Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-25/2018 22.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, müdafiəçi Kərimov Mehram Məlik oğlu və zərər çəkmiş şəxs X8 oğlunun hüquqi varisi Yuni sov Səməd Nəcəf oğlunun iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Hüseynov Yusif Paşa oğlu və Kərimov Mehram Məlik oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Q.Ş.Sadayev) xx xxxx 1987-ci il tarixdə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Seyidli kəndində daimi qeydiyyatda olan, məcburi köçkün kimi Ağdam rayonunun Paşabəyli kəndində məskunlaşmış, N nömrəli hərbi hissədə maliyyə hissəsinin rəi si vəzifəsində xidmət edən, leytenant, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün icrasının Ağdam rayon İcra Şöbəsinə həvalə edilməsi, cəzasının əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanılması, barəsində seçilmiş komandalığın müşahidəsi altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönələnədək dəyişdirilməməsi, Məhkum məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası zamanı aparılmış tədqiqa tlara sərf olunmuş 70 (yetmiş) manat dəyərində məhkəmə xərcininin ödəməkdən azad edilməsi hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maliyyə hissəsinin rəisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edərkən xx xxxxx 2017-ci il tarixdə saat 19 radələrində sürücülük hüququ olmaqla VAZ 2107 markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobili Bərdə-Ağdam rayonlararası avtomobil yolu ilə Bərdə rayonu istiqamətində idarə edən zaman yol hərəkəti qaydalarını, yəni «Yol hərəkəti haqqında» Azərbaycan Republikası Qanu nunun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin «sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir; sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir, nəqliyyat vasitələri yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir» tələblərini və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq avtomobil yolunun yaşayış məntəqəsi hesab edilən Tərtər rayonunun Köçərli kəndi ərazisindən keçən hissəsində həmin avtomobili saatda 102 kilometr sürətlə idarə etmiş və onun hərəkəti istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçən vətəndaş X8 oğlunu avtomobillə vuraraq ona ağırlıq dərəcəsinə görə canlı şəxslərdə olduğu kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «avtotravma, təpə-ənsə nahiyəsi sümüklərinin açıq-qəlpəli sınıqları, baş beyinin ağır dərəcəli əzilməsi və qansızması, baş beyin gişaları aralarına həmin nahiyədə qan yığını, baş beyinin təpə-ənsə nahiyəsinin yumşaq toxumasında hematoma, həmin nahiyədə yumşaq toxumaların əzilmiş-cırılmış yarası, sol bud sümüyünün, sağ bud sümüyünün, sol bazunun orta 1/3-də yerini dəyişmiş qəlpəli-qapalı sınıqları, sağ baldırın orta 1/3-nin üzərində, sağ baldırın aşağı 1/3-də, sağ baldırın bayır topuğunun üzərində, sol baldırın yuxarı 1/3-də, sol diz qapağın da, qarın nahiyəsinin sol tərəfində, sol bud nahiyəsində sınığın üzərində, sağ bazu oynağı üzərində sıyrılmış yaralar, sağ bazu oynağında çıxıq» xəsarətlərini yetirməklə ehtiyatsızlıqdan vətəndaş Nicat Yunisovun ölümünə səbəb olmuşdur. Hökmdən Məhkum müdafiəçisi X5 və zərər çəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və T.A.Muxtarovdan ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi xxxun apellyasiya şikayətini isə təmin edərək Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünü Məhkum təyin edi lmiş cəzanın müddəti və cəzaçəkmə müəssisəsinin növü hissəsində dəyişdirmiş, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müsəssisəsində çəkməsi, barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından həbsə alınması və cəzaçəkmənin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Yusif Paşa oğlu kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və məhkum barəsində humanist cəza təyin edil məsini xahiş etmişdir. Göstərilən qərardan Məhkum digər müdafiəçisi Kərimov Mehram Məlik oğlu da kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini, Məhkum ittham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və kobud qanun pozuntusuna yol verərək apellyasiya məhkəməsinin qərarının çıxarılmasında iştirak etmiş hakimlər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə kollegiyasına etiraz göndərərək Məhkum müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarnın isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi Y.P.Hüseynov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının 10.4-cü maddəsinin tələbini, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 121 və 121.1.1-ci maddələrinin tələblərini nəzərə almadan hüquqi pozuntulara yol verərək qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkməsinin hökmündə, dövlət ittihamçısının etirazında və apellyasiya instansiyası məhkəməsinin qərarı nda Məhkum əməlində yüngülləşdirici halların olmadığı göstərilsə də, onun himayəsində bir azyaşlı uşağı vardır. Bundan başqa Məhkum zərər çəkmiş şəxsin arxasınca taksi ilə xəsətəxanaya oradan da könüllü olaraq polis şöbəsinə getmiş, Məhkum qohumları zərər çəkmişin hüquqi varisi ilə barışığa cəhd göstərmiş, məhkumun qəza törətdiyi VAZ-2107 markalı maşının sığortalı olması nəticəsində zərər çəkmiş şəxsin hüquqi varisinə 5.000 manat verilmiş, lakin cəza təyin edilərkən qeyd olunan yüngülləşdirici hallar, həmçinin CM-in 60-cı və CPM-in 94.1-ci maddələrinin tələbləri məhkəmə tərərfindən nəzərə alınmamışdır. Yuxarıda sadalananlardan başqa məhkəmə avtotexniki ekspertiza zamanı unudulmuş məsələlərə, “Kamaz” markalı yük maşınının sürücüsünün dindirlməməsinə, zərər çəkmiş şəxsin hüquqi varisinin i fadələrindəki ziddiyyətlərə və zərər çəkmiş şəxsin “tez-tez qıcolma” diaqnozu ilə dispanserdə qeydiyyatda olmasına münasibət bildirməmişdir. Məhkum digər müdafiəçisi M.M.Kərimov da eyni məzmunlu kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini, Məhkum CM-in 263.2-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və kobud qanun pozuntusuna yol verərək apellyasiya məhkəməsinin qərarının çıxarılmasında iştirak etmiş hakimlər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi M.M.Kərimovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçı sı İ.F.Yusifovun və zərər çəkmiş şəxsin hüquqi varisi xxxun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum və müdafiəçi Y.P.Hüseynov məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protesti nə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərba ycan Respublikası CM-in 236.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum müdafiəçisi Y.K.Seyidovun və zərər çəkmiş şəxsin hüquqi varisi xxxun apellyasiya şikayətləri əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi xxxun apellyasiya şikayəti isə təmin edilərək Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü Məhkum təyin edilmiş cəzanın müddəti və cəzaçəkmə müəssisəsinin növü hissəsində dəyişdirilmiş, ona təq sirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müsəssisəsində çəkməsi qərara alınmışdır. Hazırkı kassasiya şikayətlərində isə Məhkum müdafiəçiləri əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız Məhkum humanist cəza təyini olunmasını və ittham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişlər. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət əməli törətməsini, xidmət yerindən və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, xidmətini davam etdirmək arzusunda olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və digər yardım göstərməsini, cinayət əməlini törətdikdən sonra zərər çəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməyə cəhd etməsini, evli və himayəsində bir azyaşlı uşağının olmasını, Ağdam rayonundan məcburi köçkün olmaqla ağır ailə vəziyyəti şəraitində yaşamalarını cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halın isə olmamasını nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edi lməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin Məhkum apellyasiya instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən yüngülləşdirən halların məhkəmə tərəfind ən nəzərə alınmaması barədə dəlilləri əsaslı hesab edilməməlidir. Belə ki, kassasiya şikayətlərində və yuxarıda sadalanan hallar AR CM-nin 59-cu maddəsində sadalanan, yəni cəzanı yüngülləşdirən hallar sırasına aid edilmiş və məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən artıq nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətlərində göstərilən halları nəzərə almaqla, Məhkum barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini mümkün saymır. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları, ağırlaşdırıcı halın olmamasını, habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunu n qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci m addəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-25/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-25/2018
22.02.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver