Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-25/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümid Nadir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsir li bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin (hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi ilə) 08 aprel 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1990-cı il tarixdə Kəlbəcər şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, оrtа təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ünvanında yaşayan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant hərbi rütbəsində xidmət etmiş Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (m in beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, hökmün icrasının Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2009-cu ilin iyul ayında ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş qəbul imtahanında iştirak edərək DT altqrupunda 226 bal, XH altqrupunda 188 bal topladığından və heç bir təhsil mü əssisəsinə qəbul olunmadığından, ali təhsil alması barədə diplom əldə etmək məqsədilə hər hansı yolla ali təhsil müəssisələrindən birinə qəbul olunmağın mümkünlüyü ilə maraqlanarkən tanış olduğu, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının vəzifəli şəxsi olmasını hesab etdiyi, istintaqla şəxsiyyəti tam müəyyən edilməmiş şəxslə cinayət əlaqəsinə girərək pul müqabilində həmin filiala qəbul olunmaq, tədris prosesində faktiki olaraq iştirak etməmək və 4 ildən sonra institutu bitirərək diplom əldə etmək barədə razılığa gəlmiş, əslində rəsmi olaraq qəbul edilmədiyi halda, həmin şəxsin vədinə əsasən tarix və coğrafiya ixtisası üzrə filialın əyani şöbəsinə qəbul olunduğunu zənn edib aralarındakı sövdələşməyə uyğun olaraq, bundan sonrakı 4 il ərzində heç bir dərsdə, semestr və il sonlarında imtahan sessiyalarında iştirak etmədiyi, məqbul və imtahanları, habelə dövlət imtahanını vermədiyi, kurs və diplom işlərini yazmadığı, beləliklə də faktiki olaraq filialda təhsil almadığı halda sonuncu tərəfindən verilməklə guya Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında ali təhsil almasına və Dövlət Attestasiya Komissiyasının 05 iyul 2013-cü il tarixli qərarı ilə ona “Maarif’ ali peşə istiqaməti və “Tarix və coğrafiya” ixtisası üzrə bakalavr dərəcəsinin verilməsinə dair A № 097421 seriyalı diplom əldə etməyə nail olmuşdur. Bundan sonra, 2017-ci ilin təxminən fevral ayında Məhkum zabit rütbəsi almaqla həqiqi hərbi xidmətə qəbul olunmaq qərarına gələrək, bunun üçün ali təhsilli olmaq zəruri olduğundan və təsdiqedici sənəd kimi diplomun surəti tələb edildiyindən, həqiqətən də Azərb aycan Müəllimlər İnstitutunun Qazax filialına qəbul olunduğunu və oranı bitirməklə institut tərəfindən ona diplom verildiyini zənn etsə də, qanunsuz olaraq qəbul edildiyini, faktiki olaraq da orada təhsil almadığından hüquqverən sənəd olan həmin diplomun ona qanunsuz verildiyini və buna görə də saxta olduğunu şüurlu surətdə dərk etdiyi və bildiyi halda, surətinin notarial qaydada təsdiq etdirərək tələb edilən digər sənədlərlə birlikdə Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə təqdim edib 20.02.2017-ci il tarixdən ehtiyat zabit hazırlıq kursuna qəbul olunaraq 29.05.2017-ci il tarixədək “bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini” üzrə kursu bitirib «leytenant» hərbi rütbəsi almağa və həmin tarixdə Müdafiə Nazirliyinin Şəmkir rayonu ərazisində yerləşən N nömr əli hərbi hissəsinin mühəndis-istehkam bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, 09.09.2019-cu il tarixdə isə həmin hərbi hissənin ponton-körpü bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifələrinə təyin olunmağa nail olmaqla və halhazıradək həmin saxta diplom əsasında göstərilən vəzifədə xidmətini davam etdirməklə, bilə-bilə saxta sənəddən istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək məhkuma bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, məhkumun təqsirli bilindiyi CM-in 320-ci maddəsinin dispozisiyasında göstərilir ki, hüquq verən və ya vəzifədən a zad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma və bilə-bilə sənədlərdən istifadə etmə həmin cinaətin tərkibini yaradır. Lakin məhkum həmin diplomun saxta olmasını bilməmiş və ona görə də onun əməli bu maddənin tərkibi altına düşmür. Hökm çıxaran birinci instansiya məhkəməsi və şikayəti təmin etməyən apellyasiya məhkəməsi qərarlarını əsasən məhkumun vermiş olduğu ifadəsinə əsaslanıb onun təqsirili olması qənaətinə gəlmişdi. Yalnız bu ifadəyə əsaslanıb ittiham hökmü çıxarmaq düzgün deyil, bundan başqa Məhkum ifadəsinə nəzər yetirilsə onun ifadəsində həmin diplomun saxta olması barədə ifad əsi yoxdur. Müdafiəçi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli 1-1(104)-124/2021 saylı qərarını ləğv edib, Məhkum Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan ma ddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsiz bilinməsinə dair qeyd edilən hallarla razılaşmayar aq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan Apellyasiya məhkəməsi qeyd edilən yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Kassasiya şikayətində göstərilən dəlillər əsassızdır, təmin olunması üçün heç bir əsas yoxdur. CM-in 320.2-ci maddəsinin dizpozisiyasına görə bilə-bilə hüquq verən və ya vəzifədən azad edən saxta vəsiqədən və ya digər saxta sənəddən istifadə etmə həmin maddədə nəzərdə tutulan cinayət tərkibini yaradır. Burada istifadə etmə dedikdə, saxta rəsmi sənədin (vəsiqənin və ya digər rəsmi sənədin), onun saxta olduğnu qabaqcadan bilən şəxs tərəfindən hər hansı bir hüquq əldə etmək və ya müəyyən bir vəzifənin icrasından tam və ya qismən azad olmaq məqsədi ilə dövlət orqanlarına, bələdiyyələrə və onların vəzifəli şəxslərinə, hüquqi şəxslərə və vətəndaşlara təqdim olunması başa düşülür. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayə t iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Belə ki, cinayət işininin materiallarında olan X6 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından) daxil olmuş 17 sentyabr 2020-ci il tarixli, 01/07-09/2212 nömrəli məktubdan görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü Məhkum 2009-cu ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, DT altqrupunda 226 bal, XH altqrupunda 188 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X10 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Məhkum Məhkum və iş üzrə şahid atası Vahid Orucov ifadələrində İİİ ixtisas qrupu üzrə müəyyən edilmiş balın Məhkum tərəfindən toplanmadığını və toplanmış balın hansı ali təhsil müəssisəsin ə qəbul üçün kifayət etdiyi ilə maraqlandıqlarını qeyd etmişlər, burdan da görünür ki, onların ifadələrindəki dəlillər özü-özünü təkzib edir və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. İş üzrə tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Məhkum ali təhsil müəssisəsi tərəfindən verilmiş diplomun saxta olmasından xəbərdar olmuş və bilə-bilə həmin diplomu hərbi hissəyə təqdim edərək xidmətə qəbul olunmuş, yəni saxta sənəd olan diplomdan istifadə etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yeti rilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış s übutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-25/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-25/2022
13.04.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver