Məhkəmə qərarları › İş №1-1(102)-25/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-25/2025

11.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-25/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun müdafiəçisi Rzayev Toğrul Rövşən oğlunun iştirakları ilə xx xxxxxx 2001-ci il tarixdə Quba rayonunda anadan olmuş, Quba rayonunun Şuduq kəndində qeydiyyatda olmaqla xxxxx ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullu qçusu-əsgər, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 1-1(105)-10/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Rzayev Toğrul Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 1-1(093)-105/2024 nömrəli hökmü ilə (hakimlər: F.H.Əliyev (sədrlik edən), C.C.Ramazanov və R.Q.Abbasov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-i n 69.3-cü maddəsinə əsasən Məhkum hazırkı iş üzrə 08 fevral 2024-cü il tarixdən 09 fevral 2024-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət, bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılması və Məhkum üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Rzayev Toğrul Rövşən oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarı ilə, (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), R.O.Əsgərova və A.İ.İsmayılov) apellyasiya ş ikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 11 iyun 2024-cü il tarixli hökmü məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Rzayev Toğrul Rövşən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi T.R.Rzayev tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Sumqayıt şəhəri X6 qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin avtomobil və elektrotexniki bölüyünün 2-ci elektroqaz taqımının 1-ci manqasının dizelçi-elektriki vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət h ərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 20 noyabr 2023-cü il tarixdə, gecə, saat 02 radələrində Sumqayıt şəhərinin X6 qəsəbəsinin Dənizçilər küçəsində sərxoş vəziyyətdə fikirli halda gəzdiyi vaxt əvvəldən tanımadığı vətəndaş Zərərçəkmiş şəxs küçə ilə tək hərəkət etdiyini görmüş, həmin vaxt bəzi şəxslərə pul borcu olduğunu xatırlayaraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs üzərində ola biləcək pulunu ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs yaxınlaşıb qəsdən əllərinin iç hissəsi ilə arxadan sonuncunun çiyin nahiyəsinə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs sol qolu üstə asfalt örtüyün üzərinə yıxıldıqda sonuncunun müqavimət göstərməsinin, qışqı raraq hər hansı şəxsi köməyə çağırmasının qarşısını almaq üçün əlləri ilə ağzını tutmuş, ardınca Zərərçəkmiş şəxs qış gödəkçəsinin papağını ağız və burun nahiyələrinə sıxıb boğmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid «sol saidin yuxarı 1/3-nin dirsək oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı» xəsarətlərini yetirmiş, bundan sonra öz cinayətkar hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üzərində olan bütün pulları ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs boğulduğu üçün nəfəs almaqda çətinlik çəkmiş, üzərində hər hansı məbləğdə pulunun olmadığını bildirməklə onu buraxmasını xahiş etmiş, Məhkum Zərərçəkmiş şəxs hər hansı məbləğdə pulunun olmadığına əmin olduqdan sonra on u buraxaraq hadisə yerindən qaçmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi T.R.Rzayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün əsasların (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlindən səmimi peşman olması, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olmaması, 44 günlük Vətən müharibəsində iştirakçısı olmaqla təltif olunması, zərərçəkmiş şəxslərlə barışması kimi məsuliyyəti yüngülləşdirən halların) olmasına baxmayaraq, məhkəmələr onu Məcəlləsinin 181.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmişlər, nəticədə o həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərba ycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası m əhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi T.R.Rzayev kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə b axılarkən Məhkum məsuliyyətini yüngülləşdirən (CM-in 70-ci maddələrinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşı sını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəza nı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalı dır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda müdafiəçi Rzayev Toğrul Rövşən oğlunun Məhkum münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsinə dair iddia son uncunun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və müdafiə tərəfinin tələblərini təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddələri 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 11 iyun 2024-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən yüngülləşdirən hal kimi onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində iştirak etməsini, göstərdiyi şücayətə görə medallarla təltif olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını və cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza (maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə) təyin etmişdir. Göründüyü kimi müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyası Məhkum cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamış, apellyasiya şikayətində irəli sürülmüş cəzanın şərti məhkum etmənin tətbiq edilməsi barədə tələblərlə razılaşmayıb hökmü dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini və yaxud onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yux arıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxı lması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, həmçinin kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi T.R.Rzayevin kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 1-1(105)10/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhk əməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 1-1(105)-10/2024 nömrəli qərarı məhkumun müdafiəçisi Rzayev Toğrul Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar