Bu ədavət zəminində baş leytenant Zərərçəkmiş şəxs1 kiçik gizir Məhkum qarşı öz qərəzli hərəkətlərini davam etdirərək, 01 yanvar 2022-ci il tarixdə axşam saatlarında 2-ci sərhəd məntəqəsində metal konstruksiyadan olan məntəqə binasının dəhlizində masanın ətrafında oturub xidməti müşavirə keçirdikdən sonra orada digər zabit və gizir rütbəli hərbi qulluqçuların arasında Məhkum nəzərdə tutub «Kollektivdə peysərlərə, şərəfsizlərə yer yoxdur, onları kollektivdən uzaq tutmaq lazımdır, onları şəxsi heyətlə birlikdə yemək yeməyə qoymaq lazım deyil, paltarlarını belə ayrıca özü yusun, həmin insanı bezdirib ya tərxis etdirmək, ya da ki, buradan başqa yerə göndərmək lazımdır, qoy həmin insan elə bilsin ki, hamı onu sındırmaq istəyir, artıq o sınmağını qəbul edib kənarda qalsın, elə etmək lazımdır ki, hamı onu peysər kimi tanısın» deyərək onu aşağılamışdır. Daha sonra baş leytenant Zərərçəkmiş şəxs1la həmrəylik nümayiş etdirən kiçik gizirlər A.F.Cəlilzadə və Zərərçəkmiş şəxs2 özlərini ona sadiq hərbi qulluqçu kimi göstərmək və kiçik gizir Məhkum bezdirib onun hərbi xidmətdən tərxis olunub getməsinə nail olmaq məqsədi ilə öz qanunsuz və nizamnamədənkənar hərəkətlərini davam etdirərək, növbəti gün, yəni 02 yanvar 2022-ci il tarixdə səhər saatlarından başlayaraq gün ərzində bir neçə dəfə heç bir səbəb olmadan ünvanına «şərəfsiz», «ləyaqətsiz», «boynuyoğun» və sair bu kimi təhqiredici ifadələr işlədərək özlərinin Məhkum qarşı açıq qərəzli münasibətlərini nümayiş etdirmişlər. Bütün bunl ara baxmayaraq, kiçik gizir Məhkum öz xidmətini davam etdirərək 02 yanvar 2022-ci il tarixdə saat 17:50-də təyin olunduğu döyüş növbətçiliyinə çıxarkən havanın soyuq olması ilə əlaqədar məntəqə binasının yaxınlığındakı çadırda kiçik gizir A.F.Cəlilzadəyə yaxınlaşaraq üzərində olan isti gödəkcəni xidmətə çıxmaq üçün ona verməsini istəmiş, lakin kiçik gizir A.F.Cəlilzadə «Mən şərəfsizə, ləyaqətsizə, əqidəsizə kurtka vermirəm» deyib yalnız kiçik gizir Zərərçəkmiş şəxs2 icazə aldıqdan sonra gödəkcəni ona verə biləcəyini deyib gödəkcəni verməkdən imtina etmişdir. Həmin vaxt kiçik gizir Məhkum onun bu hərəkətinə öz etirazını bildirib ünvanına işlətdiyi nalayiq ifadələri kiçik gizir A.F.Cəlilzadənin özünə qaytarmış və bu səbəbdən onların aralarında mübahisə yaransa da, kiçik gizir Məhkum mübahi səni davam etdirməyərək məntəqə binasına gedib həmin vaxt oradakı zabit və gizir heyəti üçün nəzərdə tutulmuş yataqxana otağında istirahət edən kiçik gizir Zərərçəkmiş şəxs2 yaxınlaşaraq ondan xidmətə çıxması üçün isti gödəkcəni kiçik gizir A.F.Cəlilzadədən götürüb geyinməyə razılıq almışdır. Daha sonra kiçik gizir Məhkum yataqxanadan çıxaraq dəhlizə gəlmiş və həmin vaxt orada olan zastavanın 2-ci sərhəd döyüş məntəqəsinin 1-ci qrupunun atıcısı, əsgər X7 gödəkcəni kiçik gizir A.F.Cəlilzadədən alıb gətirib özünə verməsini tapşırmışdır. Əsgər Z.Q.Şükürov məntəqə binasını tərk edib qısa vaxt sonra isti gödəkcə ilə binaya daxil olmuş və elə həmin vaxt onun arxası ilə kiçik gizir A.F.Cəlilzadə binaya daxil olaraq zabit və gizirlər üçün nəzərdə tutulan otaqda istirahət edən kiçik gizir Zərərçəkm iş şəxs2 yanına gedib otağın qapısını bağlamışdır. Bunu görən kiçik gizir Məhkum həmin otağın plastik materialdan olan qapısına yaxınlaşaraq onların söhbətlərinə qulaq asmağa başlamış və bu zaman kiçik gizir A.F.Cəlilzadənin kiçik gizir Zərərçəkmiş şəxs2 «Əvəzli məndən balonkanı istədi vermədim” deyib onun ünvanına nalayiq ifadələr işlətdiyini, kiçik gizir Zərərçəkmiş şəxs2 isə «Onun polojnasıdır. Yaxşı eləmisən. Onu belə sıxmaq lazımdır» dediyini eşidərək bu sözlərdən əhvalı korlanıb təsirlənərək binanın dəhlizində olan sobanın yanında əyləşib saat 18:00-da təyin olunduğu xidmətə çıxmaq üçün uzunboğaz hərbi ayaqqabısını geyinmişdir. Bu vaxt kiçik gizir A.F.Cəlilzadə kiçik gizir Zərərçəkmiş şəxs2la söhbətini yekunlaşdırıb həmin otaqdan çıxaraq sobanın yanına gəlib kiçik gizir Məhkum ilə üz bəüz oturmuş və sonuncu ona bir qədər öncə aralarındakı mübahisə haqqında kiçik gizir Zərərçəkmiş şəxs2 məlumat verdiyinə görə öz iradını bildirdikdə, kiçik gizir A.F.Cəlilzadənin buna cavab olaraq ona məntəqədə ən hörmətsiz insan olduğunu, kimin-kim olmasını hər kəsin bildiyini deməsi ilə aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı kiçik gizir Məhkum kiçik gizir A.F.Cəlilzadənin ünvanına nalayiq ifadə işlədib xidmətə çıxmaq üçün ayağa duraraq giriş qapısının sol tərəfində yerləşən növbətçi masasına yaxınlaşmış və zirehli gödəkcəsini götürüb geyindiyi zaman kiçik gizir A.F.Cəlilzadə ona «İnsanın gərək şərəfi, ləyaqəti, qeyrəti ola» demişdir. Kiçik gizir Məhkum buna cavab olaraq kiçik gizir A.F.Cəlilzadəyə «Sox içinə, mənim şərəfim, ləyaqətim qeyrətim də var, o dildən məndə də var, mənim ağzımdan da sənə qarşı pis söz çıxar» deyib növbətçi masasına yaxınlaşaraq sənədlərə imza etmək üçün hazırlaşmağa başladığı zaman kiçik gizir A.F.Cəlilzadə oturduğu sobanın yanından durub ona tərəf gəlmiş və «Sənə elə söyüş söyərəm ki, varyoxunu...» deyərək cavab vermişdir. Bu zaman kiçik gizir Məhkum məhz həmin ifadəni işlətməklə kiçik gizir A.F.Cəlilzadənin onun ailə üzvlərini ağır şəkildə təhqir etməsi ilə yanaşı, A.F.Cəlilzadə də daxil olmaqla onunla birlikdə kiçik gizir Zərərçəkmiş şəxs2 və baş leytenant Zərərçəkmiş şəxs1 son bir neçə ay ərzində mütəmadi olaraq onu heç bir səbəb olmadan təhqir edib şərəf və ləyaqətini alçaldaraq şəxsi heyət arasında nüfuzdan salmalarının, yəni hər üçünün qanunsuz hərəkətlərinin təsiri altında qisas almaq niyyəti ilə vahid qəsdlə onları öldü rmək, yəni qəsdən həyatdan məhrum etmək niyyəti yaranmışdır. Bu məqsədlə o, kiçik çavuş A.F.Cəlilzadə tərəfindən onun ünvanına yuxarıda göstərilmiş ifadələr işlədildikdən dərhal sonra qarşısında olan məntəqə növbətçisinin masasının üzərindəki ona təhkim olunmaqla xidməti istifadəsinə verilmiş, zastavaya məxsus «AKM» markalı, 333142 nömrəli avtomat silahı və içərisində 25 (iyirmi beş) ədəd 7,62 mm kalibrli döyüş patronu olan daraqlardan birini götürüb həmin darağı silahın üzərinə taxaraq sağ əli ilə silahın qoruyucusunu açıb silahı avtomatik atəş rejimində döyüşə hazır vəziyyətə gətirmiş və silahın lüləsini 40 sm-dək məsafədə həmin vaxt ona tərəf hərəkət edən kiçik gizir A.F.Cəlilzadə istiqamətində tuşlayıb, bu zaman sonuncunun arxasında, təxminən 4-5 metr məsafədə, nisbətən sol tərəfdə həm in sərhəd zastavasının 2-ci məntəqəsinin rəisi, leytenant X3 masanın ətrafında oturmasına və açacağı atəş nəticəsində güllənin sonuncuya da dəyə bilib onun həyatı və sağlamlığı üçün real təhlükə törətdiyinə baxmayaraq, öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görsə də, buna əhəmiyyət verməyərək ümumi təhlükəli üsulla silahın çaxmağını qəsdən basmaqla avtomatik atəş rejimində kiçik gizir A.F.Cəlilzadəyə qəsdən çoxsaylı atəşlər açıb ona ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «Baş beyinin, döş və qarın boşluğu orqanlarının zədələnməsi, massiv daxili və xarici qanitirmə ilə nəticələnmiş bədənin çoxsaylı odlu silah güllü yaraları. Tez baş verən ölüm əlamətləri» xəsarətlərini yetirərək sonuncunu qəsdən öldür müş, yəni digər şəxsi ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etmişdir. Daha sonra kiçik gizir Məhkum məntəqə binasının dəhlizində, ondan sol tərəfdə yerləşən qapısı dəhlizə açılan otaqda atəş səslərini eşidib qapını açmış baş leytenant Zərərçəkmiş şəxs1 görərək eyni məqsədlə əlindəki silahın lüləsini 01 metrdən çox məsafədə sonuncuya doğru tuşlayıb öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməklə bunları arzu edərək silahın çaxmağını qəsdən basmaqla avtomatik atəş rejimində baş leytenant Zərərçəkmiş şəxs1 qəsdən çoxsaylı atəşlər açıb ona ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «Baş beyinin, döş və qarın boşluğu orqanlarının zədələnmələri ilə müşayiət olunan massiv daxili və xarici qanitirmə ilə nə ticələnmiş bədənin çoxsaylı odlu silah güllə yaraları» xəsarətlərini yetirərək sonuncunu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bu zaman kiçik gizir Məhkum açdığı atəş səslərinə ondan və zastava rəisinin xidməti otağından sol tərəfdə, binanın giriş qapısına paralel, dəhlizin sonunda yerləşən zabit və gizir hərbi qulluqçulara məxsus otağın qapısını açıb oradan ona baxan kiçik gizir Zərərçəkmiş şəxs2 görərək, öz cinayətkar hərəkətlərini davam etdirib eyni məqsədlə əlindəki silahın lüləsini baş leytenant Zərərçəkmiş şəxs1 atəş açarkən dayandığı yerdən təxminən 3-4 metr məsafədə kiçik gizir Zərərçəkmiş şəxs2 doğru tuşlayaraq həmin istiqamətdə qəsdən avtomatik atəş rejimində bir neçə atəş açmış, lakin güllələrin sonuncuya dəymədiyini və Zərərçəkmiş şəxs2 ona doğru at ılan güllələrdən yaxa qurtarmaq üçün qapını örtüb otağın qapısına paralel digər divardakı pəncərədən çölə çıxıb qaçmaq üçün dolabın üzərinə çıxdığını görmüşdür. Bundan sonra kiçik gizir Məhkum atəş açdığı silahın üzərindəki darağı çıxarıb masadan içərisində 25 (iyirmi beş) ədəd 7,62 mm kalibrli döyüş patronu olan digər darağı götürərək həmin darağı silaha taxıb onu avtomatik atəş rejimində döyüşə hazır vəziyyətə gətirmiş və öz cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə cəld şəkildə zabit və gizir otağına gedib orada silahın lüləsini 01 metrdən çox məsafədə həmin vaxt pəncərədən çölə çıxıb qaçmağa çalışdığına görə arxası ona tərəf olan kiçik gizir Zərərçəkmiş şəxs2 kürək nahiyəsinə tuşlayıb bu vəziyyətdə öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələri ni qabaqcadan görməklə bunları arzu edərək silahın çaxmağını qəsdən basmaqla avtomatik atəş rejimində ona qəsdən çoxsaylı atəşlər açıb Zərərçəkmiş şəxs2 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «Döş və qarın boşluğu orqanlarının zədələnməsi, sağ bud və sağ qamış sümüyünün sınıqları ilə müşayiət olunan massiv daxili və xarici qanitirmə ilə nəticələnmiş bədənin çoxsaylı odlu silah güllə yaraları» xəsarətlərini yetirmişdir. Beləliklə də, Məhkum vahid qəsdlə qisas niyyəti ilə silahın çaxmağını qəsdən basmaqla silahdan avtomatik atəş rejimində bir neçə atəş açıb A.F.Cəlilzadə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 odlu silah güllə yaralanması xəsarətlərini yetirərək sonuncuları qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və bununla da ümumi təhl ükəli üsulla üç şəxsi qəsdən həyatdan məhrum etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi, hakimlər Məhəmməd Bağırov və Elşad Əliyev) 10 oktyabr 2023-cu il tarixli 1-1(106)-12/2023 nömrəli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 1(097)-81/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 1-1(106)-12/2023 nömrəli qərarının dəyişdirilməsi, Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-in 129.2- ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ədalətli cəza təyin edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisəyə qədər təqsirləndirilən şəxs Məhkum qarşı yol verilənlərə və zastavanın rəisi, baş leytenant Zərərçəkmiş şəxs1 hərəkətlərinə diqqət yetirdikdə hadisəni törətmiş Məhkum düşdüyü vəziyyət bütün çılpaqlığı ilə aydın olur. Hadisəyə qədər Məhkum heç vaxt heç kimlə dalaşması, kiməsə qarşı fiziki zor tətbiq etməsinə və digər qanunsuz hərəkətlərə yol verməsi barədə cinayət işində hər hansı bir sənəd mövcud deyildir. O, təbiətcə sakit bir adam olmuşdur. Zərərçəkmişlər öz hərəkətləri ilə onun bu hadisəni törətməsinə doğru itələmişlər. Ona qarşı qanunsuzluqlar artan xətt üzrə getmişdir. Əvvəlcə baş leytenant Zərərçəkmiş şəxs1 ondan tərxis olunmasını tələb etmişdir. Bu istəyinə nail olmadıqda xırda bəhanələrdən istifadə edərək Məhkum təhdid etmiş, onun şərəf və ləyaqətini alçaltmış, onunla qeyri-insani rəftar etmiş və demək mümkünsə onu psixi terrora məruz qoymuşdur. Elxan Əvəzilinin gördüyü müsbət işlərə görə onu təhqir etməkdən çəkinməmişdir. Zastava rəisi Zərərçəkmiş şəxs1 tərəfindən Məhkum hər dəfə 4 saatdan bir xidmətə yazılmış və baş verən hadisəyə qədər baş leytenant bunu davam etdirmişdir. Ağır xidmət yerinə yetirən şəxsin hər digər hərbi qulluqçulardan fərli olaraq 4 saatdan bir xidmətə olması, şəxsin psixikasına təsir etməsi və nəticədə onun belə bir hadisə törətməsinə səbəb olmuşdur. Zərərçəkmiş şəxs1 həmişə Məhkum nüfuzdan salmaq və başqalarının gözü qarşısında şəxsiyyətini alçaltmaq üçün, onun daima şəxsi heyətin qarşısında təhqir etmiş, rütbədə ondan aşağı olan hərbi qulluqçuların yanında, onun vəzifəsinə aid olmayan işləri görməyə məcbur etmişdir. Hətta o, tabeçiliyində olan hərbi qulluqçulara Məhkum ilə ünsiyyətdə olmamağı, onunla bir masada oturmamağı, yemək yeməməyi, onun verdiyi göstərişlər yerinə yetirməməyi tapşırmışdır. Verilmiş ittihamda göstərildiyi kimi, Məhkum qarşı edilmiş qanunsuz hərəkətlərdə Zərərçəkmiş şəxs1la bərabər özlərini sadiq hərbi qulluqçu kimi göstərən kiçik gizirlər A.F.Cəlilzadə və Zərərçəkmiş şəxs2 bilavasitə iştirak etmişlər. İttihamda qeyd edilir ki, qeyd edilən şəxslər kiçik gizir Məhkum bezdirib onun hərbi xidmətdən tərxis olunub getməsinə nail olmaq məqsədi ilə öz qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirərək, növbəti gün, yəni 02 yanvar 20 22-ci il tarixdə səhər saatlarından başlayaraq gün ərzində bir neçə dəfə heç bir səbəb olmadan ünvanına «şərəfsiz», «ləyaqətsiz», «boynuyoğun» və sair bu kimi təhqiredici ifadələr işlədərək özlərinin Məhkum qarşı açıq qərəzli münasibətlərini nümayiş etdirmişlər. 2021-ci ilin noyabr ayından başlayaraq Məhkum hər gün belə qanunsuz hərəkətlərlə rastlaşmış, hər gün hər saat təhqir olunmuş, şərəf və ləyaqəti alçaldılmışdır. Belə vəziyyətdə olan şəxsin öz hərəkətlərini dərk etməsi və idarə etməsi mümkün deyildir. İş materiallarından görünür ki, Məhkum qarşı zərərçəkmişlərin qeyd edilən hərəkətləri epizodik deyil, mütəmadi xarakter daşımışdır. Məhz bu hərəkətlər sonda Məhkum ona verilmiş ittihamda göstərilən hərəkətləri törətməsinə gətirib çıxarmışdır və eyni zamanda Məhkum tərəfindən törədilmiş əməl ona qarşı zərərçəkmişlərin mütəmadi olaraq yol verdikləri qanunsuz və heç bir həddə sığmayan hərəkətlərinə reaksiyasıdır. Bu o deməkdir ki, zərərçəkmişlər öz hərəkətləri ilə Məhkum bu hərəkətləri etməyə təhrik etmişlər. Məhz bu hərəkətlər nəticəsində Məhkum, öz üzərində nəzarət, öz hərəkətlərini qiymətləndirmək və hərəkətlərinin nəticəsini proqnozlaşdırmaq imkanının itirmişdir. Bütün bunlar hesab edirəm ki, fizioloji affekt vəziyyətidir. Doğrudur məhkəmə psixoloji ekspertizası hadisənin fizioloji affekt vəziyyətində törədilmədiyini göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, fizioloji affekt zərərçəkmişin psixi travma təsiri nəticəsində yaranan affektdir. Həm də nəzərə almaq lazımdır ki, qeyd edildiyi kimi, zərərçəkmişlər tərəfindən Məhkum qarşı dözülməz vəziyyət uzun müddət, 4 ay müd dətdə davam etmişdir. Dörd səhifədən ibarət olan təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının 3 vərəqində zərərçəkmişlərin Məhkum qarşı yol verdikləri qanunsuzluqlar göstərilmişdir. Son vərəqədə isə törədilmiş hadisə göstərilmişdir. Gəlinmiş nəticə ondan ibarət olmuşdur ki, qeyd edilən hadisə zərərçəkmişlər özlərinin qanuna zidd hərəkətləri nəticəsi olmuşdur. Lakin məhkəmə sonda iş materillarına əsaslanmadan Məhkum əməlini səhv tövsif etmişdir. Bütün bunlar təsdiq edir ki, Məhkum hərəkətləri CM-in 129.2-ci maddəsi ilə əhatə olunur. Ona görə də, onun əməli həmin maddəyə tövsif olunmaqla həmin maddənin sanksiyasına həddində ona cəza təyin edilməlidir. Nəzərə almaq lazımdır ki, cinayət prosessual qanunvericiliyə görə ekspert rəyi sübut növlərindən biridir və onun qəti olaraq sübut növ ü kimi qəbul etmək vəzifəsi daşımır. Azərbaycan Respublikası CPM-in 127.3-cü maddəsinə görə ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan, yalnız hadisənin baş verdiyi gün olanlara əsasən Məhkum hərəkətlərinə qiymət verərək ona qədər törədilən hərəkətlərin baş vermiş hadisə ilə heç bir bağlılığın olmaması qənatinə gəldi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum müdafiəçisi Müdafiəçi1 kassa siya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi kassasiya şikayətində iş üzrə tam, obyektiv və hərtərəfli araşdırı lma aparılmadığını, sübutlara düzgün və obyektiv qiymət verilmədiyini, məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.7-ci maddələri ilə düzgün tövsif edilmədiyini vurğulayaraq, qərarın ləğv edilməsini və onun əməlinin CM-in 129.2-ci maddəsinə tövsif ediməsini xahiş etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişlər ki, məhkumun zərərçəkmiş şəxslər A.F.Cəlilzadə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumi təhlükəli üsulla qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətində müdafiəçi Məhkum tərəfindən ona elan edilmiş ittiham da təsvir edilən hərəkətlərin törədilməsi faktı mübahisələndirmir. Müdafiəçinin kassasiya şikayəti həmin hərəkətlərin hüquqi tövsifinə yönəlmişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətini qiymətləndirərək, müdafiə tərəfinin işin faktiki hallarını, yəni məhkum tərəfindən üç şəxsin həyatdan məhrum edilməsi faktını mübahisələndirmədən, həmin əməlin affekt vəziyyətində törədilməsinə görə CM-in 122.2ci maddəsi deyil, affekt vəziyyətində sağlamlığa az ağır zərər vurmaya görə məsuliyyət nəzərdə tutan CM-in 129.2-ci maddəsi ilə tövsif edilməsinə dair tələbini anlaşılmazlıq nəticəsində irəli sürdüyü barədə qənaətə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumun əməlinin CM-in 129.2-ci maddəsi ilə tövsif olunmasına heç bir hüquqi əsas yoxdur. Məhkəmə kolleg iyası kassasiya şikayətinin məhkumun zərərçəkmiş şəxsləri güclü ruhi həyəcan vəziyyətində öldürməsi ilə əlaqədar onun əməlinin əsassız olaraq CM-in 120.2.4 və 120.2.7-ci maddələri tövsif edilməsi barədə dəlillə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Güclü ruhi həyəcan vəziyyətində iki və daha çox şəxsi öldürməyə görə cinayət məsuliyyəti CM-in 122.2-ci maddəsində nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 saylı Plenum Qərarının 17-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qanunun mənasına görə qəsdən adam öldürmə qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində və ya zəruri müdafiə həddini aşmaqla törədildikdə əməldə CM-in 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.10-cu m addələrinin formal əlamətləri olsa da əməl həmin maddələrlə tövsif edilə bilməz. Beləliklə, qəsdən adam öldürmə əməlinin güclü ruhi həyəcan vəziyyətində törətdiyi halda əməlində CM-in 120.2-ci maddəsində nəzərdə tutulmuş tövsifedici ağırlaşdırıcı əlamətlərin olması (xüsusi amansızlıq və ya ümumi təhlükəli uşulu ilə və sair) əməlin CMin 122.2-ci maddəsi ilə tövsif edilməsini istisna etmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci və 122.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin obyektiv tərəfləri müəyyən dərəcədə üst-üstə düşsə də, bu əməlləri fərqləndirən əsas amil təqsirkar şəxsin hərəkətlərinin motivi və törədilmə şəraitidir. Belə ki, iki və ya daha çox şəxsi həyatdan məhrum etməyə yönəlmiş hərəkətlərin CM-in 122.2-ci m addəsi ilə tövsif olunması üçün həmin əməlin zərərçəkmiş şəxslər tərəfindən edilmiş zorakılıq, ağır təhqir və ya digər qanunsuz və ya əxlaqsız hərəkətlər, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı nəticəsində yaranmış uzun sürən dözülməz psixi vəziyyət fonunda baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi zəruridir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Qanunun yuxarıda qeyd edilən normalarından görünür ki, Məhkum zərərçəkmiş şəxsləri qəsdən həyatdan məhrum etmə əməlinin CM-in 122.2-ci maddəsi ilə tövsif edilməsi üçün məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla onun bu əməli zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətməsi müəyyən edilməlidir. Həm məhkumun ifadələri, həm digər sübutlarla müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər tərəfindən məhkuma qarşı mütəmadi olaraq onun şəxsiyyətini alçaldan qanunsuz hərəkətlər törətmişlər. Hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərin həmin qanunsuz hərəkətləri ilə əlaqədar məhkumun cinayət törədərkən güclü ruhi həyəcan vəziyyətində olub-olmamasını müəyyən etmək üçün kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası və təkrar məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Hər iki ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, Məhkum cinayət əməlini törədərkən davranış aktlarında təzahür etmiş emosional gərginlik halını keçirsə də, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Həmin ekspert rəyləri məhkəmə iclaslarında tədqiq edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilmişdir. Ekspertizalar cina yət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş və aparılmış, rəylərdə ekspertlərin gəldikləri nəticələr kifayət qədər əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmin rəylərin nəticələrini şübhə altına almağa əsas verən hər hansı bir hal müəyyən etməmişdir. Beləliklə, hazırkı cinayət işi üzrə toplanmış sübutlarla Məhkum cinayət əməlini güclü ruhi həyəcan (affekt) vəziyyətində törətməsi müəyyən edilməmiş, onun əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.7-ci maddələrindən həmin Məcəllənin 122.2-ci maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasi ya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.7-ci maddələri ilə cəza təyin edərkən onun törətdiyi cinayətin ağırlığını, işin hallarını, məhkumun şəxsiyyətini nəzərə alıb CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun ona ədalətli cəza təyin etmişdir. Azərbayca n Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiy ası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətində qaldırdığı məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 10 oktaybr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2023-cü il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar