Məhkəmə qərarları › İş №1-1(102)-24/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-24/2022

10.05.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-24/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri X5 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2021 -ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin (hakim Kamran Muxtarov) 1-1(095)-037/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli hökmü ilə 24 may 1996-cı il tarixdə Biləsuvar rayonu İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu İsmətli kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 11-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsinin 2-ci qrupunun komandiri vəzifəsində, baş çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin yanvar ayının sonlarında axşam saatlarında yeməkxanada şalvarının çirkli olmasına görə həmin qrupun aşpazçörəkbişirəni, əsgər X27 iradlarını bildirib kürək nahiyəsinə bir neçə yumruq zərbəsi vurub fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, o, 2020-ci ilin fevral ayının əvvəllərində, saat 14 radələrində yanından keçərək yeməkxanaya tərəf gedən həmin döyüş məntəqəsinin 1-ci qrupunun pulemyotçusu, əsgər X9 çiyin nahiyəsinə heç bir səbəb olmadan ardıcıl olaraq sağ və sol əli ilə sərt şəkildə iki yumruq zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan əlavə, o, 2020-ci ilin mart ayının əvvəllərində saat 00:30 radələrində məntəqə növbətçisi kimi əsgər yeməkxanasını təmizləyən həmin döyüş məntəqəsinin 2ci qrupun rabitəçisi, əsgər X3 nahiyəsinə heç bir səbəb olmadan 1 sillə zərbəsi və sol ayağına 1 təpik zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bununla yanaşı, o, 2020-ci ilin mart ayının ortalarında şəxsi heyət səhər yeməyinə hazırlaşan zaman əsgər yeməkxanasında heç bir səbəb olmadan 1-ci qrupun qrup silahları heyətinin komandiri, əsgər X6 çiyin nahiyəsinə bir neçə yumruq zərbəsi, baş nahiyəsinə 1 sillə zərbəsi və sol bud nahiyəsinə isə 1 təpik zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Həmçinin, o, 2020-ci ilin mart ayının sonlarında, saat 15 radələrində siqaret çəkilmək üçün nəzərdə tutulmuş yerdə dayanıb söhbət edən əsgərlər X23 və X18 yanından keçərkən heç bir səbəb olmadan əsgər X4 nahiyəsinə sağ əli ilə sərt şəkildə bir sillə zərbəsi vurub fiziki ağrı yeti rməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Habelə, o, 2020-ci ilin mart ayının sonlarında axşam saatlarında sığınacağın dəhlizində heç bir səbəb olmadan əsgər X7 ayaq nahiyəsinə 1 təpik zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Eləcə də, o, 2020-ci ilin aprel ayının əvvəllərində, saat 07 radələrində heç bir səbəb olmadan əlini açıq vəziyyətdə tutaraq barmaqları ilə səhər yeməyini yemək üçün əsgər yeməkxanasına gedən döyüş məntəqəsinin qumbaraatanı, əsgər X19 qarın nahiyəsinə bir neçə zərbə vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, o, 2020-ci ilin aprel ayının əvvəllərində, saat 10 radələrində yeməkxanada heç bir səbəb olmadan əsgər X10 qoluna iki yumruq zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan əlavə, o, 2020-ci ilin aprel ayının sonlarında, saat 15 radələrində məntəqənin dəhlizində heç bir səbəb olmadan 2-ci qrupun rabitəçisi, əsgər X14 çiyin nahiyəsinə sərt şəkildə bir dəfə yumruq zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bununla yanaşı, o, 2020-ci ilin aprel ayının sonlarında saat 17 radələrində ərza q anbarında oranı təmizləyən əsgər X17 baş nahiyəsinə heç bir səbəb olmadan bir dəfə güclü sillə zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Həmçinin, o, 2020-ci ilin aprel ayının sonlarında axşam saatlarında siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerdə olan stolun üzərini təmizləmədiyinə görə əsgər X28 oraya çağırıb kürək nahiyəsinə 2 yumruq və sağ bud nahiyəsinə 1 təpik zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Habelə, o, 2020-ci ilin may ayının əvvəllərində saat 14 radələrində məntəqənin dəhlizində heç bir səbəb olmadan əsgər X15 qol nahiyəsinə sərt şə kildə bir dəfə yumruq zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Eləcə də, o, 2020-ci ilin may ayının əvvəllərində günorta saatlarında ərzaq anbarında ərzaqları səliqəli şəkildə çeşidləmədiyinə görə əsgər X28 anbarın yanına çağıraraq iradlarını bildirməklə sol bud nahiyəsinə 1 təpik, kürək nahiyəsinə isə 1 sillə zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, o, 2020-ci ilin may ayının əvvəllərində nahar yeməyi yemək üçün əsgər yeməkxanasına daxil olan məntəqənin snayperçisi əsgər X1 və sol çiyin nahiyəsinə heç bir səbəb olmadan 1 yumruq zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, o, 2020-ci ilin may ayının əvvəllərində axşam yeməyinə getməmişdən əvvəl əsgər Şünasib Edilli ilə məntəqənin inzibati binasının dəhlizində dayanaraq söhbət edən əsgər X11 nahiyəsinə heç bir səbəb olmadan bir neçə yumruq zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan əlavə, o, 2020-ci ilin may ayının əvvəllərində axşam saatlarında siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerin yanında heç bir səbəb olmadan əsgər X10 qoluna bir neçə yumruq zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bununla yanaşı o, 2020-ci ilin may ayının ortalarında, günorta saatlarında su gətirmək məqsədi ilə siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerin yanında olan çənə tərəf gedən əsgər X21 yanına çağırıb ərazini yaxşı təmizlənmədiyi üçün yenidən təmizləmək barədə göstəriş verərək sonuncunun kürək nahiyəsinə bir sillə zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Həmçinin, o, 2020-ci ilin may ayının ortalarında, günorta saatlarında əsgər yataqxanasında məntəqənin qumbaraatanı əsgər X2 boyunağının çirkli olmasını irad bildirib sonuncunun sifət nahiyəsinə bir sillə zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Habelə, o, 2020-ci ilin may ayının ortalarında günorta saatlarında köhnə yeməkxanaya zibil atmaq üçün gedən əsgər X11 nahiyəsinə heç bir səbəb olmadan bir neçə yumruq zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Eləcə də, o, 2020-ci ilin may ayının ortalarında saat 14-15 radələrində siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerin yaxınlığında heç bir səbəb olmadan 2-ci qrupun atıcı-sanitarı, əsgər X20 boyun nahiyəsinə sərt şəkildə bir sillə zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməs i zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, o, 2020-ci ilin may ayının ortalarında, saat 16 radələrində məntəqənin dəhlizində heç bir səbəb olmadan əsgər X13 nahiyəsinə sağ əlinin üstü ilə sərt şəkildə bir zərbə vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, o, 2020-ci ilin may ayının ortalarında axşam saatlarında əsgər Baloğlan Bəylərov növbəni təhvil verdiyinə görə sonuncuya isti çay hazırlamaq məqsədi ilə yeməkxanaya daxil olmaq istəyən əsgər X16 başının arxasına qüvvətli şəkildə bir sillə zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bununla yanaşı, o, 2020-ci ilin may ayının ortalarında saat 19:30 radələrində siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerin yanında əsgər X23 xidməti istifadəsində olan avtomat silahı təmizləyib qurtardıqdan sonra silahı təhvil verməyə getmək istəyərkən orada heç bir səbəb olmadan əsgər Baloğlan Bəylərovun sağrı nahiyəsinə bir təpik zərbəsi vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Həmçinin, o, 22 may 2020-ci il tarixdə saat 18 radələrində əsgər X28 ərzaq anbarına çağırıb orada ərzaqların vaxtında səliqə ilə yığılmaması və anbarın təmizlənməməsinə görə iradlarını bildirmiş və sonuncunun sol bud nahiyəsinə 1 təpik, sağ qol və kürək nahiyəsinə isə bir neçə yumruq zərbəl əri vurub fiziki ağrı yetirməklə təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Salman Hüseynovdan ibarət tərkibdə) 1-1(104)-88/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum Gəncə Hərbi Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının qüvvəsində saxlanılması və real olaraq çəkilməsi, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən Məhkum barəsində amnistiya tətbiq edilərək onun cəzası 6 (altı) ay azaldılması və Məhkum üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 29 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması qərara alınmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmişdir. Məhkumun müdafiəçisi Müdafiə çi kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən həmin cəzanın Məhkum şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin azadlıqdan məhrum etmə ilə bağlı cəza təyini zamanı məhz şərti cəza müəyyən etməsi halı, tamamilə ədalətli, humanist və cəzanın məqsədinə uyğun bir cinayət-hüquqi tədbir idi. Lakin, apelyasiya instansiyası məhkəməsi, iş üzrə 29 noyabr 2021-ci il tarixli qərarında bununla bağlı heç bir əsaslı dəlil olmadan, dövlət ittihamçısı tərəfindən verilmiş formal əsaslı apelya siya protestinə uyğun olaraq, şərti cəza barədə müddəa hökmdən çıxarılması ilə bağlı həmin protesti təmin edərək, təqsirləndirilən Məhkum qəti olaraq 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edən qərar qəbul etmişdir. Belə ki, iş üzrə apelyasiya instansiyası məhkəməsi 29 noyabr 2021-ci il tarixli qərarında göstərir ki, şərti cəza təyini ilə bağlı birinci instansiya məhkəməsi öz hökmündə doğru hüquqi nəticəyə gəlməmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya protestindən irəli gələrək bunu cinayətin 24 epizod üzrə və 9 şəxsə qarşı törədilməsi ilə izah edir. Apelyasiya instansiyası məhkəməsinin bununla bağlı əsaslandırması tamamilə yanlışdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi öz qərarında cinayətin 24 epizod və 9 şəxsə qarşı törədilməsi faktını ön plan a çəkmiş və bu halın əməlin ictimai təhlükəlilik dərəcəsinin artırılması halı kimi xüsusi vurğulamışdır. Eyni zamanda, bununla bağlı məhkəmə kollegiyası öz əsaslandırmasında məhkuma azadlıqdan məhrum etmə növündə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi zamanı, məhkumun nədənsə islah olunmaması qənaətinə gələrək, ona münasibətdə şərti cəza ilə bağlı güzəşt tətbiq olunmasının doğru olmadığını bildirmişdir. Apelyasiya instansiyası məhkəməsinin belə yanaşması kökündən yanlışdır, ona görə ki, cinayət-hüquq elmində ictimai təhlükəlilik anlayışı - cinayətin məlum 4 növdə təsnifatı üzrə müəyyən olunur. Hazırki cinayət az ağır cinayətlər kateqoriyasına aiddir və onun ictimai təhlükəliliyi bununla məhdudlaşır. Yəni, hazırki halda cinayətin 24 epizod üzrə və 9 şəxsə qarşı törədilməsi fak tı, cinayətin mövcud təsnifat üzrə ictimai təhlükəlilik dərəcəsini artıran amil deyildir. Bu səbəbdən, apelyasiya instansiyası məhkəməsinin bununla bağlı qənaəti və əsasladırması doğru sayıla bilməz. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsinin şərti cəza təyini ilə bağlı əsaslandırması qeyri-legitim, ədalət və humanizm prinsiplərinə zidd olmaqla yanaşı, həmçinin cinayət qanunu ilə müəyyən edilən cəzanın məqsədinə, cəzanın təyin olunma əsaslarına, habelə Cinayət Məcəlləsinin 70-ci maddəsinin (şərti məhkum etmə) tələbinə cavab vermir. Göründüyü kimi, cinayət qanunu cəzanın şərti olaraq təyin olunmasını əsasən, məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayıldığı hallarda məqbul hesab edir. Həmçinin buraya cəzanı yüngülləşdirən hallar da aiddir ki, Məhkum bu hallar da şamil edilir. Belə ki, hazırki halda Məhkum cinayət törədildiyi vaxtdan indiyədək təqribən 2 il vaxt keçmişdir. O, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə heç bir cinayət hadisəsi törətməmişdir və belə əməllərdən çəkinmişdir. Həmçinin o, istintaqın bütün tələb və çağırışlarını icra etmişdir. O, təkcə bu davranışı ilə göstərilən dövr ərzində əməlindən həqiqətən səmimi peşman olduğunu və islah olunduğunu hər kəsə bəyan və sübut etmişdir. Bu qədər uzun zaman keçdikdən sonra, onun yenidən cinayət törətməsi ehtimalı yoxdur və keçmişdə törətdiyi əməlin ictimai təhlükəlilik əhəmiyyəti belə azalmışdır. Bütün bunlara rəğmən, CM-in 70-ci maddəsinin (şərti cəza) tətbiqinə dair müddəaların məhkum barəsində hökmdən xaric edilərək ona münasibətdə real cəza təyin edilməsi qanuni və ədalətli qərar sayıla bilməz. Ona görə ki, həmin qərarla məhkuma verilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Qeyd olunanlardan əlavə, apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə əsaslı və legitim olmamaqla yanaşı, hazırki dönəmdə hökümətin "cəza siyasətinin humanistləşdirilməsi" tələblərinə də ziddir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayə tinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası məhkəmələrin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o c ümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM- in 329.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə əməlin tövsifi mübahisə predmeti olmamışdır. Kassasiya şikayətinin başlıca dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsinin qanunsuz və əsassız olmasıdır. Cina yət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hü quqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakte rini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi c əza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi zərurət olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Apelyasiya instansiyası məhkəməsi Məhkum cəzanın real tətbiq edilməsi ba rədə qərar qəbul edərkən yuxarıda göstərilən qanun normalarının tələblərini, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenumlarının tövsiyələrini nəzərə almış və ədalətli və cəza məqsədlərinə cavab verən qərar qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri əsaslı hesab etmir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunanlar, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar