Məhkəmə qərarları › İş №1-1(102)-24/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-24/2023

26.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-24/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X16, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X20, məhkumun müdafiəçisi X12 iştirakı ilə, Cinayət prosesinə cəlb olunmayan, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı ilə maraqlarına toxunan X1 və X2 müraciətlərinə əsasən Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Sədri tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərarından verilmiş təqdimata mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1954-cü il tarixdə Masallı rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində, general-mayor hərbi rütbəsində xidmət etmiş, ünvan 1 ünvanda qeydiyyatdadır. 2. 21 dekabr 2016-cı il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 320.1, 320.2, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür.

3. Bakı Hərbi Məhkəməsinin 1(093)-25/2017 nömrəli, 21 fevral 2017-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 2004 - 2015-ci illərdə hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübar izə Baş İdarəsinin 2-ci idarənin 2-ci şöbəsinin rəisi, 2-ci idarənin rəis müavini, həmin Baş idarənin rəis müavini - 3-cü idarənin rəisi, baş idarənin rəisi vəzifələrində xidmət etdiyi dövrdə, tabeçiliyində və gizli qaydada informasiya almaq səlahiyyətlərinə malik olan rəhbəri olduğu baş idarənin rəis müavini – 1-ci idarənin rəisi Təqsirləndirilən şəxs2, 1-ci idarənin rəis müavini Təqsirləndirilən şəxs3, 2-ci idarənin 3-cü şöbəsinin rəisi Təqsirləndirilən şəxs4 və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar rəhbərlik etdiyi qurumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdə n istifadə etməməklə müntəzəm olaraq tamahkarlıq məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək məqsədilə xidməti vəzifələri və şəxsi keyfiyyətləri ilə əlaqədar tabeçiliyində olan dəstə üzvləri arasında funksional bölgü aparılmasına şəxsən rəhbərlik edərək, qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 712-İİQ nömrəli, 29 iyun 2004-cü il tarixli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən iqtisadi və sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayətkar əməlləri Bakı və Sumqayıt şəhərlərində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabin etinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozaraq, 2013-cü ildə 1.000.000 (bir milyon) manat məbləğində dövlət büdcə vəsaitlərini tərtib etdiyi raport və vəkalətnamələr əsasında əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından götürülüb əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan əməliyyat-axtarış tədbirlərinin icrası və müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşları və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etdirməklə ümumilikdə 1.000.000 (bir milyon) manat külli miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı ilə mənimsəmiş, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması v ə başqa xidməti sahələr üzrə qanunsuz əməliyyataxtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin əmlak vəziyyəti, iqtisadi və kommersiya sahələrində fəaliyyəti, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirrləri barədə məlumatlardan istifadə edib külli miqdarda əmlakı hədə-qorxu və dələduzluq yolu ilə əldə etmə, MTN-nin inzibati binasına gətizdirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaqla, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə ümumilikdə 3.682.651,04 manat (üç milyon altı yüz səksən iki min altı yüz əlli bir manat dörd qəpik) məbləğində külli miqdarda pul vəsaitlərini, 1.573.268 (bir milyon beş yüz yetmiş üç min iki yüz altımış səkkiz) manat dəyərində əmlakları və əmlaka olan hüquqlarını tələb edib əllərindən almaqla, qanunsuz hərəkətləri müqabilində onlardan külli miqdar təşkil edən nağd pul vəsaitlərinin alınması barədə mütəmadi olaraq birbaşa ve rdiyi qanunsuz göstərişləri ilə, eləcə də törədilməsini yəqinliklə bildiyi, və ya bilməli olduğu halda, xidməti vəzifəsinin tələblərinə uyğun olaraq qarşısının alınması üçün qanuni tədbirlər görmədiyi digər cinayətlər nəticəsində mütəşəkkil dəstə tərkibində az ağır, ağır və xüsusilə ağır cinayətləri dəfələrlə törətməklə külli miqdar təşkil edən 856.435 (səkkiz yüz əlli altı min dörd yüz otuz beş) manat məbləğində nağd pul vəsaitlərini, 224.056 (iki yüz iyirmi dörd min əlli altı) manat dəyərində zərgərlik məmulatlarını hədə-qorxu tətbiq olunmaqla, həmçinin Təqsirləndirilən şəxs5 və yaradılmış mütəşəkkil dəstənin barələrində cinayət təqibi davam etdirilən digər şəxslərdən ibarət üzvləri ilə birlikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri X21 və digərlərinin cinayət əməll əri üzrə qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlər görməli olduğu halda bunları etməyib həmin hərəkətsizliyə, eləcə də xidmət etdiyi sahə üzrə fəaliyyətlərinə ümumi himayədarlığa görə 2011-2015-ci illər ərzində cəmi 3.047.000 (üç milyon qırx yeddi min) manat əskinazlarını şəxsən və vasitəçilərdən istifadə etməklə rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, habelə zərərçəkmiş şəxsin hüquq və qanunla qorunan mənafeyinin pozulmasına yönələn qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmağa cəhd etmişdir.

5. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/ 2018 nömrəli, 23 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 29,302.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 320.1, 320.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3cü maddəsi ilə 6 (altı) il müddətə, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 178.3.1 və 178.3.2-ci m addələri ilə 9 (doqquz) il müddətə, Azərbaycan Respublikası CM-nin 46.2ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətə, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 13 (on üç) il müddətə, Azərbaycan Respublikası CM-nin 29,302.2 və 302.2-ci maddələri ilə 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 10 (on) il müddətə, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 313, 320.1 və 320.2-ci maddələri ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq o, 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 25 noyabr 2015-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 48-ci maddəsinə əsasən ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi məsələsinin həlli üçün həmin ali hərbi rütbə və dövlət təltiflərini vermiş müvafiq icra hakimiyyəti orqanına təqdima t göndərilməsi qərara alınmışdır.

6. Həmin hökmlə digər şəxslər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, X13, Təqsirləndirilən şəxs9 da təqsirli bilinərək məhkum edilmişlər.

7. Həmin hökmlə həmçinin məhkum Təqsirləndirilən şəxs1 və yaxın qohumlarının adına olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası, ünvan 3da yerləşən qeyriyaşayış sahəsi; Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi; Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.20 ha torpaq sahəsi; Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.30 ha torpaq sahəsi; Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.385 ha torpaq sahəsi və üzərində olan tikili; Abşeron rayonu, Novxanı kəndində ye rləşən 0.10 ha torpaq sahəsi; Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi; Abşeron rayonu, Digah qəsəbəsində yerləşən torpaq və yanacaq doldurma məntəqəsi; Masallı rayonu Qızılavar kəndində yerləşən 0.0636 ha torpaq sahəsi və yanacaq doldurma məntəqəsi; ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzil; ünvan 6vanında yerləşən 48 nömrəli mənzil xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir.

8. Birinci instansiya məhkəməsinin hökmündən Təqsirləndirilən şəxs1, onun müdafiəçi İ.Mustafa, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi İ.Həsənov, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi İ.Həsənov, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi N.Abasquliyev, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi A.Rəsulov, Təqsirləndirilən şə xs6 və onun müdafiəçisi Q.Rzayev, zərərçəkmiş şəxslər X29, X32 və Zərərçəkmiş şəxs tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

9. Bakı Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 8 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2018 nömrəli, 23 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi X45 oğlu kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının məhkumlara və onların qohumlarına məxsus əmlakların xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsində dəyişdirilərək, həmin əmlaklar hesabına ilk növbədə zərə rçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi, daha sonra əmlakın qalan hissəsinin dövlət nəfinə alınması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(102)51/2019 nömrəli, 01 avqust 2019-cu il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 8 fevral 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından həmçinin məhkumlar Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs6 müdafiəçisi - vəkil X5, məhkumlar Təqsirləndirilən şəxs1 və müdafiəçisi - vəkil X22, Təqsirləndirilən şəxs4 və müdafiə çisi - vəkil X23 və Təqsirləndirilən şəxs2 tərəfindən kassasiya şikayətləri və kassasiya şikayətlərinə əlavələr verilmişdir.

13. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(102)2/2021 nömrəli, 8 iyun 2021-ci il tarixli qərarı ilə məhkumlar Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs6 müdafiəçisi vəkil X5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, məhkumlar Təqsirləndirilən şəxs1 və müdafiəçisi - vəkil X22, Təqsirləndirilən şəxs4 və müdafiəçisi vəkil X23 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 8 fevral 2019-cu il tarixli qərarı qismən - əmlaklara dair tətbiq edilmiş xüsusi m üsadirəyə aid hissədə dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs1 adına olan Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi, məhkum Təqsirləndirilən şəxs4 anası X27 adına olan ünvan 7 ünvanında yerləşən 56 və 57-ci mənzillər (ünvan 83, mənzillər 56 və 57); məhkum Təqsirləndirilən şəxs2 və qohumlarının adına olan: Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi, «Xalça» firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində 131,2 kv.m. torpaq sahəsində yerləşən 111, 3 kv.m faydalı sahəsi olan mağaza); Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak; Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi; Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi; Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri; ünvan 9 ünvanında yerləşən ev; ünvan 10 ünvanında yerləşən ev; ünvan 11a qeyri-yaşayış sahəsi; ünvan 12rləşən evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 11(103)-1/2019 nömrəli, 8 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2018 nömrəli, 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuş, qalan hissədə kassasiya şikayətləri təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Baxılan cinayət işi ilə əlaqədar ərizəçilər X6 və X10 ayrı-ayrılıqda cinayət işində iştirak edilməyə cəlb olunmayan məhkə mənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslər kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinə müraciət edərək, cinayət prosesinə cəlb olunmadığı halda Bakı Hərbi Məhkəməsinin 1-1(093)7/2018 nömrəli, 23 aprel 2018-ci il tarixli hökmü ilə onların maraqlarına toxunan qərarın qəbul edildiyini və bu qərarın 8 fevral 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası tərəfindən dəyişdirilmədən saxlanıldığını qeyd etmiş və apellyasiya instansiyası məhkəməsinin həmin qərarının onlara məxsus əmlaklar üzərinə həbs qoyulması hissəsində ləğv edilməsinə dair kassasiya qaydasında təqdimatın verilməsini xahiş etmişlər.

15. Məhkəmənin istinad edilən qərarının onun maraqlarına toxunması haqqında dəlilini X6 onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzil 25 mart 1997-ci il tarixində anası X7 verilmişdir. Daha sonra, 24 may 2006-cı il tarixində bu mənzil anası tərəfindən ona bağışlanmışdır. ünvan 13a yerləşən 48 nömrəli mənzil, 21 fevral 2007-ci il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Ona məxsus olan əmlaklar yalnız ona görə xüsusi müsadirəyə məruz qalmışlar ki, o, məhkum Təqsirləndirilən şəxs1 qohumudur. Halbuki, onun oğlu X14 məhkum Təqsirləndirilən şəxs1 qızı olan X8 ilə nikahı X47 Evində 4 noyabr 2011-ci il tarixdə qeydiyyata alınmış və onlar qohum olmuşlar. Cinayət mühakimə icraatı qaydasında araşdırılan və Təqsirləndirilən şəxs1 aid edilən cinayət əməllərinə onun və ona məxsus əmlakın heç bir aidiyyəti olmadığı, özü heç bir qisimdə məhkəmə istintaqına cəlb edilmədiyi halda o, mülk iyyət hüququ ilə ona məxsus əmlaklardan məhrum edilmişdir. Həmin qərarlar onun məhkəmə proseslərində iştirakı təmin edilmədən, mülkiyyətçisi olduğu əmlakların nə vaxt, hansı əsaslarla və kimin vəsaiti hesabına əldə edildiyi barədə ifadələri dinlənilmədən və onu hüquqlarını müdafiə etmək üçün sübut təqdim etmək imkanından məhrum edilməklə qəbul edilmişdir.

16. Məhkəmənin istinad edilən qərarının onun maraqlarına toxunması haqqında dəlilini X10 onunla əsaslandırmışdır ki, Masallı rayonunun Qızılavar kəndində yerləşən 0.0636 ha torpaq sahəsinin üzərində olan Yanacaq doldurma məntəqəsi (YDM) ilkin olaraq həmin torpaq sahəsindən Masallı Rayon İcra Hakimiyyəti Başçısının 08 sentyabr 1999-cu il tarixli, 470 saylı və 14 aprel 2000-ci il tarixli, 117 saylı Sərəncamları əsasında Masallı rayonunun Qı zılavar kəndinin sakini X17 tikəcəyi yanacaq doldurma məntəqəsi və avtomobillərə qaz balonlarının quraşdırılması və təmiri sexi tikintisi məqsədilə cəmi 230 kv.m satılmış, əsas hissəsi isə sonradan icarəyə götürülmüş və bu günə kimi istifadə olunur. Tikinti tam qurtardıqdan sonra müəyyən olunmuş qaydada 03 avqust 2001-ci il tarixində YDM-nin Texniki Pasportu tərtib edilmişdir. 25 mart 2004-cü il tarixində Yanacaq doldurma məntəqəsi "xxxx" Kiçik Müəssisənin adına mülkiyyət hüququ əsasında X36 İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsində qeydiyyata alınmış və 183 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Bundan sonra Yanacaq doldurma məntəqəsinin ərazisində hər hansı tikinti və ya əsaslı təmir-quraşdırma işləri aparılmamış, hal-hazırda 03 avqust 2001-ci ildə tərtib edilmiş Texn iki Pasportunda göstərilməyən tikilər mövcud deyil. Cinayət mühakimə icraatı qaydasında araşdırılan və Təqsirləndirilən şəxs1 ittiham edilən cinayət əməllərinə onun və ona məxsus əmlakın heç bir aidiyyəti olmadığı və heç bir qisimdə məhkəmə istintaqına cəlb edilmədiyi halda o, mülkiyyət hüququ ilə ona məxsus əmlaklardan məhrum edilmişdir. Həmin qərarlar onun məhkəmə proseslərində iştirakı təmin edilmədən, mülkiyyətçisi olduğu əmlakların nə vaxt, hansı əsaslarla və kimin vəsaitinə əldə edildiyi barədə ifadələri dinlənilmədən və onun hüquqlarını müdafiə etmək üçün sübut təqdim etmək imkanından məhrum edilməklə qəbul edilmişdir. Ona məxsus olan əmlakların xüsusi müsadirəyə məruz qalmasının yeganə səbəbi onun məhkum Təqsirləndirilən şəxs1 həmkəndlisi olmasıdır. 03 dekabr 2015-ci il tarixində o, X9 həmin "xxxx" Kiçik Müəssisənin nizamnamə kapitalındakı payın (100 %) alanda Yanacaq doldurma məntəqəsinə aid avadanlıq və tikintilər daha 15 ilə yaxın müddət ərzində istifadə olunmuşlar. Masallı rayonunun Qızılavar kəndində yerləşən Yanacaq doldurma məntəqəsi dünyasını dəyişmiş X18 məxsus olub və o, həmin obyekti onun qanuni varisi X9 almışdır. Təqsirləndirilən şəxs1 o yalnız həmkəndli kimi tanımış, onun bu obyektə hər hansı aidiyyəti barədə o heç vaxt heç bir şey eşitməmiş, işlədiyi müddət ərzində o, YDM-nin sahibi kimi yalnız X19 tanımışdır. Belə olan halda onun mübahisəli YDM-nin qanuni mülkiyyətçisinin maraqlarını bu obyektin keçmiş sahibinin qohumu Təqsirləndirilən şəxs1 maraqları ilə eyniləşdirilməsi və onu öz hüquqlarını müdafiə etmək imkanlarından məhrum edilməsi qanunsuz və ədalətsizdir.

17. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslər - ərizəçilər X1 və X2 müraciətlərinə əsasən Bakı Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 8 fevral 2019-cu il tarixli qərarından təqdimat vermişdir. II. Təqdimatın dəlilləri

18. Təqdimat onunla əsaslandırılmışdır ki, ərizəçilər X1 və X2 müraciətlərində qeyd etdikləri xüsusi müsadirə olunmuş daşınmaz əmlakların əldə etmə tarixləri məhkum Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin əhatə etdiyi dövrdən kənardır və ərizəçilər həmin əmlakları qanuni əsaslarla əldə etmişlər. Təqdimatda vurğulanmışdır ki, cinayət prosesində iştirak etməyən və heç bir şəkildə təmsil olunma yan ərizəçilər X6 və X10 bu icraatda mülkiyyət hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirmək imkanına, o cümlədən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmə qərarını yuxarı məhkəmə instansiyalarında mübahisələndirmək hüququna malik olmadığından, onlar Azərbaycan Respublikası CPM-nin 408.3-cü maddəsinin mənası baxımından bu normanın ehtiva etdiyi “cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxs” kimi qəbul edilməlidirlər. Təqdimatın sonunda onun təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 8 fevral 2019-cu il tarixli qərarının qismən - ünvan 5 ünvanında yerləşən 85 nömrəli və ünvan 13a yerləşən 48 nömrəli mənzillərin, eləcə də Masallı rayonunun Qızılavar kəndində yerləşən 0.0636 ha torpaq sahəsinin üzərində olan Yanacaq doldurma məntəqəsinin xüsusi müsadirə edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2018 nömrəli, 23 aprel 2018-ci il tarixli hökmünün müddəalarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, həmin əmlakların üzərinə qoyulmuş həbsin ləğv edilməsi, ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzilin və ünvan 13a yerləşən 48 nömrəli mənzilin mülkiyyətçi X3, Masallı rayonunun Qızılavar kəndində yerləşən 0.0636 ha torpaq sahəsinin üzərində olan Yanacaq doldurma məntəqəsinin mülkiyyətçi X4 qaytarılması haqqında qərar qəbul edilməsi xahiş edilir. III. Hüquqi məsələlər

19. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərba ycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

20. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

21. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməmə sini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

23. Məhkəmə kollegiyası baxılan təqdimatla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərarının qanuniliyin i və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində təsbit edilir ki, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir.

25. Həmin Məcəllənin 99-1.1, 99-1.1.2 və 99-1.1.3-cü maddələrinin ümumi məzmunu ilə müəyyən edilir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.

26. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödə nilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərərçəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir).

27. Həmin Məcəllənin 248.1, 248.1.2 və 249.1-ci maddələrinin tələblərindən göründüyü kimi, əmlak üzərinə həbs əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər.

28. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyi normaları cinayət-mühakimə icraatında xüsusi müsadirə edilməsi mümkün ola biləcək əmlakların dairəsini müstəsna olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakla hüdudlandırmışdır. Cin ayət-Prosessual Məcəlləsinin heç bir müddəası, həmin prosessual məhdudiyyət xaricində istənilən, o cümlədən cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxsin qanuni yolla əldə etdiyi əmlaklarının cinayət nəticəsində vurulmuş zərərlə əlaqədar cinayət-mühakimə icraatı qaydasında müsadirə edilməsinə, mülkiyyətindən məhrum edilmələrinə yol vermir.

29. Hazırki cinayət işində isə ərizəçilər X6 və X10 cinayət prosesinə heç bir şəkildə (hər hansı bir prosessual statusla) cəlb olunmadan onlara məxsus əmlaklar barəsində xüsusi müsadirə tətbiq edilmiş, cinayət-hüquqi tədbirinin tətbiqinə məruz qalmalarına baxmayaraq, mülkiyyətində olan əmlakların cinayət yolu ilə əldə edilib-edilməməsi araşdırılmadan əmlaklarından məhrum edilmiş, bu hissədə hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən d ə dəyişdirilmədən saxlanılmışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Bu maddənin dördüncü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

31. Mülkiyyət hüququnun təmin edilməsi prinsipini əks etdirən Azərbaycan Respublikası CPM-nin 18.1-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məx sus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir (“Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 24 fevral 2022ci il).

33. Məhkəmə kollegiyası təqdimatın dəlillərini nəzərdən keçirərək qeyd edir ki, baxılan cinayət işinin materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 qarşı verilmiş ittihama əsasən onun törətdiyi cinayət əməlləri 2010-2015-ci illər üzrə dövrü əhatə edir. Təqdimatda təsvir edilən, ərizəçilər X3 və X4 məxsus olan xüsusi müsadirə edilmiş daşınmaz əmlakların əldə edilmə əsasları və hüquqi rejimindən isə görünür ki, həmin əmlakların əldə etmə tarixləri cinayət əməli törədilən dövrə aid deyil və onlar qanuni əsaslarla (bağışlama və s.) əldə edilmişlər.

34. Belə ki, X3 məxsus əmlaklardan birincisi - ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya MH № 075171 saylı Qeydiyyat vəsiqəsinə əsasən ərizəçi X1 anası olan X7 25 mart 1997-ci il tarixində verilmişdir. Daha sonra, 24 may 2006-cı il tarixdə Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda qeydiyyata alınmış bağışlanma müqaviləsinə əsasən X15 ona məxsus qeyd olunan mənzili ərizəçi X3 bağışlamış, sonuncu isə bağışlanmadan sonra 2 iyun 2006-cı il tarixdə öz adına Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dö vlət Reyestrindən Seriya MH № ******* saylı, Reyestr nömrəsi **********93-05101-093001, Qeydiyyat nömrəsi ********* olan Çıxarışı almışdır.

35. Digər əmlak - ünvan 13a yerləşən 48 nömrəli mənzil Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* saylı 21 fevral 2007-ci il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 334 nömrəli reyestr kitabının 31239 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi **********09-05301-093033; Qeydiyyat nömrəsi 1********).

36. Həmçinin, ərizəçi X2 əmlakına münasibətdə qeyd edilməlidir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilmiş Masallı rayonunun Qızılavar kəndində yerləşən 0.06 36 ha torpaq sahəsində olan Yanacaq doldurma məntəqəsi 25 mart 2004-cü il tarixində "xxxx" Kiçik Müəssisənin adına mülkiyyət hüququ əsasında X36 İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsində qeydiyyata alınmış və 183 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışa əsasən, Masallı rayonu, Qızılavar ünvanında yerləşən "xxxx" Kiçik Müəssisəsi (qaz doldurma məntəqəsi) 10 dekabr 2005ci il tarixdə uçota alınmışdır. Hüquqi ünvanı Masallı rayonu, Qızılavar olan "xxxx" Kiçik Müəssisəsinin qeydiyyata alınma tarixi 28 sentyabr 1999-cu ildir.

37. Təsvir edilən məlumatların doğruluğu rəsmi sənədlərlə təsdiq edilməsinə baxmayaraq, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr onların araşdırılmasını, üzərinə həbs qoyulmuş əmlakın mülkiyyətçisi kimi ərizəçilər X1 və X2 işə cəlb edilərək izahatlarının alınmasını təmin etməmiş və əmlakların cinayət yolu ilə əldə edilib-edilməməsi yoxlanılmadan həmin əmlakların xüsusi müsadirəsinə dair qərar qəbul edilmişdir.

38. Bu isə o deməkdir ki, X1 və X2 Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsi, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – “Avropa Konvensiyası”) 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququ pozulmuşdur.

39. Cinayət mühakimə icraatında cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxsin üzərinə əmlak xarakterli öhdəliklərin qoyulmasının və beləliklə, onu n mülki məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi cinayət-mühakimə icraatının cinayət prosesində tərəflərin çəkişməsi (CPM 32-ci maddə), habelə hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi (CPM 11-ci maddə ) prinsiplərindən də irəli gəlir.

40. Belə ki, cinayət mühakimə icraatının təməl şərtlərindən biri olan cinayət prosesində tərəflərin çəkişməsi prinsipi Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəflərinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutur. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəmənin qarşısında duran bütün məsələlər, o cümlədən əmlak xarakterli məsələlər üzrə də qərarlar cinayət prosesində tərəflərin çəkişməsi, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinin təmin olunduğu şəraitdə qəbul edilməlidirlər. Əks halda, Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinin tələbinə görə cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə aparılan və bu üzdən etibarsız olan prosesin gedişində qəbul edilmiş aktlar kimi onlar ləğv edilməlidirlər.

41. Azərbaycan Respublikası CPM-nin 32.2, 32.2.1 və 32.2.2-ci maddələrinin ümumi məzmunu görə bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə hər bir tərəf məhkəmədə təmsil olunur, bu zaman hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir.

42. Cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxs isə nə Azərbaycan Respublikası CPM-nin 7.0.21-ci maddəsinin nəzərdə tutduğu ittiham tərəfində, nə də ki, həmin Məcəllənin 7.0.28-ci maddəsin in göstərdiyi müdafiə tərəfində təmsil olunmadığından, çəkişməli xarakterli cinayət prosesində müdafiə və ittiham tərəfinin malik olduqları prosessual hüquqlardan istifadə edə bilmir və beləliklə, özünə qarşı yönəlmiş əmlak xarakterli tələblərdən müdafiə olunmaq imkanından tamamilə məhrum edilmiş vəziyyətdə olur.

43. Bu vəziyyətdə olan şəxsin cinayət mühakimə icraatında əmlak xarakterli öhdəliyə məruz qoyulması cinayət mühakimə icraatının təməl şərtlərinin, o cümlədən tərəflərin çəkişməsi, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinin və nəticə etibarı ilə şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış hüququ mövqeyi ilə də müəyyən edilir k i, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin ikinci bəndində buna dair aşkar prosessual tələb qoyulmadığına baxmayaraq, maraqlarına toxunan şəxsə bu müddəa ilə təmin edilən mülkiyyət hüququna müdaxilə edən tədbirlərə qarşı etirazını səlahiyyətli orqanlara təqdim etmək üçün ölkədaxili icraat dövründə səmərəli imkan yaradılmalıdır (Qoqitidze və Başqaları Gürcüstana qarşı, № 36862/05, § 72, 12 may 2015-ci il).

45. Təsvir olunanlar məhkəmə kollegiyasına təqdimatda qeyd edilən mövqe ilə razılaşmağa əsas verir və təsdiq edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş mülkiyyət hüququna təminat verən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin, Azərbaycan Respublikası CPM-nin 11, 18, 32-ci maddələrində nəzərdə tutulmuş cinayət-mühakimə icraatının prinsiplərinin və digər normalarının, eləcə də cinayət prosesinə cəlb edilməyən şəxsin mülkiyyət hüququnun pozuntusunda ifadə olunmuş nöqsanı aradan qaldırmamış və bununla özü də həmin pozuntuları təkrarlamışdır.

46. Beləliklə, qeyd olunan maddi və prosessual cinayət-hüquqi normalarının pozulması ilə xüsusi müsadirənin həll edilməsi, məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini və ya ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1.2 maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsinə dəlalət etdiyindən təqdimat təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 8 fevral 2019-cu il tarixli qərarı qismən dəyişdirilməli, ünvan 5 ünv anında yerləşən 85 nömrəli mənzilin və ünvan 13a yerləşən 48 nömrəli mənzilin; Masallı rayonunun Qızılavar kəndində yerləşən 0.0636 ha torpaq sahəsinin üzərində olan Yanacaq doldurma məntəqəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 11(103)-1/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2018 nömrəli, 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməli, həmin əmlakların üzərinə qoyulmuş həbs ləğv olunmalı, ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzil və ünvan 13a yerləşən 48 nömrəli mənzil X3, Masallı rayonunun Qızılavar kəndində yerləşən 0.0636 ha torpaq sahəsinin üzərində olan Yanacaq doldurma məntəqəsi X4 qaytarılmalı, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 47.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərarından verilmiş təqdimat təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı müvafiq hissədə dəyişdirilməlidir. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı təmin edilsin. Bakı Apellyasiya Məhkəmə sinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərarı qismən - aşağıda qeyd edilən əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilsin. ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzilin və ünvan 13a yerləşən 48 nömrəli mənzilin, Masallı rayonunun Qızılavar kəndində yerləşən 0.0636 ha torpaq sahəsinin üzərində olan Yanacaq doldurma məntəqəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2018 nömrəli, 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilsin, həmin əmlakların üzərinə qoyulmuş həbs ləğv olunsun. ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzil və ünvan 13a yerləşən 48 nömrəli mənzil X3, Masallı rayonunun Qızılavar kəndində yerləşən 0.0636 ha torpaq sahəsinin üzərində olan Yanacaq doldurma məntəqəsi X4 qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-1/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar