Məhkəmə qərarları › İş №1-1(102)-24/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-24/2021

26.05.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-24/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) və Əliyev Ələsgər Əliabbas oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamçısının müdafiəçisi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri prokuroru X42 qızının, Məhkum Məhkum oğlunun müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlunun iştirakları ilə 18 yanvar 1974-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Cəlilabad şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 228.2.1 və 234.4.2-ci maddələri ilə bəraət almış, Azərbaycan Respublikası CM-nin 32.4, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum edilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlu və dövlət ittihamçısı Əsədov X41 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Hərbi Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmü ilə (hakimlər: V.İ.Əhmədov (sədrlik edən), İ.Ə.Neymanov və B.C.Əliyev) Məhkum- Аzərbаycаn Respublikаsı CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 228.2.1 və 234.4.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, ona qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2 və 318.2-ci maddələri xaric edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü maddəsi ilə istinad edilən əməl həmin maddədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,206.3.2-ci maddəsinə tövsif edilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.4,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin onun tutulduğu gündən, yəni 17 noyabr 2018-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X46 oğlu və məhkumun müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qəra rı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.Ə.Camalov və Z.B.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,206.3.2-ci maddəsi ilə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası isə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək artırılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, Məhku m qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cinayətlərin tamah məqsədilə törədilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar hökmdən xaric edilmiş, hökm apellyasiya şikayətinə və apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmək üçün tanışı və dostluq münasibətində old uğu X24, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin dövlət sərhədinin mühafizəsi bölməsinin xidməti heyvanlar üzrə baş zabiti X30, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qaçaqmalçılıq yolu ilə keçirilməsi niyyətini reallaşdırmaq üçün 2017-ci ilin may ayının əvvəllərindən etibarən Aqil Ağayev və digər qrup üzvləri ilə «Vatsap» mesajlaşma proqramı vasitəsilə apardığı telefon danışıqları və görüşlərdə narkotik vasitələrin hər 10 kiloqramına görə 5000 manat məbləğində nağd pul müqabilində Aqil Ağayevin razılığını aldıqdan sonra Cəlilabad rayonu, Burovar kəndində yerləşən 11-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi üçün əlverişli və zəif mühafizə olunan yerləri dəqiqləşdirdikdən sonra ******-**-** nömrəsindən «Vatsap» mesajlaşma proqramı vasitəsilə Aqil Ağayevin istifadəsində olan 055 ***-**-** nömrəsinə göndərdiyi səsli mesajlar və etdiyi zənglərdə narkotik vasitənin 29 iyul 2017-ci il tarixdə 11-ci sərhəd zastavasınının xidməti ərazisindəki «89» nömrəli dövlət sərhəd nişanın dibinə qoyulacağını bildirmiş, bundan sonra Aqil Ağayev şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslər tərəfindən 29 iyul 2017-ci il tarixdə saat 2N radələrində N sa ylı hərbi hissənin Cəlilabad rayonu, Burovar kəndində yerləşən 11-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilərək, zastavanın xidməti ərazisində olan «89» nömrəli sərhəd nişanının dibinə qoyulmuş 2 ədəd qara rəngli üzərinə «adidas» sözü yazılmış polietilen torbada olan və hazırlanmış əməliyyat eksperimenti əməliyyat-axtarış tədbirinə əsasən 29 iyul 2017-ci il tarixdə axşam saat 21:20 radələrində Nəriman Hüseynovun götürərək, özündə saxladığı təmiz halda 9976 qram (9 kq 976 qr) çəkidə külli miqdarda narkotik vasitə olan heroini götürmək məqsədi ilə idarə etdiyi «Land-Rover» markalı,«**-LK-***» dövlət qeydiyyat nişan lı avtomobili ilə 30 iyul 2017-ci il tarixdə saat 1N radələrində 11-ci sərhəd zastavasına gələrək, sərhəd zastavasının rəisi Nəriman Hüseynova narkotik vasitəni zastavanın xidməti ərazisindən götürüb ona verilməsinə görə, yəni bilə-bilə qanunsuz hərəkətlər etməyə görə 990 manat məbləğində nağd pul vəsaitini rüşvət verməklə, qeyd olunan narkotik vasitəni götürüb, həmin tarixdə saat 12 radələrində sərhəd zastavasının dislokasiya yerindən narkotik vasitəni idarə etdiyi avtomobili ilə daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, idarə etdiyi avtomobilə baxış keçirilən zaman təmiz halda 9976 qram (9 kq 976 qr) çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak etmişdir. Kassasiya protestinin və şikayətinin dəlilləri: Kassasiya protesti:Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışının təyin edilməsi xahiş olunur. Protest müəllifi bildirir ki, məhkəmə düzgün nəticəyə gəlməyərək, qeyd edilən əməllərə görə Məhkum bəraət verilməsində haqlı olmamışdır. Belə ki, Məhkum ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə özünümüdafiə xarakterli, yanlış ifadələr verməsinə baxmayaraq, onun törətdiyi cinayət əməlləri, ibtidai istintaq orqanı tərəfindən toplanılmış şahidlərin ifadələri, zərərçəkmiş şəxslər Şahin Həsənov və Səxavət Həsənovun ifadələri, baxış, axtarış və götürmə, üzləşdirmə, ifadələrin yerində yoxlanılması və digər istintaq hərəkətləri protokolları, ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar, X30, X12 və X24 barəsində Cəlilabad hərbi məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 1-1 (096)-13/2018 №-li hökmü və cinayət işinin başqa materialları ilə tam sübuta yetirilmiş və həmin sübutlar işin faktiki hallarına uyğun olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamışdır. Zərərçəkmiş şəxs X16 iş üzrə verdiyi ifadələrində göstərmişdir ki, Həsənovla yaxın münasibəti olmasa da, onları bir rayon sakini kimi tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Qardaşı oğlu X13 2017ci ilin avqust ayında narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilmişdir. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəsi Məhkum vasitəçiliyi ilə olduğundan bu məsələni onun qardaşı ilqar Həsənovla müzakirə etmək üçün Bakı şəhəri, Xətai rayonunda yerləşən “Qızıl bağ” adlanan restoranda görüşmüşlər. X36 Elnur Həsənov və Namiq Həsənovla birlikdə gəlmişlər. Görüş zamanı mübahisə edərək dalaşmışlar. Bundan sonra İlqar, qardaşları və bir neçə şəxs onun oğlu Elnuru döyüb xəsarət yetirmiş, daha sonra İlqarla telefon vasitəsi ilə əlaqə saxladıqda, İlqar “gəl səni gözləyirəm, səni güllələyəcəyəm!” demişdir. İlqar onu dəfələrlə öldürməklə hədələmişdir. Bundan əlavə, Şahin Həsənov ifadəsində göstərmişdir ki, sonuncu dəfə İlqar Həsənovla aralarında baş vermiş dalaşmadan sonra, 07 iyun 2018-ci il tarixdə saat 13:30 radələrində ilqar Həsənov və qardaşı Məhkum, İlqar Həsənovun idarə etdiyi “Lexus GX 470” markalı avtomobildə Şahin Həsənovun yaşadığı Cəlilabad şəhəri, H.Əliyev prospekti 68 saylı evin qarşısına gəlib, evin giriş qapısı istiqamətində paralel dayanaraq onun və qardaşı Səxavət Həsənovun evin həyətində olduqlarını gördükdən sonra avtomobilin arxa sol pəncərəsindən Şahin və Səxavət Həsənova Məhkum silahından, qardaşı İlqar Həsənov isə avtomat silahdan bir neçə dəfə atəşlər açmışlar, (cild İV, i.v. 142-148, 199206, 273-279, cild V, i.v. 200-206, cild Vİ, i.v. 139-143) İş üzrə dindirilmi ş zərərçəkmiş şəxs Şahin Həsənovun ifadəsi ilə oxşar məzmunlu ifadələri zərərçəkmiş şəxs X7, şahid X21, şahid X3, şahid X17, şahid X18, şahid X22, şahid X25, X4, X31 da eyni xarakterli ifadə verərərk Şahin Həsənovun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər, (cild İV, i.v. 222-226, 254-257, 258-263, cild Vİ, i.v. 148-150, cild İV, i.v. 158-161,247-253, cild İV, i.v. 162-166, cild İV, i.v. 167-173, cild İV, i.v. 174-179, cild iv’ i.v. 180-183, 291-295, cild İV, i.v. 234-238, 286-290, cild İV, i.v. 239-243, 281-285, cild İV, i.v. 244- 246, cild İV, i.v. 184-187, cild İV, i.v. 194-196) Bundan əlavə Məhkum törətdiyi CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş əməli 07 iyun 2018-ci il tarixli hadisə yerinə, 07 iyun 2018-ci il tarixli avtomobilə, 08 iyun 2018-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokolları, iş üzrə təyin edilmiş kompleks məhkəmə-ballistik, məhkəmətrasoloji və məhkəmə tikinti-texniki ekspertizasının 18.12.2018-ci il tarixli 29474/29726/30571 №-li rəyi ilə təsdiq edilmişdir, (cild İV, iş vər. 93-101, cild İV, iş vər. 112-118, cild İV, iş vər. 130-134, cild V, iş vər. 47- 59) Bundan əlavə, Məhkum qeyd edilən əməlləri 30 iyul 2017-ci il tarixli baxış keçirilməsi haqqında, 30 iyul 2017-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama və götürülməsi haqqında, 30 iyul 2017-ci il tarixli baxış keçirilməsi haqqında, 03 avqust 2017-ci il tarixli baxış haqqında, 09 avqust 2017-ci il tarixli baxış haqqında, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən 22.08.2017-ci il tarixli 5/4047 №-li məxfi məktubla daxil olmuş 02 ədəd diskə baxış keçirilməsi haqqında 29 avqust 2017-ci il tarixli, 30 avqust 2017-ci il tarixli baxış keçirilməsi haqqında, 29 sentyabr 2017-ci il tarixli baxış keçirilməsi haqqında, 05 oktyabr 2017-ci il tarixli baxış keçirilməsi haqqında, 11 oktyabr 2017-ci il tarixli baxış keçirilməsi haqqında, 15 noyabr 2017-ci il tarixli baxış keçirilməsi haqqında protokollarından, mobil telefon üzrə kompyuter-texniki ekspertizasının 4874 saylı, məhkəmə-kimyəvi ekspertizasının 31.07.2017-ci il tarixli 18943 №-li, məhkəmə kompyuter-texniki ekspertizasının 17.08.2017-ci il tarixli 19749№-li, məhkəmə-fonoskopik ekspertizasının 30.03.2018-ci il tarixli 4868 №-li, məhkəmə kompyuter-texniki ekspertizasının 09.04.2018-ci il tarixli 4874 №-li, məhkəmə-fonoskopik eksp ertizasının 14.03.2019- cu il tarixli 4094 №-li rəyləri ilə təsdiq edilmişdir, (cild İ, i.v. 1015, cild İ, i.v. 16-17, i.v. 19-21, i.v. 32- 33, i.v. 93-95, i.v. 189-192, i.v. 212-213, i.v. 216-217, i.v. 279-283, cild İİ, i.v. 3-29, i.v. 30-33, i.v. 153-156, i.v. 178-211, i.v. 218-245, cild İİİ, i.v. 65-75, i.v. 143-169, i.v. 172-181, i.v. 182-185, cild V, i.v. 267-270 Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayəti:Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tar ixli qərarının ləğv edilməsi və cinayət işinin xitam verilməsi barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, apellyasiya məhkəməsi yekun qərarın təsviri-əsaslandırıcı hissəsində “məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından höm ləğv edilməlidir. Nəticəsinə gəlsədə nəticəvi hissəsində hökm ləğv edilməyib dəyişdirilmişdir. Müdafiəçi onu da qeyd etmişdir ki, ibtidai istintaq zamanı Məhkum və müdafiəşi tərəfindən X45 Həsənovla üzləşdirilməsi barədə vəsatətlər vermişlər. Hər dəfə vəsatətlər qanuni şəkildə əsaslandırılmadan müstəntiq tərəfindən rədd edilmişdir.İbtidai istintaq zamanı Məhkum barəsində istintaqın kobud qanun pozuntuları ilə qərəzli aparılmasına, onun qanunsuz olaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarə sində saxlanmasına dair Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərlərinə, digər vəzifəli şəxslərə /azdığım şikayətlərin və vəsatətlərin bir çoxu sonradan həmin cinayət işindən ayrılmış başqa bir cinayət işinə, X8 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş materiallara əlavə edilmişdir. Halbuki, buna lüzum olmamışdır. Məqsəd həmin sənədləri məhkəmə baxşından gizlətmək olmuşdur. Bu barədə hər iki cinayət işində kifayət qədər təsdiqedici sübutlar vardır. İbtidai istintaq orqanı kifayət qədər sübutlar toplaya bilmədiyindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Məhkum verilmiş qanunsuz ittihamları sübuta yetirmək üçün aşkar və kobud qanun pozuntusuna yol verməkdən başqa çarəsi qalmamışdır. Belə ki, istintaq orqanının təklifi ilə Məhkum ikinci müdafiəçi dəvət edilmiş, həmin müdafiəçinin iştirakı ilə Məhkum sonradan ekspertə təqdim etmək üçün səs nümunəsi götürülməsi barədə protokol tərtib edilmişdir. Həmin istintaq hərəkətinin aparılması barədə müdafiəçi kimi mənə əvvəlcədən bildirilməmiş, istintaq hərəkətinin aparılması zamanı iştirak hüququm təmin edilməmişdir. Halbuki, CPM-nin 92.9.3-cü maddəsinin tələbinə görə müdafiəçinin cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmə hüququ vardır. Müstəntiq guya mənə əvvəlcədən məlumat verməsi barədə cinayət işinə qanunsuz olaraq məktub surəti əla və etmişdir. İstintaq orqanının belə qanunsuz hərəkəti nəticəsində 14 mart 2019-cu il tarixli 4094 saylı qanunsuz "Audio və videoyazıların məhkəmə ekspertizası. 4.1. Səsin və şifahi nitqin tədqiqi." ekspert rəyi əldə edilmişdir. Məhkəmə həmin rəyi sübut kimi qiymətləndirməsə də istintaq orqanının vəzifəli şəxsləri tərəfindən qəsdən törədilmiş qanun pozuntusuna münasibət bildirməmiş, yuxarı prokuroru bu barədə xüsusi qərarla məlumatlandırmamışdır. İbtidai istintaqın gedişində bu hal mənə məlum olduqdan sonra istintaq hərəkətlərində iştirakımın təmin edilməsini vəsatətlə tələb etmişəm. Bundan sonra Məhkum iştirakı ilə keçirilən istintaq hərəkətlərində iştirakım təmin edilib. Nəhayət, Cəlilabad Hərbi Məhkəməsi haqlı olaraq həmin ekspert rəyindən sübut kimi istifadə etməkdən imtina etmişdir. Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinə və protestinə baxaraq yekun qərar çıxararkən birinci instansiya məhkəməsinin səhvlərini təkrar etmiş, daha kobud pozuntulara yol vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Ə.Novruzovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası onuda qeyd edir ki, Məhkum çəza çəkdiyi 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 23 aprel 2021-ci il tarixli 17/26-1722 saylı məktubla müşaiyət edilmiş ərizəsi Ali Məhkəmənin Cinayət kollegiyasına daxil olmuş və məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz mü dafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kassasiya protestinə isə baxılmalıdır. Məhkəmə kollegiyası dövlət ittihamçısı İ.Əsədovun kassasiya protesti ilə bağlı Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyə tinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, Məhkum həm də ibtidai araşdırma aparmış orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 228.2.1-ci maddələri ilə ittiham verilmişdir on görə ki, o, 07 iyun 2018-ci il tarixdə saat 13:30 radələrində əvvəllər aralarında münaqişə olmuş X6 qardaşı X14 qarşı qərəzli xuliqanlıq hərəkətləri etməsindən hiddətlənərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib X9 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə İlqar Həsənov yaşadığı Cəlilabad şəhəri, Fizuli küçəsi, 105 saylı evin həyətinə gəlib istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib saxladığı və gəzdirdiyi Kalaşnikov konstruksiyalı, 439091 nömrəli 5,45 mm kalibrli, “AKC-74 Y” markalı avtomat silahla, özü isə ov silahı ilə silahlandıqdan sonra İlqar Həsənovun idarə etdiyi “Lexus GX 470” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücü tərəfdən sol arxa oturacağında əyləşərək X6 yaşadığı Cəlilabad şəhəri, H.Əliyev prospekti, 68 saylı evin qarşısına gəlmiş, evin giriş qapısı istiqamətində paralel dayanıb X16 və onun qardaşı X1 mənzilin həyətində olmasını gördükdən sonra qəsdən öldürmək niyyəti ilə avtomobilin arxa sol pəncərəsindən Şahin Həsənova, eləcə də X35 Həsənov arasında baş vermiş münaqişəyə Səxavət Həsənovun heç bir aidiyyətinin olmamasına baxmayaraq, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Səxavət Həsənova ov silahından, qardaşı İlqar Həsənov isə avtomat silahdan bir ne çə dəfə ardıcıl atəşlər açmış, lakin sərrast və dəqiq atəş aça bilməməsi, bu vaxt Şahin Həsənov və Səxavət Həsənovun onlara tərəf atəş açması, ətrafda yaşayan şəxslərin gəlməsindən və yaxalanacaqlarından qorxaraq oradan uzaqlaşmaları səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən cinayətkar əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək X16 və X5 qabaqcadan əlbir olduğu qrupda xuliqanlıq niyyəti və ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 228.2.1-ci maddələri ilə istinad olunan əməllərin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların m ötəbər olmaması və yekun nəticəyə gəlməyə kifayət etməməsi qənaətinə gəlmiş, həm də bu ittihamların sübuta yetirilməsində istintaq orqanı tərəfindən təqdim olunmuş digər sübutlarla aradan qaldırılması qeyrimümkün olan şübhələrin mövcud olmasını müəyyən etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı həmin epizod üzrə dindirilən zərərçəkmiş şəxs X16 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı ibtidai istintaq zamanı ifadə verərkən həqiqəti demişdir, amma müstəntiq onun ifadəsini istədiyi formada yazmışdır. Məhkum hadisə olan vaxtı görməmişdir. İstintaq zamanı güllə atanı Məhkum, Kənan Həsənova və İlqar Həsənova oxşatdığını deməsi barədə ifadəsi müstəntiq tərəfindən tərtib olunmuşdur. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs X7 ifadəsində göstərmişdir ki, silahlı atışma zamanı Məhkum görməmişdi r. Məhkum güllə atdığını görməmiş və bu barədə ifadələrini müstəntiq tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində Şahin Həsənovun evinin qarşısında silahlı atışma baş verərkən qardaşı Məhkum Cəlilabad rayonunda olmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X21, X3, X17, X18, X22, X31, X10, X2, X4 və X25 ifadələrində Məhkum silahlı atışma zamanı hadisə yerində görmədiklərini və onun hadisə yerində olduğunu eşitmədiklərini göstərmişlər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya protestinin təmin olunması üçün heç bir əsas tapmır. Məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş sübutlara əsasən apellyasiya instansiya məhkəməsinin gəldiyi bu nəticəni də qanuni və əsaslı hesab edir və kassasiya protestinin dəlilini də əsassız sayır. Ka ssasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəl i sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L İ R: Ərizə təmin edilsin: Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən geri qaytarılsın. Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2020-ci il tarixli qərarı Dövlət ittihamçısı tərəfində n verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar