Məhkəmə qərarları › İş №1-1(102)-26/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-26/2022

13.04.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-26/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şahməmmədov İlqar Şahməddin iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (Quliyev ilqar Məsail oğlu (sədrlik edən), Əzizov İdik Əziz oğlu (məruzəçi hakim) və Nəsirov Vidadi Mikayıl oğlundan ibarət tərkibdə) 28 iyul 2021-ci il tarixli hökmü ilə 01.11.1993-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, 21.10.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış, xx ünvanında ya şayan, N nömrəli hərbi hissənin səfərbərlik üzrə çağırılmış hərbi qulluqçusu, əsgər Məhkum Azərbaycan Respublikası CM-in 335.2-ci maddəsi ilə təqsirli bilinərək, 9 (doqquz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-ın 69.3-cü maddəsinin tələbinə əsasən həbsdə saxlamanın müddəti intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir a bir gün hesabı ilə hesablanmaqla, onun 27 oktyabr 2020-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək həbsdə saxlandığı 9 (doqquz) ay 1 (bir) gün müddətin nəzərə alınması və ona təyin edilmiş 9 (doqquz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasının çəkilmiş hesab olunması və dərhal məhkəmə iclas zalında həbsdən azad olunması hökm edilmişdir. Hökmdən dövlət ittihamçıs ı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) 12 noyabr 2021-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü apelyasiya protestinə əsasən ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum 27 oktyabr 2020-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 1 (bir) gün həbs müddəti təyin olunmuş a zadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Tərtər Hərbi Məhkəməsinin hökmünə əsasən, Məhkum, “Os sadə miopik astiqmatizm, burun arakəsmənin əyriliyi, burun tənəffüsünün cüzi pozulması” diaqnozlu xəstəliklə bağlı özünü xidmət yerindən kənarda yaşadığı Gəncə şəhərində müalicə etdirmək bəhanəsi ilə komandir heyətini aldadaraq, hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaç ırmışdır. Belə ki, Məhkum Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Respublikasında elan olunmuş qismən səfərbərliklə əlaqədar 21 oktyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin 3510 İB №-ii komandası ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq, Ağcabədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş və N oktyabr 2020-ci il tarixdə həmin hərbi hissədə əsgər hərbi rütbəsi ilə şəxsi heyətin siyahısına salınmışdır. Məhkum həmin hərbi hissədə hərbi xidmətdə olarkən, E oktyabr 2020-ci il tarixdə saat 15 radələrində gözünün zəif görməsini yaşadığı Gəncə şəhərində müalicə etdirmək bəhanəsi ilə bölük komandirindən icazə istəyərək və sonuncunun müvafiq icazəsi olmad an aldadaraq, hərbi xidmət vəzifələrinin icrasından tamami ilə boyun qaçıraraq, hərbi hissədən getmiş və həmin gün saat 17 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayon ərazisində saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının gəldiyi nəticəyə görə isə Məhkum döyüş şəraitində fərarilik etmiş, yəni döyüş şəraitində müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni özbaşına buraxıb getmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, CM-nin 335.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli hərbi qulluqçunun öz sağlamlığın a hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət üzrə vəzifələrin icrasından boyun qaçırmada ifadə olunur. Təqsirkar şəxs bu ictimai-təhlükəli addımları ataraq komandanlığı aldatmağa nail olur, xidmətdən boyun qaçırır. Bu vəziyyətdə təqsirkarın xidmətdən kənarlaşdırılması «komandanlığın razılığı əsasında» baş verir. Yəni, komandanlıq təqsirkarın uydurduğu xəstəliyə, sair yalanlarına inanaraq onu müvəqqəti və ya daimi xidməti vəzifələrin icrasından kənarda qoyur. Təqsirkar cinayətkar məqsədinə bu yolla nail olur. Lakin, CM-nin 334-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektiv cəhəti isə tamamilə fərqli, hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə ilə bağlı h ərəkətləri əhatə edir. Yəni, bu halda ona komandanlıq tərəfindən nəinki icazə verilmir, hətta xidmət yerini özbaşına tərk etməsi aşkar olunduğu halda əməlinin qarşısının alınması üçün tədbirlər görülür. Bu əməl komandanlığın xəbəri olmadan, gizli şəraitdə törədilir. Belə ki, şəxsin sağlam olması halının təsdiq olunduğu vəziyyətdə hərbi xidmətə çağırılması birinci növbədə onu xidmətə çağıran orqanın öhdəliyidir. Bu səbəbdən dövlətin səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə qurumu, orada fəaliyyət göstərən hərbi həkim komissiyası var. Məhkum səfərbərlik üzrə hərbi xidmətə çağırılmadan əvvəl Gəncə şəhər Oftalmoloji Xəstəxanasında 15.09.2015-ci il tarixdə sağ gözündən əməliyyatı aparılması haqda SHXÇÜDX-nin Kəlbəcər rayon şöbəsi 21 oktyabr 2020-ci il tarixdə Məhkum hərbi xidmətə çağırmazdan əvvəl onun əməliyyat olunması barədə məlumat toplamalı, onu həkim müayinəsindən keçirməli idi, onun sağlam olduğuna, hərbi xidmətə yararlı olması tam olaraq təsdiq olunduğu halda səfərbərlik üzrə xidmətə çağırılmalı idi, lakin bu hal həmin orqan tərəfindən müəyyən olunmamaqla Məhkum səfərbərlik üzrə hərbi xidmətə çağırılmışdır, bu halı Şirvan Apelyasiya Məhkəməsidə görməzdən gələrək Məhkum barəsində qanunsuz və əsassız olaraq azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bundan başqa müdafiə tərəfi hesab edir ki, Məhkum xidmət yeri Ağcabədi rayon ərazisində «Taxta körpu» adlanan yerdə yerləşmiş, o, xidməti yerini tərk edib Ağcabədi şəhəri ərazisində yerləşən pambıq sahəsində saxlanılmışdır. Məhkum saxlanıldığı yer bilavasitə düşmənə qarşı durmadığından və ya faktiki döyüş əməliyyatı aparı lmadığından onun xidmət yeri döyüş şəraitində olmamışdır. Eyni zamanda, Məhkum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən səfərbərlik üzrə çağırılarkən hərbi həkim komissiyası tərəfindən müayinə olunmamışdır, əgər hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilimiş olsa idi həmin vaxt Məhkum hərbi xidmətə yararsız olması aşkar olunardı, yəni “Sağ gözdə mənşəyi məlum olmayan keratit” diaqnozlu xəstəlik Məhkum o, 2015-ci ildə X1 əməliyyat olunan vaxtdan yaranmış, müdafiə tərəfi olaraq birinci instansiya məhkəməsində müdafiə çıxışında Məhkum əməlində cinayət tərkibinin olmaması əsası ilə onun barəsində bəraət hökmünün çıxarılması barədə xahiş etməsinə baxmayaraq bu şübhəli məqamın aydınlaşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsi Məhkum barəsində təkrar ekspertiza təyin etmədən, sübutları tam, obyektiv və hərtərəfli araşdırmadan qanunsuz və ədalətsiz hökm çıxarmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsini və ya Məhkum bəraət hökmünün çıxarılması əsası müəyyən edilmədiyi halda Şirvan Apelyasiya Məhkəməsinin hökmünü ləğv edib, Məhkum barəsində Tərtər Hərbi Məhkəməsinin hökmünü qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən müdafiəçi İ.Ş.Şahməmmədov hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problemlərin olduğunu, hərbi x idmətə ümumiyyətlə yararsız olduğunu bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin düzgün tövsif olunduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiy a instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillər ini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda apellyasiya məhkəməsi tərəfindən barəsində qanunsuz və ədalətsiz hökm qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da apellyasiya məhkəməsinin hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsi (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddə sinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cina yət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri aras ında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-c ü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici orqan tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunundan irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəl illərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 334.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmayaraq onun əməlini Azərbaycan Respublikası CM-nin 335.2-ci maddəsinə tövsif edərək, Məhkum özünü xəstəliyə vurmaqla, aldatma yolu ilə hərbi xidmət üzrə vəzifələrin icrasından boyun qaçırma cinayətinin tərkibinin əlamətlərin in olması barədə yekun nəticəyə gəlmişdir. İşə apellyasiya protestinə əsasən baxan apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab etmiş, gəldiyi nəticəni Məhkum hərbi hissəni özbaşına tərk etmək üçün bölük komandiri xx tənginəfəs olması, zəif görməsi ilə bağlı gözünü Gəncə şəhərində yerləşən xəstəxanada müalicə olacağını bildirməsinin təsdiq edilməməsi, ümumiyyətlə bu barədə heç kimdən icazə almamasını, döyüş əməliyyatlarında qorxduğu üçün iştirak etmək istəmədiyi və bu səbəbdən də hərbi hissəni öz başına tərk etməsi ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin halları ilə müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin mövqeyi qanuni və əsaslı, şikayətin dəlilləri isə əsassızdır. Belə ki, apellyasiya məhkəməsi baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, məhkum edilmiş şəxs Məhkum dindirilmişdir. Məhkumun apelyasiya məhkəməsində verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı və birinci instansiyası məhkəməsi verdiyi ifadələri elan edilmişdir. Məhkum ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 334.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. İfadələri elan olunduqdan sonra Məhkum verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrdə gözündəki problemi bildirməyin lazım olduğunu bilməmiş, hərbi hissəni özbaşına tərk etdiyi üçün bunu müstəntiqə deməmişdir. Həqiqətən, ibtidai istintaq zamanı ifadə verərkən hərbi hissəni qorxduğu üçün özbaşına tərk etdiyini demişdir. Tərtər Hərbi Məhkəməsində isə bildirmişdir ki, gözündəki problemlə əlaqədar hərbi hissəni özbaşına buraxıb getmişdir. Əslində isə anası ilə görüşmək üçün hərbi hissəni heç kimdən icazə almadan və heç kimə demədən tərk etmişdir. Bundan başqa, Məhkum ibtidai istintaq dövründə, birinci instansiya və apellyasiya məhkəmələrində verdiyi ifadələrinin heç birində xidmətdən tamamilə boyun qaçırmaq üçün bölük komandiri Vəzir Abbasova yalandan tənginəfəs olmasını, zəif görməsi ilə bağlı gözünü Gəncə şəhərində müalicə etdirmək istəyinin olduğunu bildirməsini və xəstəxanaya getmək üçün icazə istəməsini, faktiki isə bu yolla döyüşə getməkdən və xidmətdən boyun qaçırmaq niyyəti olduğunu və xəstəxanaya g etmək niyyətinin olmadığını bildirməsini, yaşadığı Gəncə şəhərində müalicə olunmaq bəhanəsi ilə komandirinin icazə verməsini gözləmədən tərk etməsini göstərməmişdir. Bununla yanaşı, həm də iş üzrə şahid qismində dindirilmiş N nömrəli hərbi hissəsinin zabitləri, o cümlədən bölük komandiri Vəzir Abbasov ifadələrində Məhkum zəif görməsi ilə bağlı gözünü Gəncə şəhərində müalicə etdirməkdən ötrü xəstəxanaya getmək üçün icazə istəməsi, onları və ya hər hansı bir şəxsi aldatması barədə hər hansı bir xüsusat bildirməmişlər. Beləliklə, hərbi qulluqçunun hərbi xidmətdən boyun qaçırmaq hərbi hissəni özbaşına buraxıb getməsi Azərbaycan Respublikası CM-in 335.2-ci maddəsində nəzərdə tutulan əməl kimi (hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxt alaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırması) qiymətləndirilə bilməz. Bundan başqa, kassasiya şikayətində göstərilmiş məhkumun xidməti yerini tərk edib Ağcabədi şəhəri ərazisində yerləşən pambıq sahəsində saxlanılması, Məhkum xidmət etdiyi yer bilavasitə düşmənə qarşı durmadığından və ya faktiki döyüş əməliyyatı aparılmadığından onun xidmət yeri döyüş şəraitində olmaması barədə dəlillər iş materiallarına əsasən təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsi Məhkum əməlini tövsif edərkən həm də N saylı hərbi hissənin döyüş şəraitində olmaması qənaətinə gəlmiş və bunu belə əsaslandırmışdır ki, "Məhkum xidmət etdiyi hərbi hissə Ağcabədi rayonu Taxta Körpü qəsəbəsinin ərazisində N nömrəli hərbi hissəsinin daimi dislokasiya yerind ə olması onu göstərir ki, Məhkum xidmət etdiyi 1-ci tabor döyüş şəraitində olmamışdır, o, hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırdığı vaxt onun xidmət etdiyi bolmə bilavasitə düşmənə qarşı durmamış və ya faktiki döyüş əməliyyatı aparmamışdır”. Lakin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, həmin hərbi hissə N sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə bilavasitə təmas xəttində yerləşən mövqelərinə və mülki obyektlərə təxribat məqsədilə iriçaplı silahlardan atəş açılması, həmçinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin ölkənin digər ərazilərini də işğal etmək məqsədi ilə təcavüzkar müharibəni planlaşdırılması və hazırlanmas ından sonra düşmənə qarşı həyata keçirilən əks hücum və digər ərazilərimizin işğaldan azad olunması əməliyyatları ilə bağlı döyüş döyüş tapşırığına malik olduğundan 25 oktyabr 2020-ci il tarixdə hərbi hissə döyüş şəraitində olan hesab olunmuşdur. Həmçinin iş materiallarından aydın olur ki, Məhkum 18.11.2020-ci il tarixdə N nömrəli hərbi hissənin ştatdankənar hərbi-həkim komissiyasının ona təyin etdiyi “OS sadə miopik astiqmatizm, burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi pozulması” diaqnozlu xəstəliklərlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən hərbi xidmətə yararlı olmuşdur. Hərbi xidmətdə olarkən təyin olunduğu xidmət növündə məhdudiyyətlər qoyulmalı deyi ldi, və o, N nömrəli hərbi hissədə döyüş tapşırıqlarını yerinə yetirən tuşlayıcı-operator vəzifəsində əsgər hərbi rütbəsində xidmət edə bilərdi. Məhkum hal-hazırda onda olan “Sağ gözdə mənşəyi məlum olmayan keratit” diaqnozlu xəstəliklə 21.10.2020-ci il tarixdə hərbi xidmətə çağırılaraq ona təyin olunmuş «tuşlayıcı-operator» vəzifəsində xidmət edə bilməzdi, lakin bu xəstəlik həmin vaxtı onda mövcud olmamışdır. Bu ən sonra inkişaf etmişdir”. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli, şahid ifadələri, ekspertiza rəyləri, apellyasiya baxışı zamanı məhkumun verdiyi ifadəsi və işin digər halları ilə məhkəmədə tədqiq olunmuş mötəbər, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə tam təsdi q olunur. Məhkum ona hökmlə istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcə llənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarının, məhkumun müdafiə hüquqlarının pozulmasına istinad edilsə də, məh kəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəmə baxışı ağlabatan müddətdə, cinayət prosessual qanunvericiliyin prinsiplərinə əməl edilməklə, sübutların mümkünlüyü, mötəbərliliyi və mənsubiyyəti üzrə qiymətləndirilməsi ilə keçirilmişdir və apellyasiya məhkəməsinin hökmü cinayət və cinayət prosessual qanunvericiliyin həmin normalar ilə ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyas ı məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli hökmü məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar